İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   13   14   15   16   17   18   19   20   ...   58

37 
 
sirlərinin məcmusu başa düşülür.Heyvanlar,bitkilər və mikroorqanizmlərin qarşı-
lıqlı münasibətləri olduqca mürəkkəbdir.Bunları birbaşa və dolayı  əlaqələrə ayır-
maq olar.Birbaşa əlaqə dedikdə bir orqanizmin digərinə bilavasitə təsiri nəzərdə tu-
tulur.Bir orqanizmin abiotik amillərin rejimini dəyişməklə digər orqanizmlərə təsiri 
dolayı təsir adlanır. 
    İstənilən bitki qrupu mühitin abiotik xassələrinə təsir göstərir.Məlumdur ki,eyni 
cografi ərazidə yerləşmiş meşədəki abiotik mühitlə çöldəki abiotik mühit eyni de-
yil. 
    Canlı orqanizmlərin qarşılıqlı təsirini onların bir-birlərinə göstərdiyi reaksiya ilə 
təsnifata bölürlər . 
    Eyni növə mənsub fərdlər arasındakı münasibətlər homotip,ayrı-ayrı növlərin 
fərdləri arasındakı münasibətlər isə heterotip reaksiyalar adlanır. 
    Bitkilər Yerdə ilkin maddəni yaradır və digər canlı orqanizmləri enerji ilə təmin 
edərək,onlar üçün qidaya çevrilir.Qida amili miqdar,keyfiyyət və əlverişlilik nöqte-
yi-nəzərindən müxtəlif ola bilər.(Qida zəncirindən bəhs edərkən bu məsələlər daha 
geniş izah olunacaqdır). 
 
                    Ekoloji amillərin canlı orqanizmlərə təsirinin                          
                     ümumi  qanunauyğunluqları                                                                                   
    Mühit amilləri olduqca müxtəlifdir.Onlar canlılar üçün vacib və ya əksinə,zərər-
li,yaşamaq və artmağa yardımedici və ya maneətörədici və s. ola biərlər.Eyni bir 
mühit amili ayrı-ayrı növlərə mənsub,birgə məskunlaşmış canlıların həyatında 
müxtəlif rol oynayır.Məsələn,torpağın duz tərkibi bitkilər üçün böyük əhəmiyyət 
kəsb etsə də,yerüstü heyvanlar üçün çox da əhəmiyyətli deyil. 
    Ekoloji amillər canlı orqanizmlərə müxtəlif təsir göstərir:fizioloji vəbiokimyəvi 
təsir göstərən qıcıqlandırıcı rol oynaya bilər;verilmiş şəraitdə mövcudluğun imkan-
sızlığını şərtləndirən məhdudlaşdırıcı təsiri;orqanizmdə anatomik və morfoloji də-
yişikliklər yaradan modifikator kimi;mühitin digər amillərinin dəyişməsini bildirən 
siqnal kimi və s. 
    Ekoloji amillərin müxtəlifliyinə baxmayaraq,onların orqanizmlərə təsirinin xü-
susiyyətlərində və canlı orqanizmlərin cavab reaksiyalarında bir sıra ümumi qanu-
nauyğunluqları aşkar etmək olar.                                                                  
1.Optimum qanunu:Hər-hansı ekoloji amilin orqanizmlərə müsbət təsir göstər-
diyi bir hədd vardır.Dəyişən amilin orqanizmə təsirinin nəticəsi bu amilin təza-
hüretmə qüvvəsindən asılıdır.Ekoloji amilin çatışmazlığı kimi izafi təsiri də fərd-
lərin həyatında mənfi nəticələrə səbəb olur.Ekoloji amilin müsbət təsir gücü veril-
miş orqanizm üçün optimum zonası və ya sadəcə optimum adlanır.Ekoloji amilin 
maksimal və minimal qiymətləri böhran nöqtələri adlanır.Böhran hədlərindən kə-


38 
 
narda mövcudluq mümkün deyil və orqanizmlər məhv olur.Ekoloji amilin böhran 
həddinə yaxın qiymətləri isə pessimum adlanır.Böhran nöqtələri arasındakı dözüm- 
lülük həddinə konkret ekoloji amilə görə orqanizmin valentliyi deyilir.Növün 
mühit amillərinin  dəyişkənliyinə uyğunlaşma dərəcəsi orqanizmlərin plastikliyi  
və ya ekoloji valentliyi adlanır.Ekoloji valentlik ekoloji amillərin elə bir diapazonu 
ilə ifadə olunur ki,bu diapazonda  verilmiş növ normal həyat fəaliyyətini saxlaya 
bilir.Bu diapazon nə qədər geniş olarsa, ekoloji valentlik də bir o qədər yüksək 
olar.  
Ekoloji plastikliyə həm ayrıca bir ekoloji amilə,həm də ekoloji amillər 
kompleksinə münasibət kimi yanaşmaq olar. Orqanizmlər abiotik amillərə 
münasibətinə görə valentliyinin geniş olması    amilin adının əvvəlinə “evri” 
sözünü əlavə etməklə göstərilir. Məsələn:  
-evriterm (temperatura plastik); 
-evrifot (işığa plastik); 
-evrihiqroskop (nəmliyə plastik); 
-evrioyk (məskunlaşma yerinə plastik); 
-evrifaq (qidaya plastik) və s. 
Ekoloji amilin çox kiçik dəyişmələrinə uyğunlaşan növlər “steno” əlavəli terminlə 
ifadə olunur.Bu əlavələr nisbi tolerantlıq dərəcəsini ifadə etmək üçün istifadə 
olunur(məsələn,stenoterm növlərdə ekoloji temperatur optimumu və pessimumu 
bir-birinə yaxın olur). 
     Ekoloji amillər kompleksinə münasibətdə geniş ekoloji plastikliyə malik növlər 
evribiontlar , kiçik fərdi uyğunlaşmaya malik növlər isə stenobiontlar adlandırılır. 
Evribiontluq və stenobiontluq orqanizmlərin yaşamağa uyğunlaşmalarının müxtəlif 
tiplərini səciyyələndirir.Əgər,evribiontlar uzun müddər əlverişli (optimal) şəraitdə 
inkişaf edərsə,bu zaman onlar öz plastikliklərini itirə və stenobiont əlamətləri əldə 
edə bilərlər.Ekoloji amillərin geniş diapazonda dəyişdiyi mühitdə mövcud olan 
növlər yünsək ekoloji valentlik qazanaraq evribiont olurlar.Məsələn,xassələri 
nisbətən sabit olan su mühitində stenobiontlar daha çox olurlar.Çünki,su mühitində 
ayrı-ayrı amillərin dəyişmə amplitudası nisbətən kiçik kiçik olur.Daha dinamik 
yerüstü-hava mühitində isə evribiontlar  üstünlük təşkil edirlər.İstiqanlı 
heyvanların ekoloji valentliyi soyuqqanlı heyvanların valentliyindən daha 
genişdir.Cavan və qoca orqanizmlər daha bircins (sabit) mühit tələb edirlər.  
 
 
                 
Şək.....Optimum qanununun mahiyyətinin sxemi 
    Ekoloji amilin eyni bir təzahür gücü bir növ üçün optimum,digəri üçün pessi-
mum və üçüncüsü üçün isə valentlikdən kənar ola bilər. 
    2.Limitləyici amillər qanunu:  


39 
 
Limitləyici (məhdudlaşdırıcı) amillər və ya Libixin minimum qanunu ekologiyanın 
fundamental qanunlarından biridir. 1840-cı ildə üzvi kimyaçı,aqrokimyanın 
banilərindən biri Y.Libix (1803-1873) bitkilərin mineral qidalanma nəzəriyyəsini 
irəli sürmüşdür.O,müəyyən etmişdir ki,bitkilərin inkişafı kifayət qədər olan 
kimyəvi element və maddələrdən (amillərdən) başqa,eyni zamanda çatışmayan 
element və maddələrdən də asılıdır. Öz tədqiqatları nəticəsində Libix “minimum” 
qanununu formalaşdırmışdır.Bu qanuna görə, optimal kəmiyyətindən daha çox 
kənara çıxan amil orqanizm üçün daha əhəmiyyətlidir.Ona görə də,ekoloji şəraiti 
proqnozlaşdırarkən və ya ekspertiza həyata keçirilərkən,orqanizmin həyatındakı ən 
zəif həlqəni müəyyən etmək çox əhəmiyyətlidir. Verilmiş konkret anda orqanizmin 
yaşaması məhz minimal (və ya maksimal) səviyyədəki  amildən asılıdır.Başqa  
zaman kəsiyində digər amillər də məhdudlaşdırıcı ola bilər.Öz həyatı ərzində canlı 
orqanizmlər onların həyat fəaliyyətinə təsir göstərən ən müxtəlif  limitləyici 
amillərə məruz qalır.Bu qanun kənd təsərrüfatı praktikasında daim nəzərə 
alınır.Almaniyalı kimyaçı Yustus Libix müəyyən etdi ki,mədəni bitkilərin 
məhsuldarlığı ilk növbədə torpaqda ən az miqdarda olan qidalandırıcı maddələrdən 
(mineral elementlər) asılıdır.Məsələn,torpaqda fosforun miqdarı tələb olunan 
miqdarın 20%-i qədər,kalsium isə normanın 50%-i qədər olarsa, fosfor çatışmazlığı 
limitləyici amil olacaqdır.Bu halda torpağa ilk növbədə fosfor tərkibli gübrələr 
verilməlidir. Suyun və ya azotun izafi miqdarda olması dəmir çatışmazlığını əvəz 
etmir. Bu qanuna görə minimal miqdarda olan maddələri artırmaq 
lazımdır.Məsələn,məlumdur ki,insanın sağlamlığı  orqanizmdə çox cüzi olan səciy-
yəvi maddələrlə müəyyən olunur.Əgər bu maddələrin miqdarı minimum həddən az 
olarsa,insan vitamin və ya mikroelementlər qəbul etməklə bu çatışmazlığı aradan 
qaldırmalıdır. 
     Bu qanunun obrazlı ifadəsi məhz bu alimin adı ilə “Libix çəlləyi” 
adlandırılmışdır. Bu modelin mahiyyəti ondanibarətdir ki,çəlləyi su ilə doldurarkən 
su ən qısa lövhənin üzərindən daşmağa başlayır və digər lövhələrin uzunluöu 
burada heç bir əhəmiyyət daşımır(Şəkil....).  
 
                                     
 
                                                                       Şək.....Libix çəlləyi 
 3.Tolerantlıq qanunu:Mühitin optimumdan daha çox uzaqlaşan amilləri canlı 
orqanizmin həyat şəraitini çətinləşdirir.Əgər, ekoloji amillərdən heç olmasa,biri 
böhran həddini aşarsa,digər amillərin ən optimal variantda olmasına baxmayaraq 
fərdin məhvolma təhlükəsi yarana bilər.Optimumdan kənara çıxan belə amillər 
növün həyatı üçün müəyyən zaman kəsiyində birinci dərəcəli əhəmiyyət kəsb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə