İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

94 
 
ərazisində  yayılmışdır.  Məs.,  sərçəkimilər  dəstəsinə  daxil  olan  quşlara 
respublikanın bütün ərazisində rast gəlmək olar.  
Azərbaycan  Respublikasının  "Qırmızı  kitab"ına  108  növ  heyvanın  adı  daxil 
edilmişdir.  Onlardan  14  növü  məməli,  36  növü  quş,  13  növü  sürünən  və  suda-
quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.  
Azərbaycan  Respublikasında  nadir  və  nəsli  kəsilməkdə  olan  fauna  və  flora 
növlərinin qorunub saxlanılması məqsədi ilə qoruq və yasaqlıqlar yaradılır.  
Berkut  məhdud  sahədə,  əsasən,  yüksək  dağlarda  yaşayan  quşlardandır.  Qafqaz 
tetrası  Kiçik  və  Böyük  Qafqazın  subalp  zonasında,  yaşılbaş  ördək  Xəzərin 
sahilində, respublikanın su tutarlarında qeyd edilir. Qaya keçisi və Cənubi Qafqaz 
muflonu hazırda Naxçıvan MR-da, ceyran ancaq Şirvan qoruğunda, Bəndovan və 
Korçayda  rast  gəlir.  Dağıstan  turu  Böyük  Qafqazın  cənub  ətəyində,  Balakən, 
Qəbələ, Zaqatala və İsmayıllı rayonları ərazisində qalmışdır.  
Respublikanın şirin sularında və Xəzərdə 30 növ balıq ovlanır. Bu balıqların çoxu 
Kür  çayında,  Kürün  ətrafındakı  göl  və  axmazlarda,  həmçinin  Mingəçevir  su 
anbarıda  tutulur.  Ovlanan  balıqların  əksəri  keçici  və  yarımkeçicidir  (dənizdə 
böyüyür, kürüləmək üçün çaylara keçir). Keçici balıqların ən qiymətlisi qızılbalıq, 
nərə, uzunburun və bölgədir. Xəşəm, şamıyı, poru ilanbalığı da belə balıqlardandır. 
Nərəkimilərin əti və qara kürüsü çox qiymətli hesab olunur.  
Bunlardan başqa, Azərbaycan Respublikasının sularında böyük sənaye əhəmiyyəti 
olan  çapaq,  çəki,  sıf,  naxa,  külmə,  ziyad  (kütüm)  və  s.  yarımkeçici  balıqlar  var. 
Xəzərdə  çoxlu  siyənək,  kilkə  və  kefal  ovlanır.  1959-cu  ildən  sonra  Kür  çayında 
müxtəlif  hidrotexniki  qurğular  tikilməsi,  Kür  çayı  axarının  nizama  salınması, 
Xəzər dənizi suyunun çirklənməsi və s. səbəblərdən sənaye əhəmiyyətli balıqların 
sayı  xeyli  azalmışdır.  Balıq  ehtiyatını  bərpa  etmək  və  artırmaq  məqsədi  ilə 
respublikada  geniş  miqyasda  meliorasiya  və  balıq  yetişdirmək  üçün  3  zavod 
(Kürağzı,  Əlibayramlı  və  Kür  təcrübə  nərəyetişdirmə  zavodları)  istifadəyə 
verilmşdir.  Respublikanın  balıqyetişdirmə  təsərrüfatlarında  və  zavodlarında 
hazırda ildə 20 mln.-dək nərə balığı, 600 min qızılbalıq və 800 mln-dan çox çapaq, 
çəki  külmə  və  sıf  körpəsi  yetişdirilir.  Bunlardan  əlavə,  1980-ci  ildən  Kiçik 
Qızılağac  təsərrüfatında  fəaliyyət  göstərən  inkubatorda  ildə  50  min  ziyad  balığı 
yetişdirilib  dənizə  buraxılır.  2000-ci  ildə  Xıllıda  yeni,  müasir  20  mln.  nərəkimi 
körpəsi yetişdirməyə qadir olan zavod istifadəyə verilmişdir. 
 
Azərbaycanda  nadir  və  nəsli  kəsilmək  təhlükəsində  olan  bitki  və  heyvan 
növləri 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji 
problemlərinin  həllinə  yönəlmiş  fəaliyyətində  bioloji  müxtəlifliyin  qorunub 


95 
 
saxlanılması,  nadir  bitki  və  heyvan  növlərinin  genofondunun  mühafizəsi  və 
öyrənilməsi xüsusi yer tutur və prioritet verilən istiqamətlərdən hesab olunur. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006–cı il 24 mart 
tarixli  1368  nömrəli  Sərəncamı  ilə  "Azərbaycan  Respublikasında  bioloji 
müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət 
Planı"nda  nəzərdə  tutulan  öhdəliklər,  xüsusən  nadir  heyvan  və  bitki  növlərinin 
mühafizəsinin  təşkili,  bioloji  müxtəlifliyin  qorunması  və  xüsusi  mühafizə  olunan 
təbiət  ərazilərinin  inkişaf  etdirilməsi,  prioritet  ekosistemlərin  müəyyən  edilməsi 
istiqamətində zəruri təşkilati işlər aparılır.  
Azərbaycanın təbiəti çox maraqlı və rəngarəngdir. Ölkə ərazisinin yarıdan çoxunu 
quru  landşaftlar  (yarımsəhralar,  dağətəyi  və  dağlıq  çöllər)  əhatə  edir.  Ölkəmizin 
təbii  və  coğrafi  şəraitinin  unikallığı  burada  flora  və  faunanın  növ  müxtəlifliyinin 
rəngarəngliyinə şərait yaratmışdır. Yer üzərində mövcud olan 11 iqlim tipinin 9–na 
Azərbaycanda  təsadüf  edilir.  Bu  amil,  ölkəmizdə  zəngin  biomüxtəlifliyin 
formalaşmasında mühüm rol oynayır. Azərbaycan Respublikası ərazisində demək 
olar  ki,  bitki  örtüyünün  bütün  tiplərinə  –  qədim  meşə  borealı,  səhra,  kserofit, 
bozqır, Qafqaz və adventiv bitki örtüyünə rast gəlinir. 
Azərbaycanda təxminən 4500 ali bitki növü yayılmışdır ki, bu da Qafqazın zəngin 
bitki  aləminin  növ  tərkibinin  64%–ni  təşkil  edir.  Bunlardan  240–ı  endemik  və 
relikt növlərdir. Azərbaycan Respublikasının "Qırmızı Kitab"na 140 nadir və nəsli 
kəsilməkdə olan bitki növü daxil edilmişdir.  
Azərbaycanın  yabanı  dendroflorasında  460–a  yaxın  ağac  və  kol  növünə  təsadüf 
olunur  ki,  bu  da  Respublika  florasındakı  bitki  növlərinin  11%–ni  təşkil  edir. 
Onların 70–i endem növü olub Respublikamızdan kənarda bitmir. 
Azərbaycanda  üçüncü  dövrə  aid  olan  relikt  ağac  və  kol  bitkilərinə  rast  gəlinir. 
Bunlardan Eldar şamı, Dəmirağac, Ipək akasiyası, Xəzər lələyi və s. yayılmışdır. 
Nadir  və  nəsli  kəsilmək  təhlükəsi  altında  olan  bir  çox  ağac  və  kol  növləri 
Azərbaycanın  "Qırmızı  Kitab"na  daxil  edilmişdir.  Bunlara  Ipək  akasiyası,  Xəzər 
lələyi,  Budaqlı  danaya,  Dəmirağac,  Qırmaqvari  şam,  Aptek  dəfnəgilası,  Hirkan 
ənciri,  Qanadmeyvə  yalanqoz,  adi  şabalıd,  Rade  tozağacı,  Sarı  rododendron, 
Qafqaz rododendronu və s. aiddir. 
Hazırda, Milli Elmlər Akademiyasının müvafiq İnstitutları ilə birgə Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyi  tərəfindən  "Qırmızı  Kitab"ın  II  nəşrinə  daxil  olacaq 
növlərin  sayı  müəyyən  olunmuşdur.  Beləliklə,  "Qırmızı  Kitab"ın  II  nəşrinə  450 
bitki  növünün  daxil  edilməsi  nəzərdə  tutulmuşdur.  Bu  məqsədlə,  Azərbaycan 
Respublikasının  "Qırmızı  Kitab"nın  II  nəşrinin  təşkili  istiqamətində  tədbirlər 
davam etdirilərək, Redaksiya Heyəti yaradılmış və nəşrlə əlaqədar Tədbirlər Planı 
hazırlanmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə