İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

40 
 
edir.Belə amillər məhdudlaşdırıcı və ya limitləyici amillər adlandırılır.                 
Mühitin limitlətici amilləri növün arealını müəyyən edir.   
     Əgər,qarşılıqlı təsirdə olan amillər məcmusundan ibarət mühitdə kəmiyyətcə 
müəyyən minimumdan az və ya maksimumdan çox olan ekoloji amil 
varsa,orqanizmin belə mühitdə fəal həyat fəaliyyəti mümkün deyil.Bu amilin 
minimal və maksimal qiymətləri məhdudlaşdırıcı (limitləyici) rol oynayır.İki 
pessimum arasındakı məsafə-tolerantlıq zonası adlanır.    Orqanizmin hər-hansı 
ekoloji amilin dəyişkənliyinə münasibətdə dözümlülüyü tolerantlıq 
adlandırılır.Tolerant növlər əlverişsiz mühit şəraitinə dayanıqlı olan 
növlərdir.Növün verilmiş coğrafi ərazidə mövcud olma imkanını müəyyən etmək 
üçün mühit amillərinin hər-hansı birinin ekoloji valentlik həddini aşıb-aşmamasını 
aydınlaşdırmaq lazımdır.Bu qanunauyğunluğu amerikan alimi V.E.Şelford irəli 
sürmüşdür. 1913-cü ildə V.E.Şelford “tolerantlıq qanununu” formalaşdırmışdır.Bu 
qanuna görə,istənilən kənar amilin (məsələn,bitkilər üçün azot,fosfor,işıq,karbon 
qazı və s.) həm çatışmazlığı,həm də izafiliyi bioloji obyekt (orqanizm) üçün zərərli 
ola bilər.                                                                                                             
(Amerikalı zooloq,ekologiya,əsasən də su orqanizmləri sahəsində görkəmli 
mütəxəssis Şelford Viktor Ernst (ing.Shelford Victor Erest) 22sentyabr 1877-ci 
ildə Çemunqda anadan olmuş və 27dekabr 1968-ci ildə Nyu-Yorkda vəfat 
etmişdir.) 
    Tolerantlıq qanunu 1975-ci ildə Y.Odum tərəfindən daha tam izahını tapmışdır: 
-orqanizmlər bir amilə münasibətdə daha geniş,digər amilə münasibətdə isə daha 
dar tolerantlıq diapazonuna malik ola bilər. 
- bütün ekoloji amillərə münasibətdə geniş diapozonda tolerantlığa malik növlər 
adətən daha çox yayılanlardır. 
-əgər,bir ekoloji amil üzrə şərait qeyri-optimaldırsa,onda digər ekoloji amillərə 
görə də tolerantlıq diapozonu daralır (məsələn,torpaqda azotun miqdarı 
azdırsa,onda  dənlibitkilər üçün daha çox su tələb olunur.). 
-ayrı-ayrı amillərə və onların kombinasiyasına tolerantlıq diapazonu müxtəlifdir. 
-bütün orqanizmlər üçün artıb-törəmə dövrü böhranlı olduğuna görə,məhz bu 
ərəfədə limitləyici amillərin sayı da artır. 
    Müasir ekoloji ədəbiyyatlarda (Odum,1975,1986; Fyodorov,Gelmanov,1980; 
Leviç və b.,1997) Şelfordun “tolerantlıq qanununa” Libix prinsipinin davamı və 
genişlənməsi kimi baxılır. 
 
4.Ekoloji amillərin qarşılıqlı əvəzolunma qanunu:Canlı orqanizmlərin hər-hansı 
ekoloji amilə görə optimal zona və davamlılıq həddi digər amillərin hansı qüvvə və 
kombinasiyada təsir etməsindən asılı olaraq dəyişə bilər.Məsələn,istiliyə quru ha-
vada dözmək rütubətli havada dözməkdən asandır.Canlıların küləkli-şaxtalı havada 


41 
 
donması təhlükəsi küləksiz-şaxtalı havadan daha artıqdır.Deməli,eyni bir amil 
başqa amillərlə əlaqələndikdə müxtəlif ekoloji təsirlər göstərə bilir.Lakin,eyni za-
manda eyni bir nəticəyə müxtəlif  yollarla da nail olmaq olar.Məsələn,bitkinin sa-
ralıb-solmasının qarşısını torpaqda nəmliyi artırmaqla və ya havanın temperaturu-
nu aşağı salmaqla (buxarlanmanı azaltmaqla) almaq olar.Yəni,müəyyən mənada 
amillərin qarşılıqlı əvəz olunması effekti yaranır.Mühit amillərinin qarşılıqlı əvəz-
olunması müəyyən həddə malikdir və bir amili digəri ilə tam əvəz etmək mümkün 
deyil.Məsələn,istilik qıtlığını su bolluğu və ya işıqlanma ilə tam aradan qaldırmaq 
olmaz.  
 
 
               MÖVZU 4: Ekoloji taxça və canlı orqanizmlərin adaptasiyası 
                               4.1. Ekoloji taxça anlayışı və onun mahiyyəti 
 
    İstənilən canlı orqanizm müəyyən mühit şəraitinə uyğunlaşmışdır ki,bu mühitin 
parametrlərinin dəyişməsi (tolerantlıq həddini aşması) orqanizmlərin həyat fəaliy-
yətini zəiflədir.Hər-hansı növün mühit amillərinə olan təlabatı onun yayılma ərazi-
sini (arealını) və ekoloji sistemdə tutduğu yeri müəyyənləşdirir. 
    Növün  ekoloji  sistemdə  tutduğu  yeri,onun  biosenotik  əlaqələri  kompleksi  və 
mühitin abiotik amillərinə olan təlabatının məcmusu ekoloji taxça adlandırılır. Bu 
termin  1927-ci  ildə  Çarlz  Elton  tərəfindən  elmə  daxil  edilmişdir.  Ekoloji  taxşa 
verilmiş növün mövcudluq amillərinin cəmindən ibarətdir ki,bunlardan da ən əsası 
onun qida zəncirindəki yeridir. 
    Növlərin  müştərək  həyat  fəaliyyəti  qanunauyğunluqlarının  dərk  edilməsində 
ekoloji taxça konsepsiyası böyük əhəmiyyət kəsb edir.Bu konsepsiyanın yaranma-
sında C.Qrineli, Ç.Elton, Q.Xatçinson, Y.Odum və s. ekoloqların böyük  xidmət- 
ləri olmuşdur. 
    “Ekoloji  taxça”anlayışı  ilə  “məskunlaşma  yeri”  anlayışları  eyni  deyil.”Məs-
kunlaşma  yeri”dedikdə,növün  mövcudluğu  üçün  abiotik  şəraitə  malik  məkan  nə-
zərdə  tutulur.Növün ekoloji taxçası  dedikdə isə  yalnız  mühitin  abiotik  şəraitindən 
deyil,eyni  zamanda  onu  əhatə  edən  biotik  mühitdən  də  asılılığı  nəzərdə  tutulur.       
Ekoloji  taxça  təksə  növün  fəzada  vəziyyətini  deyil,həm  də  onun  cəmiyyətdəki 
funksional  rolunu  və  abiotik  mövcudluq  şəraitinə  nəzərən  vəziyyətini  müəyyən 
edir.Növün ekoloji taxçası ekoloji imkanlarla yanaşı,həm də konkret biosenozda bu 
imkanların nə dərəcədə reallaşması ilə müəyyən olunur.Bir sözlə,ekoloji taxça eko-
loji sistem daxiində həyat şəraitidir. 
        Amerikalı  bioloq  C.Xatçinson  növün  bütün  ekoloji  amillər  məcmusuna  olan 
təlabatını  fundamental  (əsaslı)  ekoloji  taxça  və  ya  çoxölçülü  (hiperfəza)  taxça 


42 
 
adlandırmışışdır.  Bu cür  anlayış  ekooji taxçanın  qrafiki  modelinin daha  asanlıqla 
qurulmasına imkan verir.                                                                                                   
    Ekoloji  taxçanın  modelinin  nümunəsi  kimi  onun  vəziyyətinə  üçölçülü  fəza 
koordinat  sistemində  baxmaq  olar.Bu  zaman  fərz  edək  ki,növün  normal  həyat 
fəaliyyəti  (ekoloji  taxçası)  yalız  üç  amildən-  təzyiq    (P),  temperatur  (T)  və 
nəmlikdən (V) asılıdır.Əgər, hər amil üzrə növün tolerantlıq hüdüdlarını (P-P
1
,T-T
1
 
və  V-V
1
)  uyğun  koordinat  oxları  üzərində  qeyd  etsək  və  fəzada  onların 
proyeksiyalarını  qursaq  ekoloji  taxça  müəyyən  bir  parallelepipedlə  təsvir  olunar. 
(Şəkil 4.1). 
   
Lakin, məlumdur ki,hər-hansı orqanizmin ekoloji taxçası yalnız üç amildən ibarət 
ola bilməz.Ona görə də,orqanizmin normal həyat fəaliyyətinin asılı olduğu daha üç 
amil ( işıqlanma (C),qidanın tərkibi (X) və hərəkətlilik (H) ) göturək.Eyni koordi-
nat başlanğıcından başqa  bir üçölçülü fəza koordinat sistemində bu amillər üçün 
 
də anoloji əməliyyatı aparsaq ,yenə bir parallelepiped alarıq. İkinci parallelopiped 
də  orqanizmin  işıqlanma  (C),qidanın  tərkibi  (X)  və  hərəkətlilik  (H)  kimi  amillər-
dən  asılı  olaraq  ekoloji  taxçasını  ifadə  edir.Orqnizmin  verilmiş  altı  amildən  asılı 
olan  ekoloji  taxçası  isə  hər  iki  parallelopipedin  kəsişməsi  ilə  məhdudlanmış  fəza 
şəklində təsəvvür olunmalıdır.Modeldən də göründüyü kimi,ekoloji amillərin sayı 
artdıqca ekoloji taxça da darlır.  
Şəkildə təsvir olunmuş fundamental modeldən istifadə edərək aşağıdakı üç qaydanı 
söyləmək olar. 






V


t





P

Şək.4.1.Orqanizmin fundamental ekoloji taxçasının modeli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə