İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

qiymətlərin düşməsi ilə həll olunmur) böhranının mümkün olmasını göstərir.

Əmtəə-təsərrüfat  sistemində  böhranların  mümkünlüyünün daha  geniş  imkanı pulun  meydana  gəlməsi,  onun

tədavül və ödəmə vasitəsi kimi funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.  Əmtəə tədavülünün Ə-P-Ə müstəqil

iki hissəyə bölünməsi formal olaraq böhranların meydana gəlməsi üçün şərait yaradır.  Əmtəə tədavülünün Ə-P və

P-Ə  kimi  iki  hissəyə  bölünməsi,  yəni  ayrıca  alıram  və  ayrıca  satıram,  onların  zaman  və  məkanda  üst-üstə

düşməməsinə imkan yaradır. Əmtəələrin reallaşması prosesində fasilələr yaranır. Əmtəə mülkiyyətçisi öz əmtəəsini

satandan sonra başqa əmtəə almaya da bilər. Bu əmtəələrin hərəkətində fasiləsizliyi pozur, bu da böhranın başlanma

imkanlarını göstərir. Pulun ödəmə vasitəsi funksiyasına gəldikdə isə burada əmtəə alıcıya istifadə etmək üçün eyni

zamanda  pula  ödəniş  olmadan,  yəni  kreditə  verilir.  Müqavilə  vaxtı  çatanda  pullar  əmtəə  sahibinə  ödənilməlidir.

Əmtəə haqqının belə ödənilməsi prosesində kredit müqaviləsinin vaxtında yerinə yetiriləcəyinə və pulların satıcıya

veriləcəyinə tam təminat yoxdur. Pullar inkişaf edərək və onlar tədavül və ödəniş vasitəsi funksiyaları kəsb etdikcə,

alqı-satqı  əməliyyatlarının  zaman  və  məkanda  bir-birindən  uzaqlaşması  potensialı  get-gedə  daha  çox  qaydaya

çevrilir.  Əmtəələrin  realizasiya  probleminin,  ümumiyyətlə  bazar  iqtisadiyyatının  və  o  cümlədən  kapitalist

istehsalının ən mühüm problemlərindən biri kimi, sadəcə müəyyənliyi belə yaranır.  Kapitalizm şəraitində kiminsə

həmişə  pulu  çatışmır,  kimsə  heç  də  həmişə  əmtəəsini  sata  bilmir  və  orada  və  həmin  məqamda,  haradasa  və  nə

vaxtsa müəyyən şərtlərə səbəb pul istəyən, amma onu (heç olmasa ucuz kredit şəklində) əldə edə bilməyən əmtəə

sahiblərinin kütləsi böhranlı olur və bu yerdə ifrat istehsal böhranı baş  verir. Orada və həmin məqamda bu əmtəə

sahibləri (müasir dildə desək, biznesmenlər) hökumətdən ucuz kredit və subsidiyalar tələb etməyə başlayırlar.

Kredit  zəminində  kredit  verən  və  borc  götürənlərin  olduqca  mürəkkəb  qarşılıqlı  münasibətləri  yaranır,

müxtəlif "piramidalar" qurulur və fərz etsək ki, maliyyə aktivlərinin sahibləri onları dərhal istənilən formada olan

real  kapitala  çevirmək  istəsələr,  o,  əlbəttə  ki,  çatmaz.  Kredit  əsasında  ola  bilər  ki,  borc  götürənin  müəyyən

səbəblərdən  ödəmə  məqamı üçün  sadəcə  olaraq  lazımi məbləği olmasın.  Bir  yerdə  ödənişin həyata  keçirilməməsi

bir-biri ilə kredit münasibətləri ilə bağlı bazar subyektləri arasında başqa ödəmələrin həyata keçirilməməsinə səbəb

olur. Kredit öz təbiəti etibarilə iqtisadiyyatda saxta tələb yaradır ki, bunun da nəticəsində təkrar istehsal real tələb

hədlərindən kənara çıxır.  Kredit tələbi hansısa  anda qırıla bilər və bu zaman  real  tələblə  istehsal  arasındakı əlaqə

böhran vasitəsilə bərpa olunur. Zahiri olaraq kredit böhranı arxasında faktiki  olaraq  təkrar  istehsal  böhranı durur.

Buna görə də kredit münasibətləri zəminində həmişə "maliyyə" böhranı imkanı mövcuddur. Nəzəriyyədə bu, qeyd

etdiyimiz  kimi,  hətta  pulun  adicə  ödəmə  vasitəsi  kimi  təhlilindən  də  məlumdur.  Kredit-bank  sisteminin,  saxta

kapitalın və kapital bazarının yaranması və inkişafı bu imkanı xeyli gücləndirir və maliyyə böhranı ehtimalını xeyli

artırmış olur.

Müasir  bazar  iqtisadiyyatında  pulun  təbiətində  ciddi  dəyişikliklər  baş  verir.  Dünya  birliyi  ölkələrinin

həyatındakı rolunun  hədsiz  dərəcədə  artdığını nəzərə  alaraq,  pul  əvvəlki  ənənəvi  funksiyalarını yerinə  yetirməklə

yanaşı, müasir dövrdə pul V.T. Ryazanovun fikrincə  "özü  artan  universal  dəyərə"  çevrilmişdir [12].  Bu  dünyanın

aparıcı  valyutalarının  timsalında  daha  səciyyəvidir.  Bu  keyfiyyətdə  pullar  onların  yerinə  yetirdikləri  adi

funksiyalardan  başqa  ən  likvidli  aktiv  qismində  çıxış  edərək  xüsusi  faydalıq  kəsb  etmişlər.  Özü  də  belə  faydalıq

iqtisadiyyatın bütün subyektləri üçün əhəmiyyətlidir.

Əslində pulun təbiətində baş verən bu kimi dəyişikliklər elə bir prinsipial yenilik deyil. Bununla əlaqədar, K.

Marks tərəfindən işlədilmiş "kapitalın ümumi formulu" kateqoriyasına müraciət  etmək və ya pulu tədavül aləti  və

dəyərin  saxlanılması  qismində  nəzərdən  keçirən,  pulun  istifadə  edilməsində  möhtəkirlik  motivinə  xüsusi  diqqət

yetirən  C.  Keynsi  yada  salmaq  yerinə  düşərdi.  Pulun  təbiətinin  nisbətən  yeniliyi  onun  özü  artan  mexanizminin

fəaliyyətinin  qeyri-məhdud  olmasında  və  onun  həqiqi  iqtisadi  nemətlər  istehsalı  üçün  istifadə  olunan  kapitala

çevrilməməsindədir.  Belə  vəziyyət  praktiki  olaraq  pul  tədavülü  ilə  iqtisadiyyatın  real  bölməsi  arasında  dərin

uçuruma  səbəb  olmuşdur.  Hazırda  dünyada  bütün  maliyyə  əməliyyatlarının  cəmi  2-3%-i  iqtisadiyyatın  real

bölməsinə  aiddir,  qalanları  isə  maliyyə  institutlarının  özləri  arasında  olan  əməliyyatlardır.  Bu,  müasir  bazar

iqtisadiyyatında pulun möhtəkirlik amilinin rolunun sürətlə artmasına bariz nümunədir.

Müasir  dövrdə  nəinki  pulun  özü,  hətta  real  iqtisadi  nemətlər  neft,  qaz,  torpaq,  daşınmaz  əmlak  və  s.

möhtəkirlik  alətinə  çevrilmişdir.  Məsələn,  neft  bazarında  hazırda  neft  fyuçerlərinin  həcmi  real  neft  satışından  20

dəfə  çoxdur,  halbuki  1990-cı  illərin  əvvəlində  belə  üstələmə  beşqat  idi.  Bu  o  deməkdir  ki,  neftin  qiymətlərinin

dinamikası  və  səviyyəsi  bazarda  formalaşan  tələb  və  təklifin  nisbətindən  deyil,  möhtəkirlik  qüvvələrinin

hərəkətlərindən aslıdır.

Qlobal kapitalizm dövrünə keçidin qanunauyğun nəticəsi iqtisadiyyatda maliyyə sisteminin aparıcı olmasıdır.

Məsələn,  ABŞ-da  ölkənin  ÜDM-nun  yaradılmasında  maliyyənin  payı  sənayenin  payından  azı  iki  dəfə  çoxdur.

İnkişaf  etmiş  ölkələr  qrupunda  maliyyə  xidməti  göstərilməsi  sahəsində  əmək  qabiliyyətli  əhalinin  20%-i  çalışır.

Maliyyə  sahəsinin  aparıcı  fəaliyyət  göstərən  və  qeyri-məhdud  həcmdə  maliyyə  resursları  yaratmaq  imkanı  olan

qlobal şəbəkəyə çevrilməsi məhdud resurslar zəminində və əsasən milli təkrar istehsal çərçivəsində inkişaf etməkdə

davam edən istehsaldan təhlükəli  ayrılmaya  səbəb  olur.  Maliyyə  kapitalizminin  müasir  modelinin  əsas  ziddiyyəti,

V.T. Ryazanovun fikrincə, məhz burada yaranır.

Maliyyə  sahəsinin  yüksəlməsinin  digər  mühüm  nəticəsi  sosialist  sisteminin  iflasından  sonra  dünyanın

təsərrüfat quruluşunda müəyyən ciddi dəyişikliklərin olmasıdır. Ona birqütblü dünya və ikiqütblü dünya təsərrüfat

sistemi  kimi  baxmaq  olar.  Birinciyə  ABŞ-ın  hərbi-siyasi  hökmranlığı,  ikinciyə  isə  dünyanın  iki  təsərrüfat




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə