İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

Üçüncüsü,  indiki  böhran  dünya  təsərrüfat  sistemində  və  milli  iqtisadi  modellərdə  və  həmçinin  iqtisad

elmində  bir  dönüş  nöqtəsi  kimi  nəzərdən  keçirilə  bilər.  Baş  vermiş  böhranı  cəmiyyətin  inkişaf  paradiqmasının

özünün  böhranında  təzahür  edən  sistem  böhranı  kimi  nəzərdən  keçirmək  lazımdır.  Müasir  dünya  iqtisadi

böhranından əvvəl iqtisad elminin böhranı baş vermiş və o, son illər ərzində ortodoksal neoklassik nəzəriyyənin və

ona uyğun iqtisadiyyatın anqlosakson modelinin dünya təsərrüfatında baş  verən  dəyişiklikləri  səhih  və  dəqiq  izah

edə  bilməməsi  kontekstində  iqtisadçılar  tərəfindən  fəal  müzakirə  olunmuşdu.  Görünür  böhrandan  sonrakı dövrdə

iqtisadiyyatın  dirçəlməsi  və  onun  yeni  keyfiyyət  halına  keçməsi  üçün  iqtisad  elmində  XXI  əsrin  yeni  nəzəri

paradiqmasının və inkişaf strategiyasının yaranması ehtimalı böyükdür.

Rusiya  Federasiyası  Maliyyə  Akademiyasının  rektoru  M.  Eskindarov  qeyd  edir  ki,  həyata  keçirilən

anti-böhran tədbirləri gələcəkdə yeni iqtisadi siyasətin yaranmasına səbəb olacaq. Və bu siyasət, məlumdur ki, artıq

liberal  olmayacaq.  Yaxın  gələcəkdə  dünya  başqa  bir  tərəfə  dönəcək.  Səhv  etmərəm,  əgər  qeyd  etsəm,  dünya

neososializmin  astanasındadır.  Əlbəttə,  söhbət  ortodoksal  kommunizmdən  deyil,  sosial  yönümlü  iqtisadiyyatdan

gedir,  burada  dövlətin,  dövlət  planlaşdırılmasının  rolu  xeyli  artır.  Bir  çoxları  Marksın,  Keynsin  və  onların

ardıcıllarının  əsərlərini  yenidən  öyrənməli  olacaqlar.  Cəmiyyətin  tsiklik  inkişafı  yeni  halın,  yeni  dönüşün

yarandığından xəbər verir [10].

Keçən əsrdə iqtisad elmində yeni nəzəri paradiqmanın yaranması və yeni iqtisadi siyasətə, yeni iqtisadi kursa

keçilməsi baş vermişdir. Kapitalist təsərrüfat sistemində 20-ci illərin sonu 30-cu illərin əvvəlinin ən məşhur dünya

iqtisadi böhranı olan "Böyük durğunluq" formalaşmış inhisarçı strukturlu klassik bazar iqtisadiyyatına yekun vurdu

və  iqtisadiyyatın  mütləq  dövlət  tərəfindən  fəal  tənzimlənməsi  zəruriliyini  göstərdi.  İqtisadi  siyasətin  xarakteri  və

metodlarındakı dəyişikliklərin nəzəri əksi Keyns nəzəriyyəsi oldu. Bu nəzəriyyə praktikada öz əksini T. Ruzveltin

həyata  keçirdiyi  "yeni  iqtisadi  kurs"unda  tapdı.  Təsərrüfatçılıq  nəzəriyyəsində  və  praktikasında  yeni  dönüş

1974-1975-ci illərin dünya böhranından sonra Qərbin aparıcı dövlətlərində (ABŞ və Böyük Britaniyada) liberal və

neoliberal  nəzəriyyənin  təsdiqlənməsinə  və  iqtisadi  siyasətdə  monetar  metodlara  üstünlük  verilməsinə  gətirib

çıxartdı.  Bu  nəzəriyyənin  əsasında  həmin  ölkələrdə  reyqanomika  və  tetçerizm  adları  ilə  bağlı  iqtisadi  siyasət

formalaşmışdır.

İqtisad  elmində  hazırkı  böhranın  təbiəti,  səbəbləri,  mexanizmi  və  onun  gediş  xüsusiyyətləri  iqtisadçılar

tərəfindən  fərqləndirilir.  Böhranın  düzgün  dərki  və  ondan  çıxış  tədbirlərinin  hazırlanması  üçün  böhranın  dərin

səbəblərinin aydınlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Müasir  böhranın  yaranma  məntiqinin  ilkin  mərhələsi  real  iqtisadiyyatın  tələbatlarına  müvafiq  olmayan,

pul-kredit  münasibətlərinin,  kapital  bazarının,  səhmdar  kapitalın  "kapitallaşma"  adlandırılan  mexanizminin,  yəni

onu  bank  faizi  və  dividendlər  əsasında,  irrasional,  "virtual"  formanın  istehsal  və  tədavül  sahəsinin  həqiqi

kapitalından  hədsiz  uzaqlaşmış  olan  "saxta  kapital'ın  (səhmlər,  istiqrazlar,  veksellər  və  müxtəlif  borc  öhdəlikləri

şəklində qiymətli kağızlar) yaranmasına səbəb olan qiymətləndirilməsinin inkişafını dəfələrlə üstələməsidir. Və bu

uzaqlaşma  dünya  iqtisadiyyatında  daim  artmaqdadır.  Son  30  il  ərzində  dünya  maliyyə  aktivlərinin  dəyəri  bunlar

səhmlər,  qeyri-dövlət  və  dövlət  borc  öhdəlikləri,  bank  əmanətləridir-dünya  ÜDM-na  nisbətən  daha  sürətlə

artmışdır.  Əgər  1980-ci  ildə  dünya  maliyyə  aktivlərinin  ("virtual  kapital")  ümumdünya  dəyəri  12  trln.  dollara

bərabər olub və dünya ÜDM-nun (10 trln. doll.) 119% təşkil edirdisə, 2007-ci ildə o, 195 trln. dollara qədər, yəni

3,5 dəfə artmış, ÜDM-nun 356%-ni təşkil etmişdi [11].

Bazar  təsərrüfatında  böhranların  yaranma  imkanları iqtisadiyyatın  əmtəə  zəmininin  özü  ilə  bağlıdır.  Bazar

iqtisadiyyatında  təkrar  istehsalın  pozulması  və  böhranların  yaranması  əmtəə  istehsalı  və  kapitalın  daxili

ziddiyyətindədir. Bu iqtisadi sistemin bütün inkişaf mərhələlərində əmtəə təsərrüfatına xüsusi və ictimai maraqların

ziddiyyəti xasdır. O, inkişafın müasir mərhələsində qloballaşma şəraitində də ləğv oluna bilməz. Əmtəədə təcəssüm

edən  əmək  ikili  xarakter  daşıyır.  Bu,  bir  tərəfdən,  xüsusi  əmək  fərdi  istehsalçıların  əməyidir  ki,  burada  hər  kəs

başqalarından  tamamilə  asılı  olmadan,  öz  hesabına,  özü  riskə  gedərək  nə  qədər  əmtəəsinin,  hansı  qiymətə  və

ümumiyyətlə  alınıb-alınmayacağını bilmədən  işləyir.  Bazar  sisteminin,  məsələn,  varlanmaq  və  müflisləşmək və  s.

fundamental xüsusiyyətləri, rəqabət və bazar sisteminin inkişafını stimullaşdıran  onun kimi digər mühüm cizgiləri

bundan irəli gəlir.

Digər  tərəfdən,  əmtəə  istehsalı şəraitində  bütün  istehsalçılar  ictimai  əmək  bölgüsü  sistemi  ilə  əlaqədardır.

Burada hər kəs əmtəəni özü üçün deyil, özgəsi üçün istehsal edir və buna görə də hamı bir-birindən və bütövlükdə

bütün sistemin proporsional inkişafından asılıdır.

Əmtəə  istehsalının bu  ziddiyyəti  necə  aradan  qaldırılır?  Yalnız məhsulların  əmtəə  kimi  bazarda  mübadiləsi

yolu ilə. Bazar hər bir bazar agentinin özünün riskə gedərək istehsal etdikləri məhsulları ictimai-zəruri hesab edərsə

(alqı-satqı əməliyyatı uğurla  başa  çatmışsa),  əmtəə  istehsalı sistemi  normal  işləyir.  Onların  hər  hansı bir  qismini

zəruri saymazsa (bazarların çoxunda məhz bu baş verir) bu artıq böhrandır.

Kapitalist bazar təsərrüfat sisteminin iqtisadi böhranlarının ən dərin (eyni zamanda həm də ən abstrakt) sini

də  bax  bunda,  əmtəə  istehsalı  və  mübadiləsinin  vahid  təkrar  istehsal  prosesinin  bu  zəminindədir.  Bu  sistemdə

iqtisadiyyatın  proporsionallığı,  tarazlaşdırılması  bilavasitə  deyil,  yalnız  aposteriori,  «sonrakı tarixlə»,  əmtəələrin

bazarda kortəbii toqquşması nəticəsində müəyyənləşir.

Amma  bu  hələ  böhranların  izahı  deyil.  Bu  yalnız  kapitalizmdə  nə  üçün  prinsip  etibarilə  ifrat  istehsal  (az

istehsal  bu  sistemdə  çox  tez  və  sadəcə  qiymət  artımı  ilə  kompensə  olunur;  ifrat  istehsal  problemi  isə  sadəcə




Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə