İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/58
tarix17.01.2018
ölçüsü5,01 Kb.
#20990
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

29 
 
sadəcə  yerdəyişməsini və ya onların aqreqat halının dəyişməsini (məsələn,suyun 
buxara və ya buza çevrilməsi) həyata heçirir.   
-Özünütörətmə (reproduksiya) və irsiyyət.Canlı orqanizmlərin artıb-törəmə 
prosesində yeni nəsil (övlad,nəvə,nəticə və s) adətən öz valideynlərinə oxşayır 
(itdən küçük,inəkdən buzov və s. törəyir).Deməli,çoxalma canlı orqanizmin 
özükimiləri «istehsal» etmək xassəsidir. Özünütörətmənin əsasını DNT-də 
qoyulmuş informasiya əsasında yeni molekul və strukturun yaranması təşkil edir. 
Reproduksiya sayəsində nəinki bütöv orqanizm,hətta hüceyrələr də,bölünmədən 
sonra sələfləri ilə oxşar olurlar.Belə ki,bir DNT molekulundan onun ikiləşməsi 
zamanı başlanğıc molekulu tam təkrarlayan iki «qız» molekul yaranır.Yəni, 
özünütörətmə irsiyyətlə sıx bağlıdır.İrsiyyət isə orqanizmin əlamət,xassə və inkişaf 
xüsusiyyətlərinin nəsildən nəslə ötürülməni təmin etmək qabiliyyətidir ki,bu da 
varisliyi şərtləndirir.  
-Dəyişkənlik,inkişaf və böyümə.Dəyişkənlik dedikdə,DNT molekulunun 
dəyişməsi əsasında orqanizmin yeni əlamət və xassələr qazanma qabiliyyəti 
nəzərdə tutulur.Dəyişkənlik çoxsaylı müxtəlif « materiallar»yaratmaqla orqanizmin 
inkişafı və böyüməsi üçün zəmin yaradır.İnkişaf,canlı və cansız təbiət 
obyektlərinin qanunauyğun istiqamətlənmiş dönməz dəyişməsi prosesidir.İnkişaf 
nəticəsində sistemin keyfiyyətcə yeni vəziyyəti meydana çıxır.Materiyanın 
mövcudluğunun canlı formasının inkişafı orqanizmlərin fərdi inkişafı (ontogenez) 
və növlərin tarixi inkişafından (filogenez) ibarətdir.İnkişaf prosesində tədricən və 
ardıcıllıqla canlı orqanizmin səciyyəvi struktur təşkili formalaşır.Onun kütləsinin 
artması isə makromolekulların,hüceyrələrin elementar strukturunun və 
hüceyrələrin özlərinin reproduksiyası ilə şərtlənir.Filogenez,canlı təbiətin yeni 
növlərin yaranması və mütərəqqi mürəkkəbləşməsi ilə müşayət olunan dönməz və 
istiqamətlənmiş inkişafıdır.   
-Qıcıqlanma və enerjidən asılılıq.İstənilən canlı orqanizm ətraf mühitlə qırılmaz 
surətdə bağlıdır:ətraf mühitdən özünə zəruri olan maddələri çıxarır,mühitin 
əlverişsiz amillərinin təsirinə məruz qalır,digər orqanizmlərlə qarşılıqlı əlaqəyə 
girir və s.Təkamül prosesində canlı orqanizmlərdə qıcıqlanma-xarici təsirlərə 
seçmə reaksiya yaranmış və möhkəmlənmişdir.Ətraf mühit şəraitinin hər-hansı 
dəyişikliyi orqanizmdə qıcıqlanma yaradır və orqanizmin xarici qıcıqlandırıcılara 
cavab reaksiyası onun həssaslıqının göstəricisi rolunu oynayır.Bundan başqa,canlı 
orqanizmlər enerjidən asılılıq qabiliyyətinə də malikdir.Enerjinin daxil olması üçün 
açıq olan bu sistemlər yalnız  onlara kənardan fasiləsiz olaraq enerji və materiya 
daxil olduğu şəraitdə dayanıqlıdır. Canlı orqanizm ətraf mühitdən enerji və 
materiya qəbul etdiyi müddətdə mövcuddur(yaşayır). 
-Ritmlilik canlı və cansız təbiətin sıx qarşılıqlı əlaqəsinin nəticələrindən biridir. 
Təbiətin hər yerində rəqsi (titrəyişli,tərəddüdlü) proseslər-okean qabarma-


30 
 
çəkilmələri,gecə və gündüzün növbələşməsi,ilin fəsillərinin növbələşməsi,dövri 
olaraq günəşin aktivliyinin artması,geoloji proseslərin dövriliyi və s. yayılmışdır. 
Ətraf mühitdəki bu dövri dəyişmələr canlı təbiətə və canlı orqanizmlərin fərdi 
(şəxsi) ritmlərinə əhəmiyyətli təsir göstərir. Canlı sistemlərdə ritmlilik fizioloji 
funksiyaların intensivliyinin müxtəlif dövriliklə (bir neçə saniyədən bir və ya yüz 
illərə qədər)dəyişməsində təzahür edir.Məsələn,insanın sutkalıq yuxu və gümrahlıq 
ritmi,bəzi məməlilərin (ayı,kirpi və s.) fəallıq və yuxuya getməsinin mövsümi ritmi 
və s.Ritmlilik orqanizmin funksiyalarının  ətraf mühitlə uzlaşmasını ,yəni,dövri 
olaraq dəyişən mövcudluq şəraitinə uyğunlaşmasını təmin edir.Məsələn, 
orqanizmin mövsimi və sutkalıq ritmləri mühitin geofiziki tsiklinə uyğunlaşma 
kimi  yaranmışdır.  
-Özünütənzimləmə (avtotənzimləmə)-fasiləsiz olaraq dəyişən ətraf mühit 
şəraitində məskunlaşmış orqanizmin öz kimyəvi tərkibinin daimiliyini və fizioloji 
proseslərin intensivliyini saxlamaq qabiliyyətidir.Bu zaman,hər -hansı qida 
maddəsi kifayət qədər daxil olmaması orqanizmin daxili resursları səfərbər 
edir,hər-hansı maddə izafi miqdarda olduqda isə onun sintezi dayandırılır. 
Məsələn,hüceyrədə universal enerji akkumuliyatoru r olan adinazintrifosfar (ATF)  
kimi fermentin çatışmazlığı onun sintezinə başlamaq üçün siqnal rolunu oynayır və 
ATF ehtiyatının yeri dolduqda isə onun sintezi dayandırılır;toxumada hüceyrənin 
miqdarının azalması (məsələn,zədələnmə zamanı) qalan hüceyrələrin sürətli 
çoxalmasına (artıb-törəməsinə) səbəb olur;hüceyrələrin miqdarının bərpası 
hüceyrələrin intensiv bölünməsinin dayandırılmasına siqnal verir.  
-Diskretlik (fasiləlilik).Yerdə həyat diskret formalarda təzahür edir.Yəni, 
orqanizm və ya bioloji sistem (növ,biogeosenoz və s.) təklənmiş və ya fəzada 
məhdudlanmış,lakin ,öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, 
funksional  bütövlük yaradan hissələrdən təşkil olunmuşdur.Məsələn,istənilən növ 
fərdlərdən,fərdlər orqanlardan,orqanlar isə ayrı-ayrı toxuma və hüceyrələrdən 
təşkil olunmuşdur .Orqanizmin quruluşunun diskretliyi onun struktur 
nizamlılığının əsasıdır.Bu isə,aşınmış struktur elementlərinin (molekul,ferment, 
hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə 
əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır. 
 
           MÖVZU 3: Ekoloji amillər  və onların təsir qanunauyğunluqları 
    Bütün canlı orqanizmlər mürəkkəb və dəyişkən bir aləmdə yaşayır,daim ona uy-
ğunlaşır,onun dəyişməsi ilə öz həyat fəaliyyətini nizamlayır. 
    Planetimizdə canlı orqanizmlər öz xüsusiyyətlərinə görə biri-birindən kəskin 
fərqlənən dörd məskunlaşma mühitini mənimsəmişlər.Su mühiti birinci meydana 
gəlmiş və həyat burada yayılmışdır.Sonradan canlı orqanizmlər yerüstü hava mü-
hitini zəbt etmi.,torpağı yaratmış və burada məskunlaşmışdır.Dördüncü mühit isə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə