İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

25%-ni təşkil edən iqtisadiyyatının dünya iqtisadiyyatındakı özünəməxsus rolundan (2007-ci ildə dünyanın ÜDM-u

55  trln.  doll.,  ABŞ-m  ÜDM-u  isə  14  trln.  doll.  təşkil  etmişdir)  və  Amerika  dollarının  dünya  pul  sisteminin  hər

tərəfinə  nüfuz  edərək  yayılması,  dünyada  xammal,  enerji,  hazır  məhsul  istehsalının  xeyli  hissəsinin  Amerika

tərəfində istehlak olunması, dünya kapital bazarında bu ölkənin payının xeyli böyük olması ilə müəyyənləşir. ABŞ

dünya əmtəə bazarının 24%-ni təşkil edir, dünya təbii resurslarının 30%-dən 40%-ə qədərini istehlak edir.

İqtisadi  böhran  ABŞ-da  daşınmaz  əmlak  alışının  ipoteka  kreditləşməsi  sahəsində  yarandı.  XXI  əsrin  ilk

illərində  ABŞ-nı  ipoteka  həyəcanı  bürüdü  əhali  sərbəst  pul  yığımlarını  daşınmaz  əmlaka  qoymağa  üstünlük

verirdilər.  Bazarda  daşınmaz  əmlakın  qiymətinin  sürətlə  artdığı  dövrdə  ipoteka  üzrə  ev  alınması  çox  sərfəlidir,

çünki  müəyyən  dövrdən  sonra  qiyməti  qalxmış  evi  sataraq  istənilən  faizi  artıqlaması  ilə  geri  qaytarmaq  olar.

Mənzillərin  qiyməti  hər  il  15-20%  artırdı.  Əgər  əvvəllər  daşınmaz  əmlak  bazarında  banklar  kreditləri  yüksək

səviyyədə  etibar  etdikləri  müştərilərə  verirdilərsə,  sonradan  bu  tipli  kreditlər  ödəniş  qabiliyyəti  səviyyəsi  yüksək

olmayan adamlara da verilirdi, bu da, şübhəsiz, iqtisadiyyatda bazar riskini artırırdı. Belə vəziyyət mənzil bazarında

"sabun köpükləri"nin meydana gəlməsinə böyük təkan verdi.

Daşınmaz  əmlak  bazarında  qiymətlərin  sürətlə  artması  şəraitində  banklar  borc  alan  müştərilərə  tələbləri

azaltdılar, bu da borc götürənlərin gəlirləri ilə kifayət qədər təmin olunmayan "pis" kreditlərin payının artması ilə

nəticələndi. 2005-ci ildə ABŞ-da ilk dəfə ev alanların 43%-nin ilkin ödəniş etmək üçün öz vəsaiti olmayıb. Müxtəlif

təbliğat  yolları  ilə  insanları  ev  almaq  üçün  kredit  götürməyi  təklif  edənlər,  nəticə  etibarı  ilə  daşınmaz  əmlak

bazarında  daha çox insanı cəlb etməyə və onları bazarda  sövdələşmə  apararaq  hay-küylü tələb  yaratmağa  məcbur

etməyə  yönəldilmişdir.  Lakin  məlum  deyil  ki,  eyni  vaxtda  hamı  oyuna  qoşulduqdan  sonra  yeni  tələb  haradan

yaranacaq və onu əvvəlki səviyyədə saxlamaq mümkün olacaqmı. Əlbəttə ki, yox. Bu hal, istənilən bazarda sabun

köpüyü məsələsinin inkişafının klassik sonudur.

2006-cı  ildə  ABŞ-da  satılmamış  evlərin  sürətlə  artması  ipoteka  bazarında  vəziyyəti  mürəkkəbləşdirdi.

Bazarda daşınmaz əmlaka kütləvi tələbin olmaması mənzil satanları tədricən iştahalarını azaltmağa məcbur etdi və

qiymətlər birdən-birə düşməyə başladı. Artıq 2006-cı ildə ABŞ-da riskli ipoteka kreditinin həcmi 600 mlrd. dolları

ötmüşdür  ki,  bu  da  bütövlükdə  ipoteka  bazarının  20%-ni  təşkil  edir.  Bütövlükdə  ödənilməmiş  riskli  ipoteka

kreditinin həcmi 1,3 trln. Dollara çatmışdır.

Ipoteka böhranı kimi başlayan böhran qısa zaman kəsiyində maliyyə böhranına çevrildi. Çevrilmə mexanizmi

aşağıdakı kimi olmuşdur. Etibarsız borc alanlardan kreditləri geri ala bilməyən Amerika bankları yeni kreditlər verə

bilmədi.  Ləğvliyə  tələbat  duyan  banklar  bir-birlərindən  borc  götürməyə  başladılar.  Bundan  əlavə,  ipoteka

kreditlərinin verilməsi zamanı sənədləşdirilən girov kağızları əsasında banklar ikinci qiymətli kağızlar (derivativlər)

buraxdılar,  bunlar  da  bütün  dünyada  banklar  tərəfindən  alınırdılar.  Beləliklə,  ABŞ-da  yaranmış  ipoteka  böhranı

maliyyə  böhranına  çevrilərək  onun  hüdudlarından  kənara  çıxdı  və  tədricən  bütün  dünyanı  əhatə  edərək  dünya

iqtisadi böhranı formasını aldı.

Böhranın nədən baş verdiyi haqqında iqtisadi nəzəriyyədə vahid fikir yoxdur. Bir qrup mütəxəssisin fikrincə,

kapitalizm  böhransız  olmur;  başqalarının  fikrincə,  böhran  yaxşılaşdırılmış  kapitalizmdə  aradan  qaldırıla  bilər;

üçüncü  qrup  isə  hesab  edir  ki,  azad  bazar  şəraitində  böhran  ümumiyyətlə  ola  bilməz.  İqtisadi  nəzəriyyədə  bu

mövzu ətrafındakı mübahisələrdə çoxlu fikir ayrılıqları vardır. Amma bu yerdə göstərilən iqtisadi fikirlərin üç əsas

nümayəndəsinə Karl Marks, Con Keyns və Milton Fridmana müraciət edək.

Marksa  görə,  istehsaldakı  tənəzzüllər  kapitalizmin  özünün  təbiəti  ilə  şərtlənir  və  buna  görə  də  müntəzəm

vaxtaşırılılıqla hər 8-10 ildən bir təkrarlanır. Daha geniş baxımdan Marks onları aşağıdakı kimi nəzərdən keçirirdi:

(a)  kapialist  iqtisadiyyatının  tsiklik  təkrar  istehsalının  böhran  fazaları;  (b)  kapitalizmin  istehsalın  bütün  cəmiyyət

üzvləri  tərəfindən  həyata  keçirilməsindən,  onun  ləzzətli  bəhrələrinin  isə  nisbətən  kiçik  qrup  xüsusi  mülkiyyətçi

tərəfindən mənimsənilməsindən ibarət əsas ziddiyyətinin təzahürü.

Marks deyirdi ki, kapitalizm gəlir dalınca qaçanda bir-birinə zidd iki cür hərəkət edir. O, bir tərəfdən əmtəə

istehsalı və təklifini artırır, digər tərəfdən isə əməkhaqqının və bununla da tələbin artmasının qarşısını alır.  Başqa

sözlə,  kapitalizm  istehsalla  əhalinin  gəlirləri  arasında  disproporsiya  yaradır  və  nəticədə  əmtəələrin  bazarda  satıla

bilməyəcəyi  bir  məqam  gəlib  çatır.  Böhran  məhz  budur.  Bir  halda  ki,  kapitalizm  belədir,  Marks  deyirdi,

kapitalizmdən qurtarmayıncayadək böhranlardan qurtarmaq olmaz.

Con  Keyns  məsələnin  izahına  tamamilə  başqa  cür  yanaşıb.  O  göstərirdi  ki,  böhranlardan  qurtarmaq  üçün

kapitalizmdən  imtina  etmək  deyil,  onun  fəaliyyət  göstərmə  üsulunu,  mexanizmini  dəyişmək  lazımdır.  1929-33-cü

illərin "Böyük durğunluğ"undan xeyli əvvəl yazdığı əsərində («End of laissez faire») o sübut edirdi ki, azad bazar

gəlir  bölgüsündəki  qeyri-bərabərliyi  təhlükəli  həddə  çatdırır  və  buna  görə  də  kortəbii  fəaliyyət  göstərən  bazardan

tənzimlənən bazara keçməyi təklif edirdi. Amma təəssüf ki, böhran baş  verməyənə qədər buna fikir verən olmadı.

Böyük durğunluq hakimiyyətdəkiləri hərəkətə gətirdi. Bunun təsiri altında Keynsin 1936-cı ildə çıxan o biri kitabı

«Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» çox nadir bir təqdirlə qarşılandı. Kitab belə qarşılanmağa layiq

idi,  çünki  o,  iqtisadçıların,  dövlət  xadimlərinin  və  sahibkarların  təsərrüfatın  aparılması  üsullarına  dair  bir  çox

baxışlarını əsaslı surətdə alt-üst etdi. Ədalət naminə qeyd etmək lazımdır ki, Keynsdən bir neçə il əvvəl, sonra isə

onunla paralel həmin ideyaları sonradan onların hətta daha ardıcıl yürüdücüsü kimi tanınan Polşa iqtisadçısı Mixail

Kaletski də inkişaf etdirmişdi. Amma bu yanaşma keynsçi kimi məşhurlaşdığından biz də hər iki mütəfəkkirin irsini

nəzərdə tutaraq onu keynsçi adlandıracağıq.




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə