İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

23 
 
turu yüksəlir və stratopauzada 0
0
S-dən  +10
0
S-yə çatır.Ekvator və qütblərdə tempe- 
 ratur fərqli olduğu üçün stratosferdə havanın yerdəyişməsi baş verir. 
    Mezosfer 60...80km yüksəklikdə yerləşir.Bu qat havanın daha da boşalması və  
yüksəklikdən  asılı  olaraq  temperaturun  kəskin  dəyişməsi  ilə  səciyyələnir.Belə 
ki,mezosferin aşağı sərhəddində temperatur 0
0
S,yuxarı sərhəddində isə -75
0
S-dir. 
Burada  hava  axınının  sürətinin  çox  böyük  (50km/saat-dan  bir  neçə  yüz  km/saata 
qədər) olması müşahidə olunur. 
    Mezopauza mezosferdən termosferə keçid qatıdır. 
 
    Termosferin aşağı sərhəddi yer səthindən 100km yüksəklikdən başlayır və yuxa-
rı  sərhəddi 1000km yüksəkliyə qədər uzanır.Termosferin yuxarı sərhəddinə doğru  
temperatur  artır və 100km yüksəklikdə 0
0
S-dən keçərək 150km-də 200...240
0
S, 
200km-də 500
0
S, 600km-də 1500
0
S-yə çatır.                                                                                
    Termosferdə qazlar kəskin ionlaşdığı üçün onu ionosfer də adlandırırlar.İonlaş-
ma elektrik keçiriciliyinə səbəb olduğuna görə termosferdə güclü elektrik cərəyanı 
axını baş verir.Günəşin təsirindən termosferdə qütb parıltısı yaranır ki,buna da sə-
bəb ionlaşmış qazların korpuskulyar günəş radiasiyası ilə bombarduman olunması-
dır. 
    Ekzosfer  Yer  atmosferinin  xarici  qatı  olmaqla,eyni  zamanda  səpələnmə  qatı  da 
adlandırılır.Ekzosfer 2000-3000km yüksəkliyə qədər uzanır.Burada qazların sürət-
inin böhran həddinə(11,2km/san.)çatması onların planetlərarası fəzada səpələnmə-
sinə səbəb olur.Bu isə ilk növbədə hidrogenə aiddir ki,onun da miqdarı ekzosferdə 
daha yüksəkdir.Yerin cazibə qüvvəsini dəf edən hidrogen Yerin “tacı”-nı əmələ gə-
tirir və 2000km yüksəkliyə qədər davam edir. 
 Atmosfer özünəməxsus fiziki,fizioloji və digər xassələrə malikdir(Cədvəl 2.2).    
 
       Atmosferin fiziki xassələri                                                      Cədvəl2.2 
Göstərici 
Ölçü vahidi 
Kəmiyyətin 
qiyməti 
Təmiz havanın mol çəkisi 

28,966 
Dəniz səviyyəsində 0
0
S-də təzyiq 
kPa 
101,325 
Böhran temperaturu 
0

140 
Böhran təzyiqi 
MPa 
3,7 
Suda həllolma 
0
0
S-də, % 
0,036 
25
0
S-də,
 

0,22 
İstilik keçiriciliyi  (0
0
S-də) 
Coul/(kq
x
K) 
1,0048
x
10
3
 
Xüsusi istilik tutumu(0
0
S-də) 
Coul/(kq
x

0,7159
x
10

    
    Yer  səthində  ”normal  şərait”kimi  havanın  sıxlığı  1,2kq/m
3
,barometrik  təzyiq 
101,35kPa,temperatur +20
0
S və nisbi rütubət 50% hesab olunur.Lakin,bu göstərici-
lər sırf mühəndis nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.                                                


24 
 
    Atmosfer  Yerin  istilik  rejimini  nizamlayır,istiliyin  yer  kürəsində  paylanmasına 
şərait yaradır.GünəşYer səthi üçün yeganə istilik mənbəyi olmaqla bərabər,həm də 
isıqlanma  rejimini  müəyyənləşdirir.Əgər,atmosfer  olmasa  ,Yerin  temperatur  reji-
minin necə olacağını təsəvvür etmək çətin deyil:gecələr və qışda yerin özünün şüa-
lanması nəticəsində həddindən artıq soyuq,yayda və gündüzlər günəş radiasiyasın-
dan həddindən artıq isti olardı.Məsələn,atmosferi olmayan Ayda belədir. 
    Əgər,Yer  atmosferlə  əhatə  olunmasaydı,gün  ərzində  planetimizin  temperaturu-
nun dəyişməsi 200
0
S (gündüz güclü isti,+100
0
S,gecə şaxta,-100
0
S) olardı.Bu halda 
yay və qış temperaturlarının fərqi daha çox olardı.Həqiqətdə isə Yerin orta tempe-
raturu  +15
0
S-yə  yaxındır.Amosfer  bütün  canlıları  ultrabənövşəyi,rentgen  və  kos-
mik şüalardan qoruyur.Atmosferin yuxarı qatları bu şüaların bir hissəsini udur,bir 
hissəsini isə səpələyir. 
    Atmosfer bizi “ulduz qəlpələrindən” də qoruyur.Əksər hallarda yer səthinə çatan 
meteoritlərin ölçüsü noxuddan böyük olmur.Meteoritlər Yerin cazibə qüvvəsi nəti-
cəsində böyük sürətlə(11...64km/san.)atmosferə daxil olaraq hava ilə sürtünmə nə-
ticəsində  60...70km  yüksəklikdə  yanırlar.Atmosferin  olmaması  Yerə  nəhəng  me-
teoritlərin düşməsinə səbəb olardı. 
    Atmosfer işığın paylanmasında da böyük rol oynayır.Atmosfer havası günəş 
şüalarını kiçik şüalara parçalayaraq səpələyir və insanın uyğunlaşdığı işıqlanmanı 
təmin edir. 
    Atmosfer səsin yayıldığı mühitdir.Hava olmasa Yerdə tam sükut olar. 
    Yer kürəsində nəmliyin paylanmasında da atmosfer əhəmiyyətli rol oynayır.At-
mosferə buxar şəklində daxil olmuş su uzaq məsafələrə yayılır və yenidən Yerə dü-
şür.Ən zəif yağışda belə,1m
2
 yer səthinə 1kq-a qədər,1ha-ya isə 10000kq su düşür. 
Əgər,nəzərə alsaq ki, 1q  suyun buxarlanması üçün 2512Coul  istilik  tələb olunur,  
onda atmosfedə baş verən proseslərə nə qədər böyük enerji sərf olunduğunu təsəv- 
vür etmək olar. 
    
                                             Hidrosfer       
    Hidrosfer Yerin su örtüyü olub,okean,dəniz,göl,çay,buzlaq,yeraltı və atmosfer 
 
sularının məcmusundan ibarətdir(Şəkil2.4). 
 
 


25 
 
 
 
                                 Şək.2.4. Hidrosferin quruluşunun sxemi 
 
Yerin  bir  planet  kimi  fərqli  cəhəti  onun  səthinin  əksər  hissəsinin  su  ilə  örtülmə-
sidir.Dünya  okeanının  səthinin  sahəsi  361mln.km
2
  olmaqla  qurunun  sahəsindən 
(149mln.km
2
)2,4 dəfə çoxdur. 
    Yerdə suyun ümumi ehtiyatı 1386mln.km
3
 təşkil edir ki,bunun da 97,5%-i duzlu 
və minerallaşmış sulardır.Dünya okeanı ümumi suyun 96,5%-ni özündə cəmləşdi-
rir.Okean suları orta hesabla 3,5% duzluluğu və 3,7
0
S temperaturu daim saxlayır.    
50...60m dərinlikdən sonra suda həll olunmuş oksigenin miqdarı əhəmiyyətli dərə-
cədə azalır.  
    Yeraltı sular duzlu,az duzlu və şirin olur.Temperaturu 30
0
S-dən artıq olan yeraltı 
sular geotermal sular hesab olunur. 
    İnsanın istehsalat fəaliyyəti və təsərrüfat-məişət təlabatı üçün şirin su tələb olu-
nur ki,bunun da ehtiyatı Yerdəki suyun həcminin 2,7%-ni təşkil edir.Şirin suların 
36%-i  asan  mənimsənilən  yerlərdə,qalan  hissəsi  isə  qar  və  buzlaqlarda(şirin  sulu 
aysberqlərdə)cəmlənmişdir. 
    Dünyanın ən böyük şirin su hövzəsi Baykal gölüdür.Onun suyu Baltik dənizin-
dən xeyli,Azov dənizininkindən 93 dəfə çoxdur.20mln.ildən çox yaşı  olan bu gölə 
1123 çay tökülür. 
    Materik sularının Dünya okeanına axını ildə 45mln.km
3
 təşkil edir. 
     Təbiətdə  su  üç  aqreqat  halında:bərk(buz),maye(suyun  özü)  və  qaz(buxar)-rast 
gəlinir.Su  canlı  orqanizmlərin  əvəzolunmaz  tərkib  hissəsi  olmaqla,bir  sıra  nadir 
xassələrə  malikdir.Suyun  sıxlığı  +4
0
S-də  ən  b  öyük  həddinə  çatır.Suyun  özünütə-
mizləmə xassəsi var.Donma anında maye suya nisbətən həcmin 10%  artması pro-
sesi  baş verir.Bu xassə böyük əhəmiyyət kəsb edir və bir sıra təbii proseslərin xa-
HİDROSFER 
  ŞİRİN SULAR 
(tərkibində 1q/l-dən az 
duz olan) 
ATMOSFER 
SULARI 
 DUZLU SULAR 
(tərkibində 35q/l-dən 
çox duz olan

SU BUXARI,YAĞIN-
TILAR(YAĞIŞ,QAR, 
DOLU VƏ S.) 
 OKEANLAR ,             
DƏNİZLƏR ,               
GÖLLƏR 
ÇAYLAR,GÖLLƏR, BATAQ-  
LIQLAR,BUZLAQLAR,AYS-      
BERQLƏR,YERALTI SULAR 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə