İOTİsadiyyatin döVLƏt təNZİMLƏNMƏSİ DÜnya iQTİsadi BÖhraninin səBƏBLƏRİ VƏ NƏTİCƏLƏRİ



Yüklə 352,1 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix20.09.2018
ölçüsü352,1 Kb.
#69654
1   2   3   4   5   6   7   8

mərkəzinin bölünməsinin yarandığı və möhkəmləndiyi sistem. Biri dünyanın pul istehsal mərkəzi (ABŞ), digəri isə

dünyanın  əmtəə  istehsalı  mərkəzidir  (ÇXR  və  digər  inkişaf  etməkdə  olan  ölkələr).  Dünya  təsərrüfatında  bazar

prinsiplərinə söykənən yeni tarazlıq modeli yaranmışdır. Belə model son iyirmi ildə dünya iqtisadiyyatında artımın

yarısından  çoxunu  təmin  etmişdir.  Lakin  son  nəticədə  bu  model  qeyri-bərabərlik  modelinə  çevrildi.  Bu  ABŞ-da

izafi  istehlak  və  digər  ölkələrdə  kəsirli  istehlak  (yəni  yoxsulluq)  timsalında  şərh  oluna  bilər.  Qlobal

disproporsiyanın  təbiətini  bir  də  onda  göstərmək  olar  ki,  ABŞ  dünya  əhalisinin  5%-ni  təşkil  etdiyi  halda,  dünya

əmtəə bazarının 24%-ni, ÇXR dünya əhalisinin 20%-ni təşkil etdiyi halda, dünya əmtəə bazarının 6%-ni təşkil edir

[13].


Bazar  iqtisadiyyatında  mənfəətin  maksimum  norması  və  kütləsi  dalınca  qaçmaq  kapitalist  cəmiyyətinin

qanunudur. Kapitalın daim gəlirli sahələr axtarışı qaçılmaz olaraq kapitalın ayrı-ayrı bölmələrdə və sahələrdə ifrat

yığımına  aparır.  K.  Marks  "Kapital'da  böhranın  səbəblərini  bu  hadisə  kapitalın  ifrat  yığını  ilə  əlaqələndirirdi.

Kapital  özünün  təkrar  istehsalını əvvəlki  səviyyədə  və  heç  olmasa  orta  mənfəəti  təmin  edə  bilməyəndə  bu  və  ya

digər  sahəni  tərk  edir.  Əgər  bu  hadisə  daim  təkrar  olunan  fakt  kimi  ictimai  səviyyədə  müşahidə  olunarsa,  onda

bütün iqtisadiyyatın böhranı qaçılmazdır.

K. Marks ifrat kapital yığını fenomenini mənfəət normasının azalma qanunu meylinin təhlilindən alır. Müasir

dövrdə K. Marksın bu müddəası tənqid olunurdu. Marks məhz meyil haqqında yazaraq, onun yaranma səbəblərini

və  ona  mane  olan  amilləri  diqqətlə  təhlil  edirdi.  Müasir  şəraitdə  birincilər  xeyli  dəyişmiş,  ikincilər  isə  daha

əhəmiyyətli olmuşdur. Son 150 ildə kapitalizmin maddi-texniki bazasının və istehsal münasibətləri sisteminin xeyli

dəyişməsi nəticəsində mənfəət normasının daim enmə meyli yoxdur. Məsələ ondan ibarətdir ki, mənfəət normasının

azalma meylinin əsasında duran kapitalın üzvi quruluşunun artması sənaye tipli inkişaf  üçün qanunauyğun haldır.

İstehsal  prosesində  çalışan  işçinin  insani  keyfiyyətlərinin  və  əməyin  yaradıcı  məzmununun  inkişafına,  birinci

növbədə  maşın  və  avadanlıqlar  deyil,  bilik  "istehsalına"  üstünlük  verən  müasir  texnologiyalar  kapitalın  üzvi

quruluşunun dinamikasını və deməli, mənfəət normasını dəyişirlər.

Kapitalizmin istehsal münasibətləri  sistemi isə "yalançı sosial  dəyər"in  yaradılması və  verilməsi  ilə  məşğul

olan  kapitalın  səhv,  irrasional  və  saxta  formalarının  mürəkkəb  sistemini  yaratdı.  Bütün  bunlar  isə,  əlbəttə,  ifrat

kapital  yığımı problemini  tamamilə  yeni  kontekstdə  qoyur.  Lakin  Marksın  müəyyənləşdirdiyi  ifrat  kapital  yığımı

yoxa çıxmamışdır.  Həm ənənəvi köhnə, həm də yeni dövr kapitalizmin spesifik qanunauyğunluqları ilə bağlı olan

yeni  səbəblərə  görə  kapital  yenə  də  əvvəlki  kimi  vaxtaşırı, hətta  orta  mənfəət  belə  gətirməyə  qabil  olmayan  ifrat

yığım  vəziyyətində  olur.  Və  onda  ifrat  istehsal  böhranlarının haqqında  hələ  "Kapital"da  deyilmiş  bütün  səbəbləri

özlərini tam büruzə verirlər [14].

Dünya  iqtisadi  böhranlarının  tarixi  göstərir  ki,  iqtisadiyyatın  böhrandan  çıxması  və  sonrakı  inkişafı  yeni

iqtisadi  siyasətə  keçilməsini  tələb  edir.  Müasir  qloballaşma  dövründə  dünya  təsərrüfat  sisteminin

xüsusiyyətlərindən  və  böhranın  xüsusiyyətlərindən  çıxış  edərək  yeni  iqtisadi  siyasət  üçün  aşağıdakı  prinsipləri

fərqləndirmək olar.



Birinci.  Böhranı dayandırmaq və  iqtisadiyyatı depressiya  vəziyyətinə  salmaq,  həmçinin  onun  canlanmasını

və  dirçəlməsini  təmin  etmək  üçün  dövlətin  həyata  keçirdiyi  anti-böhran  tədbirlərinin  mərkəzində  əsas  kapitalın

innovasiya yeniləşməsini və maddi istehsala yeni texnologiyaların tətbiqini təmin etmək lazımdır.

İkinci.  İnnovasiyalara  və  sosial  inkişafa  yönümlənmiş  real  sənaye  siyasəti.  Böhrandan  çıxmaq  tədbirləri

qismində innovasiya inkişaf tipinə keçid olmalıdır.



Üçüncü.  Böhranlar  və  tsiklik  inkişaf  problemi  iqtisadi  nəzəriyyənin  mühüm  tərkib  hissəsi  kimi  tədris

prosesində geniş öyrənilməlidir. Bazar iqtisadiyyatı öz təbiətinə görə tsiklik xüsusiyyətləri ilə səciyyələnir və bu da

yüksəliş dövrləri ilə tənəzzül mərhələlərinin dövri növbələşməsində təzahür edir.

Dördüncü.  Böhran  qlobal  dünya  böhranı  olduğundan  və  gələcəkdə  bu  kimi  böhran  hadisələrinə  yol

verməmək  üçün  yeni  qlobal  mexanizmlərin  və  tənzimləmə  alətlərinin  yaradılması  zəruridir.  Vahid  dünya

valyutasının yaradılması ideyası get-gedə daha çox yayılır.

Beşinci.  Maliyyə  kapitalının  möhtəkirlik  hərəkəti  üzərində  nəzarəti  gücləndirmək  üçün  bazarın  yeni

tənzimləmə prinsipləri sisteminin qəbul edilməsi lazımdır.

Müasir  dünya  iqtisadi  böhranı qloballaşma  və  ölkələrin  qarşılıqlı iqtisadi  asılılığı  şəraitində  baş  vermişdir.

Dünyanın  bütün  ölkələri  qlobal  iqtisadi  böhranının  aqibətini  bu  və  ya  digər  dərəcədə  özlərində  hiss  etmişlər.

Azərbaycan  iqtisadiyyatının  qlobal  iqtisadiyyata  açıq  olması və  inteqrasiyası onda  dünya  iqtisadi  böhranının  əks

olunmasına səbəb oldu. Lakin bu təsir çox zəif xarakter daşıdı.

2008-2010-cu illərdə əksər dünya ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana

təsirlərinin  qabarıq  hiss  olunmaması,  eyni  zamanda  iqtisadi  inkişaf  prosesində  pozitiv  meyillərin  qorunub

saxlanılması ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi düzgün anti-böhran siyasətinin

nəticəsidir. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirmişdir ki,

Azərbaycan  mənfi  təsirlərdən  qorunmaq  üçün  fəal  anti-böhran  tədbirləri  həyata  keçirməli,  maliyyə  intizamı

gücləndirilməli, lüzumsuz xərclərə  yol  verilməməli,  uzaq  gələcəyə  hesablanmış layihələrin  icrası təxirə  salınmalı,

bazarın  sabitləşməsi  üçün  bir  sıra  səmərəli  tədbirlər  həyata  keçirməli,  habelə  sahibkarlığın  inkişafına  diqqət

yüksəldilməlidir.

Azərbaycan  qlobal  iqtisadi  böhrandan  ən  az  zərər  çəkmiş  ölkələrdən  biridir.  Bütün  bunlar  ölkə  hökuməti



tərəfindən vaxtında və elmi əsaslarla həyata keçirilmiş və Mərkəzi Bank tərəfindən ətraflı düşünülmüş  anti-böhran

siyasəti  nəticəsində  əldə  edilmişdir.  Bunların nəticəsində  dünya  maliyyə-iqtisadi  böhranı şəraitində  Azərbaycanın

dövlət strukturları üç əsas məsələni uğurla həll edə bildilər: birincisi - milli valyuta öz sabitliyini saxlaya bildi və

manatın devalvasiyasının qarşısı alındı, ikincisi - neftin satışından daxilolmaların azalmasına baxmayaraq, 2009-cu

ilin  yanvar-noyabr  ayları üzrə  dövlət  büdcəsində  1026,9  milyon  manat  profisit  müşahidə  olundu,  üçüncüsü  -  isə

Azərbaycan  bankları  özlərini  qoruyub  saxlaya  bildilər  və  heç  bir  bank  müflisləşmədi.  Bu  faktlar  dövlətin

maliyyə-büdcə  siyasətini  müsbət  qiymətləndirməyə  imkan  verir.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  Azərbaycandan

heç  də  az  olmayan  neft  ehtiyatlarına  malik  Rusiya  və  Qazaxıstan  kimi  ölkələr  sadalanan  məsələlərdən  heç  birini

yerinə yetirməmişdilər.

Azərbaycanda  qlobal  dünya  iqtisadi  böhranının  təsirini  azaltmaq  üçün  bir  sıra  tədbirlər  görülmüşdür.

Ümumilikdə,  20082010-cu  illərdə  bank  sisteminin  dəstəklənməsi  də  daxil  olmaqla,  ciddi  maliyyə  monitorinqinin

həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata

daimi  sərmayə  yatırımlarının  təmin  edilməsi,  sosial  öhdəliklərin  vaxtlı-vaxtında  yerinə  yetirilməsi,  sənaye

müəssisələrinin  fəaliyyət  istiqamətinin  daxili  bazara  yönəldilməsi,  ərzaq  təhlükəsizliyinin  möhkəmləndirilməsi

qlobal  böhrana  qarşı  effektiv  tədbirlər  sisteminin  yalnız  müəyyən  qismidir.  Bu  müddətdə  həmçinin  fiksal  və

monetar  siyasətin  səmərəliliyi  hökumət  qarşısında  duran  vəzifələri  həyata  keçirməyə,  iqtisadiyyatın  inkişafı üçün

zəruri  maliyyə  əsaslarının  formalaşdırılmasına  əlverişli  imkanlar  yaratmışdır.  Ötən  illərin  anti-böhran  paketinə

potensial  gəlirlərin  vergiyə  cəlb  olunması,  xərclərin  daha  şəffaf  idarəsi,  büdcədən  maliyyələşən  müəssisə  və

təşkilatlar  üzrə  maliyyə  əməliyyatlarının  beynəlxalq  standartlara  cavab  verən  mühasibat  uçotu  qaydalarına

uyğunlaşdırılması,  kommunal,  istehlak,  enerji,  yanacaq,  qaz,  su  sərfiyyatının  qənaətlə  aparılması,  kommunal

sektorda  fəaliyyət  göstərən  təşkilatlar  tərəfindən  alınan  materialların  dəyərinin  vaxtında  və  tam  ödənilməsi  kimi

vacib məsələlər da xüsusi qeyd olunmalıdır.

Böhran dövründə hökumətin əsas məqsədi mənfi xarici təsirlərin neytrallaşdırılması yolu ilə mövcud inkişaf

xəttinin  davam  etdirilməsi  əsasında  böhrana  girməmək  olmuşdur.  Bir  tərəfdən  uğurla  gerçəkləşdirilən  antiböhran

tədbirləri,  digər  tərəfdənsə  əvvəlki  illərdən  yaradılmış  möhkəm  maliyyə-iqtisadi  potensial  hesabına  ölkə

iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla

çıxmışdır.

Beynəlxalq  Valyuta  Fondunun  məlumatına  əsasən,  2009-cu  ildə  dünya  iqtisadiyyatı  1,1  faiz,  habelə

beynəlxalq  ticarət  dövriyyəsi  11  faizdən  çox  azalmışdır.  Böhranın  dalğası  Azərbaycanın  yerləşdiyi  bölgədəki

ölkələri də sarsıdaraq onlarda iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib

çıxarmışdır. MDB-nin üzvü olan əksər dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan kimi perspektivsiz ölkədə

hətta 20 faiz olmuşdur.  Dollarla müqayisədə Qazaxıstanda milli valyuta olan tenge  25,  Rusiya  rublu  55,  Ukrayna

qrivnası 75,  Belarus  rublu  30,9,  Estoniya  kronu  24,  Gürcüstan  larisi  18,  Ermənistan  dramı 35  faiz  ucuzlaşmışdır.

Ümumiyyətlə, böhranın təsirləri altında milli valyutaların devalvasiyaya uğraması prosesi 2009-cu ilin ilk rübündən

özünü qabarıq şəkildə büruzə verməyə başlamış, bir çox dövlətlərin milli valyutalarının məzənnəsini sabit saxlamaq

cəhdləri  iflasa  uğramışdır.  Qonşu  dövlətlərdəki  neqativ  proseslərin  psixoloji  təsirinə  rəğmən,  qlobal  iqtisadi

böhranın təsirini minimum həddə endirən Azərbaycanın milli valyutası – manatı cəmi 5,5 faiz ucuzlaşaraq 2009-cu

ildə postsovet məkanında ən dayanıqlı valyuta olmuşdur.

2008-2010-cu  ildə  əsas  səylər  ölkədə  maliyyə  sabitliyinin  qorunmasına  yönəlmiş,  iqtisadiyyatı  geri  salan,

əhalinin  sosial  vəziyyətini  pisləşdirən  devalvasiya,  defolt  və  inflyasiya  kimi  destruktiv  iqtisadi  meyillərə  yol

verilməmişdir.  Bütün  dünyada  böhranın  əsasən  banklardan  başladığı,  nəticədə  işgüzar  maddi  fəallığın  azalması,

istehlak,  biznes  kreditləşməsində  ciddi  problemlərin  yaranması, istehlak  tələbinin  enməsi  və  digər  amillər  nəzərə

alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.

2009-ci  ilin  əvvəllərindən  maliyyə  böhranının  ilk  simptomlarını  nəzərə  alan  Mərkəzi  Bank  respublika

banklarının  xarici  borclanmasının  idarəedilən  təhlükəsiz  səviyyədə  saxlanılması  üzrə  konkret  addımlar  atmış  və

səmərəli  nəticələr  əldə  etmişdir.  Manatın  sabitliyini  qorumaq  üçün  valyuta  bazarında  tələb  və  təklif  vaxtında

tarazlaşdırılmış,  nəticədə  manatın  məzənnəsinin  kəskin  ucuzlaşmasının  qarşısı  alınmışdır.  Həyata  keçirilən

preventiv  tədbirlər  nəticəsində  respublika  bankları  likvidlik  problemi  ilə  bağlı  istehlak  və  biznes  kreditlərinin

verilməsi  prosesini  dayandırmamış,  perspektivli  biznes  layihələri  maliyyələşdirilmişdir.  2009-cu  ildə  bankların

aktivləri 14 faiz, kreditlər 17 faiz, əmanətlər 23 faiz, bankların kapitalı 18 faiz artmışdır.

Bütün bunlar ölkənin bank sisteminin sabit idarə olunduğunu, qlobal böhran şəraitində vəziyyətin tam nəzarət

altında olduğunu göstərmişdir. Milli bank sektorunun effektiv fəaliyyət göstərdiyini son illərin inkişaf dinamikasını

əks  etdirən  bəzi  statistik  rəqəmlər  də  təsdiqləyir.  Respublikamızın  məcmu  bank  aktivləri  Cənubi  Qafqazın  bank

aktivlərinin  təxminən  60  faizinə  yüksəlmişdir.  Respublika  banklarının  səhmlərinin  dünya  birjalarında  dövriyyədə

olmaması,  dünyanın  müflisləşən  iri  maliyyə  qurumlarının  səhmlərinə  Azərbaycan  banklarının  portfel

investisiyalarının yerləşdirilməməsi bu sektorun böhrandan ziyan çəkməsinin qarşısını almışdır.

Qlobal  maliyyə-iqtisadi  böhran  şəraitində  milli  bank  sektorunun  1,2  milyard  xarici  borcunu  qaytarması da

anbi-böhran  tədbirlərinin  nəticəsi  kimi  diqqəti  çəkir.  Eyni  zamanda  kredit  üzrə  uçot  dərələrinin  aşağı  salınması

pul-kredit  siyasətinin  yumşaldılmasına  istiqamətlənmiş  addım  olaraq  maliyyə  böhranının  respublikanın  bank

sektoruna  ciddi  təsir  göstərməsinin  qarşısını  almışdır.  Mərkəzi  Bank  kommersiya  bankları  üçün  maliyyə




vəsaitlərinin  ucuzlaşdırılması, habelə  ehtiyatların  azaldılması siyasətini  irəli  sürərək  likvidlik  probleminin  aradan

qaldırılmasına nail olmuşdur. 2008ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsinin 1 faizdən 2 faizə, məcburi

ehtiyat  normalarının isə  12  faizdən  0,5  faizə  endirilməsi  nəticəsində  bank  sektoruna  1,8  milyard  manat  həcmində

likvidlik dəstəyi vermişdir. Müxtəlif modellər vasitəsilə bazarın stimullaşması həyata keçirildi, bu da onu göstərir

ki, manatın kursunun 1 faiz enməsi inflyasiyanın 0,6 faiz artmasına gətirir. Mərkəzi Bank manatın kursunun sabit

saxlanılmasını vacib hesab etdi və onun saxlanmasına 1 milyard dollar vəsait yönəltdi. Real sektora dəstək olaraq

2009-cu ildən bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsi də vergidən azad edilmişdir.

Bütün bu tədbirlər dünya bazarlarındakı resessiya zamanı bank sektorunun dayanıqlığını təmin etməyə imkan verdi.

Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranından minimum itki ilə çıxan ölkələrdən olması həm də dövlət

başçısı İlham Əliyevin  müstəqil  iqtisadi  siyasət  yeritməsi  ilə  şərtlənir.  Respublikamızın  maliyyə  təhlükəsizliyinin

təmini  baxımından  beynəlxalq  fond  birjalarında,  qiymətli  kağızlar  bazarında  fəal  iştiraka  haqlı  olaraq  ehtiyatlı

yanaşması  maliyyə  böhranının  respublikamıza  təsirini  zəiflədən  əsas  amillər  sırasındadır.  Dövlət  başçısı  İlham

Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən, haqlı olaraq  respublikamızın

milli  maraqlara  əsaslanan  iqtisadi  siyasət  yetirdiyini  xüsusi  önə  çəkir:  «Bəzi  hallarda  Azərbaycanda  maliyyə



sektorundakı  müəyyən  konservativ  meyillər  beynəlxalq  maliyyə  qurumları  tərəfindən  tənqid  edilirdi.  Bəzən  bizə

tövsiyə  olunurdu  ki,  inteqrasiya  meyillərinə  daha  da  sürətlə  qoşulaq,  beynəlxalq  ticarət  qurumlarına  inteqrasiya

edək.  Ancaq  bizim  mövqeyimiz  bütün  zamanlarda  çox  ehtiyatlı  idi.  Çünki  Azərbaycan  iqtisadiyyatı  özünü  təmin

edən  iqtisadiyyatdır.  Bəzi  başqa  ölkələr  kimi,  biz  xarici  yardımlardan  asılı  deyilik.  Ona  görə  biz  beynəlxalq

iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq».

2009-cu ildə bankların korporativ idarəetmə, xüsusilə risklərin idarə olunması sistemlərinə tələblər artırılmış,

qorunan  əmanətlərin  məbləği  altı dəfə  artırılaraq  30  min  manata  çatdırılmış  (illik  12  faiz  şərtilə),  bankların  risk

zonalarının davamlı monitorinqi sistemi yaradılmışdır.

Azərbaycanın  qlobal  böhrana  qarşı  əzmkar  müqaviməti  həm  də  onunla  şərtlənir  ki,  respublikamız  bir  sıra

cəhətlərinə  görə  başqalarına  nəinki  bənzəmir,  həm  də  müəyyən  üstünlükləri  ilə  seçilir.  Bu  modelin  üstün

tərəflərindən biri də sərbəst inkişaf  etmək iqtidarında  olmasıdır.  Respublikada daxili investisiyalar xarici sərmayə

qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır.  Zəngin təbii sərvətlərə malik olması

Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa

İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha

dayanıqlı iqtisadi  sistemə  malikdir.  Məsələ  ondadır  ki,  hazırda  dünyanın  bir  sıra  nüfuzlu  ölkələrinin  iqtisadiyyatı

möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən

gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə

onların  iqtisadiyyatını  iflic  vəziyyətinə  salır.  Qlobal  iq tisadi  böhranın  əksər  dünya  ölkələrini  çətin  vəziyyətə

salması da,  əslində,  bu  bağlılığın  nəticəsi  idi.  Azərbaycanda  istehsal  edilən  məhsullar  isə  əsasən  daxili  istehlak

tələbini  ödəməyə  xidmət  edir.  Bu  da  kəskin  dünya  maliyyə  böhranı fəsadlarının  mənfi  nəticələrinin  Azərbaycan

iqtisadiyyatına kəskin təsirini minimuma endirir.

Böhran  illərində  Azərbaycanın  dinamik  inkişafının  ən  qabarıq  göstəricisi  ölkənin  strateji  valyuta

ehtiyatlarının 27 milyard ABŞ dolları artaraq 34,4 milyard dollara çatmasıdır. Valyuta ehtiyatlarının ümumi daxili

məhsula  nisbətdə  60  faizdən  çox  olması  da  diqqətəlayiq  faktdır.  Dünyada  ən  çox  valyuta  ehtiyatına  malik  Çin

iqtisadiyyatında  bu  göstərici  Azərbaycandan  aşağıdır.  Bütövlükdə  strateji  valyuta  ehtiyatları  özəl  sektorun  və

dövlətin  borcu  da  daxil  olmaqla,  ölkənin  ümumi  borclarını 3  dəfədən  çox  üstələyir.  Bu  da  böhran  kontekstində

Azərbaycanda makroiqtisadi dayanıqlılığın ən mühüm göstəricilərindən biridir.

Ötən  illərdə  bank  sektoru  da  dayanıqlılığını  qorumuş  və  inkişafını  davam  etdirmişdir.  Son  üç  ildə  bank

aktivlərinin  orta  illik  artım  tempi  25  faiz,  əmanətlərin  artım  tem pi  20  faizdən  çox  olmuşdur.  Mərkəzi  Bank

fəaliyyətini bütövlükdə makroiqtisadi sabitliyin qorunmasına, bank sistemində maliyyə sabitliyinin saxlanılmasına

və iqtisadiyyatın pula olan tələbinin ödənilməsinə yönəltmiş, qarşıya qoyulan məqsədlərə nail olmağa  çalışmışdır.

Nəticədə  2010-cu  ildə  respublikada  inflyasiya  təkrəqəmli  (5,7  fa iz)  olmuş,  manatın  sabitliyi  əksər  ölkələrdəki

devolvasiya  fonunda  qorunub  saxlanılmışdır.  Keçən  il  əhalinin  əmanətləri  23  fa iz,  bütövlükdə  bank  aktivləri,

kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır.

Bütün  bunlara  əsasən  deyə  bilərik  ki,  dövlət  tərəfindən  vaxtında  düşünülmüş  və  elmi  əsaslarla  həyata

keçirilmiş anti-böhran siyasəti nəticəsində görülmüş tədbirlər dünya iqtisadi böhranının Azərbaycana mənfi təsirini

mümkün qədər azaltmağa  imkan verdi. «İnternasional Living» jurnalında dərc olunmuş hesabatda Azərbaycana 42

reytinq  balı verilib.  Bu  göstəricilərə  əsasən,  bizim  ölkə  MDB  ölkələri  arasında  ən  güclü  iqtisadiyyata  malik  ölkə

kimi çıxış edərək Avropanın Slovakiya, Yunanıstan, Malta, Portuqaliya kimi inkişaf etmiş ölkələrini geridə qoyur.

Ümumilikdə, respublikamızın uğurla həyata keçirdiyi preventiv tədbirlər deməyə əsas verir ki, təsiri hələ də

tam aradan qalxmayan qlobal maliyyə  böhranının 2011-ci  ildə  də  Azərbaycana  ciddi  təsiri  olmayacaqdır.  Əksinə,

ilin  birinci  rübündə  əldə  edilən  iqtisadi  uğurlar  respublikamızın  cari  ildə  də  uğurla  inkişaf  edəcəyini  söyləməyə

ciddi əsaslar yaradır.

ƏDƏBİYYAT



1. Назарбаев H.A. Ключи от кризиса. Российская газета. 02.02.2009

2. Сорос Дж. Новая парадигма финансовых рынков. М., «Манн, Иванов и Фебер». 2008. с. 100

3. Yenə orada. S.26

4. Кейнс. Избранные произведения.-М.: 1993, с.510

5. Сорос Дж.. Новая парадигма финансовых рынков.М.: 2008, с.111

6. Пахомов Ю, Пахомов С. Мировой финансовый кризис: цивилизационные  истоки.  Экономист.  2009.

№2. с.41

7. А.Гринспен. Эпоха потрясений. М.: 2008, с.ЗЗЗ

8. Пахомов Ю, Пахомов С. Мировой финансовый кризис: цивилизационные  истоки.  Экономист.  2009.

№2. с.39-41

9. Дзарасов С. Российский кризис: истоки и уроки. / Вопросы экономики. 2009. №5

10. Российская газета. 2008. 16 декабря, с. 19

11. www.щбр-pyccиа.py Октябрь 2008. Щарвард бусинесс Ревиеw-Россия.

12. Рязанов  В.Т.  Хозяйственный  строй  России.  На  пути  к  другой  экономике.  Санкт-Петербург.  2009.

с.378

13. Рязанов  В.Т.  Антикризисная  политика  в  РФ:  Стратегические  приоритеты  и  текущие  задачи.



Экономист. 2009, №12

14. Бузгалин  А.,  Колганов  А.  Мировой  экономический  кризис  и  сценарии  посткризисного  разви тия:

Марксистский анализ. // Вопросы экономики. 2009. №1. с. 123

A.P. Babaev

Причины и последствии мирового экономического кризиса

РЕЗЮМЕ

В  статье  рассматриваются  природа,  причины,  механизм  и  особенности  развития  современного

кризиса.  Дается  механизм  перехода  за  короткий  отрезок  времени  кризиса, начавшегося  как  ипотеч ный, в

экономический.  В  связи  с  экономическим  кризисом  акцентируется  внимание  на  необходи мости

использования  кейнсианских  идей,  как  основ  экономической  системы  государства,  и  на  том,  что  больше

внимания  необходимо  уделять  на  развитие  реального  сектора.  Подвергается  критике  неоклассическая,

неолиберальная теории и доказывается их несостоятельность на современном эта пе развития.

A.P. Babayev

The cause and consequence of the world economic crisis

SUMMARY

The  article  is  devoted  to  the  nature,  reasons,  mechanism  and  peculiarities  of  development  of  the  mo dern

crisis. It says about the mechanism of transformation of the crisis into economic for the short pe riod of time started

as  mortgage.  Because  of  the  economic  crisis  it  focuses  on  necessity  of  using  of  Keynesian  economics  as

fundamental to the economic system of the government and on necessity to deve lop the real sector. Moreover, the

article criticizes neoclassic, neoliberal theories and show's their draw backs in modern times.



Yüklə 352,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə