International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə18/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   14   15   16   17   18   19   20   21   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

953

  

27-28 April 2018, Baku, Azerbaijan 

Altay  dilləri  müasir  vəziyyətində  bir  tərəfdən  Uzaq  Şərqin  analitik,  başqa  bir  tərəfdən  isə  flektiv 

quruluşlu hind-Avropa dillərinin bir sıra xarakterik xüsusiyyətlərini daşıyır” (8, 30). Bəzi tədqiqatçılar 

türk  dillərindəki  ad-feil  sinkretikliyini  aqlütinativ  quruluşa  qədərki  mərhələ  ilə  bağlayırlar  (5,  147). 

Ayrıca mənbələrdə türk dillərində şəkilçilərin törəməsində fuziyanın aparıcı rola malik olması qənaəti 

əldə  edilmişdir  (7,  108-120).  Bu  və  bu  kimi  hallar  morfoloji  tipologiyanın  çatışmazlığı  kimi  qəbul 

edilməməlidir. Dilçilikdə belə bir fikir olsa da, dil tipləri arasındakı qarışıq münasibətlər məsələsinə 

morfoloji tipologiyanın yeni istiqamətlərində aydınlıq gətirilir. Bu baxımdan E.Sepirin təsnifinə diqqət 

yetirək.  Sepir  dillərin  hansısa  bir  əlamət  əsasında  təsnifinə  qarşı  çıxır,  təsnifin  müxtəlif  əlamətlər 

əsasında aparılmasının zəruriliyi üzərində dayanır. O, dillərin təsnifinin əsasına aşağıdakıları çıxarır: 

1)

 

Dildə əsas anlayışların ifadəsi; 



2)

 

Dillərin texnikası; 



3)

 

Dildə sintezin dərəcəsi. 



E.Sepir konseptual tipi zaman ərzində dəyişməyən, sabitliyini qoruyan əlamətlərin məcmusu kimi 

qəbul edir (10, 114). 

Dillərin  texnikası  dedikdə  izolyasiya,  aqlütinasiya,  fuziya  və  simvollaşma  nəzərdə  tutulur.  Dil 

tipinin texnikası qismən dəyişə, yəni qarışıq münasibətlərin yaranmasına səbəb ola bilər. Türk dilləri 

aqlütinasiya texnikasına malik olan dillərdir. Lakin bu dillərdə qismən izolyasiya və fuziya da özünü 

göstərir.  İngilis  dili  fuziya  və  simvollaşma  texnikasına  malikdir.  Bu  dildə  izolyasiya  və  qismən  də 

aqlütinasiya özünü göstərir. 

Sintezin dərəcəsinə görə dillər analitik, sintetik və polisintetik dillərə ayrılır. Dildə ən çox dəyişən 

sintezin dərəcəsidir. Dil, hətta öz tipini dəyişmədən, sintetik dildən analitik dilə çevrilə bilər. Sanskrit 

dili  sintetik  dil  olub.  Avropanın  yeni  ingilis,  fransız  dilləri  artıq  analitik  dilləridir.  Dil  tiplərindəki 

qarışıq  münasibətlər  tipologiyanın  yeni  istiqamətlərində  özünü  daha  qabarıq  şəkildə  göstərir.  Bu 

baxımdan C.Qrinberqin kvantitativ tipologiyası daha xarakterikdir. Bu tipologiyada aşağıdakı tipoloji 

indekslər  müəyyənləşdirilir:  sintezin  indeksi,  aqlütinasiyanın  indeksi,  sözdəyişmənin  indeksi, 

prefikslərin indeksi, təmiz sözdəyişmənin indeksi, uzlaşmanın indeksi (4, 79-80). Tədqiqatçı göstərir 

ki, bu indekslər bütün dillərə tətbiq edilə bilər. Maraq doğuran odur ki, ayrı-ayrı dillərin bu baxımdan 

öyrənilməsi  həmin  dillərdə  indekslərin  dərəcəsini  əyani  şəkildə  göstərir  (4,  91).  C.Qrinberqin 

təsnifinin özünəməxsusluğu ondadır ki, burada E.Sepirin təsnifatı əsas götürülsə də, “onlar rəqəmlərlə, 

statistik hesablamalarla əsaslandırılır” (2, 50). Kvantitativ tipologiyada dillər bir bütöv halında deyil, 

ayrıca  xüsusiyyətləri  üzrə  müqayisə  edilir  və  bu  xüsusiyyətlər  indeksləşdirilir.  On  indeksin  daxil 

olduğu beş əsas tipoloji parametr tədqiq edilən dilin məxsusi keyfiyyətlərini əyani şəkildə üzə çıxarır. 

Kvantitativ tipologiya daha çox sintaqmatikaya əsaslanır, bu və  ya digər indeksin mətndəki işlənmə 

tezliyini üzə çıxarır. 

Müasir dilçilikdə xarakteroloji tipologiyadan da geniş istifadə olunur. Bu tipologiya konkret dil 

üçün səciyyəvi olan müxtəlif əlamətləri əhatə edə bilməsinə görə fərqlənir. Xarakteroloji tipologiyada 

konkret dilin, yaxud da dillər qrupunun tipoloji əlamətlərini bir bütöv halında görməyə, dildə xüsusi 

tiplər  sistemi  əsasında  dilin  ümumi  tipini  müəyyənləşdirməyə,  təbii  dilin  mahiyyətini  aşkar  etməyə 

imkan verir. 

Müasir  tipologiyada  əsası  rus  dilçisi  Q.P.Melnikov  tərəfindən  qoyulan  determinantiv 

tipologiyadan  da  geniş  istifadə  olunur.  Bu tipologiya  baxımından  dörd  dil tipi fərqləndirilir  və  tipin 

ayrıca determinantı xarakterizə olunur.  

Müasir dilçilikdə dil tipi və dildə tip anlayışları fərqləndirilir (2, 10). Bu baxımdan konseptual tip 

dil tipi kimi, qarışıq münasibətlər isə dildə tipin əlamətləri kimi qəbul edilə bilər.  

Nəticə:  Linqvistik  tipologiya  morfoloji  tipologiya  kimi  yaranıb.  Müasir  tipologiyanın  ən  yeni 

istiqamətləri  də,  əsasən,  morfoloji  tipologiyanın  dəqiqləşdirilməsinə,  konkretləşdirilməsinə  xidmət 

edib.  Belə  bir  fikir  var  ki,  morfoloji  formalar  donmuş  sintaktik  formalardır,  leksika  və  sintaksisdə 

olmayan  heç  bir  şey  morfologiyada  ola  bilməz.  Lakin  bir  sıra  hallarda  tədqiqatçılar  morfoloji 

tipologiya  baxımından  dil  tipinin  olmadığını  göstərir  və  bunu  bu  tipologiyanın  çatışmazlığı  kimi 

qiymətləndirirlər. “Morfoloji tipologiya baxımından dil tiplərində qarışıq münasibətlər” adlı məqalədə 

bu  məsələnin  problem  cəhətləri  öyrənilir.  Tipologiyanın  yeni  istiqamətləri,  xüsusən  də  pilləli 

tipologiya  əsasında  dildəki  tipoloji  cəhətdən  qarışıq  münasibətlərin  mövcudluğunun  səbəbləri 

aydınlaşdırılır.  Dillərin  mürəkkəbliyi,  çoxcəhədliyi,  quruluşca  rəngarəngliyi  onlar  arasında 

allomorfizm və izomorfizmin müxtəlif çalarlarını üzə çıxarır. Məqalədə belə bir fikir əsaslandırılır ki, 




II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

954

  

27-28 April 2018, Baku, Azerbaijan 

konseptual dil tipi öz sabitliyini qoruyub saxlayır, dildə daha çox dəyişən sintezin dərəcəsi və qismən 

də dillərin texnikasıdır. Bu baxımdan qarışıq münasibətlər dil tipinin deyil, dildə tipin əlamətləri kimi 

qəbul edilməlidir. 



ƏDƏBIYYAT 

1.

 



Məmmədov M.T. Linqvistik tipologiya. Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2015 

2.

 



Rəcəbli Ə.Ə. Tipoloji dilçilik. Bakı: Elm və təhsil, 2010 

3.

 



Боровков А.К. Агглютинация и флексия в тюркских языках // Памяти академика Льва Владимировича Щербы (1880-

1944), Л, 1951  

4.

 

Гринберг Дж. Квантитативный подход к морфологической типологии языков // Новое в лингвистике, М., изд-во 



иностранной литературы, 1963 

5.

 



Кайдаров А.Г. Структура односложных корней и основ в казахском языке. Алма-Ата: Наука, 1986  

6.

 



Климов Г.А. Принципы контенсивной типологии, М., Наука, 1983 

7.

 



Кононов А.Н. О фузии в тюркской языках // Структура и история тюркских языках, М., Наука, 1971 

8.

 



Котвич В. Исследование по алтайским языкам, М.: 1962 

9.

 



Кузнецов П.С. Морфологическая классификация языков. М., Изд-во Московская Университета, 1954 

10.


 

 Сепир Э. Язык. Введение в изучение речи, Государственное социально – экономическое издательство, М – Л, 1934 



 

 

M. ŞƏHRİYARIN “HEYDƏRBABAYA SALAM” POEMASINDA GEYİMLƏ               

BAĞLI ETNOQRAFİK DİL ELEMENTLƏRİ 

 

Səbinə VƏLİYEVA 

Bakı Dövlət Universiteti 

nasibali2011@mail.ru 

AZƏRBAYCAN 



 

Açar sözlər: ədəbi dil, bədii üslub, etnoqrafizm, geyim adları 

Key words: literary language, artistic style, ethnography, name dress 

Kлючевые слова: литературный язык, художественный стиль, этнография, имена одежды 

 

XÜLASƏ 

Ədəbiyyatın  inkişafı,  ədəbi  janrların  təkamülü,  zamanla  formalaşması  daim  ədəbi  dilə  öz  təsirini  göstərmişdir.  Bu 

proses  son nəticədə  ədəbi  dilin  xəlqiləşməsinə,  onun  ifadəetmə  qabiliyyətinin  güclənməsinə  aparıb  çıxartmışdır.  Ədəbi  dil 

prosesini  humanitar  elmlərin,  o  cümlədən  dilçiliyin  müasir  tələbləri  səviyyəsində  qavramaq,  öyrənmək,  doğru-düzgün 

qiymətləndirmək üçün şair və yazıçıların dilini tarixi inkişaf və dəyişiklik əsasında öyrənməyə, tədqiq etməyə həmişə ciddi 

ehtiyac  duyulur.  Bu  cəhətdən  bədii  əsərlərin  dilinin  tarixi  aspektdən  araşdırılması  ədəbi  dilin  öyrənilməsi  ilə  yanaşı,  onun 

(yəni, dilin) hansı dəyişmələrdən keçməsinin öyrənilmsəində mühüm mərhələ təşkil edir. Bu məsələnin bütün dövrlər üçün 

aktuallıq kəsb etməsi onun həm ədəbiyyatşünaslıq, həm də dilçilik baxımından tədqiqini zəruri etmişdir.  



Təqdiqat metodu: Bu məqalədə təsviri və müqayisəli metodlardan istifadə olunmuşdur.

 

 

Azərbaycan  dilinin  bədii  üslub  əsasında  öyrənilməsi  onun  bədii  dil  sahəsindəki  nailiyyətləri 

barəsində müəyyən təsəvvür əldə etməklə nəticələnir. Bu məsələ ədəbi proseslə ədəbi dilin sıx əlaqəsi 

zəminində xüsusi əhəmiyyət kəsb edir.  

Azərbaycan dilini bədii üslub əsasında öyrənilməsi olduqca böyük önəm kəsb edən məsələlərdən-

dir. Bədii üslubda istifadə olunan etnoqrafizmlərin öyrənilməsi bizim ədəbi dilimizi yaxşı bilməyimizə, 

eyni zamanda Azərbaycan dilinin tarixi inkişafını izləməyə, bununla bərabər dilin leksik qatında baş 

verən hər bir hadisə ilə yaxından tanış olmağa yardımçı olur. Etnoqrafik leksikanın tədqiq etməklə xal-

qın həyat tərzi, onun yaşantısı, məişəti, eyni zamanda dünyagörüşü ilə tanış olur və məlumat əldə edirik. 

Azərbaycan dilinin etnoqrafik leksikasını bədii üslub əsasında araşdırılması da məhz bu qəbildəndir 

Əsrlərin sınağından çıxmış, hər cür amansız təsirlərə, məhrumiyyətlərə duruş gətirmiş ana dilimi-

zi cilalaya-cilalaya, öz dadı-tamı  və təmizliyi ilə yaşatmaq hər bir söz ustasının müqəddəs borcudur. 

Bu bir həqiqətdir ki, xalq ifadə tərzini bilmədən, xalqı öyrənmədən dili özünəməxsus doğma nəfəsi ilə 

yaşatmaq mümkün deyildir. “Öz gözünə” alınma sözləri qatan, çox vaxt dəyişikliyə məruz qalan ədəbi 

dil üçün təmizləyici nəfəs, əlbəttə ki, xalq dilidir. Ədəbi dili xalq ifadə tərzi ilə, xalq ruhu ilə isidən 

sənətkarlar yaradıcılıqda həmişə qazanmış olur. 

Bu baxımdan da canlı xalq dilini yetrincə bilən, elin adət-ənənəsinə bağlı olan hər bir sənətkar-

yazıçı  ümümxalq  dilindən  aldığı  müxtəlif  söz  və  ifadələrlə  ədəbi  dili  zəngilnləşdirmişdir.  Yazıçılar 

mütləq  xalq  dilinin  zəngin  söz  xəzinəsini  bilməli  və  buradan  ən  dəqiq,  səlis  söz  və  ifadələri  seçib 

işlətməklə milli koloriti yaratmağa xidmət etməlidir. Ümumiyyətlə, bədii ədəbiyyatın dili hər zaman 



Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə