İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

26 
 
rakterinə təsir göstərir.Sututarların səthində əmələ gələn buz qatı onu sonrakı don-
madan qoruyur. 
    Şirin su hövzələrində heç vaxt su kimyəvi təmiz olmur.Bu da suyun yüksək həll-
etmə qabiliyyətinə malik olması ilə izah olunur,Hətta ən ciddi təmizləmədən sonra 
su yenidən digər qarışıqlarla zənginləşir və xassələrini dəyişir.Maqnit sahəsinin tə-
sirindən də suyun xassəsi dəyişir. 
    Hidrosferin  əsas  kütləsi  polezoy  erasının  başlanğıcında,yəni,600mln.il  bundan 
öncə formalaşmışdır. 
    Su hidrogen və oksigenin kimyəvi birləşməsi olub,tərkibinə görə 11,11% hidro-
gendən və 88,89% oksigendən(kütlə etibarı ilə) ibarətdir.                                                      
    Təbii  sərvətlərin  əksəriyyəti  bərpa  olunmur.Su  ehtiyatları  isə  okean-atmosfer-
yer-okean sistemli dövri prosesdə bərpa olunur.Təbiətdə şirin suların materikdən  
okean və dənizlərə axması və yenidən quruya qayıtmasının”nəhəng  mexanizmi” 
fəaliyyət göstərir. 
 
Göstəricinin adı 
Ölçü vahidi 
Kəmiyyətin 
qiyməti 
Sıxlığı  (20
0
C-də) 
kq/m

998,2 
Ərimə temperaturu 
0


Qaynama temperaturu 
0

100 
Xüsusi kütlə 
N /m
3
 
9790 
Molekul kütləsi 
a.k.v 
18,01528 
İstilik keçiriciliyi  (0
0
C-də) 
Vt/m 

o

0,56 
Xüsusi istilik tutumu 
Coul/(kq
x
o
C) 
4200 
Dinamiki özlülük  (20
o
C-də) 
Pa 

san. 
0,00101 
Kinematik özlülük  (20
o
C-də)  Sm
2
/san. 
0,01012 
 
   Su  Yerdə  bütün  həyatın  əsasıdır.Atmosferdə  olan  su  buxarı  planetimizin  istilik 
balansını nizamlayır.Hidrosferdə istiliyin yayda toplanması və qişda verilməsi ilə 
Yerin iqlimi mülayimləşir(yumşalır). 
    Canlı  orqanizmlərdə  maddələr  mübadiləsi  ilə  bağlı  olan  əksər  biokimyəvi  və 
biofiziki  proseslər  su  mühitinin  olduğu  şəraitdə  mümkündür.Fotosintez  prosesin-
dən atmosferə daxil olan oksigenin mənbəyi yalnız sudur.Su bütün canlı orqanizm-
lərin toxuma və hüceyrələrinə daxildir. 
   
 
    Su  təbiətdə  yeganə  mineral  maddədir  ki,onu  başqa  maddələrlə  əvəz  etmək 
mümkün deyil. 
 
          Litosfer 
    Litosfer  yer  kürəsinin  bərk  örtüyüdür.Onun  qalınlığı  30...40km-dir.Litobiosfer 
isə litosferin canlı orqanizmlər yayılan hissəsidir(3...8km dərinliyə qədər).Litosfer 


27 
 
dedikdə əsasən Yerin quru hissəsi nəzərimizdə canlanır.Bu isə Yer qabığının sahə-
sinin(510mln.km
2
) 149mln.km
2
-nı (29%) təşkil edir. 
    Litosferin üst qatını torpaq təşkil edir.Torpaq canlı və cansız təbiətə xas olan bir 
sıra  xüsusiyyətlərə  malik  varlıqdır.Onun  əsas  xassəsi  bitkilərin  inkişafını  təmin 
edən  münbitlikdir.Lakin,torpaq  təkcə  bitkilər  üçün  mühit  deyil,xalq  təsərrüfatının 
bütün sahələrinin yerləşməsi üçün bazisdir. 
    Torpaq üzvi və mineral elementlərin qarışığından ibarətdir.Torpağın mineral tər-
kibinin 50%-dən artığını silisium oksidi(SiO
2
), 1...25%-ə qədər gil(Al
2
O
3
),1...10% 
dəmir  oksidi(F
2
O
3
),0,1...5%-ni  maqnezium,kalium,fosfor   və kalsium(MgO,K
2
O, 
P
2
O
5,
CaO)oksidləri təşkil edir. 
    Torpağın əsas fiziki xassələrindən biri onun mexanikintərkibidir ki,onun da dörd 
dərəcəsi müəyyən olunmuşdur:qum,qumluca,gil-torpaq və gil.Torpağın sukeçirmə, 
nəmliyi saxlama qabiliyyəti və s.mexaniki tərkibdən asılıdır.Bundan başqa,hər bir 
torpaq  növü  sıxlıq,istilikudma,istilik  tutumu,istilik  keçirmə,nəmlik  tutumu  və  s. 
xassələrlə səciyyələndirilir. 
    Torpaq litosferin digər qatlarından fərqli olaraq sadəcə bərk cisim deyil,bərk his-
səciklərin hava və su ilə əhatə olunduğu üçfazalı mürəkkəb sistemdir. 
    Torpaq insanı əhatə edən mühitin tərkib hissəsi olmaqla Yerdə həyatın təminatı-
nın əvəzsiz şərtlərindən biridir.Torpaq biosferin digər elementləri ilə maddələr mü-
badiləsini təmin edən açıq sistemdir.Planetimizin bütün torpaq ehtiyatlarının 3/4 
hissəsi aşağı məhsuldarlığa malikdir ki,buna da səbəb istilik və nəmliyin şatışma-
masıdır.Bütün torpaqların yarısı quraqlıq və yarımquraqlıq zonalardadır.Dünyada 
əkinçiliyə yararlı torpaqların sahəsi 3,3mlrd.ha-dır ki,bundan da cəmisi 1,5mlrd.ha 
hazırda istifadədir. 
 
 
 
                    Həyatın mahiyyəti və canlı orqanizmlərin xassələri 
    Cansız materiyanın meydana gəlməsi və inkişafı fonunda həyat kimi heyranedici 
bir təzahür olan həyat da inkişaf etməyə başlamışdır.Hazırda 1mln.-dan artıq 
heyvan,0,5 mln.-dan artıq bitki,yüz minlərlə göbələk və 3000-dən artıq bakteriya 
növü təsvir edilmişdir (siyahıya alınmışdır).Hesab edilir ki,hələ 1 mln-dan az 
olmayan sayda növ siyahıya alınmamışdır (təsvir edilməmişdir).Həyatın mənşəyi 
və mahiyyəti bəşəriyyəti daim düşündürmüşdür.İnsan fenomeni də daxil 
olmaqla,canlı məxluqların yaranması və inkişafı bu gün də təbiətşünaslığın 
mərkəzi problemi olaraq qalmaqdadır. 
    Canlı orqanizmlər cansız sistemlərdən əhəmiyyətli dərəcədə fərqlənirlər.Bu 
fərqlər də həyata yeni keyfiyyət xassələri verir. «Həyat» anlayışının mahiyyətini 
anlamağa çalışaq. Həyatın mahiyyətinin çoxsaylı ifadələrindən(qısa izahlarından ) 
iki əsas olanına nəzər salaq:  


28 
 
1)Həyat xassə daşiyicisi olan substratla (məsələn,zülalla) müəyyənləşdirilir
2)həyat səciyyəvi fiziki-kimyəvi proseslərin məcmusudur. 
    Məsələn,Arisrotel həyatı qidalanma,böyümə və  qocalma (qartlaşma) 
kimi;Treviranus -müxtəlif xarici təsirlər çəraitində davamlı oxşar proseslər 
kimi;M.Bişa-ölümə müqavimət göstərən funksiyaların məcmusu kimi;İ.P.Pavlov-
mürəkkəb kimyəvi proseslər kimi  təsvir edirdi. 
    Müasir biliklər səviyyəsini nəzərə almaqla həyata daha tam və dolğun tərifi 
M.V.Volkenşteyn vermişdir.Onun təbirincə desək,Yerdə mövcud olan canlı 
cisimlər biopolimerlərdən-zülal və nuklein turşularından təşkil olunmuş 
özünütənzimləyən və özünütörədən açıq sistemlərdir.Bu tərifdə,əlamət və 
xassələrin varisliyini təmin edən nuklein turşularının əhəmiyyəti xüsusilə 
vurğulanır. 
    Canlı orqanizmlərə bir sıra xassələr səciyyəvidir.Əksər hallarda bu xassələr bu 
və ya digər dərəcədə cansız təbiət üçün də xarakterikdir ki,bu da təkamül 
proseslərinin vahidliyinə dəlalət edir.Lakin,bu xassələrin və onların məcmusunun  
canlı və cansız obyektlərdə təzahürü oxşar deyil.Məhz,bu məcmu və təzahüretmə 
xarakteri həyatın mahiyyətini müəyyənləşdirir.Ona görə də,canlı orqanizmlərin bir 
sıra xassələrini cansız cisimlərlə müqaisədə nəzərdən keçirək. 
-Kimyəvi tərkibin vəhdəti (birliyi,vahidliyi,tamlığı).Canlı orqanizmlərin də 
tərkibinə cansız təbiət cisimlərinin tərkibinə daxil olan kimyəvi elementlər 
daxildir.Lakin,bu elementlərin nisbəti canlılarda və cansızlarda eyni deyil.Cansız 
təbiətin element tərkibi oksigenlə birlikdə əsasən silisium, dəmir, maqnezium, 
aliminium və s.-dən ibarətdir.Canlı orqanizmlərin tərkibinin 98%-ni isə dörd 
element-karbon,oksigen,azot və hidrogendən ibarətdir.Bundan başqa,canlı 
orqanizmlər əsasən cansız təbiətdə rast gəlinməyən dörd iri və mürəkkəb üzvi 
maddə qrupundan-bioloji polimerlərdən (nuklein turşuları,zülallar,polisaxaridlər və 
yağlar) ibarətdir. 
-Maddələr mübadiləsi.Bütün canlı orqanizmlər ətraf mühitlə maddələr 
mübadiləsinə malikdir -ətraf mühitdən özü üçün vacib olan maddələri udur və 
həyat fəaliyyəti məhsullarını ixrac edir.Maddələr mübadiləsi ikitərəfli 
prosesdir:birincisi,müəyyən mürəkkəb kimyəvi çevrilmələr nəticəsində ətraf 
mühitdən olan maddələr canlı orqanizmin üzvi maddəsinə oxşadılır və canlının 
bədəni (cismi) qurulur;ikincisi,mürəkkəb üzvi birləşmələr sadə birləşmələrə qədər 
parçalanır və bu zaman,onlar canlı orqanizmin maddələri ilə oxşarlığını itirərək 
biosintez reaksiyası üçün lazım olan enerjini ayırırlar.Maddələr mübadiləsi 
kimyəvi tərkibin və orqanizmin bütün hissələrinin daimiliyini təmin edir və 
nəticədə onların fasiləsiz olaraq dəyişən ətraf mühit şəraitində fəaliyyətlərinin 
daimiliyi,yəni,homeostaz təmin olunur.Cansız təbiətdə də maddələr mübadiləsi baş 
verir.Lakin,qeyri-bioloji maddələr dövranı  maddələrin bir yerdən başqa yerə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə