İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   50   51   52   53   54   55   56   57   58

119 
 
“bağlanıla”  bilmir.Məlumdur  ki,  normal  şəraitdə  karbon  qazının  qatılığı  artdıqda 
bitkilərin  fəallığı  artır  və  avtomatik  olaraq  CO
2
-nin  qatılığı  başlanğıc  tarazlıq 
vəziyyətinə  gətirilir.Lakin,bu  gün  fotosintez  prosesinin  məhsuldarlığı  ilə  
atmosferdə  karbon  qazının  qatılığı  arasındakı  tarazlıq  pozulmuşdur.Bu  isə  qlobal 
istiləşmənin  əsas  səbəblərindən  biridir.Belə  ki,istixana  effekti  yaradan  digər 
qazların  da(qazşəkilli  karbohidrogenlərin),xüsusilə  də  metanın  atmosferdə 
miqdarının  aartmasına  baxmayaraq  qlobal  istiləşmənin  təhlükəli  inkişafı  80% 
karbon  qazı  ilə  bağlıdır.Atmosferdə  karbon  qazının  miqdarının  artmasının  digər 
səbəbi  isə  bataqlıqların  qurudulmasıdır.Bataqlıqların  su  orqanizmləri  karbonu 
dövrandan  çıxararaq  bərpa  olunmuş  şəkildə  üzvi  maddəyə  daxil  olmuş  karbonu 
müxtəlif    növlü  bataqlıqlarda    “basdırmaqla”  havada  karbonun  miqdarının 
azalmasını  təmin  edir.Bataqlıqların  qurudulması,torpaq  və  sututarlatın 
turşuluğunun  yüksəlməsi  nəticəsində  karbonun  parçalanması,müxtəlif  antropogen 
çirkləndiricilərlə  fotosintezin  “boğulması”  və  s.  karbon  qazının  atmosferə  daxil 
olması  ilə  onun  əlaqələndirilməsi  arasındakı  tarazlığı  pozan  səbəblərdən 
bəziləridir. 
Məsələn,Qərbi  Sibirin  bataqlıqları  torf 
şəklində  180mln.t  karbon  qazını  tutub 
saxlayır.                                                                                                                                       
Beynəlxalq 
ekspertlərin 
fikrincə,bu 
tendensiya saxlanılarsa,yaxın onilliklərdə 
planetdə  temperatur  1...3
0
S  yüksələ  bilər 
ki,  bu  da  Dünya  okeanının  səviyyəsinin 
0,3...1,0m-ə  qədər  artmasına  səbəb 
olacaqdır.Lakin,bu proqnozu dəqiq hesab 
etmək 
olmaz.Çünki,bu 
zaman 
təsir 
göstərəcək  bütün  proses  və  təzahürləri  nəzərə  almaq  mümkün  deyil.Hələ  ki,  yeni 
istilik  balansı  şəraitində  okean  və  atmosfer  axınları  sisteminin,qütb  buzlaqlarının 
əriməsi nəticəsində  albedonun dəyişməsinin,planetin bulud örtüyünün artmasının 
və  s.proseslərin  dəqiq  müəyyən  olunma  üsulları  mövcud  deyil.Məhz  ona  görə 
də,burada  “proqnoz”  terminindən  daha  çox  mümkün  ola  biləcək  ”ssenarilər” 
ifadəsini işlətmək daha məqsədəuyğundur.Bu zaman təbii olaraq hər birimizi belə 
bir  sual  düşündürür  :Qlabal  istiləşmə  bizə  nə  vəd  edir  və  hansı  ssenarilər 
mümkündür ?   Hələ,XVIII əsrdə ingilis alimi Hadley tərəfindən kəşf olunmuş və 
Hadley  tsikli  adlandırılmış  bir  effekt  mövcuddur.Bu  effektə  görə,  ekvatorial 
zonada  qızmış  havayuxarı  qalxır  və  qütb  zonalarına  yayılır.Qütb  zonasında  hava 
soyuyaraq yenidən yer səthinə yaxınlaşaraq ekvatora doğru hərəkət edir və yenidən 
qızaraq yuxarı qalxır s. (Şək.1.2.).                                                          
                                                                            
                                               
                                                                                                                                                        
Şək.1.2.Hadley tsiklinin sxem
  
 
  N                             0                              S 


120 
 
  Doğrudur,bu  atmosfer sirkulyasiyasının sadə sxemidir.Çünki,atmosferdə    çoxlu 
sayda  digər  burulğan  təzahürləri  də  mövcuddur.Lakin,bu  sadə  Hadley  tsiklləri 
atmosferdəki  əsas  enerji  axınlarını  təsvir  etməklə  bərabər,həm  də  bütün  atmosfer 
və  okean  sirkulyasiyalarının  hərəkətverici  mühərriki  olan  istilik  maşınının  vacib 
elementidir.
 
    Bir sıra mütəxəssislərin qeyd  etdiyi kimi,fərz edək ki,ekvatorla qütblər arasın-
dakı temperatur fərqi yox olur və ekvatorda da digər yerlərdə olduğu kimi soyuq 
olur.Bu zaman Hadley tsiklinin əvəzinə yeni tsikl (Şək.1.3.) meydana çıxır.                       
Bu sxemdə, hava kütləsi şimalda yuxarı qalxır,cənuba doğru hərəkət edir,cənub 
qütbündə Yer səthinə enir və yenidən şimala doğru hərəkət edir. 
    BMT-nin  iqlqm  dəyişiklikləri  üzrə  1500  mütəxəssisi  tərəfindən  hazırlanmış 
məruzəsində  qeyd  olunur  ki,2100-cu  ildə  Yer  kürəsində  temperatur  4
0

yüksələcəkdir.Bu  zaman  atmosfe  və  okean  sirkulyasiyalarının  qeyd  olunan 
tsikllərinin pozulması nəticəsində baş verə biləcək ssenariləri belə şərh etmək olar: 
-Afrika  və  Asiyada  məhsuldarlıq  aşağı  düşəcək,Avropada  subasma  təhlükəsi 
artacaq,Avstraliya və Yeni Zelandiyada quraqlıq olacaq; 
-ABŞ-nın  şərq  sahilyanı  əraziləri  dağıdıcı  tufanlara,sahil  əraziləri  isə  erroziyaya 
məruz qalacaq; 
-Arktikanın buz örtüyü 15% azalacaq; 
-Antarktida sahillərində buz örtüyü 7...9% geri cəkiləcək; 
-Cənubi Amerika,Afrika,Çin və Tibet dağlarının tropik buz örtüyü əriyəcək; 
-Okeanlarda  suyun  səviyyəsi  1m  yüksələcək,ABŞ-nın  Atlantik  sahillərinin  böyük 
ərazisi,Çinin  bir  hissəsi,Maldiv,Seyşel,Marşal  adalarının  bir  hissəsi  və  Kuk  adası 
tamamilə su altında qalacaq; 
-Qış isti keçəcək,yayda istilər daha kəskinləşəcək
-Bitki örtüyünün üçdə bir hissəsi məhv olacaq və s. 
-  Hesablamalara  görə,XXI  əsrin  sonunda  Yerdə  eramızdan  50  əsr  əvvəlki 
temperatur  rejimi  bərqərar  olacaqdır.Lakin,burada  əsas  təhlükə  orta  temperaturun 
və 
Dünya 
okeanının 
səviyyəsinin 
dəyişməsində 
deyil,bu 
dəyişmənin 
sürətinin  yüksək  olmasındadır.Bu  da 
insanların  yeni  şəraitə  uyğunlaşmasını 
mümkünsüz edir. 
 
Ozon qatının 
pozulması 
    Ozon  oksigenin 
üçatomlu  forması 
olub,atmosferin  yuxarı qatlarında  Günəşin 
qısadalğalı 
ultrabənövşəyi 
(UB) 
süalanmasının  təsiri  altında  yaranır.Yer 
 
Şək.1.3.Qlobal istiləşmə zamanı atmosfer                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     
sirkulyasiyasının sxemi
 
 
  N                             0                              S 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə