International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə13/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   9   10   11   12   13   14   15   16   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

943

  

27-28 April 2018, Baku, Azerbaijan 

Şəbkülah-şəb-gecə, külah-papaq. Dialektdə gecə başa qoyulan papaq mənasını bildir. Gecə  

papağı. 

Şəbpərə-fars mənşəli olub dialektdə də yarasa mənasında işlənir. 

Beləliklə  araşdırmamız  onu  göstərir  ki,  Azərbaycan  dilinin  Naxçıvan  dialekt  və  şivələrində 

işlənən fars sözləri mövcud olduğu dövrlərin leksik xüsusiyyətlərini canlı şəkildə qoruyub mühafizə 

etmişdir.  

 

ƏDƏBIYYAT 

1.  


Buludxan Xəlilov-Müasir Azərbaycan dilinin leksikoogiyası. Bakı 2008, 442səh 

2.  


Elbrus Əzizov. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı 1999, 354 s. 

3  


Məmməd Əhmədov. Naxçıvan şivələrinin lüğəti Atalar sözləri. 1997, 172 s 

4.  


Axundov A., Q.Ş.Kazımov., S.M.Behbudov. Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı : Şərq-Qərb, 2007, 568 s. 

5.  


Babayeva A. Məhəmməd Füzuli “Leyli və Məcnun”. Elmi-tənqidi mətn, Bakı:Şərq-Qərb, 1996, 568 s. 

 

 



 

"İŞIQ" (1911-1912) QƏZETİNİN DİLİNDƏ TERMİNLƏR 

 

Elnurə RZAYEVA 

Azərbaycan Televiziya və Radio QSC 



elnure_rza@hotmail.com 

AZƏRBAYCAN 



 

XX  əsrin  əvvəllərində  Azərbaycan  xalqının  tarixinə  milliyyətcə  özünə  dönüş  və  oyanış  dövrü 

olaraq  daxil  olmuşdur.  Bu  dövrdə  Azərbaycanın  mədəni  həyatında  maarifçilik  və  xeyriyyəçilik 

hərəkatları baş qaldırmışdır. Elə o dövrdən etibarən milli maarifçilik tariximizdə silinməz bir iz qoyan 

mədəni-maarif cəmiyyətləri fəaliyyətə başlamış və inkar edilməz xidmətlər göstərmişdir. 

Siyasi çətinliklər Azərbaycan ziyalılarının və xeyriyyəçilərinin milli əzmini qıra bilmədi. Və elə 

bunun nəticəsində Şimali və Cənubi Azərbaycanda kitabxanalar, məktəblər açıldı, teatrlar fəaliyyətə 

başladı. Bir sıra məcmuə və qəzetlər işıq üzü gördü.  

Eyni zamanda, məktəblərdə proqram və müəllim kadrları güclənməyə başladı. Əlbəttə ki, bütün 

bunların  həyata  keçməyində  ilk  Müsəlman  Xeyriyyə  cəmiyyəti  olaraq  tanınan  “Bakı  Müsəlman 

Xeyriyyə  Cəmiyyəti”nin  fəaliyyətini  xüsusi ilə  qeyd etməliyik.  Bu  cəmiyyət  eyni  zamanda  özündən 

sonra yaranacaq bir sıra maarif-xeyriyyə cəmiyyətlərinin təməlini atmışdı. 

Cəmiyyətin məqsədi, Bakı və ətraf rayonlarda yaşayan müsəlmanlar, xüsusən də qızlar arasında 

elm və  maarifi yaymaq, onları elmə cəlb etmək idi. Bütün bu xeyriyyəçilik hərəkatlarının  arxasında 

əlbəttə  ki,  digər  Azərbaycan  ziyalıları  ilə  yan-yana  Azərbaycanın  xeyriyyəçisi,  Azərbaycan 

övladlarının atası olan Hacı Zeynalabdin Tağıyev dururdu.  

Artıq  mətbuatda  da  qadın  azadlığı  önə  çəkilmiş  və  bununla  əlaqədar  bir  sıra  fikirlər  dərc 

olunmağa başlamışdır.  

Bütün çətinliklərə rəğmən, Azərbaycanın ziyalı qadınları öz səslərini cahillik içində yaşayan, hələ 

də  cəfəng  inanclara  inanan,  qadının  sadəcə  yemək  bişirib,  uşaq  baxmaqdan  ibarət  bir  məfhum 

olduğuna inanmaq məcburiyyətində qalan bacılarına çatdırmaq üçün əllərindən gələn hər şeyi etməyə 

hazır idilər. Bu mövzular ilə əlaqədar dövrün bir sıra mətbu orqanlarında odlu-alovlu məqalələr nəşr 

etdirir, qadınları azadlığa, öz haqq və hüquqlarına tanımağa səsləyirdilər. Bu yazıların dərc olunması, 

sırf  qadınlar haqqında,  qadınlara  səslənən,  qadınlara  aid  olan  bir  mətbu  orqanına  ehtiyacın  olduğunu 

hiss  edən  bəsirətli  xeyriyyəçi  Hacı  Zeynalabdin  Tağıyev  xeyir-duası  və  maliyyə  dəstəyi  ilə  1911-ci 

ildə  “İşıq”  adlı  bir  qəzet  təsis  edir.  Və  bununla  da  Azərbaycan  tarixində  bir  ilkə  imza  atılır. 

Azərbaycanın ilk qadın qəzeti... 

Bu  məqalə  "İşıq"  qəzetinin  dilində  işlədilmiş  terminlər  haqqında  aparılan  araştırma  nəticəsində 

ərsəyə gəlmişdir. 

Qeyd  edək  ki,  hər  bir  dildə,  o  cümlədən  də  Azərbaycan  dilində  terminlərin  yaranması  prosesi 

əsasən  iki  istiqamətdə  gedir.  Bunlardan  biri  dilin  lüğət  tərkibindən  istifadə  etmək,  ikincisi  isə  elmi 

terminlərin alınmasıdır. Onu da qeyd etmək lazımdır ki, terminlər dilin xüsusi funksiya daşıyan söz-

ləridir. Bu sistemdə dilin ümumi leksikası, onun müəyyən bir hissəsini təşkil edən xüsusi leksika və bu 

leksik qatın müəyyən bir qismini özündə birləşdirən terminoloji leksika bir-birini tamamlayır.  




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

944

  

27-28 April 2018, Baku, Azerbaijan 

Terminologiya  dilimizin  qrammatikasına  dair  ən  çox  tədqiq  olunmuş  sahələrdən  biridir.  İstər 

qrammatik,  istərsə  də  leksikoqrafik  baxımdan  ən  çox  araşdırılan,  ortaq  türk  ədəbi  dili  üçün  ümumi 

terminoloji  bazaların  yaranmasında  terminoloji  tədqiqatların  xüsusi  rolu  var.  Tarixilik  baxımından 

araşdırılan  əsərlərə  nəzər  yetirdikdə  ümumtürk  arealının  ümumi  termin  bazasının  olduğunun  şahidi 

oluruq.  

Dilimizdə  terminlərdən  bəhs  edənlər  A.Bakıxanov,  ya  da  M.F.Axundovun  əsərlərindən  örnək 

göstərməklə  bu  sahədəki  tədqiqləri  hələ  keçən  əsrin  ortalarına  aid  edirlər.  Doğrudur,  hələ  keçən 

əsrdən,  xüsusilə  də  M.F.Axundzadə  və  H.Zərdabi  bu  işlə  məşğul  olmağa  başlasalar  da,  terminlər 

məsələsi  ilə  ciddi  və  elmi  təşkilati  şəkildə  XX  əsrin  əvvəllərində  məşğul  olmuşlar.  XX  əsrin 

əvvəllərindən,  xüsusilə,  1905-ci  ildən  sonra  Azərbaycanda  mətbu  əsərlərin  artması  istər-istəməz 

ictimai-siyasi  terminologiyamızın  formalaşmasına  gətirib  çıxarırdı.  Doğrudur,  bu  dövrdə  siyasi  və 

ədəbi  cərəyanlar  öz  amallarına  uyğun  da  termin  yaradır  və  ya  mənimsəyirdilər.  Buna  baxmayaraq, 

Azərbaycan  dilinin  lüğət  tərkibində  termin  qatı,  terminoloji  vahidlər  layı  yaranırdı.  Milli-türk,  rus-

Avropa  və  ərəb-fars  qollarına  ayrılan  ədəbi  və  siyasi  cərəyanlar  bir-birinə  qarşı  da  ciddi  mübarizə 

aparırdılar  

Müxtəlif  terminoloji  sistemlərin  lüğət  tərkibində  alınmalar  üstünlük  təşkil  edir.  Alınmalar 

müxtəlif yollarla Azərbaycan dilinin terminoloji lüğətinə daxil olur.  

1. Heç bir fonetik, leksik, qrammatik dəyişikliklərə uğramadan. 

2.  Müəyyən  dəyişikliyə  uğrayaraq.  Alınma  terminlər  müxtəlif  elmi  terminologiyaların  əhatə 

dairsəsinin genişlənməsində və inkişafında əsas rol oynayır.  

Hər  bir  dilin  lüğət  tərkibinin  əsas  hissələrini  təşkil  edən  terminoloji  qat  yalnız  alınma  sözlər 

hesabına  deyil,  milli  terminlərin  yaradılması  hesabına  da  genişləndirilir.  Bunun  üçün  Azərbaycan 

dilinin  geniş  funksionallığı  vardır.  Alınma  terminlər  dili  gəldikdən  sonra  onunla  paralel  qarşılığı  da 

yaranır.  

Mətbuat elə bir orqandır ki, ictimai, siyasi və elmi terminologiyanı mütləq özündə əks etdirir.  

Bizim tədqiq etdiyimiz dövr, yəni "İşıq" qəzetinin nəşr tarixi XX əsrin əvvəllərinə təsadüf etdiyi 

üçün məhz bu dövrün terminoloji nümunələri üzərində işləyəcəyik.  

Bu  dövrdə  meydana  gələn  terminoloji  leksikanı  yaranma  mənbəyinə  görə  aşağıdaki  kimi  təsnif 

etmək olar.  

1. Ümümxalq dili əsasında meydana gələn terminlər

2. Ərəb-fars mənşəli sözlər əsasında yaranan terminlər; 

3. Rus-Avropa mənşəli terminlər.  

"İşıq"  qəzetində canlı  xalq  dilindən  və  onun ayrı-ayrı  dialektlərindən  geniş istifadə  edilirdi. Və 

bunun  nəticəsi  olaraq  bir  çox  sözlər  məhdud  məhəlli  çərçivədən  çıxıb  mətbuata  daxil  edilməklə 

ümümxalq dili yaranmışdır.  

Ərəb-fars  mənşəli  sözlər  əsasında  yaranan  terminlər  "İşıq"  qəzetində  çoxluq  təşkil  edir.  Ana 

dilinin  saflığı  uğrunda  mübarizə  aparmasına,  tez-tez  səhifələrində  buna  dair  xəbərdaqlıq  etməsinə 

rəğmən,  qəzet  yazıçıları  ərəb-fars  mənşəli  sözlərdən  istifadə  etmiş  və  bu  qisimdən  terminlərin 

təkmilləşməsinə bir baxıma şərait yaradılmışdır.  



Zəvatı-möhtərəmə, məccanən, məbəd, bilmərrə, məsturəlik, hüquqi-nisvan,   Zati-aliyə, 

təqəddümi-insaniyyət, rahı-tərəqqi, ümməti-islamiyyə və s.  

"İşıq" qəzetində işlədilən Rus-Avropa mənşəli terminlər də kifayət qədər çoxluq təşkil edir. Belə 

ki, istər xaricdə oxuyanlar, istərsə də xalqın rus dilli kəsimi qəzetə göndərdiyi məktub və yazılarında 

rus mənşəli sözlər işlətmişlər.  



sud, sudya, daça, qoroda naçalnik, advokat, istatya və s.  

Sabahdan  axşama  kimi  sudlarda  və  qeyri  divanxanalarda  avara-avara  gəzən  kimdir?  Bizim 

qardaşlarımız.  

"İşıq" qəzetinin dilində işlənən terminləri aşağıdaki kimi qruplaşdırmaq mümkündür:  

1)  Tibb  terminləri:  Bildiyimiz  kimi  "İşıq"  qəzetinin  demək  olar  ki,  hər  sayında  tibbə,  təbabətə 

həsr edilən məqalələr, məsləhətli yazılar dərc olunmuşdur. Hətta xüsusi olaraq Əminə xanım Batrişina 

isimli yazıçı "İşıq" qəzetində tibb və səhiyyəyə dair maraqlı və faydalı yazılarla çıxış etmişdir. Ondan 

əlavə "İşıq"ın redaktoru Xədicə Əlibəyova da öz tibbi biliklərini oxucuları ilə bölüşmüşdür. "İşıq"ın 

səhifələrində  yeni  doğulan  körpəyə  qulluqdan  tutmuş,  müəyyən  xəstəliklərə  qədər  ətraflı  və  yararlı 

bilgilər  "Təbabətə  dair"  başlığı  altında  yer  almaqdadır.  Elə  bu  səbəblədir  ki,  "İşıq"  qəzetində  tibbi 

terminlərin sayı çoxdur.  



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə