İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

35 
 
7.Hava kütləsinin hərəkəti (külək) Yer səthinin qeyri-bərabər qızması və təzyiq 
dəyişmələri nəticəsində baş verir.Atmosfer təzyiqinin dəyişməsinin vektorla ifadə 
olunmuş kəmiyyətinə barik qradiyent deyilir.Barik qradiytent nəticəsində havanın 
üfiqi hərəkəti isə külək adlanır.Külək atmosfer təzyiqinin az olduğu,yəni havanın 
temperaturunun yüksək olduğu istiqamətə yönəlir.Yerin fırlanması havanın sirkul-
yasiyasına (dövr etməsinə) şərait yaradır.Atmosferin yer səthinə yaxın qatlarındakı 
küləklər bütün meteoroloji iqlim elementlərinə (temperatur rejimi,nəmlik,buxar-
lanma və s.) təsir göstərir.Küləyin əsas səciyyəsi sürət,güc və istiqamətdir.Külək 
zamanı hava axınına Kariolis qüvvəsi və sürtünmə qüvvəsi,burulğanlı hərəkətdə 
isə mərkəzdənqaçma qüvvəsi təsir göstərir. 
8.Atmosfer təzyiqi.Uzun zamanlar insanlar havanın çəkisinin olmadığını zənn 
edirdilər.Lakin,XVII əsrdə sübut olundu ki,1m
3
 quru havanın çəkisi 1293q-a 
bərabərdir və Yer səthinə 1033,3q/sm
2
 təzyiq düşür.Okean səviyyəsində,45
o
  en 
dairəsində 0
o
 S temperaturda en kəsik sahəsi 1sm
2
 olan 760mm hündürlüklü civə 
sütununun göstərdiyi təzyiq normal atmosfer təzyiqi adlanır.Atmosfer təzyiqi 
Paskalla (Pa) ölçülür (1mm.c.s.=133,322Pa).Dənix səviyyəsindən yüksəkliyə 
qalxdıqca atmosfer təzyiqi azalır.Çünki,20km yüksəklikdə havanın xüsusi çəkisi 
4q/m
3
 təşkil edir və uyğun olaraq təzyiq də azalır. 
                                       Torpaq qatının abiotik amilləri 
    Torpaq yerin hava mühiti ilə təmasda olan nazik səth qatıdır.Nazik qalınlığa ma-
lik olmasına baxmayaraq,Yerin bu qatı həyatın yayılmasında böyük rol oyna-
yır.Torpağın bərk hissəcikləri arasındakı məsamələr qaz qarışıqları və su məhlul-
ları ilə doyaraq çoxsaylı mikro-və makroorqaniznlərin həyatı üçün əlverişli şərait 
yaradır.Atmosferin yerüstü hissəsinə nisbətən torpaqda temperatur dəyişməsinin 
daha “hamar” olması və qrunt sularının mövcudluğu nəmlik ehtiyatı yaradır ki,bu 
da su və yerüstü mühit arasında aralıq nəmlik rejimini təmin edir. 
    Torpaqda bitki qalıqları və heyvan cəsədlərinin parçalanması nəticəsində üzvi və 
mineral maddələrin ehtiyatı toplanır.Bu isə öz növbəsində torpağın həyatla zəngin 
olmasını təmin edir.Torpağın işıqlanan səthinin hər qramında yüz minlərlə canlı 
hüceyrə mövcuddur.Canlı orqanizmlər torpağa onun cansız elementləri qədər xas-
dır.Ona görə də,V.İ.Vernadski torpağı biocansız cisimlərə aid etmişdir. 
    Torpaq üçün aerasiya böyük əhəmiyyət kəsb edir.Torpaqda mühit bircinsliliyi 
şaquli istiqamətdə daha kəskin dəyişir.Dərinliyin artması ilə torpaqda 
məskunlaşmış canlıların həyatına təsir göstərən bir sıra ekoloji amillər də kəskin 
dəyişir (məs.məsamələr kiçilir,canlıların miqdarı azalır və s.). 
                                 Su mühitinin abiotik amilləri 
    Su məskunlaşma mühiti kimi bir sıra özünəməxsus xassələrə(nisbətən yüksək 
sıxlıq,təzyiq dəyişkənliyi,oksigenin miqdarının nisbətən az olması,günəş enerjisini 
güclü udma və s.) malikdir.Su mühitinin ayrı-ayrı sahələri duzluluq rejiminə,üfiqi 


36 
 
axının sürətinə,asılı hissəciklərin miqdarı və s. göstəricilərə görə də fərqlənir.Su 
mühiti (okeanlar,dənizlər,göllər,çaylar və s.) canlı orqnizmlərlə olduqca zəngin-
dir.Bu canlı orqanizmlər ekologiyada hidrobiontlar adlandırılırlar. 
    Suyun sıxlığı hidrobiontların hərəkətlilik şəraitini və müxtəlif dərinliklərdə təz-
yiqi müəyyən edən amildir.4
o
S temperaturda distillə edilmiş suyun sıxlığı 1q/sm
3
-a 
bərabərdir.Tərkibində həll olunmuş duzlar olan təbii suların sıxlığı 1,35q/sm
3
-dan 
artıq da ola bilər.Sututarların dərinliyi artdıqca təzyiq hər 10 m-dən bir 
1x10
5
Pa(1atm.) artır.Kəskin təzyiq qradienti ilə bağlı hidrobiontlar quruda yaşayan 
orqanizmlərə nisbətən daha evribatdırlar.Bəzi canlı orqanizmlər bir neçə yüz at-
mosfer təzyiqində belə normal həyat tərzi keçirirlər.Lakin,okean və dəniz sakinlə-
rinin əksəriyyəti stenobat olmaqla,müəyyən dərinliklərə uyğunlaşmışdır.Suyun 
sıxlığı orqanizmlər üçün söykənəcək (istinad nöqtəsi,dayaq) rolunu oynayır. 
    Oksigenlə doymuş 1l sudaoksigen miqdarı 10ml-dən artıq olmur ki,bu da at-
mosferdəkindən 21 dəfə azdır.Ona görə də,hidrobiontların tənəffüs prosesi əhə-
miyyətli dərəcədə mürəkkəbdir.Oksigen suya fotosintetiklərin fəaliyyəti və hava-
dan diffuziya nəticəsində daxil olur.Temperatur və duzluluğun artması ilə suda ok-
sigenin konsentrasiyası (qatılığı) azalır. 
    Hidrqbiontların su balansının saxlanması özünımıxsus xüsusiyyətlərə malikdir. 
Yerüstü bitki və heyvanlar orqanizmlərində su qıtlığı yarandıqda sudan istifadə 
edirlər.Hidrobiontlar isə ətraf mühitdə ixafi miqdarda su olduğu şəraitdə orqanizm-
lərinin su balansını sabit saxlamalıdırlar.Əks halda,hüceyrələrdə izafi suyun olması 
onlarda osmos təzyiqinin dəyişməsinə və həyati funksiyaların pozulmasına səbəb 
olur.Hidrobiontların bədənində osmotik təzyiq isə,onları əhatə edən su mühitinin 
duzluluğundan asılıdır.Ona görə də,şirin suların sakinləri okeanlarda,dəniz və 
okeanların sakinləri isə şirin sularda mövcud ola bilmirlər.Əgər,su mühitinin 
duzluluğu dəyişməyə məruz qalmışdırsa,onda canlılar daha əlverişli şərait tapmaq 
üçün digər yerlərə hərəkət edirlər. 
    Sututarların temperatur rejimi quruya nisbətən daha sabitdir.Bu suyun fiziki xas-
sələri ilə bağlıdır.Suyun xüsusi istilik tutumunun yüksək olması nəticəsində sudan 
müəyyən miqdarda enerjinin ayrılması və ya daxil olması temperaturun kəskin də-
yişməsinə səbəb olmur.Sututarların səthindən suyun buxarlanması (bu zaman 
2263,8C/q enerji sərf olunur) aşağı qatların hədsiz qızmasının qarşısını alır. 
    Okeanların üst qatlarında temperatur dəyişməsinin amplitudası 10...15
0
S –dən, 
materik sularında 30...35
0
S-dən artıq olmur.Ekvatorial suların səthində illik tem-
peratur +26...+27
0
S,qütb sularında isə 0
0
S olur. 
 
     
                Biotik amillər                                                                            
   Biotik amillər dedikdə,canlı orqanizmlərin həyat fəaliyyətlərinin biri-birinə tə-  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə