International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə15/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   11   12   13   14   15   16   17   18   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

947

  

27-28 April 2018, Baku, Azerbaijan 

baxmayaq milli ədəbi-bədii təfəkkür faktıdır. Vaqif klassik və folklor janrlarda yazıb yaratmış, lakin 

həmin janr tipologiyalarının hər ikisində adətən eyni dil üslub tipologiyası nümayiş etdirmişdir. Janr 

müxtəlifliyinin  bu  cür  dil  üslub  inteqrasiyası  ədəbi  bədii  dilin  milliləşməsi  dövrünün  mühüm 

əlamətlərindən biridir ki, həmin işi XVIII əsrdə Molla Pənah Vaqif yekunlaşdırır. 

Şairin dilinin tarixi kefiyyəti daha çox onun qoşma janrındakı əsərlərində təzahür edir. Firudun 

bəy köçərilinin vaxtiylə qeyd etmişdir: “ Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı 

qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz 

və mərifətsiz adam onları eşitsə, mütəssir və məsrur olar. [2. 178] Təxminən yarım əsr ərzində (XVIII 

əsrin  II  yarısı)  ardıcıl  müdafiə  etdiyi  dil  üslub  dil  üslub  tipologiyası  XIX  əsrin  əvvəllərindən 

başlayaraq özünün görkəmli nümaindələrini yetirdi. XX əsrin əvvəllərində isə Molla Pənah Vaqifin dil 

üslubu milli təfəkkürün göstəricisi kimi nəzəri olaraq tədqiqata cəlb edildi.  

Müasir  Azərbaycan  dilinə  əsaslandıqda  hər  hansı  sözün,  qrammatik  formanın  köhnəldiyini, 

bütövlükdə dil üçün fəaliyyətdən qaldığını görürük. Haqqında danışılan mərhələdə köməkçi sözlərin 

sonrakı  mərhələdə  arxaikləşmiş  bir  sıra  formaları  işlənmişdir.  Cılayın,  ucundan,  ilən,  vəli,  gərçi, 

lacəram, və s. bu formalar dövrün qrammatik normasını müəyyən edir.  

Qoşma  


Ciləyin qoşması XIV-XVIII əsr abidələrinin dilində eləcədə Molla Pənah Vaqifin yaradıcılığında 

kimi qoşmasının sinonimi kimi işlənmişdir. 

Iran ilə Turan, Hələbü, məkkə, Mədinə 

 Bunlarda belə sən ciləyin can ələ düşməz. [6.172] 

İlən qoşması  

Molla Pənah Vaqif dilində işlənmiş ilən qoşması iki əşyanın birlikdə alınmasnı, ya da müəyyən 

bir işin, hərəkətin müəyyən bir əşya vasitəsilə icra edildiyini və müşayiət olunduğunu bildirir. 

Ey süsən, al zənəxandanlım 

Qurban olsun lalə, gül ilən sənə. [6.27] 

 Bu  qoşma  müxtəlif  dövrlərdə  fərqli  formalarda  işlədilmişdir.  Məsələn,  Qədim  türk  yazılı 

abidələrinin  dilin  də  eləcədə  daha  sonralar  XIII-XV  ərs  yazılı  abidələrinin  dilində  birlə  formasında 

işlədilmişdir. İmadəddin Nəsiminin dilində işlənmiş eyni  mənanı ifadə edən birlə qoşması iki tərkib 

hissədən əmələ gəlmişdir.  

Nəzar səcdə qılır tuti birlə qəndü nəbat. [4.184] 

Yəni say bildirən bir sözünün fel düzəldən -lə şəkilçisi və qədim feli bağlama şəkilçisi n ünsürü 

ilə birləşməsindən düzəlmişdir. Vaxtilə birlikdə, vəhdətdə demək imiş. Lakin sonralar tədricən inkişaf 

edərək,  müstəqil  bir  sözdən  köməkçi  bir  sözə  keçib,  qoşma  məzmunu  kəsb  etmişdir.  Əvvəlki 

mənasından əlavə ikinci bir məna almışdır. Başqa sözlə desək, birlən, birlə, bilə qoşmaları iki əşyanın 

birlikdə  alınmasnı,  ya  da  müəyyən  bir  işin,  hərəkətin  müəyyən  bir  əşya  vasitəsilə  icra  edildiyini  və 

müşayiət  olunduğunu  bildirir.  Bir  sözü  türk  dillərində  polisemantik  mənaya  malikdir  v  əmüxtəlif 

şəkilçilərlə müxtəlif mənalar ifadə edir. Ehtimal ki, bir sözü say mənasnı ifadə etməkdən əlavə qədim 

dövrlərdə türk qəbilələrinin dilində komitativlik mənası da ifadə etmişdir. Bu məna,  məsələn, qırğız 

dilindəki  birqelaş  birgələş,  birqələ  birləşdir,  bitik  birləş  sözlərində,  Azərbaycan  dilindəki  birgə, 

bitləşmə,  birlik,  birik,  birlikdəvə  s.  sözlərdə  indidə  özünü  göstərir.  Əvvəllər  birlən,  birlə  qoşması 

yalnız komitativ məna ifadə etmişdir. Qədim türk yazılı abidələrinin dilin də bu həmin qoşmanın ifadə 

etdiyi  yeganə  mənadır.  Digər  mənaların  (alət,  səbəb,  zaman,  məkan  mənalarının  yaranması  sonrakı 

dövrlərin  məhsuludur.  Güman  etmək  olar  ki,  birlə  qoşmasında  işlənən  –lə  şəkilçisi  müstəqil  feldən 

yaranmışdır. Bu fel ya bol «ol» sözü, ya da elə sözü ola bilər; bunu nəzərə aldıqda, birlə qoşmasının 

inkişaf yolunu belə təsəvvür etmək olar. Birelə> birelə> birlə Bu qoşma qədim türk yazılı abidələrinin 

dilində  artıq  birlə  şəklində  işlənir;  məsələn:  İnim  Kültigin  birlə  sözləşdimiz  “Kiçik  qardaşım 

Kültiginilə  məsləhətləşdim”  Eçim  kağan  birlə  ilgərü  Yaşıl  əgüz  Şantul  yazıka  təgi  sülədimiz  (KT). 

«Əmim xaqan ilə şərqə Yaşıl çay Şandun düzünə təki qoşun çəkdik.  

H. Həsənov bu qoşmanı leksik – fonetik arxaizimlərə daxil edir. [3.157] 

Bu qoşma Məhəmməd Füzulinin dilində həm ilən, həm də ilə variantlarında işlədilmişdir. 

Çox baxdığına qəmzə ilən bağrın əzərsən, 

Hər kimə ki, baxmazsan onunla nəzərin var.[5.118] 

 

Peykanları ilə doldurur çeşmi-pürabım, 



Ey bəhr, saqınma, sənin ancaq gövhərin var.[5.118] 


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

948

  

27-28 April 2018, Baku, Azerbaijan 

Ümumən  birgəlik  qoşmasının  iştrak  etdiyi  mətnlərdə  fonetik  normativlik  baxımdan  ilə  variantı 

tam üstünlük təşkil edir. Demək olar ki, ilə variantı yalnız normal “ədəbi dil” vahididirsə ilən variantı 

yazı dilində xalq ədəbi dili tipini təmsil edir. İlən qoşmasına müasir dilimizdə təsadüf olunmur. 

Bu  gün  Azərbaycan  dilində  arxaikləşmiş  sahə  məzmunlu  içrə  qoşmasına  Molla  Pənah  Vaqifin 

yaradıcılığında  və  XVIII-XIX  əsr  Azərbaycan  ədəbi  dilində  geniş  şəkildə  təsadüf  olunur  və  bu  hal 

şeirdə, xüsusiylə qəzəl janrında olan əsərlərdə daha çox müşahidə olunur. 

Qarabağ içrə bir şair kəlimüllah musadır, 

 Cavanşir içrə bir mövzunun bayati dəsti-beyzadır. [6.152] 

vəli bağlayıcısı. 

Müasir  dilimizdə  ancaq  bağlayıcısının  məna  vəzifəsini  ifadə  edən  fars  dilindən  alınmış  vəli 

bağlayıcısı  XIV  əsrdən  bəri  dildə  işlək  olmuş  və  qarşılaşdırma  bağlayıcısı  vəzifəsini  yerinə 

yetirmişdir.  Bu  bağlayıcı  Molla  Pənah  Vaqif  və  həmin  dövrün  eləcədə  XIV-XVII  əsrin  başqa 

şairlərinin dilində də işlənmişdir. Klassik şeir üslubunda ancaq məhdudlaşdırıcı ədatının sinonimi kimi 

də çıxış edir. [1. 427] Vəli bağlayıcısı müasir dilimiz üçün arxaikləşmişdir.  

Öz xoşumla mən əsiri qəmzə olmazdım, vəli 

 Sehrə saldı ol xumar gözlər məni cadu kimi. [6. 149] 



əgər-əgər bağlayıcısı. 

Molla  Pənah  Vaqifin  dilində  XVIII  əsrin  dilində  arxaikləşməkdə  olan  əgər-əgər  bağlayıcısına 

təsadüf olunur. Fars dilindən dilimizə keçmiş bu bağlayıcı şərt budaq cümlələrində iştirak edərək, həm 

istər bağlayıcısının sinonimi  kimi, həm də şərt mənasında işlənir. Bu bağlayıcı həm yazıda, həm də 

şifahi nitqdə geniş işlənmişdir. lakin müasir dilimizdə bu forma tamamiylə arxaikləşmişdir. 

Vədə günün atın, qoyunun, malın, 

 əgər doğmaz, əgər doğar ağlarsan. [6. 229] 

 Vaqifin  yaradıcılığında  təsadüf  olunan  fars  dilindən  alınmış  güzəşt  bidirən  gərçe,  əgərçe 

bağlayıcıları XIV əsrdən dilimizdə işlənməyə başlamış, XVIII əsrdən sonra öz işləkliyini itirmişdir. 

Gərçi, ey xızır bulubsan şərəfi-feyzi-əzəl, 

 Verməyibdir könülasayişi amma sənə əl. [6. 197] 

 

Ziyyayi-şəms tək getdi, məni bəhr eylədi hala



 əgərçi qəddimi devrani-filmazi hilal etdi. [6.148] 

 

Lacərəm-yəqinsözsüz mənasında olan ərəb dilindən alınmış modal sözdür. 

Bu söz müasir dilimiz üçün arxaikləşmiş, istifadədən qalmışdır, lakin abidələrin dilində, xüsusən, 

Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin dilində eləcə də Molla Pənah Vaqifin yaradıcılığında fəal 

işlənmişdir. 

Biətü iqrarü imanü dəyanət görmədim

 Bivəfadan lacəram təhsili-hacət görmədim. [6.185] 

Ucundan qoşması 

Molla  Pənah  Vaqifin  əsərlərində  işlədilmiş  Səbəb-məqsəd  bildirən  ucundan  qoşması  çün,  ötrü, 

görə qoşmaları ilə XIX əsr yazılarında da paralel şəkildə işlənərək bir məzmuna xidmət etdiklərindən 

sinonimlik kəsb edir və ucundan qoşması nisbətən az işlənərək dildə arxaikləşmişdir. 

Siyah telli bir sənəmin ucundan 

Badə getdi din-imanlar əfəndi. [6.40] 

Vaqifin  dilində  elə  düzəltmə  sözlərə  rast  gəlmək  olur  ki,  həmin  sözlərə  məxsus  derivatoloji 

qaydalar müasir sözyaratmada fəal, işlək deyildir. Belə düzəltmə sözlərə və onların tərkibində işlənən 

şəkilçilərə dair aşağıdakıları nümunə göstərmək olar: 

 

-şəkilçisi



 

- şəkilçisi ilə qoxu sözündən qoxuşmaq sözü düzəldilir. 

 

Zülfündən qoxuşar güli-reyhanlar 



 

Qurban hər meyinə yuzmin cavanlar [6.13] 

 

Rək şəkilçisi



 

Bu şəkilçi ilə böyük sözündən böyükrək ((bir az böyük) sözü düzəlir. 

 

Ya on üç, ya on dörd, on beş yaşında 



 

Ondan nə böyükrək nə uşaq ola [6.14] 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə