İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

21 
 
    Canlı orqanizmlərin quruya çıxması və məskunlaşması yeni dinamik şəraitə uy-
ğunlaşmağı tələb edirdi ki,bu da,bir çox orqanizmlərin təbii seçmə və təkamül pro-
sesində məhvinə səbəb olmuşdur. 
    Yerdə həyatın tarixi 3,5mlrd.il davam  edən 6 era və 17 dövrü əhatə edir.Yerdə 
həyatın  əmələ  gəlməsinin üçüncü  mərhələsindən,yəni  kaynozoy  erasının  son döv-
rünün başlanğıcından-antropogendən (antropos-insan) 1,5mlrd.il keçmişdir.Antro- 
pogen  dövrü  ali  meymunlardan  əmələ  gəlmiş  insanın  təkamülünün  yüksək  sürəti 
ilə səciyyələndirilir.  
    Canlı  orqanizmlərin  ümumi  kimyəvi  tərkibi  atmosfer  və  litosferin  tərkibindən 
çox  fərqlənir.O, daha  çox  oksigen  və  hidrogen  atomlarına  mütləq  sahib  olduğuna 
görə hidrosferə daha yaxındır.Bu isə həyatın ilk dəfə su mühitində yaranmasına bir 
daha  əminlik  yaradır.Lakin,orqanizmlərdə  nisbətən  karbon,kalsium  və  azotun 
miqdarı daha çoxdur.   
    Canlı  orqanizmlərin  kütləsinin  99,9%-ni  Yer  qabığının  98,9%-ni  (ancaq  başqa 
nisbətdə)  təşkil    edən  14  element  (H,O,C,N,Ca,K,Si,Mg,P,S,Al,Na,Fe,Cl)  təşkil 
edir.Beləliklə,həyat Yer qabığının törəməsidir.                                                             
    Orqanizmlərdə,demək olar ki,Mendeleyevin dövri sistemindəki bütün elementlər 
aşkar  edilmişdir.Yəni,canlı  orqanizmlər  də,cansız  təbiətlə  eyni  bir  kimya  ilə 
xarakterizə olunurlar. 
     V.İ.Vernadski qeyd etmişdir ki,canlılar Kainatda materiyanın ən fəal formasıdır.                                 
 
                                                        Atmosfer 
     Atmosfer(qəd.yun.”atmos”-buxar,”sfera”-kürə) Yer planetini əhatə edən qaz-
hava örtüyüdür.Atmosferin qalınlığı Yer səthindən təxminən 2000-3000km yük-
səkliyə qədərdir. Atmosfer havası həyat üçün ən zəruri təbii sərvətlərdən biridir. 
Uzun  zamanlar  ərzində  insanlar  havanı  sadə    maddə  hesabetmişlər.Yalnız,XVIII 
əsrdə fransız alimi Lavuazye havanın müxtəlif qazların mexaniki qarışığı olduğunu 
söyləmişdir.                                                                      
    Atmosfer Yerin qaz örtüyü olmaqla 5,51x10
15
t  kütləyə malikdir. 
    Quru  atmosfer  havasının  tərkibi  müxtəlif  qazların  müəyyən  nisbətdə  mexaniki 
qarışığından ibarətdir (Cədvəl 2.1). 
                              
             Atmosfer havasının tərkibi                                             Cədvəl2.1  
QAZ 
HƏCMCƏ 
MİQDARI,% 
CƏKİYƏ GORƏ 
MİQDARI,% 
Azot (N
2

78,084 
75,50 
Oksigen(O
2

20,946 
23,15 
Arqon (Ar) 
0,932 
1,286 
Karbon qazı (CO
2

0,032 
0,046 


22 
 
Neon (Ne) 
1,818×10
-3 
1,3×10
-3
 
Helium (He) 
4,6x10
-4 
7,2x10
-5 
Metan (CH
4

1,7x10
-4 
8,4x10
-5 
Kripiton(Kr) 
1,14x10
-4 
3x10
-4 
Hidrogen 
5x10
-5
 
8x10
-5
 
Su (H2O 
5x10
-5 
8x10
-5 
Ksenon 
8,6x10
-6 
4x10
-5 
Ozon 
3x10
-7
...3x10
-6 
5x10
-7
...5x10
-6 
 
 
 
    Cədvəl2.1-də  göstərilən  qaz  tərkibi  təxminən  20...25km  yüksəkliyə  qədər 
saxlanılır.  
       Atmosferin kütləsi 1mln.dəfə litosferin,250 dəfə isə hidrosferin kütləsindən az-
dır.Atmosfer  kütləsinin  50%-i  onun  yer  səthindən  5km  yüksəkdə  olan  qatında,            
75%-i 10km-lik və 90%-i  16km-lik qatlarında cəmlənmişdir. 
        Temperatur  dəyişməsinin  xarakterinə  görə  atmosfer  bir  neçə  hissəyə  -
troposfer,stratosfer,mezosfer  və  ekzosferə-bölünür.Bu  sferalar  bir-birindən  keçid 
qatları ilə  ayrılır ki,onlar da   özündən  əvvəl  gələn sferanın  adına  uyğun pauzalar 
adlanır(tropo-,strato-,mezo-və termopauza) (Şəkil2.3) 
    Troposfer-atmosfer kütləsininn 80%-dən çoxunun və  atmosferdə olan su buxa-
rının 90%-ə qədərinin cəmləşdiyi aşağı qatdır.Troposferin yuxarı sərhəddi ekvator-
da 17km,qütblərdə 8-10km,mülayim en dairələrində isə 10-12km yüksəkliyə çatır. 
Troposferin yuxarı sərhəddi temperatur dəyişməsindən asılı olaraq qişda Yer səthi- 
nə yaxınlaşır,yayda isə uzaqlaşır.Troposfer əsasən Günəşin qızdırdığı Yer səthin-
dən əks olunan şüalanma hesabına isinir.Ona görə də,yer səthindən yüksəklik art-
dıqca troposferin temperaturu  orta hesabla 0,6
0
S/100m şaquli qradiyentlə  aşağı 
düşür.Troposfer üçün daim havanın qarışması,hərəkətliliyi(turbulentlik, konveksi-                                                           
ya) səciyyəvidir.Buludlar və yağıntılar, siklonlar və antisiklonlar burada əmələ gə-
lir. 
    Tropopauza  troposferin  stratosferə  keçid  layıdır.  Ekvatordan  qütblərə  doğru 
getdikcə  tropopauza  enməyə  başlayır.Tropopauzanın  temperaturu və hündürlüyü 
coğrafi enlikdən çox asılıdır.                                                                                                                
    Stratosfer  havanın  əhəmiyyətli  dərəcədə  boşalması,su  buxarının  yoxluğu, 
ozonun (maksimal qatılığı 20...25km yüksəklikdə olan ozon qatı) mövcudluğu ilə 
səciyyələnir. 
Stratosfer hava kütləsinin 5%-ni özündə cəmləşdirməklə,50...
 
60km yüksəkliyə qə-
dər uzanır. 
 
Stratosferin aşağı sərhəddində ekvator üzərində havanın temperaturu -55
0
S,  
qütblərin üzərində isə bir qədər yüksək olur.Yüksəklik artıqca stratosferin tempera- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə