İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

1957-1958-ci illərin müharibədən sonrakı ilk böhranı inkişaf etmiş sənaye ölkələrinin hərbi iqtisadiyyatından, sosial

problemlərin həllini önə çəkən sülh tipli iqtisadiyyata keçidin baş verdiyini göstərdi. Ötən əsrin ikinci yarısının ən

dərin  böhranı  olan  1974-1975-ci  illərin  böhranı  müxtəlif  dövlətlər  arasında  iqtisadi  fəaliyyətin  beynəlxalq

tənzimlənməsi  mexanizmlərinin  yaradılmasını  tələb  etdi.  80-90-cı  illərin  sonrakı dünya  böhran  hadisələri  dünya

iqtisadi  inkişafının  postsənaye  cəmiyyətinin  qurulduğu  və  qloballaşma  prosesinin  genişləndiyi  yeni  mərhələyə

keçidini təsdiqlədi. Yerindəcə qeyd edək ki, keçən əsrin 20-ci illərində meydana gələn N.D. Kondratyevin və onun

ardıcıllarının  konyunkturanın  uzun  dalğalarına  həsr  olunmuş  nəzəriyyələri  on  doqquzuncu  əsrdə  dünya

böhranlarının maddi əsasını hər 8-10 ildən bir əsas kapitalın tsiklik yeniləşmə dalğaları ilə deyil, hər bir böhranın

iqtisadi-texnoloji quruluşlarının dəyişmələri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Müasir dünya böhranını ümumi qiymətləndirmək üçün onun üç əsas cəhətini fərqləndirmək lazımdır.

Birincisi, bu böhran qlobal kapitalizmin dünya sosialist sisteminin dağılmasından sonra baş vermiş ilk dünya

böhranıdır və onun sistem tərəfini səciyyələndirir. Bu baxımdan onu yüksək xarici siyasi və iqtisadi ziddiyyətlərin

kəskinləşməsi  katalizatoru  olan  qloballaşma  böhranında  əks  olunan  yeni  növ  böhran  kimi  müəyyənləşdirmək

lazımdır.  XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  milli  iqtisadiyyatların  və  regionların  qlobal  iqtisadiyyatın

prinsiplərinə  əsaslanan  ümumi  asılılığı  yarandı,  dünya  iqtisadiyyatının  koordinasiyasının  yeni  mexanizmlərinin

elementləri  (beynəlxalq  təşkilatlar  və  institutlar)  formalaşdı.  İnformasiya  cəmiyyətinin  formalaşması,  transmilli

kapitalın yeni rolu qloballaşma prosesini kəskin sürətləndirdi. Müasir qlobal münasibətlər sisteminin yaranmasında

maliyyə  kapitalı  və  maliyyə  bazarları  xüsusi  rol  oynamışlar.  Maliyyə  kapitalının  öz  təbiətinə  görə,  onun  milli

sərhədləri sərbəst keçə bilmək qabiliyyətinə görə o, bir tərəfdən, qloballaşmanın potensialı, digər tərəfdən isə milli

iqtisadiyyatların  ziddiyyətlərinin  və  münaqişələrinin  bir  ölkədən  digərinə  sürətlə  ötürülməsi  kanalı oldu.  Müasir

dünyanın  qloballaşması  şəraitində  sistemin  "xəstələndiyi"  təqdirdə  maliyyə  kapitalı  böhranı  ani  olaraq  bütün

dünyaya  yayılmağa  başladı.  Beləliklə,  hazırkı  böhran  qlobal  dünyanın  birinci  dünya  böhranı  və  ya  maliyyə

kapitalının xüsusi rolu olmaqla qlobal iqtisadi böhrandır.

İkincisi,  hazırkı  böhran  qlobal  liberalizm  modelinin  böhranı  kimi  çıxış  edərək  müasir  dünya  təsərrüfatı

quruluşunun fundamenal əsaslarının və hakim liberal iqtisadi nəzəriyyələrin dağılmasını göstərir.

Son  zamanlar  cəmiyyətin  iqtisadi  inkişafının  alternativ  iqtisadi  konsepsiyaları  və  onlara  uyğun  inkişaf

modelləri geniş müzakirə edilir. Bununla əlaqədar, Dzarasov S.S. Kembric universitetinin professoru Devid Leynə

istinad  edərək  kapitalizmin  iki  modelini  fərqləndirir.  Bunlardan  birini  "liberal-bazar  iqtisadiyyatı",  digərini  isə

"koordinasiya  olunmuş  (və  ya  təşkil  olunmuş)  bazar  iqtisadiyyatı  adlandırır  [9J.  Liberal  model  anqlo-sakson

cəmiyyətində  tətbiq  olunur  ABŞ,  Böyük  Britaniya,  Kanada,  Avstraliya  və  Yeni  Zelandiya.  Burada  firmalar

iqtisadiyyatın  bütün  sahələrində  öz  fəaliyyətlərini  əsas  indikatorlar  olan  qiymət  siqnallarının,  tələb  və  təklifin

əsasında qururlar. Bu cür iqtisadi sistem qiymətli kağızlar bazarının yüksək kapitallaşmasına, məşğulluğun müdafiə

olunmasının aşağı olmasına,  yüksək əməkhaqqı dərəcəsinin  və  gəlirlərdə  xeyli  bərabərsizliyin  olmasına  əsaslanır.

İqtisadiyyat  fond  bazarları vasitəsilə  birləşmə  və  udma  ilə,  həmkarlar  təşkilatlarının  zəif  və  əməyin  müdafiəsinin

aşağı olması ilə səciyyələnir.

İkinci  növ  iqtisadiyyatda  firmalar  qeyri-bazar  əlaqələri  vasitəsilə  koordinasiya  olunur.  Onlara  xüsusi

informasiya  mübadiləsinə  əsaslanan  monitorinq  şəbəkəsi  və  şirkətlər  arasında  əməkdaşlıq  (rəqabətə  girməmək

haqqında)  münasibətləri  daxildir.  Bu  iqtisadi  sistemə  nümunə  olaraq  Almaniyanı,  Danimarkanı,  Fransanı  və

Yaponiyanı göstərmək olar. Onlar məşğulluğun müdafiəsinin yüksək səviyyəsi, iş saatlarının nisbətən az olması və

gəlirlər arasında bərabərsizliyin aşağı səviyyəsi ilə seçilir. İqtisadiyyatda birinin digərini udması təsadüfi  xarakter

daşıyır və həmkarlar təşkilatlan işçilərin əmək mənafelərini müdafiə edir. Şirkətlərin fəaliyyəti firmaların üfüqi və

şaquli assosiasiyası ilə koordinasiya olunur.

Neoklassik

 nəzəriyyəyə

 uyğun

 bazarın


 liberal

 modelinin

 məqsəd

 funksiyası



 mənfəətin

maksimumlaşdırılmasıdır.  Kapitalizmin  bütün  infrastrukturu,  dövlətin  və  cəmiyyətin  institutları,  hüquq  və  etik

normalar, kütləvi informasiya vasitələri, hətta kolleclərin və universitetlərin tədris planları bu məqsədə nail olmağa

yönəldilmişdir.  Yaponiya  iqtisadiyyatına  gəldikdə  isə  tamam  başqa  mənzərə  alınır.  Təkcə  ömürlük  işlə  təmin

olunma nəyə desən dəyər.  O,  əmək bazarında rəqabəti  aradan  götürür,  hansı ki,  bunsuz  Qərb  kapitalizmi  mövcud

ola  bilməz.  Yaponiyada  əməkhaqqının  səviyyəsi  yaşla,  şirkətdə  iş  stajı  ilə,  işçinin  ailə  və  sosial  vəziyyəti  ilə

müəyyən  olunur.  Bütün  bunlara  bənzər  hallar  Qərbdə  yoxdur.  Yapon  iqtisadiyyatının  artımının  əsas  mənbəyi

dövlətin iqtisadiyyatı səmərəli idarə etməsindədir. Daha cəlbedici iqtisadiyyatın Çin plan-bazar modeli görünür. Çin

iqtisadiyyatı mənfəətin əldə olunmasına deyil, əhalinin rifahının yüksəldilməsinə yönəlib. Bir sözlə, iqtisadiyyatın

hansı  növünə  diqqət  yetirsək,  aydın  olar  ki,  yalnız  neoklassik  modelin  məqsəd  funksiyası  mənfəətin

maksimumlaşdırılmasıdır.  Digərləri  ondan  uzaqlaşmağa  çalışaraq,  ilk  növbədə,  sosial  xarakterli  problemlərin  və

iqtisadi  münasibətlərin  tənzimlənməsini  irəli  çəkirlər.  Belə  zərurət  daha  çox  postkeynsçi  konsepsiyada

əsaslandırılır, hansı ki, ön planda mənfəətin əldə olunması deyil, tam məşğulluğun təmin olunması və iqtisadiyyatın

davamlı artımı məqsəd qoyulur.

Beləliklə,  bütün  bunlar  müasir  böhran  dövründə  dövlətin  iqtisadiyyata  müdaxilə  etməsinin  zəruri  olmasını

əsaslandırır, belə olduğu halda, onda onu inkar edən neoklassik nəzəriyyənin və bazar özünütənzimləmə modelinin

iflasa  uğramasını qəbul  etmək,  onun  keynsçi  nəzəriyyə  və  dövlətin  tənzimləyici  rolu  modeli  ilə  əvəz  olunmasını

qəbul etmək lazımdır.




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə