İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

Öz orijinal  yanaşmasını inkişaf  etdirən  Keyns  eyni  zamanda  o  dövrdə  əsas  olan  və  monetarizm  adı altında

məlum olan xüsusi kapitalizm iqtisadiyyatının özünütənzimləmə nəzəriyyəsini inkar edirdi. Keyns hər şeydən öncə

«görünməz əl» ideyasını tənqid edirdi ki, həmin nəzəriyyəyə görə, bazar o qədər ağıllı və yaxşıdır ki, rəqabət yolu

ilə avtomatik olaraq resursların bölgüsü, insanların tam məşğulluğu təmin olunur, hər bir istehsal amili isə (birinci

növbədə  əmək  və  kapital)  əldə  olunmuş  nəticəyə  tam  müvafiq  olaraq  ədalətli  mükafatlandırılır.  İqtisadiyyatı

müvazinətə yaxınlaşdıraraq bazar sanki hər kəsin rifahının yaxşılaşdırılmasına aparır («Pareto üzrə optimalhq»). Bu

konsepsiyada böhrana tamamilə yer yoxdur. Keyns bu əsassız fikirləri rədd edirdi. Keyns, kapitalizmin son nəticədə

onu  böhran  vəziyyətinə  gətirib  çıxardan  əsas  qüsurlarını bilavasitə  göstərmişdi.  O  yazırdı ki,  «Bizim  yaşadığımız

iqtisadi  cəmiyyətin  ən  böyük  qüsurları onun  tam  məşğulluğu  təmin  edə  bilməməsi,  həmçinin  sərvət  və  gəlirlərin

ixtiyari və ədalətsiz bölgüsüdür» [4].

Keyns  və  Kaletski  nəzəriyyəsi  də  böhranın  nəticələrini  zəiflətməyə  yönəldilmişdir.  Onlar  bu  məqsədlə

kifayət qədər geniş elmi anlayışlar işləyib hazırlamışdılar ki, məhz onların köməkliyi ilə iqtisadi artımın nədən asılı

olduğunu  göstərmişdilər.  Bu,  öz  növbəsində  məşğulluq səviyyəsi  və  investisiyaların  həcmindən  asılı olan  məcmu

tələb  və  məcmu  təklifdir.  Belə  asılılıqlar  şkalasının  yaradılması  artımı  stimullaşdırmaq  və  deməli,  tənəzzülün

qarşısını almaq üçün nəyə və necə təsir etməyin müəyyənləşdirilməsi üçün hədsiz dərəcədə vacib idi.

Bu sxemdə əsas məqam əhalinin məşğulluğunun və gəlirinin artması çıxış edir ki, bu da bölgü və istehlakdakı

qeyri-bərabərliyin  azaldılmasına  aparır.  Amma  varlılarda  istehlaka  meyil  daha  yüksək  olduğundan,  bu,  məcmu

tələbin  artmasına  səbəb  olur  və  məcmu  təklif  də  (istehsal)  buna  uyğunlaşır.  Keyns  hər  şeyi  bazarın  öhdəsinə

buraxmayıb, iqtisadiyyata dövlət tənzimləməsi metodları ilə təsir etməyi təklif edir. O, hər şeydən əvvəl məşğulluğu

artırmağı  və  kreditin  faiz  dərəcəsi  aşağı  olduqca  sahibkarı  daha  çox  maraqlandıracaq  investisiyaları

stimullaşdırmağı  nəzərdə  tuturdu.  Buna  görə  də  o,  növbəti  addım  kimi  yüksək  sahibkar  fəallığım  stimullaşdıran

aşağı faiz dərəcəsi uğrunda çıxış edirdi və bunu iqtisadi artımın əsas mühərriki qismində görürdü.

Keçən  əsrin  40-60-cı illərində  keynsçi  ideyalar  geniş  tanındı və  öz  tətbiqini  tapdı.  Onların  əsasında  Qərb

ölkələrinin və Yaponiyanın iqtisadiyyatında görünməmiş yüksəliş oldu ki, buna görə də həmin dövr yüksək iqtisadi

artım tempi ilə səciyyələnən kapitalizmin «qızıl dövrü» adını aldı.  Keynsçi tənzimləmə məqsədilə kapitalizm həm

də sosializmin müəyyən cizgilərini mənimsəməyə başladı. İqtisadiyyatın sosializmə xas olan daimi, fasiləsiz artımı

olmasa da və tənəzzül fazaları daha tez-tez baş versə də, onlar daha dərin olmurdular; məşğulluq sosializmdəki kimi

ümumi olmasa da, o qeyri-adi yüksək dərəcədə saxlanılırdı. Əhali gəlirinin artması zəminində onun orta təbəqəsinin

nisbəti artdı və məcmu tələbinin artırılması iqtisadi artımı stimullaşdırdı.

Nəticədə  isə  əvvəllər  olmayan,  hazırda  isə  «keynsçi  ümumi  rifah  dövləti»  adlanan  anlayış  yarandı.  Elə

təəssürat yarandı ki, dövri tənəzzüllər keçmişin xoşagəlməz təsadüfləridir və «böhran» anlayışı «resessiya» anlayışı

ilə əvəz edildi. C. Soros göstərir ki, «1950-ci illərdə mən London iqtisadi məktəbində oxuyanda, sanırdıq ki, laissez

faire (dövlətin müdaxilə etməməsi) prinsipi biryolluq dəfn olunub. Amma o, 1980-ci illərdə yenidən dirçəldi» [5].

1970-ci illər üçün dünya iqtisadiyyatında çox uzaq gedən nəticələri olan iki iri dəyişiklik baş verdi. Birincisi

iqtisadiyyatın  ağırlıq  mərkəzinin  real  bölmədən  maliyyə  bölməsinə  dəyişməsindən,  ikincisi  isə  bir  sıra  hallarda

beynəlxalq arenanın millidən daha vacib olmasından  ibarət  idi. Bu tələblərə azad bazar  nəzəriyyəsi  (laissez  faire)

keynsçilikdən  daha  çox  uyğun  gəlirdi,  çünki  keynsçilik,  birincisi,  iqtisadiyyatın  real  bölməsinin  nəzəriyyəsi,

ikincisi,  onun  milli  hüdudlarda  tənzimlənməsi  üçün  idi.  O  dövrdə  iqtisadiyyatda  keynsçi  nəzəriyyənin  daşıyıcısı

qismində Henri Ford çıxış edirdi. O  çalışırdı ki,  fəhlələri  o  qədər  qazansınlar ki,  onun  maşınlarını alsınlar.  Bazar

fundamentalizmi  nəzəriyyəsinin  yenidən  dirçəlməsinin  carçısı Milton  Fridmanın  başçılıq  etdiyi  Çikaqo  məktəbi,

onun  praktik  ifadəsi  isə  reyqanomika  və  tetçerizm  oldu.  Bu  nəzəriyyənin  simvolu  onun  ən  qatı  tənqidçisi,  real

əmtəələr, əşyalar istehsal etməyən, amma fond birjalarında möhtəkirikdən çoxlu milyardlar qazanmış Corc Sorosu

hesab etmək olar.

Kapitalizmin  mahiyyətindəki  dəyişikliyi  Fridman  çox  qabarıq  şəkildə  özünün  məşhur  «money  is  matter»

(məsələ  puldadır)  formulunda  vermişdi.  Hazırda  varlanmağın  əsas  mənbəyi  qismində  iqtisadiyyatın  real  deyil,

azadlığı  çox  olduqca,  uğuru  da  çox  olan  maliyyə  bölməsi  çıxış  edir.  70-ci  illərdə  bazar  azadlıqlarının  xeyli

genişləndirilməsi  üçün  tədbirlər  göstərilmişdi:  valyutaların  təsbit  olunmuş  kursundan  sərbəst  üzmə  adlandırılana

keçid; əmtəə, kapital və işçi qüvvəsinin hərəkəti yolundakı milli maneələrin azaldılması; geniş maliyyə vasitəçiləri

sisteminin  yaradılması;  banklara  əsas  fəaliyyətləri  ilə  yanaşı  həm  də  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmaq

imkanının  verilməsi  və  s.  Bu  tədbirlərin  hər  biri  maliyyə  möhtəkirliyi  üçün  yeni  imkanlar  açıldığından  intensiv

surətdə cəmiyyəti getdikcə böhrana yaxınlaşdırırdı.

Bununla  bağlı  hazırda  tez-tez  səsləndirilən  sualı  verək:  bəs  elə  etmək  olardımı  ki,  böhranlar  olmasın?

Kapitalizmin təbiəti elədir ki, o, böhranları tam istisna etməyə imkan vermir. Bununla belə, müharibədən sonrakı ilk

onilliklərin təcrübəsi göstərir ki, onları keynsçi tənzimləmə  metodları vasitəsilə  zəiflətmək tamamilə  mümkündür.

Onlardan imtina və azad bazar məntiqinə riayət etmək cəmiyyəti böhrana sürüyüb.

Bunu ABŞ-da böhranın detonatoru olmuş derivativlərin timsalında nəzərdən keçirək. Hələ bu yaxın vaxtlara

qədər yalnız iqtisadçı-mütəxəssislərə məlum olan bu məfhum  hazırkı böhranın simvolu  olmuşdur.  Bu,  təminatçısı

qismində borc öhdəlikləri çıxış edən maliyyə alətləridir. Məsələn, siz ev almaq üçün bankdan kredit götürürsünüz

və  bank  qarşısında  öhdəlik  qoyursunuz  ki,  bütün  məbləği  faizləri  ilə  birgə  20-30  ilə  ödəyəcəksiniz.  Sizin

götürdüyünüz  öhdəlik  bank  tərəfindən  qiymətli  kağızlar  bazarında  satılan  yeni  borc  öhdəlikləri  buraxmaq  üçün




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə