İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   15   16   17   18   19   20   21   22   ...   58

43 
 
1.Növün istənilən və ya əksər ekoloji amillərə təlabatı (tolerantlıq hüdudu) nə 
qədər geniş olarsa.onun tuta  biləcəyi fəza (məkan) və deməli,  yayılması  bir o 
qədər geniş olar. 
 2.Orqanizmin  müxtəlif    amillərə  təlabatının    ahəngi  (uyğunluğu,birləşməsi) 
ixtiyari  (sərbəst,əsassız)  deyil:bütün orqanizmlər  öz  aralarında  qarşılıqlı  əla-
qəli  və  asılı  -“ilişmiş,birləşmiş”amillərin  müəyyən  rejiminə    uyğunlaşmışdır. 
(Real  həyatda  amillərin  “ilişkənliyi”  yaxşı  məlumdur.Məsələn,yüksək  nəmliyə 
malik  havada  yüksək  temperatur    orqanizmə  pis  təsir  edir.Klassik  ekologiyada 
amillərin belə bağlılığı yaxşı tədqiq olunmuşdur.Məsələn,adi qara tarakan nəmliklə 
doymuş havada temperatur +38
0
C olduqda ölür,quru havada isə +48
0
C temperatura 
dözür.)   
3.Əgər  növün  fərdlərinin“məskunlaşma  yerində”ekoloji  amillərdən  heç 
olmazsa  biri  tolerantlıq  həddindən  kənara  çıxarsa  bu  ekoloji  taxçanın 
“dağılması” ,yəni həmin məskunlaşma yerində növün qalmasının məhdudlaş-
ması və ya mümkünsüzlüyü deməkdir. 
(Bu  müddüa  müasir  dövr  üçün  kifayət  qədər  tipik  olub,  ətraf  mühitin  antropogen 
dəyişmələri ,xüsusilə də fiziki və kimyəvi amillər rejiminin dəyişməsi ilə bağlıdır.)  
   Ekoloji  taxça  anlayışı  ilə  bağlı  başqa  vacib  qanunauyğunluqlar  da  sadalamaq 
olar. Məsələn,hər bir növün  yalnız və yalnız onun özünə xas olan ekoloji taxçası 
var,yəni,Yerdə  canlı  orqanizmlərin  neçə  növü  mövcuddursa,o  sayda  da  ekoloji 
taxça var.İki müxtəlif növ eyni bir ekoloji taxçanı tuta bilməz (rəqibi kənarlaşdır-
manın  Q.F.Hauze  teoremi  və  ya  qaydası).    Növün  konkret  qidaya,  məkana, 
temperatura və s.amillərə uyğunlaşması onun ekoloji taxçasının məhdudlaşmasına 
(daralmasına),əks  proseslər  isə  genişlənməsinə  səbəb  olur.  Növün  ekoloji 
taxçasının  genişlənməsinə  və  ya  daralmasına  rəqiblərinin  də  böyük  təsiri  var. 
Ekoloji  yaxın  növlərin  “rəqibi  kənarlaşdırma”  qaydasını  Q.F.Hauze  belə  ifadə 
etmişdir:”iki  növ  bir  ekoloji  taxçada  yola  getmir  və  onların  mehriban  ünsiyyəti 
(xoş  rəftarı)  mümkün  deyil.”  Rəqabətdən  çıxış  yolu  isə  mühitə  olan  təlabatların 
ayrılması,həyat  tərzinin  dəyişməsi,bir  sözlə,ekoloji  taxçaların  fərqlənməsidir.Belə 
olduqda  bu  növlər  eyni  biosenozda  birgə  mövcudluq  imkanı  əldə  edirlər.Eyni  bir 
ərazidə  yaşayan,yaxın  qohumluq  əlaqəsi  olan  növlərin  ekoloji  taxçalarında 
belə,incə  fərqlər  mövcuddur.Məsəən,afrika  zebuları  əsasən  otların  üst  hissəsini 
qoparır,antiloplar isə zebunun onlara “saxladığı” otların aşağı hissəsi ilə qidalanır. 
Q.F.Hauzenin  bu  qanunu    guya  təbiətdə  mövcud  olan  (bu  günümüzə  qədər  də 
saxlanmaqda  olan)  və  Ç.Darvinin  də  təkamülün  əsas  hərəhətverici  qüvvəsi  hesab 
etdiyi  növlərarası  və  növdaxili  rəqabətlə  bağlıdır.  Rəqabət  ideyasının  mahiyyəti 
ondan  ibarətdir  ki,müxtəlif  növlər  biri-biri  ilə  qida,işıq  və  s.  həyati  vacib  ekoloji 
amillər uğurunda rəqabət aparır və sonda rəqiblərdən biri “qalib gəlir” və digərini 
sıxışdırır. 


44 
 
    Növlərin ekoloji taxçası zaman və məkan daxilində dəyişkəndir.Növlərarası rə-
qabətin  zəifləməsi  növün  ekoloji  taxçasının  genişlənməsinə  səbəb  olur.Əgər,növ-
lərarası  rəqabət  növün  ekoloji  taxçasını  daraldaraq  onun  bütün  potensialının  üzə 
çıxmasına  maneə olursa,növdaxili  rəqabət  əksinə,ekoloji taxçanın genişlənməsinə 
səbəb olur.Belə ki,növdaxili rəqabət fərdlərin sayının artmasına,yeni yaşayış sahə-
lərinin və əlavə yemlərin istifadəsinə,yeni biosenotik  əlaqələrin yaranmasına gəti-
rib çıxarır. Q.F.Hauze qanunu onun iki növdən olan infuzoriyalarla (ancaq mikros-
kopla  görünə  bilən  birhüceyrəli  orqanizmlər)  apardığı  təcrübələrə(təcrübə  zamanı 
guya  növlərdən  biri  digərini  sıxışdırır)  əsaslanır.Rəqabətin  mövcudluğuna  dair 
digər  misal  kimi  mədəni  bitkilərin  alaqotları  tərəfindən  sıxışdırılmasını  qeyd 
edirlər.  
     Lakin,faktiki olaraq  burada heç bir rəqabət yoxdur.Eyni şəraitdə iki infuzoriya 
növündən  biri  mühitin  bəzi  xassələrinə  daha  geniş,digəri  isə  daha  dar  tolerantlıq 
həddinə  malik  olmuşdur.Deməli,onların  ekoloji  taxçaları  müxtəlif  olmuşdur.Kənd 
təsərrüfatı  obyektlərində  də  anoloji  vəziyyətdir.”Alaq”adlandırılan  bitkilər 
“mədəni”  adlandırılan  bitkilərlə  rəqabət  aparmır.Sadəcə  olaraq,  mədəni  bitkilərə 
nisbətən ekoloji amillərin rejimləri alaq bitkiləri  üçün daha  əlverişlidir və onların 
ekoloji  taxçasına  daha  uyğundur.Bundan  başqa,burada  enerji  və  informasiyanın 
maksimallaşdırılması qanunu təsir göstərir: 
    Enerji və informasiyanin daxil olmasına, hasil edilməsinə və səmərəli istifa-
də  olunmasına  daha  yüksək  dərəcədə  imkan  yaradan  sistemlər(orqanizm  də 
sistemdir) daha böyük özünüsaxlama şansina malikdir.  
    Bu qanun 1978-ci ildə Q.Odum və E.Odum tərəfindən formalaşdırılmış və 1992-
ci  ildə  N.F.Reymers  tərəfindən  təshih(korrektirovka)  edilmişdir.Novlər  arasında 
mübarizə,qarşılıqlı  yardım  və  rəqabət  haqqındakı  təsəvvürlər  hələ  1959-cu  ildə 
P.N.Talman  tərəfindən  “Növyaranmanın,bitki    və  heyvanların  növdaxili  və 
növlərarası  qarşılıqlı  münasibətlərinin  hərəkətverici  qüvvələri”  adl  əsərində 
əsaslandırılmış şəkildə tənqid olunmuşdu. 
    Beləliklə,bitkiçilik,heyvandarlıq  və  s.  (meşəçilik,kənd  təsərrüfatı)  sahələrdə 
çalışan  peşəkarlar    qarşıya  qoyulan  məqsədə  çatmaq  yolunda  rastlaşdıqları 
uğursuzluqları    növlərarası  rəqabətlə  izah  etmək  əvəzinə,uğursuzluqların  həqiqi 
səbəblərini tapmağı bacarmalı və növlərarası qarşılıqlı münasibətlərin mexanizmini 
izah etməlidir. 
    Çox vaxt belə hesab edirlər ki,ekoloji taxça növün təbiətdə tuta və ya azad edə 
biləcəyi hər-hansı boş məkandır.Lakin bu belə deyil.Ekoloji taxça verilmiş növün 
hansısa  bir  adaptasiyanı  əldə  etməsi  ilə  birlikdə  yaranır  və  ya  yox  olur.Növdən 
kənarda ekoloji taxça mövcud deyil.Obrazlı şəkildə desək,ekoloji taxça orqanizmin 
“ünvanı”  deyil,onun  “peşəsidir”.Təbiətdə  mütləq  eyni  iki  növ  olmadığı  kimi,iki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə