İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

təminat qismində istifadə olunur. Həmin kağızın alıcısı da ondan yeni öhdəliyin buraxılmasında girov kimi istifadə

edə  bilər.  Bu  kimi  zəncirin  beş  və  daha  çox  mərhələsi  ola  bilər.  Bir  borc  öhdəliklərinin  digərlərindən  törədiyi,

bunun isə ingiliscə derivative adlandığı nəzərə alınaraq proses bu adı almışdır.

Qeyd  edək  ki,  bizim  misalda  ev  şəklindəki  real  aktiv  yalnız  sövdənin  birinci  mərhələsində  mövcuddur,

digərlərində  isə  yalnız  kağız  öhdəliklər  var.  Borcları əks  etdirən  çoxlu  qiymətli  kağızlar  belə  yaranır  və  onların

pulla  məbləği  hər  şeyin  başlanğıc  aldığı  evin  real  dəyərindən  dəfələrlə  çoxdur.  İpoteka  qiymətli  kağızlarının

(derivatların  çoxaldığı yer)  artımı qorxunc  dərəcədə  yüksək  sürətli  idi.  Əgər  2004-cü  ildə  bu  borclar  8  trln.  doll.

civarında idisə, 2007-ci ildə onların həcmi 46 trln. dollara çataraq, ABŞ-nın ÜDM-nun 14 trln. doll. olduğu halda,

ondan 3,3 dəfə çox olmuşdur. Dünya ÜDM-nun 58 trln. dollar təşkil etdiyi halda, derivatların (törəmələrin) ümumi

dəyəri müxtəlif hesablamalara görə 530 trln. dollarla 600 trln. dollar arasındadır. Sonuncu rəqəm dünya ÜDM-dan

təqribən 10 dəfə, ABŞ-nın ÜDM-dan isə təqribən 40 dəfə çoxdur [6].

Öz real qiymətliliyindən ayrılmasına baxmayaraq, borc kağızları satılır və təkrar satılırlar, öz katirovkalarını

kəsb edirlər, onlardan möhtəkirlikdə istifadə olunur. Hamının bu sistemə cəlb olunduğu və əhali gəlirlərinin xərcləri

ilə üst-üstə düşməməsi borcların  qaytarılmaması ilə nəticələnə bildiyindən, halqanın birində borcun ödənilməməsi

müflisliyin bütün zəncir boyu yayılmasına səbəb ola bilir.

Derivativlər  maliyyə  möhtəkirinin  iqtisadiyyatı  təşkilati  və  texniki  baxımdan  daima  yeniləşdirən  real

sahibkardan üstün olduğu müasir kapitalizmin təbiətinin xeyli bariz olsa da, yalnız bir təzahürüdür. Axı, göstərilən

öhdəlik formasından başqa, çoxsaylı başqaları da var ki, bu da ölkənin borca yaşadığını göstərir. Borcların ölkənin

və ev təsərrüfatlarının gəlirlərini xeyli üstələdiyi bu kimi həyat tərzini ABŞ hökuməti şər deyil, xeyir hesab edirdi.

Bununla bağlı qorxuları isə onlar qətiyyətlə rədd edirdilər. «Bu kimi qorxular, Federal Ehtiyat Sisteminin (ABŞ-ın

Mərkəzi Bankı) çoxillik başçısı A. Qrinspen yazır, ona görə yaranır ki, insanlar müasir həyatın fundamental faktmı

nəzərə almırlar: bazar iqtisadiyyatı şəraitində borc yükünün artması bilavasitə tərəqqi ilə əlaqədardır» [7].

Hazırkı  böhranın  təbiəti  qiymətləndiriləndə  onun  borc  istehlak  modeli  ilə  əlaqəsi  sanki  nəzərə  alınmır:

böhranın başlanması və genişlənməsi yalnız ipoteka ilə əlaqələndirilir. Böhranın belə məhdud şərhi Amerika üçün,

əlbəttə ki, sərfəlidir, çünki bu, ən əsas məsələni bu ölkənin özünün tamam başqalaşmasını ört-basdır edir. Hər şey

ABŞ üçün tam zərərsiz görünür: yəni planetdə böhranın yayılmasının mənbəyini daxili tənəzzül proseslərində deyil,

dünya  təsərrüfatının  maliyyə  sahəsində  baş  verən  pozuntuların  bütün  planetdə  yayılmasını  doğuran  qlobal

təbiətində  axtarmaq  lazım  gəlir.  Əslində  isə  maliyyə  böhranının  Amerikadan  bütün  planetə  dərhal  sirayət  etməsi

ABŞ  istehlak  modelinin  hipertrofiyası,  yəni  istehlakçılığın  öz  «sahilindən»  çıxması  və  borc  cildinə  girməsi  ilə

şərtlənir. Həqiqətən ABŞ-nın artıq 1990-cı illərdən başlayaraq ölkənin borca yaşamaq modelinə yəni borc istehlak

modelinə  üstünlük  verilməsi  ilə  xarakterizə  olunur.  Borc  istehlak  modelinin  dağıdıcı potensialını realizə  edən  isə

əvvəlcə ipoteka böhranı, sonra isə tam miqyaslı maliyyə böhranı olmuşdur.

İstehlak modelinin əks tərəfi olan Amerika borcları çoxdan «Amerika sərhədlərindən» kənara çıxıb və yalnız

bütün  xalqın  «malı»  deyil,  əsas  etibarilə  həm  ölkələrin,  həm  də  korporasiyaların  möhtəkirliklə  zənginləşməsinin

əsas obyekti olmuşdur.

Ölkədə borc istehlak modelinin problemləri əməyin məhsuldarlıgı ilə müəyyənləşdirilən əməkhaqqı vasitəsilə

həll  olunmurdu.  Əhalinin  təzyiqi  altında  alışların  real  gəlir  hüdudlarından  kənara  çıxması məsələsi  tam  gücü  ilə

qoyuldu. Çıxış yolu vəsait çatışmazlığının borclar vasitəsilə kompensə edilməsində tapıldı ki, bu borclar da ABŞ-ın

özünün resurslarının çatışmaması səbəbindən yalnız ənənəvi dollar çapı yolu ilə deyil, həm də nə qədər qəribə də

olsa, əsasən daxili borcların xarici bazarlarda satışına əsaslanan xaricdən borcların götürülməsi ilə ödənilirdi.

Borc götürümlərinin ABŞ-da son illərdə nə qədər ümumxalq olmasını belə bir faktdan görmək olar: hazırda

Amerika ailələrinin 40%-dən çoxu qazandığından çox xərcləyir. Orta hesabla hər bir amerikalı əməkhaqqı hesabına

aldığı  hər  bir  dollar  müqabilində  1,2  dollar  xərcləyib.  Gördüyümüz  kimi  burada  artıq  geniş  miqyaslı  maliyyə

piramidası və bunun nəticəsi kimi köpük və hər kəsin sanki özü üçün qurduğu defolt görünməyə başlayır. Təbii ki,

belə vəziyyətdə tələb və təklif arasında tarazlığın saxlanılmasının yeganə vasitəsi ölkənin xaricdən borc götürməsi

oldu.  Korporasiyaların  rentabelliyinin  dəstəklənməsi  üçün  də,  idxal  olunan  istehlak  təyinatlı  əmtəələrin  alınması

üçün də borc gərəkli oldu. Yəni borc iqtisadiyyatı obyektiv zərurət statusunu qazandı [8].

Müasir  iqtisadi  ədəbiyyatda  böhranın  xarakterini,  bir  qayda  olaraq,  əmtəə-kapitalist  təsərrüfat  sisteminin

inkişafının  tsiklik  xarakteri  ilə  əlaqələndirirlər  və  bu  fikirdən  çıxış  edərək  bildirirlər  ki,  o,  dünya  iqtisadi

böhranlarına  xas  olan  tsiklik  təkrar  istehsal  böhranıdır.  Bu  halda  hazırkı  böhranın  dünya  təsərrüfatı  böhranı

sistemində xarakterik xüsusiyyətlərinin dəqiqləşdirilməsi tələb olunur.

İndiyə  qədər  mövcud  olan  dünya  iqtisadi  böhranlarını hər  birinin  öz  konkret  yaranma  səbəbləri  və  spesifik

xüsusiyyətləri  olmuşdur.  1857-ci  ildən  başlanmış  ilk  dünya  iqtisadi  böhranı  bütün  aparıcı  kapitalist  ölkələrinin

sənayesində  dərin  sosial-iqtisadi  sarsıntılara  səbəb  olmuş  və  azad  bazar  təsərrüfatı  sisteminin  ziddiyyətlərinin

kəskin  təzahürü  ilə  nəticələnmişdi.  1873-1878-ci  illərdə  baş  vermiş  və  daha  uzunmüddətliyi  ilə  fərqlənən  növbəti

dünya böhranı bazar-kapitalist təsərrüfatının azad bazar təsərrüfatı sistemindən inhisarçı inkişaf mərhələsinə keçidlə

səciyyələnmişdi.  1907-ci  il  böhranı  əvvəlkindən  nisbətən  "zəif"  olsa  da,  göstərdi  ki,  inhisarçı  bazar  kapitalist

təsərrüfat  sisteminin  formalaşması kapitalizmi  böhranlardan  xilas  etmir,  tsiklik  hərəkət  üçün  yeni  zəmin  yaradır.

Dünya böhranının 1920-ci illərin əvvəlləri və ortasının böhran hadisələri 1929-1933-cü illərin qarışıq iqtisadiyyatın

formalaşmasının  başlanmasını  və  dövlətin  yeni  roluna  keçidi  bildirən  dünya  böhranı  ilə  müqayisəyə  gəlmir.




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə