İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   31   32   33   34   35   36   37   38   ...   58

80 
 
dönüklüyündən sonra bütün canlı aləmin ümümi tənəzzülü və deqradasiyası təsvir 
olunurdu.Dekyuji hətta ,qocalma əlamətləri olan və yaxın vaxtlarda məhv olacağını 
fərz etdiyi  növlərin siyahısını da vermişdi.Onun fikrincə,yalnız insan bu prosesə 
müqavimət göstərə bilər(Popov,2008;Nazarov,2005).Nəticədə mikrobioloq 
A.Lvov,genetik və seleksiyaçı Heribert-Nilsson,zooloq A.Vandel və s. kimi 
görkəmli alimlər də bu fikirləri dəstəklədilər. 
    Darvinixm tərəfdarları brokkizmi kəskin tənqid edərək,onu təbiətşünaslıqda 
yolverilməz fantasmaqoriya adlandırırdılar.Sovet darvinisti L.Ş.Davitaşvili yazırdı: 
«Filogenetik budaqların (qolların) növlərin (qrupların) yaranması ilə başlayan və 
ölümü ilə qurtaran həyat tsikli keçməsi antielmi mülahizə kimi rədd edilməlidir».     
Bu da başa düşüləndir:brokkizm həm təbii seçmə nəzəriyyəsinə ziddir,hən də 
hansısa «мifik»,necə yaranması və kim tərəfindən istiqamətləndirilməsi məlum 
olmayan «isriqamətlənmiş inkişaf qanunu »ilə izah olunurdu.Müasir brokkistlər isə 
yeni,qeyri-mifik bir izah tapmışlar.Məsələn,zooloq İ.Y.Popov növlərin qocalması 
mexanizmini belə izah edir:törəmə prosesində hər bir orqanizm öz surətini (eynini) 
yaratmağa cəhd etsə də ,DNT-nin surətinin yaradılması prosesində baş verən 
səhvlər nəticəsində uzun müddət mütləq  dəqiq surət törəmir və ona görə də 
nəsilərin əvəzlənməsi  zamanı ətraf mühitə yaxşı uyğunlaşmış növlər belə hökmən 
dəyişir.Hansısa zaman kəsiyində bu dəyişikliklər qeyri-rasional olur və növü 
məhvə aparır.Belə izah ilk baxışda məqbul görünsə də,brokkizmin doğruluğuna 
tam inandıra bilmir.A.V.Yablokov və A.Q.Yusufov yazdığı kimi, bəzi növlərin 
sürətli məhvi faktı kimi, çoxsaylı  «canlı qazıntıların» mövcudluğu da belə finalşı 
konsepsiyanı əksinədir. «Canlı qazıntılar»  hazırda yaşayan (və ya yaxın keçmişdə 
yox olmuş) qrypların geoxronoloji sütunun ən qədim qatlarında tapılmış və faktiki 
olaraq dəyışməz förmada qalan nümayəndələridir.Mövcudluğu yüz milyon illər 
hesab edilən çoxlu sayda göbələklər,molyuskalar,yosunlar və sadə bakteriyalar heç 
bir dəyişikliyə uğramamışlar.Bu fakt isə,növlərin ümumi qocalma nəzəriyyəsini 
təkzib etmək üçün ciddi arqumentdir. 
    Növlər nə üçün yox olmur?Yerdə 100mln. ildən artıq müddətdə mövcud olan 
növlərdə heç bir dəyişikliyin olmamasını necə izh etməli?Nə üçün təkamülün 
gedişatında bəzi növləri dəyişməyə (və ya məhv olmağa)məcbur edən təbii seçmə 
digər növləri toxunulmaz saxlayır.Darvinizmdə bu problemlər sovet zooloqu 
İ.Şmalhauzen tərəfindən təklif olunmuş «sabitləşdirici seçmə» nəzəriyyəsi ilə həll 
olunur.Bu nəzəriyyəyə görə,dəyişməyən ətraf mühit şəraitində təbii seçmə genetik 
dəyişkənliyə əks təsir göstərərək,bu şəraitin yaratdığı normalardan hər-hansı 
sapmaları (kənara çıxmaları) aradan qaldırır(İ.Şmalhauzen,1982).Belə seçmə 
zamanı üzun müddət dəyişməz qala bilir.Əgər,sabitləşdirici seçmənin özü ilə bağlı 
problemlər olmasaydı,bu nəzəriyyə ilə asanlıqla razılaşmaq olardı. «Sabitləşdirici 
seçmə» özünü çox qəribə «aparır».Məsələn,bu gün yerdə dörd ayağı üzərində 


81 
 
hərəkət edən 3000-dən artıq kərtənkələ növü məskunlaşmışdır.Dörd ayağın nəsillər 
boyu saxlanması sabitləşdirici seçmə ilə izah oluhur.Lakin nədənsə,mövcudluq 
səraitləri dəyişməz qalmasına baxmayaraq ,ballıcalar (oxabənzər,ayaqsız 
kərtənkələlər) ayaqlarını itirmişdir.Digər kərtənkələlər kimi,bu kərtənkələlər də 
yerüstü həyat tərzi keçirirlər(Q.N.Sidorov,2003).Bəs,onda nə üçün,sabitləşdirici 
seçmə bir halda aşağı ətrafları saxlamış,digər halda isə, «öz vəzifəsinin» 
öhdəsindən gəlməmişdir?Belə halbəzi həşaratların qanadlarını itirməsinə də aiddir. 
Necə olmuşdur ki, qanad kimi aktiv işləyən bir orqan lazımsız olmuşdur? Sovet 
entomoloqu A.Lyubişev qeyd edir ki,qanadlı həşaratlarda qənədlərin reduksiya 
olunması geniş yayılmış bir təzahürdür və belə reduksiyaların əksəriyyətinin səbəbi 
məlum deyil (iqtibas. Y.V.Çaykovski,2006).Belə bir fərziyyə mövcuddur 
ki,tufanların tuğyan etdiyi okean adalarında qanadların olmaması həşaratlar üçün 
faydalıdır.Əgər,bu belədirsə,tufan zonalarında yaşamayan və qanadlı həşaratlarla 
sülh şəraitində yanaşı yaşayan həşaratların qanadlarının itirilməsi necə baş 
vermişdir?Bu günə qədər,sabitləşdirici seçmə heç nə ilə və heç kim tərəfindən 
sübut olunmamışdır.     
    Növlərin «ölümü» ilə məşğul olan alimlər bununla paralel və birbaşa bağlı olan 
bir təzahürə-fərdin (individuumun) ölümünə də diqqət yetirmişdilər.Məlumdur 
ki,Yerdə doğulan hər bir orqanizm gec-tez ölür.Uzun zamanlar hesab edirdilər 
ki,ölüm orqanizmin aşınması (tükənməsi) səbəbindən baş verir:gücün azalması, 
fiziki və psixi deqradasiya,xəstəliklər,genetik pozuntu və s. Bu gün məlumdur ki, 
fərdin ölümü genetik olaraq əvvəlcədən proqramlaşdırılmış  və «fenoptoz» (ayrı-
ayrı hüceyrələrin proqramlaşdırılmış ölümü olan «apoptoz»-a  anoloji olaraq)  
adlandırılan bir prosesdir.Həyatın orta uzunluğu növün dəqiq əlamətidir 
(A.İ.Potapenko,1999). «Genetik materialın kodunda orqanizmin yaşını 
müəyyənləşdirən təlimat vardır ki,daha əlverişli şəraitdə belə,orqanizm bu yaşdan 
artıq yaşaya bilməz»(The New Encyclopedia Britannica, 1989).Oranizmin ölümü 
qocalma-məhsuldarlığın,hərəkətliliyin,yaddaşın zəifləməsi ilə səciyyələndirilən 
özünütənzimləmə və özünüsaxlam qabiliyyətinin itirilməsi-kimi təzahürlə müşayət 
olunur.Mahiyyətcə qocalma elə fenoptozu reallaşdırır. 
    Qocalmanın sürətinə və xarakterinə görə bütün növləri dörd qrupa bölmək 
olar:tez qocalan,tədricən qocalan,cüzi qocalan və «əks,mənfi» qpcalan.Növləri bu 
kateqoriyalara bölmək üçün dəqiq qanunauyğunluq aşkarlanmamışdır. Tez 
qocalanlara bəzi balıq növlərini aid etmək olar.İnsan da daxil olmaqla,bütün 
məməlilər tədricən qocalır.Cüzi qocalan növlərə bəzi balıq,quş,tısbağa,bitki və s. 
növlər aid edilir.Bu kateqoriyadan olan canlılar qəflətən,sanki tam sağlam 
vəziyyətdə olarkən ölürlər.Əgər,yaşın artması ilə funksional əksilmə baş vermirsə 
və nəsilvermə qabiliyyəti artırsa,belə təzahür «əks» qocalma adlandırılır. «Əks» 
qocalma dəniz qastropodlarında (qarınayaqlı molyuskalar-umbonium və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə