İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

54 
 
lükdə  biosenozların  dayanıqlı  vəziyyətini  təmin  edən  sayın  tənzimlənməsi  mexa-
nizminin  zəruriliyi  də  bununla  bağlıdır.Populyasiyaların  sayının  tənzimlənməsi 
mexanizmləri növlərarası mürəkkəb qarşılıqlı münasibətlərə əsaslanır.    
 
 
 
   
MÖVZU 6: Ekoloji sistem, ekosistemlərdə enerji və onun  
                                
məhsuldarlığı
 
 
 
    Qanunauyğun  qarşılıqlı münasibətlərdə olan canlı orqanizmlər və onların möv-
cudluq şəraitinin maddələr dövranı baş verə bilən məcmusuna ekoloji sistem və ya 
ekosistem deyilir. 
    Başqa  sözlə,canlı  orqanizmlər  və  qeyri-üzvi  komponentlərin  maddələr  dövranı 
baş verən məcmusu ekosistem adlanır (Məsələn,meşə,çəmən,göl və s.). 
    Ekosistem  anlayışı  1935-ci ildə  ingilis ekoloqu  A.Tensli  tərəfindən  təklif  olun-
muşdur.O,göstərmişdir ki,bu cür yanaşmada üzvi və qeyri-üzvi amillər eyni hüquq-
lu komponentlər kimi çıxış edir və biz orqanizmi onun ətraf  mühitindən təcrid edə 
bilmərik.Ekosistemlər dəqiq həcmə malik deyil və istənilən fəzanı tuta bilər.Tensli 
Yer səthində ekosistemlərə təbiətin əsas struktur vahidləri kimi baxırdı. 
    Təbiətdə ekosistemlərin miqyası və bu sistemlərdə baş verən maddələr dövranı-
nın qapalılıq dərəcəsi də müxtəlifdir.Bəzi ekosisteklərdə maddənin kənara çıxması 
çox  böyük  olduğu  üçün  onun 
sabitliyi  kənardan  həmin  miqdarda 
maddə 
daxil 
olması 
ilə 
saxlanılır.Yerdə 
olan 
ən 
iri 
ekosistemlər 
belə 
tam  qapalı 
dövrana malik deyil. 
    Ekosistem  konsepsiyası  ilə  para-
lel  olaraq  biogeosenoz    haqqında 
təlim  də  inkişaf  etməkdədir  ki,bu-
nun  da  banisi  V.N.Sukaçevdir 
(1942). 
    Biogeosenoz  iki  əsas  tərkib  his-
sədən  ibarətdir:ekotop  (yun.”to-
pos”-yer)-müəyyən  ərazinin  abiotik 
amillərinin  məcmusu  və  biosenoz 
(lat.”bios”-həyat,”senoz 
“-cəmiy-
       ATMOSFER 
        
(KLİMOTOP

 
   TORPAQ-SÜXUR        
(EDAFOTOP

BİTKİ ALƏMİ                 
(FİTOSENOZ)
 
HEYVANAT ALƏMİ    
(ZOOSENOZ)
 
BİOGEOSENOZ 
EKOTOp
P
 
MİKROORQANİZMLƏR   
(MİKROBOSENOZ
)
 
BİOSENOz
zZ
 
Şək......Biogeosenozun ouruluşunun sxemi 


55 
 
yət,ümumi)-qarşılıqlıəlaqədə olan və birgə məskunlaşmış orqanizmlərin məcmusu 
(Şəkil.....). 
    Biosenoz özündə heyvanları (zoosenoz),bitkiləri (fitosenoz) və mikroorqanizm-
ləri(mikrobosenoz) birləşdirir. 
    Ekotop isə iqlim (klimotop) və torpaq-süxur (edafot)amillərdən ibarətdir. 
    Ekosistem  və  biogeosenoz  mahiyyət  etibarı  ilə  yaxın  anlayışlar  olsalarda,sino-
nim deyillər.Əgər,ekosistem hər-hansı səviyyədə maddələr dövranını təmin edən                          
sistemləri ifadə edirsə,biogeosenoz  ərazi anlayışı olub,orqanizmlərlə əhatə olun- 
muş müəyyən sahəni,ərazini ifadə edir.  
    Məsələn,adi su damcısı,dibçəkdəki çiçək,pilotlu kosmik gəmi və s.ekosistem ola 
bilər.Lakin,bunlar  biogeosenoz  anlayışına  uyğun  gəlmir.Bir  ekosistemdə  bir  neçə 
biogeosenoz  ola  bilər.İstənilən biogeosenoz  ekosistemdir,lakin,bütün  ekosistemlər 
biogeosenoz hesab oluna bilməz.Ekosistem canlı və cansız komponentlərdən ibarət 
ölçüsüz,  dayanıqlı  bir  sistemdir.Biogeosenoz  isə  dəqiq  sərhəddi  olan  yerüstü  qu-
rumdur.”Ekosistem” anlayışı “biogeosenoza” nisbətən daha geniş anlayışdır.  
  Təbii ekoloji sistemlər (biogeosenozlar) uzun zaman (yüz və min illərlə) mövcud 
olmaqla  zaman  və  məkan  daxilində  müəyyən  nisbi  sabitliyə  malikdir.Sistemin 
sabitliyini saxlaması üçün orqanizmlər və mühit arasındakı maddə və enerji axını-
nın,maddələr mübadiləsi (asimliyasiya və dessimilyasiya) proseslərinin balanslaş-
ması  zəruridir.Aydındır  ki,heç  bir  sistem  mütləq  sabit  və  tarazlıqlı  olmur.Məsə-       
lən,dövri olaraq bir növün populyasiyasının miqdarı artır,digərininki isə azalır.Belə 
proseslər bu və ya digər dərəcədə düzgün dövriliyə malik olur və bötövlükdə siste-
mi tarazlıqdan (müvazinətdən) çıxarmır.        
    Ekosistemin hərəkətli-sabit tarazlıq vəziyyətinə homeostaz (“homo”-həmin,”sta-
zis”-vəziyyət,hal)  deyilir.Homeostaz  istənilən  ekoloji  sistemin  vacib  mövcudluq 
şərtlərindən olmaqla,bütün sistemlərdə eyni deyil. 
    Məsələn,təbii biogeosenozlarda homeostaz ətraf mühitdən fasiləsiz olaraq mad-
də və enerji daxil olması ilə saxlanılır.Həqiqətən,fotosintetik bitkilərə fasiləsiz ola-
raq günəş enerjisi və kimyəvi maddələr daxil olur.Assimliyasiya prosesi dessimli-
yasiya ilə,maddənin toplanması isə onun parçalanması ilə müşayət olunur. 
    İnsan  tərəfindən  yaradılmış  antropogen  ekosistemlərə  təbiətin  əksər  qanunları 
şamil edilsə də,təbii biogeosenozdan fərqli olaraq onlara açıq sistem kimi baxmaq 
olmaz.Antropogen  ekosistemlərdə  homeostazı  saxlamaq  üçün  insan  onu  idarə 
etməlidir.                                                                                                                                           
Təbii ekosistemlərin hərəkətli-sabit müvazinət halında olmasına baxmayaraq,onlar 
da  zaman  keçdikcə  ardıcıl,daimi,ləng  dəyişmələr  baş  verir.Bu  dəyişmələr  əsasən 
biota,yəni    biogeosenoza  daxil  olan  canlı  orqanizmlərə  aiddir.Bir  biosenozun 
ardıcıl şəkildə digərini əvəz etməsinə suksessiya (lat.”suksido”-təqib etmə,dalınca 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə