İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   2   3   4   5   6   7   8   9   ...   58


 
əsərlərində  öz  əksini  tapmışdır.Rus  alimləri    İ.İ.Lepexinin,A.F.Middendorfun,                           
S.P.Kraşennikovun,isveç  alimi  K.Linneyin  ,alman  alimi  Q.Yegerin  və  s. 
tədqiqatlarında  ekoloji  yanaşma  tərzinin  elementləri  müşahidə  olunmağa 
başlamışdır. 
    Məhz,bu  mərhələdə  birinci  təkamül  təlimlnin  müəllifi  J.B.Lamark  (1744-1829) 
ilk  dəfə  insanın  təbiətə  təsirinin  neqativ  nəticələri  barədə  xəbərdarlıq 
etmişdir.O,qeyd  edirdi  ki,insan  yaşadığı  mühiti  tamamilə  yararsız  hala  saldıqdan 
sonra özü-özünü məhv etməyə məhkumdur.Bundan başqa,J.B.Lamark hesab edirdi 
ki,xarici mühitin təsiri canlıların təkamülünün əsas səbəbidir. 
    İkinci mərhələ-ekologiyanın sərbəst bir elm kimi formalaşdığı dövr (XIX əsrin 
60-cı illərindən XX əsrin 50-ci illərinə qədər).”Ekologiya”termini həyata vəsiqəni 
əsaslı  şəkildə  XIX  əsrin  sonlarında  qazanmışdır.Bu  dövrün  başlanğıcı  K.F.Rulye 
(1814-1858),N.A.Severtsov 
(1827-1885),V.V.Dokuçayev 
(1846-1903) 
kimi 
alimlərin əsərlərinin işıq üzü görməsi ilə əlamətdardır.Bu alimlərin əsərlərində ilk 
dəfə  ekologiyanın  bir  sıra prinsip  və  anlayışları  əsaslandırılmışdır ki,bunlar da  öz 
əhəmiyyətini  bu  günədək  saxlamaqdadır.Təsadüfi  deyil  ki,amerikan  ekoloqu 
Y.Odum V.V.Dokuçayevi ekologiyanın banilərindən biri hesab etmişdir. 
    XIX  əsrin  ikinci  yarısında  ekologiyanın  mahiyyəti  əsasən  bitki  və  heyvanların 
həyat  tərzini  və  onların  iqlim  şəraitinə  (temperatur,rütubət,işıqlanma  rejimi  və  s.) 
uyğunlaşmalarının  tədqiqindən  ibarət  olmuşdur.1877-ci  ildə  D.Allen  coğrafi 
iqlimin 
dəyişməsi 
ilə 
bədən 
mütənasibliyinin 
dətişməsinin 
bir  sıra 
qanunauyğunluqlarını tapmışdır.Bu tədqiqatlarla paralel olaraq alman hidrobioloqu 
K.Mebius  (1877)  orqanizmlərin  və  müəyyən  mühit  şəraitinin  qanunauyğun 
məcmusu kimi biosenoz anlayışını elmə daxil etmişdir. 
    Üzvi  aləmin  əsas  təkamül  amillərini  açıqlamaqla,Ç.Darvin  (1809-1882) 
ekologiyanın elmi əsaslarının inkişafına əvəzolunmaz töhvələr vermişdir.Darvinin 
“mövcudluq  uğrunda  mübarizə”  adlandırdıqlarını  təkamül  nöqteyi-nəzərindən 
canlı  mövcudatların xarici  abiotik  mühitlə  və öz aralarında  olan qarşılıqlı təsirlər 
kimi  izah  etmək  olar.1859-cu  ildə  Ç.Darvin  öz  əsərində  göstərmişdir  ki,növün 
mühitlə  olan  əlaqələrinin  təzadlı  formaları  təkamülün  hərəkətverici  qüvvəsi 
olmaqla,təbii  seçməyə  gətirib  çıxarır.O,qeyd  etmişdir  ki,canlıların  mühitin  qeyri-
üzvi komponentləri ilə olan qarşılıqlı münasibətləri müstəqil bir tədqiqat sahəsidir.         
Alman  təkamülçü  alimi  E.Hekkel  birinci  olaraq  dərk  etdi  ki,bu  biologiyanın  çox 
vacib  ,  sərbəst  bir  sahəsidir  və  onu  ekologiya  (1866)  adlandırdı.Sərbəst  elm  kimi 
ekologiyanın formalaşması XX əsrin əvvəllərində yekunlaşdı. 
    XX  əsrin  əvvəllərində  bir  sıra  ekologiya  “məktəbləri”  formalaşmış  və  bunların 
da hər birində ekologiya elminin bir sahəsi inkişaf etdirilmiçdir.1919-cu ildə Brüs-
seldə  keçirilən  III  Botanika  konqresində  bitki  ekologiyası  fərdlər  ekologiyasına 
(autekologiya) və birlik ekologiyasına (sinekologiya) ayrılmışdır. Sonralar bu ay- 



 
rılma ümumi ekologiyaya da şamil edilmişdir. 
    1913....1920-ci  illərdən  başlayaraq  ekologiya  cəmiyyətləri,jurnalları  yaradılma-
ğa və ekologiya elmi universitetlərdə tədris olunmağa başlamışdır.XX əsrin 30-cu 
illərində  hərtərəfli  tədqiqatlar  nəticəsində  biosenozun  quruluşu  və  sərhədləri  haq-
qında, bu sistemlərin dayanıqlığı və özününizamlama imkanları haqqında nəzəriy-
yələr  möhkəmlənmişdir.Bu  dövrdə  ekologiya  elminin  yeni  sahəsii-populyasiya 
ekologiyası  formalaşmışdır.Bu  sahədə  Ç.Adams,V.Şelford,  B.A.Keller,  K.A.Ti-
miryazev,D.N.Koşkarov, Ç.Elton kimi alimlərin böyük rolu olmuşdur. 
    1935-ci ildə ingilis alimi A.Tensli ekosistem anlayışını irəli sürmüş,1942-ci ildə 
V.N.Sukaçev  biogeosenoz  anlayışını  əsaslandırmışdır.Bu  dövrdə  amerikan  alimi 
R.Lindman  ekosistemlərin  enerji  balansının  hesablanması  üsullarını  izah  etmiş-
dir.Ekologiya elminin inkişafında ən böyük sıçrayışlardan biri isə biosfer haqqında 
elmi təlimin yaranması olmuşdur.Bu nəzəriyyənin banisi,XX əsrin dahi alimlərin-
dən  biri  olan  V.İ.Vernadskinin  fikirləri  öz  dövrünün  elmi  inkişafını  xeyli  qabaq-
lamışdır.V.İ.Vernadski  tərəfindən  biosfer  sabitliyi  və  fəaliyyəti,maddə  və  enerji 
balansı ekoloji qanunlara əsaslanan qlobal ekosistem kimi izah olunmuşdur. 
    Artıq,XX  əsrin  ikinci  yarısında  ətraf  mühitin  çirklənməsinin  sürətlənməsi  və 
insanın  təbiətə  təsirinin  güclənməsi  ilə  bağlı  olaraq  ekologiya  xüsusi  əhəmiyyət 
kəsb etməyə başladı. 
    Üçüncü mərhələ - XX əsrin 50-ci illərindən başlamış və bu günə qədər davam 
etməkdədir.Bu dövrdə ekologiya təbiətin və insanı əhatə edən ətraf mühitin müha-
fizəsi haqqında elmləri də özündə birləşdirən kompleks bir elmə çevrilir. 
”Ekologiya ciddi bioloji bir elmdən coğrafiya,geologiya,kimya,fizika,sosiologiya, 
mədəniyyət,iqtisadiyyat və s.bölmələri özündə birləşdirən biliklər sisteminə çevri-
lir”(Reymers,1994).                                                                                            
    Bütün  bu  qeyd  olunan  elmi  nailiyyətlər  1964-cü  ildə  Beynəlxalq  Bioloji  proq-
ram  üzrə  işləyən  dünya  alimlərinə  planetimizin  maksimal  bioloji  potensialını 
hesablamağa şərait yaratmışdır. 
    Bu  mərhələdə  ekologiyanın  inkişafına  “Roma  klubu”  (RK)  güclü  təkan 
vermişdir.                                                                                                                                                                                   
             Ekologiya elminin inkişafında Roma Klubunun rolu 
 
    1968-ci  ilin  yazında  italiyalı  iqtisadçı,biznesmen  ictimai  xadim  ,”Fiat” 
firmasının  direktorlar  şurasının  üzvü  və  “Olivetti”  şirkətinin  vitse-prezidenti 
Aurelio Peççei (Aurelio Peccei)* avropanın 30 nəfər ən görkəmli alimlərinə və iş 
adamlarına  müasir dövrün kəskin problemlərini  müzakirə  etmək  üçün dəvətnamə 
göndərdi.Həmin  ilin  6-7aprel  tarixində  Romada,qədim  de  Linçei  Milli  
akademiyasında dəvətlilərin görüşü keçirildi.Bu görüşdə toplaşanlar müasir dövrün 
Aurelio Peççei(1908-1984)
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə