İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

61 
 
qədər uzun olarsa,onu sonuncu həlqəsində enerji başlanğıc həlqəyə nisbətən də bir 
o qədər az olur. 
Trofik səviyyə-verilmiş ekosistemdəki qida zəncirində produsentdən uzaqlaşmanın 
şərti vahididir. 
Bəzi hallarda trofik şəbəkədə səviyyələr üzrə ayrı-ayrı həlqələri elə qruplaşdırmaq 
olar ki,bir səviyyənin həlqəsi sonrakı həlqə üçün yalnız qida rolunu oynayır.Belə 
qruplaşma trofik səviyyə adlanır.  
 
 
            Mövzu 7:   Biosferdə maddələr dövranı və ekosistemlərdə maneələr 
 
   Yer kürəsində cansız materiyadan üzvi maddənin sintezi prosesi artıq yüz milyon 
illərdir  ki,davam  edir.Yer  müəyyən  mənada  fiziki  tükənən  bir  cisim  olduğu 
üçün,təbii  ki,bütün  kimyəvi  elementlər  də  tükənəndir.Fotosintetiklər  tərəfindən 
asimliyasiyasına  və  insanın  intensiv  şəkildə  istifadəsinə  baxmayaraq  bu  elemen-
tlərin təbiətdə tükənməsi prosesi baş vermir.Bəs buna səbəb nədir? 
    V.R.Vilyams  yazırdı  ki,hər-hansı  tükənən  şeyə  tükənməzlik  xassəsi  vermək 
üçün onu qapalı əyri üzrə hərəkət etməyə məcbur etmək,yəni onu qapalı dövrəyə 
(dövrana)  cəlb  etmək  lazımdır.Həqiqətən  də,planetimizdə  bütün  maddələr  bios-
ferdə  baş  verən  biokimyəvi  proseslərdə  təkrarən  iştirak  etməklə  biokimyəvi  döv-
rana daxildir. 
Yerdə  maddələr  dövranı    dedikdə  təbiətdə  maddələrin  çevrilməsi  və 
yerdəyişməsinin  bu və ya digər dərəcədə tsikliklə  təkrarlanması nəzər tutulur.Bu 
proseslər  müəyyən  irəliləmə  hərəkətinə  malikdır.Belə  ki,təbiətdə  “tsiklik  “ 
çevrilmələr  heç  vaxt  özündən  əvvəlki  tsiklin  tam  təkrarı  kimi  baş  vermir.  Çünki, 
yaranan  maddənin  miqdar  və  tərkibində  bu  və  ya  digər  dəyişikliklər  olur.Əksər 
hallarda  maddələr  dövranına  qapalı  çevrə  üzrə  hərəkət  kimi  baxılır  ki,bu  da 
kökündən səhv bir baxışdır.  
   5mlrd.il  bundan  əvvəl  Yerdə  maddənin  differensasiyası    və  onun  kimyəvi 
tərkibi,fiziki  və  termodinamiki  xassələrinə  görə  biri-birindən  fərqlənən  bir  neçə 
konsentrik  təbəqəyə  və  ya  geosferlərə  (atmosfer,hidrosfer,yer  qabığı,qranit,bozalt 
və  s  təbəqələrə  )  ayrılması    baş  vermişdir.Bu  qatlar  sonrakı  geoloji  vaxt  ərzində 
daha  dayanıqlı  vəziyyətə  keçid  istiqamətində  inkişaf  etmişdir.Bütün  geosferalar 
arasında  və  hər  bir  geosferanın  daxilində  maddələr  mübadiləsi  davam 
etmişdir.Başlanğıcda  Yer  təkindən  tezəriyən  maddələrin  əriməsi  və  deqazasiya 
prosesləri    nəticəsində  yer  səthinə  çıxması  əhəmiyyətli  rol  oynamışdır.İndiyədək 
saxlanılmış geoloji sübutlar əsasında fərz etmək olar ki,maddələr mübadiləsinin bu 
mərhələsi arxey erasında (Yer geoloji tarixinin ən qədim dövrü) da əhəmiyyətli rol 
oynamışdır.Bu dövrdə  hər  yerdə  qırışların  yaranmasına səbəb olan  Yer qabığının 


62 
 
intensiv  titrəyişli  hərəkətləri,geniş  dağəmələgəlmə  prosesləri  və  güclü  bozalt 
qatlarının  yaranmasına  səbəb  olan  vulkanik  proseslər  daha  tez-tez  baş  verirdi.Bu 
proseslər sonrakı dövrlərə nisbətən daha çox inkişaf etmişdir.Arxey erasında Yerin 
daha  dərin  qatlarından  və  daha  çox  miqdarda  maddə  planetin  səthinə  çıxmışdır. 
Sonrakı  dövrlərdə  Yerin  dərin  qatları  ilə  səthi  arasında  maddələr  mübadiləsi 
zəifləmişdir.Dokembriyanın  sonunda  yer  qabığının  daha  sakit  sahələri  olan 
platformalarla  intensiv  tektonik  və  maqmatik  fəaliyyət  sahələri-geosinklinallar  
ayrıldı.Zaman keçdikcə platformalar böyüdü, geosinklinal sahələr sıxıldı. 
Müasir  dövrdə  geosferalar  arasında  şaquli  istiqamətdə  maddələr  mübadiləsi  Yer 
səthindən 10-20km, bəzi yerlərdə isə 50-60km yüksəklikdə müşahidə olunur.Yerin 
daha dərin qatlarından da maddənin hərəkətinin olmasını inkar etmək olmaz.Lakin, 
hazırda bu proses Yerdə ümumi  maddələr dövranında bir o qədər də əhəmiyyətli 
rol oynamır. Fasiləsiz maddələr dövranı bilavasitə atmosferdə,hidrosferdə,litosferin 
yuxarı qatlarında və biosferdə müşahidə olunur.Biosferin meydana gəldiyi dövrdən 
(3,5  mlrd.  il  əvvəl)  Yerdə  maddələr  dövranı  dəyişmişdir.Fiziki-kimyəvi 
çevrilmələrə    biogen  proseslər  də  əlavə  olundu  və  nəhayət  insanın  fəaliyyəti  də 
nəhəng geoloji qüvvəyə çevrildi. 
    Biosferdə  maddələr  dövranı  əsasən  iki  qrupa  bölünür:qlobal  (geoloji)  və  kiçik 
(biotik). 
    Təbiətdə  maddələrin  böyük  (geoloji)dövranı  Günəş  enerjisi  ilə  Yerin  dərinlik 
enerjisinin  qarşılıqlı  təsiri  nəticəsində  baş  verməklə  biosfer  və  Yerin  daha  dərin 
horizontları arasında maddənin yenidən paylanmasını həyata keçirir. 
 Maqmatik  (ərgin)  süxurların  aşınması  (küləklə  sovrulması)nəticəsində  yaranan 
çöküntü dağ süxurları yer qabığının hərəkətli zonalarında yenidən yüksək tempera-
tur və təzyiq zonasına batır (dalır) və burada yenidən əriyərək maqmqtik süxurların 
mənbəyi olan maqmanı əmələ gətirir.Bu süxurların bərkiyərək (kristallaşaraq)  yer 
səthinə  qalxdıqdan  sonra  yenidən  aşınma  proseslərinə  məruz  qalması  nəticəsində 
onların yeni çöküntü süxurlarına transformasiya olunması baş verir.Lakin, maddə-
lərin geoloji dövranının simvolu çevrə deyil,spiraldır.Bu isə o deməkdir ki, maddə-
lər  dövranının  hər  bir  yeni  tsikli  özündən  əvvəlkini  dəqiqliklə  təkrarlamır,zaman 
keçdikcə əhəmiyyətli dəyişikliklərə gətirib çıxarır.(Şəkil 7.1)  
    Qlobal  dövranın  mahiyyəti  ondan  ibarətdir  ki,dağ  süxurları  parçalanma  (dağıl-
ma)  və  aşınmaya  məruz  qalır,yaranan  aşımma  məhsulları,o  cümlədən  suda  həll 
olunan qida  maddələri də sular vasitəsilə Dünya okeanına axıdılır.Burada onların 
bir hissəsi dəniz və okeanların dibində təbəqə əmələ gətirir,bir hissəsi isə yağıntılar 
və insanın dənizlərdən çıxardığı orqanizmlərlə quruya qaytarılır.Ləng geotektonik 
proseslər,materiklərin  çökməsi,dənizlərin  dibinin  qalxması,dəniz  və  okeanların 
milyonlarla  illər  ərzində  baş  verən  yerdəyişməsi  bu  qatların  (təbəqənin)  quruya 
qayıtmasına səbəb olur.Daha sonra,bütün bu proseslər yenidən başlayır.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə