İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

107 
 
dəfnəgilas, Qafqaz qaragiləsi, məxməri ağcaqayın, ayı döşəyi və s. vardır. Qoruğun 
faunası çox zəngindir. Burada Dağıstan dağ kəli, qararaça, maral, cüyür, çöl 
donuzu, ayı, porsuq, tülkü, meşəpişiyi, vaşaq, sincab, gəlincik və s. 
məskunlaşmışdır. Zaqatala dövlət təbiət qoruğunun ərazisinin genişləndirilərək 
biosfer dövlət təbiət qoruğunun yaradılması günün ən ümdə məsələlərindən biridir.  
    Türyançay dövlət təbiət qoruğu - Bozdağın arid meşə landşaft komplekslərinin 
qorunması və bərpası, dağ ətəkləri, eroziya mənbələrinin məhdudlaşdırılması 
məqsədilə 1958-ci ildə 12,63 min hektar ərazidə Türyançay dövlət təbiət qoruğu 
yaradılmışdır. 2003-ci ilin yanvar ayında qoruğun ərazisi genişləndirilərək 22,5 
hektara çatdırılmışdır. Qoruqda 3 növ ardıc (iyli, qırmızı, çoxmeyvəli), Gürcüstan 
palıdı, adi göyüş, nar və başqa ağac cinsləri vardır. Qoruqda 24 məməli,112 quş, 
20 sürünən və 3 suda-quruda yaşayan növlər məskunlaşmışdır.  
    Pirqulu dövlət təbiət qoruğu - Qoruq 1968-ci ildə 1521 hektar ərazidə tirik dağ-
meşə landşaftlarını, xüsusilə müxtəlif növ bitki örtüyünü, torpağın münbit qatını 
qorumaq, meşə örtüklü sahələri artırmaq, astroiqlimə mənfi təsir göstərən havanın 
tozlanması kimi hadisələrin qarşısını almaq məqsədilə yaradılmışdır. Qoruğun 
florası 60 növdən artıqdır. Məməlilərdən boz ayı, canavar, meşə pişiyi, vaşaq, 
gəlinci, çöl donuzu, cüyürə və s. rast gəlmək olar. Qoruğun ərazisi 2003-ci ildə 
2753 hektar genişləndirilərək 4274 hektara çatdırılmışdır.  
    Şirvan dövlət təbiət qoruğu - 1969-cu ildə Bəndovan dövlət təbiət yasaqlığının 
bir hissəsində 17745 hektar ərazidə ceyranların, su quşlarının qorunması və 
artırılması məqsədilə yaradılmışdır. 1982-ci ildə qoruğun ərazisi genişləndirilərək 
25,8 min hektara çatdırılmışdır. Ərazinin 3.5 hektarını su hövzəsi təşkil edir. 
Qoruğun ornitoloji faunası çox zəngindir. Su-bataqlıq ərazilərdə nadir və qiymətli 
köçəri quşlar qışlayır və yuvalayır. 2003-ci ildə qoruğun əsas hissəsi Şirvan Milli 
Parkının ərazisinə verilmiş, hal-hazırda qoruğun ümumi sahəsi 6232 hektardır. 
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2003-cü ilin 5 iyul tarixində 
Şirvan Milli Parkı yaradılarkən Şirvan dövlət təbiət qoruğunun ərazisi 6232 hektar 
qalmışdır.  
    Qarayazı dövlət təbiət qoruğu - Kür sahili tuqay meşələrinin qorunması və 
bərpası məqsədilə 1978-ci ildə 4855 hektar ərazidə yaradılmışdır. Əsas qorunan 
obyekti Kür çayının orta axarı boyunca yerləşən nadir və tükənməkdə olan tuqay 
ekoloji sistemidir. Tuqay meşələrində əsas ağac növlərindən ağyarpaq qovaq, 
palıd, qızılağac və ağ akasiya üstünlük təşkil edir. Dırnaqlı heyvanlardan çöl 
donuzu və nəcib maral, quşlardan isə qırqovul, qaratoyuq, göyərçin və s.rast 
gəlmək olar. 2003-cü il 2 iyun tarixində Qarayazı dövlət təbiət qoruğunun ərazisi 
4803 hektar genişləndirilərək 9658 hektara çatdırılmışdır.  
    Bəsitçay dövlət təbiət qoruğu - Nadir Şərq çinarının qorunub saxlanılması 
məqsədilə 1974-cü ildə 107 hektar ərazidə yaradılmışdır. Qoruq Zəngilan 


108 
 
rayonunda Kiçik Qafqazın cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini 
əhatə edir. Çinarlıq qoruq ərazisinin 93,5%-ni təşkil edir. Çinar ağaclarının orta 
yaşı 170 ildir. Lakin, əsl nəhəng-yaşı 1200-1500 il, hündürlüyü 50 m və diametri 4 
m-ə qədər olan ağaclara da rast gəlmək olar. Bəsitçay dövlət təbiət qoruğu işğal 
altındadır və qoruq rejimi məhv edilmişdir.  
    İsmayıllı dövlət təbiət qoruğu - Qoruq Böyük Qafqazın cənub yamacının şərq 
hissəsindəki təbiət komplekslərinin qorunub saxlanılması məqsədilə 1981-ci ildə 
5778 hektar ərazidə yaradılmışdır. 2003-cü ilin iyun ayında qoruğun ərazisi 10,96 
min hektar genişləndirilərək ümumi ərazisi 16,7 min hektara çatdırılmışdır. 
Meşəlik əmələ gətirən ağac növləri əsasən fıstıq, vələs və palıd, qismən də 
ağcaqayın, göyüş, cökə və s. ağaclardan ibarətdir. Onlardan üçüncü dövrə aid 
şabalıdyarpaq palıd və qaraçöhrə Azərbaycanın "Qırmızı kitabı"na daxil 
edilmişdir. Qoruq ərazisində 170-ə yaxın onurğalı heyvan növü yaşayır. Burada 13 
dəstəyə aid 104 quş növünə rast gəlmək olar. Məməlilərdən boz ayı, meşə pişiyi, 
vaşaq, Qafqaz nəcib maralı, cüyür, qararaça, Dağıstan turu və s. heyvanlar yaşayır.  
    Qaragöl dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə buzlaqlardan əmələ gəlmiş 
dağ gölünün nadir ekoloji sisteminin və su hövzəsi ətrafı təbiət kompleksinin 
qorunub saxlanılması məqsədilə 240 hektar ərazidə yaradılmışdır. Göl əsasən qar, 
yağış və qismən də bulaq suları hesabına qidalanır. Qoruğun florasında 278 ailəyə, 
68 cinsə və 100-dən artıq növə aid bitkilər təmsil edilmişdir. 1967-ci ildə gölə forel 
balığı buraxılmışdır. Qaragöl dövlət təbiət qoruğu işgal altındadır və qoruq rejimi 
məhv edilmişdir.  
    İlisu dövlət təbiət qoruğu - Qoruq 1987-ci ildə 9,3 min hektar ərazidə Böyük 
Qafqazın cənub yamaclarının təbii kompleksini, nadir və nəsli kəsilmək 
təhlükəsində olan fauna və floranı qorumaq və artırmaq, meşələrin əvvəlki 
vəziyyətini bərpa etmək, torpaqların eroziya və sel hadisələrinin qarşısını almaq 
məqsədilə yaradılmışdır. Qoruqda 500 növ bitki vardır ki, onlardan 60-a yaxını 
endemik növlərdir. Burada maral, cüyür, dağ kəli, çöl donuzu, dələ, qarapaça və s. 
heyvanlar məskunlaşmışdır. 2003-cü ilin mart ayında İlisu dövlət təbiət qoruğunun 
ərazisi 17381,6 hektara çatdırılmışdır.  
    Şahbuz dövlət təbiət qoruğu - 2003-ci ilin 16 iyun tarixində Azərbaycan 
Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 
Şahbuz rayonunun inzibati ərazisinin 3139 hektar sahəsində yaradılmışdır. Batabat 
ərazisində əsasən dağ çəmən landşaftı inkişaf etmişdir. Ərazinin florasının əsasını 
dərman bitkiləri, palıd ağacları və s. faunasını - quşlardan Avropa tüvüyü, kəklik, 
enliquyruq bülbül, məməlilərdən qonur ayı, porsuq, vaşaq və s. təşkil edir.  
    Eldar Şamı dövlət təbiət qoruğu - Azərbaycan Respubliukası Prezidentinin 
2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə Samux rayonunun inzibati ərazisinin 
1686 hektarında yaradılmışdır. Qoruğun yaradılmasında əsas məqsəd nadir və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə