International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə19/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   15   16   17   18   19   20   21   22   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

955

  

27-28 April 2018, Baku, Azerbaijan 

ənənəyə  daha  çox  bağlı  olmuş,  milli  dil  xüsusuiyyətlərini  mənimsəmiş  və  inkişaf  etdirmişdir.  Belə 

sənətkarlardan biri də Məmmədhüseyn Şəhriyar olmuşdur.  

Zəngin  yaradıcılıq  irsi  olan  Şəhriyar  dünya  aləminə  “Heydərbabaya  salam”  poeması  ilə 

yaddaşlarda  iz  salıb.  Əsər  xalqın  arzu  və  istəklərini,  оnun  keçmişini,  bu  günününü,  dərd  və 

ehtiyaclarını,  adət  və  ən’ənələrinin,  dünyagörüşünün  bədii  salnaməsidir.  «Heydərbabaya  salam» 

pоemasının mövzusu xalqın həyatından götürüldüyü kimi, оnun ideyasını da xalq və vətən prоblemi 

təşkil  etmişidir.  Və  bu  problem  xalqın  ana  dilində,  canlı  xalq  danışıq  dilinin  fоnunda  tərənnüm 

olunmuşdur. (3, 7) 

Şəhriyar  poemada  xalqın  həyatına,  yaşayışına,  məişətinə  dair  ən  xırda  detala  da  tipik  əhvalat 

səviyyəsində  yanaşmış  və  pоemada  da  xalqın  milli-spesifik  varlığının  ifadəsi  geniş  əks  etdirmişdir. 

Şəhriyarın  «Heydərbabaya  salam»  pоemasının dili  Azərbaycan  xalqının  adi  məişət tərzindən  tutmuş 

ən ali fəlsəfi düşüncələri fоnunda tipik Azərbaycan xarakterini, psixоlоgiya və milli xüsusiyyətlərini 

yüksək bədii tərənnüm nümayiş etdirən bir əsərdir.  

«Heydərbabaya  salam»  pоemasının  dilinin  tam  mənası  ilə  xalqımızın  milli  koloriti  özündə  əks 

etdirmişdir. Əsərin dili danışıq dil nоrmalarının üstünlüyü ilə diqqəti cəlb etsə də, ədəbi dil normaları 

da qorunub saxlanılmışdır. Bədii dilə məxsus olan leksik-üslubi vasitələrin- etnoqrafizmlərin işlənməsi 

də onu xalq ruhuna yaxınlaşdırmışdır.  

M.Şəhriyarın dilində işlənən etnoqrafik leksika daha çox fоlklоr fоndu vasitəsi ilə meydana çıxır. 

Etnoqrafik elementlər оnun yaradıcılığının özülünü təşkil edərək, daha çоx milli təfəkkür hadisəsi və 

faktı kimi diqqəti cəlb edir. 

M.Şəhriyar xalqımızın adət və ən’ənələrinə, məişətinə, milli xüsusiyyətlərinə bütün incəliklərinə 

qədər  bələd  оlan  sənətkardır.  Yaradıcılığı  ilə  yaxından  tanışlıq  bir  daha  оnu  sübut  edir  ki,  şairin 

əsərlərində  etnоqrafiya  məsələləri  geniş  yer  tutur.  Və  burada  şair  heç  bir  səthiliyə  yоl  vermədən 

kоnkret  təsvirə  üstünlük  verir.  Bu  da  özlüyündə  оnun  sənətində  milli  kоlоriti  dərinləşdirir,  həyati 

əhəmiyyətini artırır. 

Əsər  xalqın  həyat  və  məişətinin  müxtəlif  sahələrini  araşdırmaq  dil  üçün  zəngin  etnoqrafik  dil 

materialı verir. Geyimlərin öyrənilməsi hər bir xalqın milli xüsusiyyətlərini, iqtisadi və mədəni həyat 

səviyyəsini, təsərrüfat məşğuliyyətinin istiqamətini, onun başqa xaqlarla tarixi əlaqə və qarşılıqlı təsir 

məsələlərini, estetik və bədii zövqünü, etnik və sinfi mənsubiyyətini müəyyənləşdirməkdə əhəmiyyətli 

mənbə rolunu oynayır. Ənənəvi xalq geyim kompleksinin meydana gəlməsi uzun sürən tarixi inkişaf 

prosesinin nəticəsi olduğundan o xalqın etnogenezi probleminin öyrənilməsində də vacib mənbələrdən 

biri hesab olunur. “Digər bir tarixi mənbələrlə bərabər, geyimlərə aid olan materiallar da hər bir xalqın 

mədəni-tarixi  əlaqələrinin,  milli  xüsisiyyətlərinin  müəyyən  edilməsinə  və  etnogenezi  probleminin 

həllinə cəlb oluna bilər”. [1] 

 Geyimləri  xalqının  maddi  və  mənəvi  mədəniyyətinin  çox  çətin  və  uzun  çəkən  inkişaf  gedişi 

nəticəsində  yaranır.  “Heydərbabaya  salam  ”  poemasının  dilində  təsadüf  olunan  geyimlər  mənşə 

baxımından əsl Azərbaycan sözləri olmasa da, XX əsrin 50-60-cı illərində xalqın geniş istifadə etdiyi 

etnoqrafizmlərdir.  

Ləbbadə - sırıqlı və astarlı, yaxası açıq, bel hissədə bağ ilə bağlanan kişi üst geyimidir. Beldən 

bir qədər  aşağıda  yan tərəflərdən  qısa  çapıqlı ləbbadələrin  qolu dirsəyə  qədər  olub,  qoltuq  yeri açıq 

bilinirmiş.  Ləbbadə  tirmə,  məxmər  və  zərli  parçalardan  tikilib,  yaxası,  qolunun  ağzı  və  ətəyi  zərif 

baftalarla (güləbətin, ipək saplardan toxunmuş qaytanla) bəzədilirmiş.  

Ləbbadə  mənşəcə  ərəb  sözü  olub,  köhnəlmiş  söz  olan  “aba”  ilə  sinonimlik  təşkil  edir.  Aba  – 

müsəlman ruhanilərinin və mömin adamların üstdən geydikləri qolsuz və ya gödəkqollu, yaxası açıq 

uzun kişi paltarıdır. Ləbbadə eyni zamanda çiyinüstü üst gödəkçəsi də sayılarmış.  

Gəncəbasar, Şirvan, Bakı, Qərb bölgəsi və Şəki, Zaqatala, Şuşa rayonu hüdudlarında  qadın üst 



geyimi şəklində geniş yayılmış ləbbadə lavada// labada şəklində rast gəlinir. Qısaqollu, üzəri qaytan 

və  bafta  ilə  işlənmiş  qadın  paltari  Zaqatala,  Şəkidə,  sırınmış  pencək,  sırıqlı  mənalarında  isə  Quba 

dialektində işlənməkdədir. Məs.: Labadanı gavar bu yoxunnarda almısan (2, 320-324).  

Şəhriyar “ləbbadə”ni kişi üst geyimi mənasında işlətmişdir.  

Şeyxəlislam münacatı deyərdi, 

Məşədrəhim ləbbadəni geyərdi. (3, 15) 



Corab  -  milli  geyim  dəstinin  sonuncu  elementi  olub,  qış  aylarında  ayaq  geyimləri  içərisində 

yundan toxunan ənənəvi geyim növüdür. Mənşəcə fars sözü olan cevreb/cevrab ərəb dilinə cureb, türk 

dillərində isə corab formasındadır. 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

956

  

27-28 April 2018, Baku, Azerbaijan 

Bayram idi, gecəquşu oxurdu, 

Adaxlı qız bəy corabın toxurdu . (3, 17) 

Şal - qadın baş geyimi olub, yundan və s.-dən toxunmuş böyük baş örtüyüdür. Şal eyni zamanda 

nazik,  yumşaq  yun  parça  mənasında  da  işlənməkdədir.  Məs.:  Güllü  arvad  sumağı  şaldan  genbol 

qırmızı tuman, yaxası və qolunun ağzı baftalı uzun arxalıq geymişdi. Ə.Əbülhəsən.  

Hər kəs şalın bir bacadan soxurdu, 

Ay nə gözəl qaydadı şal sallamaq, 

Bəy şalına bayramlığın bağlamaq (3, 17). 

 

Şal istədim mən də, evdə ağladım, 

Bir şal alıb tez belimə bağladım. (3, 17) 

Mənşəcə fars sözü olan şal, dünyanın müxtəlif xalqları, alman, fransız, ingilis, ruslar və digərləri 

tərəfindən də  eyni  səslənir.  Əl  və  maşın  tərəfindən toxunan  iri qadın  baş  geymi  olan  şal XIX  əsrdə 

Vladimir Dalinin lüğətində “uzun ingilis çiyninə atılan örtük” kimi təsvir edilmişdir. Həmin lüğətdə 

türk şallarının da böyük dəbdə olduğu vurğulanır. İlk şallar XV əsrdə Kəşmirdə paşmin adlı parçadan 

hazırlanmış,  dördkünc  formasında  olan  bu  şallar  üçbucaq  kimi  bükülüb  nəinki  başı,  hətta  tamamilə 

beli  örtürmüş.  Fransada  kaşmir  şallar  Napaleonun  Misir  yürüşündən  sonra  (1798-1799)  meydana 

çıxıbdır. Onun birinci arvadı Jozefina Baqarnenin 400-ə qədər şalı olub. Həmin şalların hər birini qızıl 

üzüyün içərisindən belə keçirmək olurmuş. O, şalları paltar və yorğan üzərinə ötrük, hətta itinə belə 

yataq yeri kimi istifadə edirmiş.  

Daha  sonra  Fransada  müxtəlif  materiallardan  şallar  hazırlanmağa  başlamışdır.  Həmin  ərəfədə 

şallar  yeni  modellərin:  örtük  və  ensiz  şərflərin  yaranmasında  əsas  olmuşdur.  Enli  örtüklər  və  ensiz 

şərflər qış üçün, çəkisi olmayan şallar isə bəzək aksessuarı kimi istifadə edilirmiş. Ən dəyərli və bahalı 

şallar döymə şallar hesab olunur ki, bu cür əl ilə toxunan bir döymə şalının hazırlanması çox vaxt tələb 

edir, məsələn, 280x105 sm ölçülü şal üçün 2000 saatdan çox vaxt tələb olunur.  



Şal - Şəki dialektində  üstünə tut çırpmaq üçün xüsusi tikilib hazırlanmış iri parçadır. Tutu şala 

sirkəliyerıx bəhməz qayırırıx (1, 455). 

Mövsümdən asılı olaraq istifadə olunan qadın baş şalı kustar üsulla yerli karxanalarda toxunurdu. 

Kvadratşəkilli  toxunan  şalların  kənarları,  adətən,  saçaqlı  olurdu.  Mənbələrin  birində  XIX  yüzilliyin 

80-ci illərində Qazax qəzasında 500 ədədə qədər yun şal toxunduğu qeyd olunur. (2, 88) Onu soyuq 

havalardan  evdən  çıxarkən  başa  örtürdülər.  Bundan  başqa  dağ  kəndlərində  yaşayan  əhaliyə  dəvə 

yunudan  toxunmuş  baş  şalı  da  yaxşı  tanış  idi.  Lakin  o,  baha  qiymətləndirildiyindən  geniş 

yayılmamışdı. Azərbaycanda istehsal olunmayan belə baş şalını bazarlarla sıx əlaqə saxlayan varlıların 

qadınları örtürdü. 

Nəticə:  Etnoqrafik  leksika  ədəbiyyatımızda  həm  nominativ  mənada,  həm  də  üslubi  fakt  kimi 

işlənmişdir. Bədii dilimizin lüğətində ən zəngin və milli sözlər kimi özünü göstərmiş, bu proses indi 

də davam etdirilir. M.Şəhriyarın nəzərdən keçirilən əsərinin məzmun və bədii dil xüsusuiyyətlərindən 

çıxış  edərək,  bütünlükdə  onun  yaradıcılığını  sənətdə  xəlqiliyin,  doğma  dilinə  bağlılığın  parlaq 

nümunəsi kimi qiymətləndirmək olar. 

 

ƏDƏBIYYAT: 

1.

 



Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007. 

2.

 



Azərbaycan etnoqrafiyası. Bakı: Şərq-Qərb, 2007. 

3.

 



Şəhriyar M. Gəldim sizi görməyə. Bakı, 1992.  

4.

 



az.wikipedia.org  

5.

 



Mustafayev A. Azərbaycan maddi mədəniyyət tarixi (etnoqrafik materiallar əsasında tipoloji tədqiqat). Bakı: Bakı 

Universiteti, 2006. 

 

 

 



 

 

 


Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə