İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

113 
 
mümkündür.Bunun  üçün  əhali  arasında  maarifləndirmə  işlərini  həyata 
keçirmək,ailə planlaşdırma mərkəzləri yaratmaq və s.vacibdir. 
    Əgər, insan özü öz artımını dayandırmasa,nizamlamasa,onda,bunu təbiət qəti və  
kəskin  şəkildə  edəcəkdir.Çünki,demoqrafik  “partlayış”  problemi  öz  növbəsində 
aclıq,enerji  böhranı  və  s.  kimi  qlobal  ekoloji  problemlərin  yaranmasına  və 
inkişafına şərait yaradır.  
 
Dünya dövlətlərinin əhalisinin sayı                                                      Cədvəl...... 
 
 
1.2.Əkin sahələrinin azalması və aclıq 
    İnsanlıq  qarşısında  yaranan  ən kəskin problemlərdən biri aclıqdır.İnsanlar üçün 
əsas  qida  mənbəyi  kənd  təsərrüfatıdır.Əkinçiliyin  əsas  istehsal  qüvvəsi  isə 
məhsuldar torpaqlardır.Dünyada ümumi əkin sahəsi 1mlrd.356mln.hektardır.Bütün 
insanları  tam  qida  ilə  təmin  etmək  üçün  isə  6mlrd.600mln.ha  yüksək  məhsuldar 
əkin sahəsi tələb olunur. 
    İnsanın bütün tarixi ərzində əhalinin artımı “oykum”-enin genişlənməsi,yəni,  
yeni-yeni  ərazilərin  məskunlaşması  ilə  müşahidə  olunmuşdur.Bu  zaman  kənd 
təsərrüfatı üçün daha əlverişli və münbit torpaqlar mənimsənilmişdir. 
    Müasir  dövrdə,  oykumen  demək  olar  ki,son  həddə  çatmışdır.Ehtiyatda  yalnız 
ekstremal təbii şəraitə  malik ərazilər qalmışdır.İnsan daim artan təlabatını torpağın  
hesabına  təmin  etmişdirş.Lakin,bir  publisistin  yazdığı  kimi,”torpaqdan  hər  şeyi 
sıxıb çıxartmaq” çağırışı cinayətdir. Minlərlə insan nəslini qidalandıran və bundan 
sonra  da  milyonları  qidalandıracaq  yerdən  hər  şeyi  necə  sıxıb  çıxarmaq 
olar.Hamısını  çıxarmaq  gələcək  nəsillərə  heç  nə  saxlamamaq  deməkdir.Bu  isə 
“Bizdən sonra Dünyanı lap su bassın” fəlsəfəsinə bənzəyir. 
ÖLKƏ
 
ƏHALİNİN SAYI (1994-cü il)
 
MİLYON NƏFƏRLƏ 
DÜNYA ƏHALİSİNİN 
SAYINDA PAYI,%-LƏ 
Çin 
1209 
21,5 
Hindistan 
919 
16,3 
ABŞ 
261 
4,6 
İndoneziya 
195 
3,5 
Braziliya 
159 
2,8 
Rusiya 
147 
2,6 
Pakistan 
137                                       
 
2,4 
Yaponiya 
125 
2,2 
Banqladeş 
118 
2,1 
Nigeriya 
108 
1,9 
Cəmi 
3378 
59,9 


114 
 
    Dünyada  əkinə  yararlı  torpaqların  50%-ə  qədəri  aşınmaya  məruz  qalır.Böyük 
torpaq  sahələrini  yarğanlar  “yeyir”,münbit  qatlar  yuyulur  və  sovrulur.Kənd 
təsərrüfatına yararlı torpaqların böyük hissəsini şəhərlər zəbt edir,tikintilərin, 
yolların  ,sənaye  obyektlərinin  altında  qalır.Beləliklə,əkinə  yararlı  torpaqların 
sahəsinin mütləq azalması baş verir. 
    İnsanın  tarixi  ərzində  2mlrd.ha-ra  qədər  məhsuldar  torpaqlar  itirilmişdir  ki,  bu 
da hazırda əkin və otlaqların tutduğu sahədən çoxdur. 
    Kənd təsərrüfatına yararlı torpaqlara səhralaşma prosesi də böyük  zərbə vurur. 
Bu proses ən şox quraqlıq iqlimə malik landşaftları təhlükə altına salır:bitki örtüyü 
məhv  olur,yüksək  sürətlə  torpağın  defolyasiyası  və  erroxiyası  prosesi  gedir.Son 
nəticədə  torpaqlar  özünün  resurs-ekoloji  potensialını  tamamilə  itirir.Antropogen 
səhraların sahəsi 10mln km
2
  və ya bütün qurunun 6,7%-ni əhatə edir.Səhralaşma 
prosesi  ildə  6,7  mln.ha.  sürətlə  gedir.Hazırda  30mln.km
2
sahə  (qurunun  19%-
i)səhralaşma  təhlükəsi  altındadır.Kənd  təsərrüfatına  yararlı  torpaqlarin  sahəsinin 
mütləq azalması ilə bərabər,əhali artımı ilə bağlı nisbi azalması da baş verir.  
    Əgər əvvəllər bir nəfərə düşən əkin sahəsini müəyyən etmək üçün ümumi  əkin 
sahəsini  5mlrd.-a  bölürdüksə,hazırda  6,6mlrd.-a  bölürük.Əhalinin  artımını  nəzərə 
alsaq əlavə olaraq ildə ən azı 50mln.ha. əkin sahəsi tələb olunur.Hesab edilir ki, 
əgər,1ha.sahədən bir adama 1t taxıl yığılarsa,aclıq problemi olmaz.Planetin 6mlrd-
dan  artıq  olan  əhalisinə  6mlrd.t-dan  da  artıq  taxıl  tələb  olunduğu  halda,hazırda 
Dünyada bir ildə cəmi 1,5mlrd.ton taxıl istehsal olunur.Bunun bir səbəbi də bu gün 
adam başına cəmi 0,28ha.əkin sahəsi düşməsi və onun da  məhsuldarlığının aşağı 
olmasıdır.Bütün bunlarn isə “artıq Yer özünün bütün  əhalisini qida ilə tam təmin 
etmək iqtidarında deyil” fikrini söyləməyə əsas verir. 
    Piramida  qanununa  uyğun  olaraq  insan  trofik  zəncirin  yuxarı  mərtəbələrini 
tutmaqla  bütövlükdə  biosferin  yaratdığı  biokütlədən  az  biokütlə  yarada 
bilər.M.Y.Vinoqradov  (1994)  hesab  edir  ki,adambaşına  250t/il  canlı  maddə 
düşərsə biosferin tarazlığını qoruyub saxlamaq olar.Biosferin ümumi məhsuldarlığı 
isə (quruda və okeanlarda)5x10
23
t  təşkil edir.Sadə bölmə əməliyyatı aparmaqla, 
görmək  olar  ki,  biosferin  müvazinətini  pozmadan  Yerdə  3...4mlrd.insan  normal 
təminatla mövcud ola bilər.Təsadüfi deyil ki, məhz əhalinin sayı bu həddi aşdıqdan 
sonra qlobal ekoloji problemlər təzahür etməyə başlamış və  hər il əhalinin sürətlə 
artması nəticəsində bu problemlərin kəskinliyi də artır. 
  1974-cü  ildə  Romada  keçirilən  Ümumdünya  ərzaq  konfransında  10il  ərzində 
aclığa son  qoymaq  vəd  olunmuş  və  “yaşıl  inqilab”  başlanmışdır.O  zaman  əsasən 
kənd  təsərrüfatının  intensivləşdirilmısinə  (yüksək  məhsuldar  bitki  növlərinin  və 
heyvan  cinslərinin  seleksiyası),kənd  təsərrüfatının  kimyalaşdırılması,yeni  texnika 
və texnologiyaların tətbiqinə ümid edilirdi. Lakin düz 10 ldən sonra ,1984-cü ildə 
ərzaq böhranı baş verdi. Bu ilk növbədə tropik Afrikada kəskin quraqlıqların baş 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə