International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə17/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   13   14   15   16   17   18   19   20   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

951

  

27-28 April 2018, Baku, Azerbaijan 

Lakin bəzi tədqiqatçılar frazeoloji birləşmənin sabitliyini arxaik adlandırırlar (məs. bare headed, 

bare  food).  Hətta  belə  hallarda  frazeoloji  birləşmələrin  konversiyası  və  sabitləşməsi  məsələsi  dil 

faktları ilə təsdiq olunmamışdır. Arxaik frazeoloji birləşmələrin xırdalıqlarla təhlili göstərir ki, onların 

surətlə genişlənmə dairəsi vardır. Onlardan bəziləri doğrudan da nələrəsə birləşərək istifadədən çıxır. 

Bu qəbildən olan “at the ends of the world”- ifadəsini göstərmək olar. Həmin ifadənin ədəbi dildə 

istifadə olunmasını biz həm morfoloji, həm də leksik cəhətdən işlədilməsini müşahidə edə bilərik. 

Məs.: at the end of the world (or at the ends of the earth) –far off. 



“You are too tired” he said in hiss` most chilling manner/ 

“If you had let me know that you wanted to speak to me I would have called on yo” sceing that he 

evidently wished her at the end of the earth. Gemma hastened to state her business. 

Frazeoloji  vahidlərin  sahəsi  nə  qədər  genişdirsə,  onların  dəyişmə  imkanları  daha  geniş  olur. 

Konkret  misaldan  gördüyümüz  kimi,həqiqətən  variasiayaya  bütün  dil  -  yəni  fonetika,  sözdüzəltmə, 

paradiqmatik,  leksik,  struktur-sintaktik  və  semantik  sahələr  məruz  qalır.  Bu  dəyişmənin  ümumi  həlli 

vacib olan məsələlərdəndir. 

Əksər frazeoloji birləşmələrin geniş miqyasda dəyişməsini etiraf edərək, qeyd etmək lazımdır ki, 

sabitliyin  araşdırılmasına  sinxrom  yanaşma  metodundan  istifadə  edilməsi  daha  düzgün  olardı.  Əgər 

ədəbi norma nöqteyi-nəzərindən yanaşsaq, məs.: “ at the ends of the world” ifadəsi həqiqətən demək 

olar  ki,  dəyişmir  və  (xüsusilə  at  the  ends  of  the  earth  –far  off  )frazeoloji  variant  deyil,  frazeoloji 

sinonimdir. 

Frazeologiyanın problemlərinin sərbəst və hərtərəfli işlənməsinə dair akademik V.V.Vinoqrado-

vun əsərlərinin nəşr olunması əhəmiyyətli stimul rolunu oynamışdır. Vinoqradovun rus dilinin frazeo-

logiyası haqqında apardığı tədqiqatlar bu qəbildəndir. Son zamanlara qədər ingilis dilinin frazeologi-

yasına dair heç bir tədqiqat onun konsepsiyasından kənara çıxmamışdır. 

Akademik  V.V.Vinoqradovun  frazeologiya  haqqında  yaratdığı  nəzəriyyə  Ş.Ballinin  sabit  söz 

birləşmələri  haqqındakı  fikirləri  və  ya  transformasiya  hadisəsi  üst-üstə  düşür.  Ş.Balli  frazeoloji 

birləşmələri əsasən iki növə bölmüşdü: “frazeoloji birlik” və “frazeoloji cərgə ”. 

Tədqiqatçılar  sabit  birləşmələrin  bir  qismini  frazeoloji  birləşmələr  adlandırmış  və  bununla 

əlaqədar olaraq frazeologiyaya müvafiq tərif vermişlər. 

Qeyd etmək lazımdır ki, Ş.Balli “frazeoloji birləşmə” adı ilə nəzərdə tutduğu semantik qrupdan olan 

frazeoloji  vahidlərin  xarici  cəhətinin  xüsusiyyətindən  bəhs  edərkən  bunlarda  üç  əlamətin  olduğunu 

göstərir: 1) sözlərin ayrı yazılması; 2) onların müəyyən sabit sırada olması və komponentlər arasına 

başqa sözün daxil edilə bilməməsi; 3) komponentlərdən heç birinin başqa sözlə əvəz oluna bilməməsi. 

 Lakin o, frazeoloji birləşmənin xüsusilə frazeoloji qrupun komponentlərinin qismən başqa sözlə 

əvəz  edilməsi  hallarına  yol  verildiyini  də  göstərir.  Əlbəttə,  frazeoloji  birləşmələrdən  belə  halların 

faktiki mövcudluğu danılmaz həqiqətdir. Ancaq fikrimizcə, həmin halda da mənalar tamamilə üst-üstə 

düşmür,  məs.  to  win  a  victory  –to  gain  a  victory  lakin  to  get  a  victory-ni  həmin  anlamda  işlətmək 

mümkün  olmadığı  kimi,  birinci  iki  frazeoloji  birləşməni  də  tam  şəkildə  həmişə  eyni  məqamda 

işlətmək  düzgün  deyil,  çünki  onlar  hansısa  bir  çalarlığına  və  məna  komponentlərinə  görə  ən  azı  bir 

fərqləndirici əlamətələ bir-birindən fərqlidir. 

 

 

MORFOLOJİ TİPOLOGİYA BAXIMINDAN DİL                                                  

TİPLƏRİNDƏ QARIŞIQ MÜNASİBƏTLƏR 

 

Ayşən HÜSEYNOVA  

 Gəncə Dövlət Universiteti 

 h_aysen @yahoo.com 

AZƏRBAYCAN

 

 

XÜLASƏ 



Linqvistik tipologiya morfoloji tipologiya kimi yaranıb və onun pilləli tipologiya, kvantitativ tipologiya, xarakteroloji 

tipologiya,  determinantiv  tipologiya  kimi  müxtəlif  istiqamətləri  formalaşıb.  Morfoloji  tipologiya  baxımından  fərqləndirilən 

dil tiplərində qarışıq münasibətlərin özünü göstərməsi bu tipologiyanın çatışmazlığı kimi qəbul edilməməlidir. Konseptual tip 

dil tiplərinin dəyişməyən, sabitliyini qoruyan, yanaşı mövcud olan əlamətlərinin məcmusu, sintezin dərəcəsi dillərin texnikası 

ilə bağlı qarışıq münasibətlər isə dildə tipin əlaməti kimi qəbul edilməlidir. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

952

  

27-28 April 2018, Baku, Azerbaijan 

Açar sözlər: tipologiya, izolyasiya, aqlütinasiya, fuziya, simvollaşma, analitizm, sintetizm, polisintetizm 

Ключевые слова: типология, изоляция, агглютинация, фузия, символизация, аналитизм, синтетизм, полисинтетизм 

Key words: typology, isolation, agglutination, fusion, symbolism, analytizm, synthetizm, polysythetizm 

 

Linqvistik tipologiyanın tarixi tipoloji təsniflərdən başlayır. Dillərin ilk tipoloji təsnifi F.Şlegelin 



“Hindlilərin dili və müdrikliyi” (1809) əsərində verilir. Burada dünya dilləri iki tipə ayrılıb: 1) şəkilçili 

dillər;  2)  fleksiyalı  dillər.  Bir  qədər  sonra  onun  qardaşı  A.Şlegel  “Provonsal  dili  və  ədəbiyyatı 

haqqında  qeydlər”  (1818)  əsərində  bu  təsnifi  bir  qədər  dəqiqləşdirir  və  üç  tip  fərqləndirir:  1) 

qrammatik strukturu olmayan dillər; 2) şəkilçili dillər; 3) flektiv dillər (1, 45; 2, 24; 9, 6-7). 

Dillərin  tipoloji  təsnifinin  nəzəri  əsaslarının  yaradılması  alman  alimi  V.Humboldtun  adı  ilə 

bağlıdır.  V.Humboldt  dillərin  tipologiyasının  yaradılmasını  linqvistik  araşdırmaların  əsas  məsələsi 

kimi qəbul edir, dillərin tipoloji təsnifini verir və dörd tipə ayırır: 1) təcrid (izolyasiya) olunan dillər; 

2) aqlütinativ dillər; 3) flektiv dillər; 4) inkorporlaşan dillər (2, 25). Bir qədər sonra ümumi dilçilikdə 

naturalizm  cərəyanının  banisi  sayılan  A.Şlayxer  “Hind-Avropa  dillərinin  müqayisəli  qrammatikası 

kompendiumu” (1861-1862) əsərində dillərin morfoloji quruluşu, kök, köməkçi söz, suffiks, infiks və 

prefiksin  münasibəti,  müntəzəm  variasiyalar  əsasında  üç  dil  tipi  ayırır:  1)  təcrid  olunan  dillər;  2) 

aqlütinativ  dillər;  3)  flektiv  dillər.  Bu  görkəmli  tədqiqatçı  dil  tiplərini  sadəlikdən,  bəsitlikdən 

mürəkkəbliyə, kamilliyə doğru inkişafın üç mərhələsi kimi qəbul etmişdir (1, 6; 2, 36; 9, 7-8). XIX 

əsrdə H.Ştayntal, M.Miller, F.Misteli, F.Fortunatov kimi tədqiqatçılar öz təsniflərini vermişlər.  

XX əsr tipologiyanın yeni istiqamətlərinin yaranması dövrü kimi qiymətləndirilə bilər. Bu dövrdə 

dilçilik  elminin  ümumi  inkişafı  fonunda  tipoloji  dilçilik  də  sürətlə  inkişaf  edir,  pilləli  tipologiya, 

kvantitativ tipologiya, xarakteroloji tipologiya, determinativ tipologiya formalaşır. 

Linqvistik  tipologiya  morfoloji  tipologiya  kimi  yaranıb,  dillərin  tipoloji  təsnifi  morfologiya, 

xüsusən  də  sözün  morfoloji  quruluşu  əsasında  aparılıb.  Bu  məsələyə  münasibətini  bildirən,  dillərin 

tipoloji təsnifini verməyin çətinlikləri üzərində dayanan C.Qrinberq yazır ki, ənənəvi dilçilikdə tipoloji 

təsnif  üçün  “instinktiv  olaraq  dillərin  hərtərəfli  ümumi  xarakteristikasını  vermək  üçün  böyük 

əhəmiyyət daşıyan sözün morfoloji quruluşu tapılmışdır” (4, 64). Ənənəvi morfoloji tipologiya bəzən 

morfologiyanın  sərhədlərindən  çıxır.  A.Şlegel  flektiv  dilləri,  A.Şlayxer  isə  həm  flektiv,  həm  də 

aqlütinativ  dilləri  analitik  və  sintetik  olmaqla  iki  qrupa  ayırmışdır.  V.  Humboldt  öz  təsnifində  həm 

sözün, həm də cümlənin strukturunu nəzərə alır. H.Ştayntal dillərin təsnifinin əsasına forma anlayışını 

qoyur və bu zaman həm sözün, həm də cümlənin formasını nəzərdə tutur. 

Tipoloji dilçilikdə dilin bütün yaruslarını əhatə etmək cəhdləri olmuş, fonetik – fonoloji, leksik-

semantik, sintaktik tipologiyalar formalaşmış, dili bir bütöv halında əhatə edən sistemli tipologiyanın 

yaradılmasının  zəruriliyi  fikri  formalaşmışdır.  Sintaktik  tipologiyanın  yaranması  ilə  tipologiyanın 

əsasına cümlə strukturu çıxarılır, təsnifin əsası kimi, sözün morfoloji quruluşunu cümlə quruluşu əvəz 

edir. Sintaktik tipologiyanın davamı kimi yaranan kontensiv tipologiyada cümlə strukturunun forma-

laşmasına xidmət edən leksik-morfoloji və sintaktik vasitələr vəhdətdə götürülür. Bütövlükdə, konten-

siv tipologiya semantik determinantlı, morfo-sintaktik yönlü tipologiya kimi qəbul edilir (6, 84-130). 

Dillərin qrammatikası özündə morfologiya və sintaksisi birləşdirir. Belə bir fikir var ki, morfoloji 

formalar donmuş sintaktik formalardır. Əvvəllər sintaksisdə və leksikada olmayan heç bir şey morfo-

logiyada  da  ola  bilməz.  Morfoloji  elementlərin  və  kateqoriyaların  tarixi  sintaktik  sərhədin  qarışma-

sının  tarixidir,  sintaksisin  morfologiyada  çevrilməsinin  tarixidir.  Bu  qarışma  fasiləsizdir.  Morfoloji 

qateqoriyalarda  daim  münasibətlərin  dəyişməsi  gedir,  bu  dəyişmələrin  impulsu,  təkanı  sintaksisdən 

gəlir (1, 20). Linqvistik tipologiya bəzən morfoloji tipologiya kimi qəbul edilmişdir. Dilin morfologi-

yasının özünəməxsus tədqiqat obyekti, əhatə dairəsi olsa da, morfoloji formalar bir çox hallarda sintak-

tik  münasibətlərə  xidmət  edir.  Buna  görə  ənənəvi  morfoloji  tipologiya  bu  gün  də  öz  əhəmiyyətini 

saxlayır. Hətta belə deyə bilərik ki, tipologiyanın yeni istiqamətləri, bir çox hallarda, ənənəvi tipoloji 

dilçiliyin üzərində qurulmuş, onun inkişafına, konkretləşməsinə, dəqiqləşməsinə xidmət etmişdir. Bu 

fikir  dilçilikdə  qəbul  edilməkdədir.  C.Qrinberq  göstərir  ki,  E.Sepirin  təsnifi  ənənəvi  tipologiyanın 

dəyişilmiş  şəkildə  davamıdır  (4,  64).  Bu  tədqiqatçı  özünün  yaratdığı  kvantitativ  tipologiyanın 

E.Sepirin təsnifinə əsaslandığını, onun qismən dəyişilmiş şəkli olduğunu etiraf edir (4, 74). 

Dilçilikdə belə bir fikir var ki, morfoloji tipologiya baxımından təmiz dil tipi yoxdur. Həqiqətən 

də,  morfoloji  tipologiya  baxımından  fərqləndirilən  dil  tiplərində  bu  və  ya  başqa  tipin  əlamətləri 

müşahidə edilir. Türk dilləri aqlütinativ dillərdəndir. Lakin ayrı-ayrı hallarda tədqiqatçılar bu dillərdə 

flektiv  dillərin  xüsusiyyətlərini  axtarmışlar  (3,  117).  V.Kotviçin  fikrinə  görə,  “aqlütinativ  quruluşlu 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə