İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

33 
 
3.Atmosferin nəmliyi onun tərkibindəki su buxarının miqdarı ilə müəyyən edi-
lir.Yer atmosferində 12000...13000km
3
 su buxarı vardır ki,bunun da təxminən 
50%-i onun aşağı qatlarında (1,5...2,0km yüksəklikdə) cəmlənmişdir.Su buxarı at-
moserə Yer səthindən buxarlanma və bitkilərin transpirasiyası nəticəsində daxil 
olur.Buxarlanma prosesi su molekullarının ilişmə qüvvəsinin dəf edərək su səthin-
dən ayrılması və atmosferə keçməsi ilə bağlıdır.Buxarlanma səthinin temperaturu 
artdıqca buxarlanmanın intensivliyi də artır.1m
3
 havanın tərkibində olan su buxarı-
ın miqdarına mütləq nəmlik (q/m
3
) deyilir.Hər-hansı müəyyən temperaturda hava-
nın su buxarı ilə doyma həddi var ki,buna da maksimal nəmlik deyilir.Mütləq nəm-
liyin maksimal nəmliyə olan nisbətinə nisbi nəmlik deyilir. 
    Adətən havada maksimal nəmilk olmur.Maksimal nəmliklə mütləq nəmlik ara-
sındakı fərq nəmlik qıtlığı adlandırılır.Nəmlik qıtlığı vacib ekoloji parametr olmaq-
la iki kəmiyyəti-temperatur və nəmliyi-eyni zamanda səciyyələndirir.Nəmlik qıtlığı 
yüksəldikcə quraqlıq da artır və əksinə. 
4.Yağıntılar havanın nəmliyi ilə bağlı olmaqla kondensasiya və sublimasiya pro-
sesləri nəticəsində baş verir.Kondensasiya su buxarının su damcısına çevrilməsi 
prosesidir.Bu proses atmosferdə 100%-ə yaxın nisbi nəmlik olduqda temperaturun 
aşağı düşməsi zamanı baş verir.Su buxarının kondensasiyası üçün havada xırda 
hissəciklərin olması vacibdir.Yaxınlığında xırda su damcıları (0,005...0,1mm dia-
metrli) əmələ gələn bu hissəciklərə kondensasiya “nüvəsi” deyilir.Bu xırda damcı-
lar birləşərək daha iri damcılar əmələ gətirir və buludlardan yağış şəklində yer sət-
hinə düşür. 
    Suyun buxar halından bərk hala keçməsi,yəni nəm havadan buz ayrılması prose-
si sublimasiya adlanır.Buludlarda sublimasiya prosesi baş verdikdə və bərk su kris-
talları Yer səthinə çatana qədər tam ərimədikdə bərk yağıntılar (dolu,qar)  şəklində 
düşür.Buludlar günəş radiasiyasının bir hissəsini saxlayır və Yerin istilik şüalan-
masının qarşısını alır.Buludlar küləklər vasitəsilə böyük məsafələrə yerdəyişmə 
edə bilir(Şəkil....). 
 
 
                       Şək.3.3 Yağıntıların yaranması və suyun dövranının sxemi 
    Yağıntılar Yerdə su dövranının bir həlqəsi olmaqla,ayrı-ayrı ərazilərdə qeyri-
bərabər paylanmışdır.Maksimal yağıntılar tropik meşə zonalarında (2000mm/il) 
düşür.Tropik səhralarda isə bu göstərici 0,18mm/il təşkil edir.Yağıntıların miqdarı 
250mm/il-dən az olan ərazilər quraqlıq hesab olunur. 
5.Atmosferin qaz tərkibi nisbətən sabit olmaqla,əsasən azot(78,084%),oksi-
gen(20,946%),arqon(0,93%),karbon qazı(0,035%) və cüzi miqdarda digər 
qazlardan ibarətdir(Şəkil2....). 


34 
 
Yaşıl bitkilər daim karbon qazını udub,fotosintez prosesi hesabına oksigen ayı-rır 
ki,bu da atmosferdə oksigenin miqdarının nisbi sabitliyini təmin edir.Bütün tə-
zahürlərində orqanizmlərin fəaliyyəti enerji tələb edir.Enerji isə oksidləşmə-bərpa 
reaksiyalarında əmələ gəlir ki,bunun da daimi iştirakçısı oksigendir.Oksigen olma-
sa,orqanizmi enerji ilə təmin edən bütün oksidləşmə prosesləri dayanar və orqa-
nizmlərin hüceyrələri iflic olar.Ona görə də,oksigen “həyat eliksiri”adlandırılır.   
    Azot öz kütləsinə görə atmosferin tərkibinin əsasını təşkil edir.Həyat azota “bor-
clu” olduğu kimi,yer atmosferinin azotu da öz mənşəyinə görə həyata və həyat pro-
seslərinə”borcludur”.Faktiki olaraq insan oksigenlə qarışıq azot mühitində yaşa-
yır.Azot atmosferdə özünü təsirsiz kimi aparır.Atmosfer azotu bitkilərin mənimsə-
diyi fiksasiya olunmuş azotun mənbəyidir. 
  Atmosfer havasının tərkibinə daxil olan bütün qazlar(Cədvəl.....-də) rəngsiz və 
iysiz olsalar da,təzyiq dəyişməsindən asılı olaraq xassələrini dəyişirlər. 
    Məsələn:2atm.-dən artıq təzyiq altında olan oksigen insan orqanizminə zəhərli 
təsir göstərir.5atm.-dən artıt təzyiqdə azot narkotik təsir (azot kefliliyi) göstərir.Də-
rinlikdən yüksək sürətlə qalxma zamanı azot qabarcıqlarının qandan intensiv ayrıl-
ması və qanın köpüklənməsi nəticəsində kesson xəstəliyi yaranır.Nəfəs alınan qarı-
şığın tərkibində karbon qazının miqdarının 3%-dən artıq olması ölümlə nəticələnir. 
    Ümumiyyətlə,təzyiqin müəyyən həddə qədər yüksəlməsi ilə,havanın tərkibinə 
daxil olan hər bir komponent orqanizmi zəhərləmə qabiliyyətinə malik zəhərə çev-
rilə bilir. 
 
 
                              
Şək.2.... Atmosfer havasının qaz tərkibi 
 
6.Yer səthinin temperaturu atmosferin temperatur rejimi və günəş şüalanması ilə 
müəyyən olunur.Məlumdur ki,Yerin üfiqi səthinə düşən istilik miqdarı Günəşin 
üfuqlə təşkil etdiyi bucağın sinusu ilə düz mütənasibdir.                          
Temperatur hər-hansı bir sistemdə atom və molekulların orta kinetik sürətini əks 
etdirir.Canlı orqanizmlərin temperaturu və maddələr mübadiləsinin bütün kimyəvi 
reaksiyalarının sürəti ətraf mühitin temperaturundan asılıdır. 
    Həyatın normal mövcudluğu üçün əlverişli temperatur həddi orta hesabla 0...50
0
 
S-dir.Lakin,bir sıra orqanizmlər temperatur rejimi bu hədlərdən kəskin şəkildə 
kənara çıxdıqda belə fəal həyat tərzini saxlayır.Bir sıra bakteriyalar hətta bir neçə 
dəqiqə ərzində +180
0
S temperatura belə dözür,digərləri isə mütləq sıfır tempera-
turdan(-271,16
o
S) sonra aktiv həyata qayıda bilir.Bu halda sitoplazma qranitdən 
möhkəm,bütün molekullar isə sükunətdə olur və heç bir bioloji proses mümkün ol-
mur.Orqanizmlərin bu şəkildə bütün həyat proseslərinin dayandırılması anabioz 
adlanır.Əgər,anabioz zamanı orqanizmin hüceyrələrində makromolekul quruluşu 
pozulmayıbsa,orqanizm həyata qayıda bilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə