İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

86 
 
Biomüxtəliflik  -  yer  üzərində  bütün  canlıların  -  mikroorqanizm,  bitki  və 
heyvanların müxtəlifliyi deməkdir. 
Azərbaycan  Respublikası  Qafqaz  regionunda  ən  zəngin  təbii  sərvətlərə  malik 
ölkədir.  Azərbaycan  Respublikasının  ərazisində  9  iqlim  zonası  üzrə  4500  növə 
kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş 
ittifaqın  bütün  florasının  24%-ni  təşkil  edir.  Respublikada  rast  gələn  600  növ 
endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. 
Azərbaycan  Respublikasının  "Qırmızı  kitabı"na  140  nadir  və  nəsli  kəsilmək 
təhlükəsi olan bitki növü daxil edilmişdir. 
Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan 
faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və 
reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. 
Azərbaycan  Respublikasının  "Qırmızı  kitabı"na  məməlilərin  14  (ceyran,  bəbir, 
bezoar  keçisi,  dağ  qoyunu  və  s.),  quşların  36  (turac,  dovdaq,  ütəlği,  bəzgək, 
ərsindimdik  və  s.),  balıqların  5  (ilanbalığı,  qızılxallı,  poru  və  s.)  amfibiya  və 
reptiliyaların  13  (adi  triton,  Suriya  sarımsaqiyli  qurbağa,  eskulap  ilanı), 
həşaratların  40  növ  və  yarımnövləri  (Talış  kökyeyəni,  Apollon,  Xrizip,  Talış 
brameyası və s.) daxil edilmişdir. Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun 
geoloji tarixi və müxtəlif iqlim şəraitinin olmasıdır. 
 Təbiətin qorunması 
Bütün  dünyada  vəhşi  təbiətin  qorunması  və  öyrənilməsində  xüsusi  mühafizə 
olunan təbiət ərazilərinin inkişaf etdirilməsi ekosistemin  qorunub saxlanılmasında 
mühüm  rol  oynayır.  Məhz,  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  fəaliyyəti 
nəticəsində  nadir  və  nəsli  kəsilməkdə  oldan  fauna  və  flora  növlərinin  qorunub 
saxlanılmasına imkan yaranmışdır 
 
 
                                                    Meşələr 
Azərbaycan  Respublikası  ərazisinin  ümumi  sahəsi  86,6  milyon  hektardır. 
Azərbaycan meşələrinin ümumi sahəsi isə 1213,7 min hektardır. Hər adam başına 
təqribən  0,12  ha  meşə  sahəsi  düşür  ki,  bu  da  ümumdünya  miqyasında  götürülən 
müvafiq orta rəqəmdən 4 dəfə (0,48 ha) azdır.  
Azərbaycan  meşələri  əhəmiyyətinə  görə  I  qrupa  aid  edilir  və  bu  meşələr 
Respublikanın müxtəlif bölgələrində müxtəlif tərzdə yayılmışdır. Bu bölgələrə xas 
olan  xüsusiyyətlərdən  biri  müxtəlif  təbii  sərvətləri  -  mineral  xam  malı,  suyun, 
enerjinin, torpaqların yerləşməsidir. Onların arasında meşə sərvətləri heç bir digər 
təbii  sərvətlərə  xas  olmayan  çoxsahəli  funksiyaları  yerinə  yetirir.  Meşələr  yeganə 
təbiət  kompleksi  hesab  olunur  ki,  onlar  su,  hava  və  torpaq  kimi  biosferanın  çox 
vacib olan komponentlərinin sabitləşdirilməsinə şərait yaradır.  


87 
 
Respublika meşələrinin əksər sahələri (85%) Böyük Qafqazda, Kiçik Qafqazda və 
Talış dağ bölgəsində yerləşir.  
Meşələrin çox hissəsi qiymətli ağac cinslərindən ibarətdir (palıd, fıstıq, vələs, cökə, 
ağcaqayın  və  s.).  Respublikanın  meşələrinin  müxtəlifliyi,  onun  yayılması  iqlim, 
torpaq, müxtəlif hündürlük qurşaqlarından və digər şəraitdən asılıdır.  
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  meşə  siyasətini  Meşələrin  İnkişafı 
Departamenti vasitəsi ilə həyata keçirir.  
Departament  dövlət  meşə  fondunun  ərazisində  meşələrin  qorunub  mühafizə 
olunmasını,  meşəbərpa  və  meşəsalma  işlərinin,  əkin-materialının  yetişdirilməsini, 
meşə  ağac  və  kol  cinslərinin  toxumlarının  tədarükünü,  meşə  fondunun  dövlət 
uçotunun  və  meşə  kadastrının  aparılmasını,  meşələrə  xidmət  işlərinin  və  digər 
meşə  təsərrüfatı  tədbirlərinin  həyata  keçirilməsini,  meşədən  əlavə  istifadə  və 
yardımçı kənd təsərrüfatı sahələrinin məqsədyönlü və səmərəli aparılmasını təmin 
edir. Meşə təsərrüfatı tədbirlərinin, meşələrin torpaq qoruyucu, su saxlayıcı, mühit 
təmizləyəci,  sanitar  gigiyenik  və  digər  faydalı  funksiyaların  yüksəldilməsi 
istiqamətində  aparılmasını  təmin  edir,  ətraf  mühit  üçün  xüsusi  əhəmiyyət  kəsb 
edən  elmi  mədəni  və  rekreasiya  əhəmiyyətli  təbiət  komplekslərinin  və 
obyektlərinin,  bioloji  müxtəlifliyin,  eləcə  də  meşə  fondunda  yayılmış  fauna 
növlərinin  qorunması,  meşə  toxumçuluğu işlərinin  aparılması  zamanı genofondun 
saxlanması, artırılması istiqamətində tədbirlər həyata keçirir.  
Meşələrin  İnkişafı  Departamentinin  tabeliyində  34  Regional Meşə  Mühafizəsi  və 
Bərpası  Müəssisəsi,  3  Meşə  Salma  Müəssisəsi,  3  Regional  Meşə  Tingliyi 
Müəssisələri  (Zərərvericilər  və  Xəstəliklərə  qarşı  Mübarizə  Mərkəzi  və  Elmi 
Tədqiqat Meşəçilik İnstitutu) fəaliyyət göstərir.  
Nazirliyin  yarandığı  vaxtdan,  2001-ci  ilin  mayından  başlayaraq  Respublikanın 
bütün  ərazilərində  meşəbərpa,  meşəsalma,  əkin  materialı  yetişdirmə,  toxum 
tədarükü və digər tədbirlərin həcmi xeyli genişləndirilmişdir.  
Azərbaycan  xalqının  ümummilli  lideri  H.Ə.Əliyevin  26  dekabr  2001-ci  il  tarixli 
fərmanı  ilə  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinə 
tapşırılmışdır  ki,  dövlət  və  yerli  özünüidarəetmə  orqanlarını  və  elmi  təşkilatları 
cəlb  etməklə  ölkədə  meşələrin  bərpa  edilməsinə  və  artırılmasına  dair,  Milli 
Proqram  hazırlayıb  baxılmaq  üçün  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə 
təqdim etsin.  
Bununla  yanaşı  eyni  zamanda  tapşırılmışdır  ki,  ardıcıl  olaraq  ekoloji  cəhətcə 
dayanıqlı,  sosial-iqtisadi  inkişafa  və  heyvandarlığın  və  əkinçiliyin  inkişafı  ilə 
əlaqədar  olaraq  yay-qış  otlaqlarının  və  biçənəklərin  səmərəli  istifadə  olunması, 
torpaqların  dağ  yamaclarında,  dərə  və  yarğanlarda  çay  məjralarında  eroziyaya 
uğramasının,  dağətəyi  və  düzən  rayonlarda  şoranlaşmanın  qarşısının  alınmasına 
dair Milli Proqramlar hazırlayıb aidiyyatı üzrə təqdim etsin.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə