İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə7/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   180

______________Milli Kitabxana_______________

Çəkmələrin  cırıltısı  yaxınlaşıb  kəsiləndə,  Səməd əmisindən  yenə məhz  o

sözləri  eşitmək  istədi.  Səbr,  təsəlli  mümkündüsə,  ancaq o  sözlərlə mümkün  ola

bilərdi. Əmma...  Əmma...  Bu  nə idi  belə - Sultan əmi  yoxa  çıxdı!  Sultan əmi

əvəzində tamam başqa bir adamın yad-yoğun, nəriltili səsini eşitdi. Bu yad səsin

dediyi sözlər də yad idi:

- Meyidin  üzünü  açma...  Xahişimiz  bircə budu  səndən,  açma  meyidin

üzünü...  qəsd  işi  yoxdu.  Özüm  şəxsən  yoxlamışam,  dəqiq  müəyyənləşdirmişik.

Əmbə açma. O şeyi ki, biz görmüşük, istəmirik sən də görəsən...

Nəyi? Həmin "sağ gicgahda" dərin yaranı?..

Boğula-boğula, qarala-qarala çalışıb bir də baxanda Səməd başa düşdü ki, nə

cırıldayan çəkmələr o çəkmələrdir, nə də boz kitel o  kiteldir; cəmaatın "NKVD

Gülənov"  dediyi  milis  rəisi  Gülənovdu,  qəlyanlı  qocaların  qaraltıları  arasında,

nəhəng  qarnını  irəli  verib,  qıp-qırmızı  damarları  görünən  alma  gözləri  və

dəhşətli-boğucu çaxır qoxusu ilə ilk baxışdan nifrət doğururdu. Əmma bu nifrət

yalnız  görkəmə görə deyildi,  "NKVD  Gülənov"  açıq-açığına  "Əmirlilərə

düşmənəm" - deyən  adamın - lopa  qara  bığlı  ikən  "ağsaqqal  sayılan  Qudalı

Rəhimin ən  yaxın  dostu,  deyilənə görə hətta  qohumu  idi  və üstəlik, Əmirliləri

"daprosa" -istintaqa  çəkənlərdən  sayılırdı;  atasının  danışdığı  "dapros" əhvalatı

əvvəllər  də ordan-burdan  qulağına  dəysə də,  "ərköyün  sədr  oğlu"  buna,  demək

olar ki, heç əhəmiyyət verməmişdi. Burada birinci dəfə açıq nifrətlə baxıb, üzünü

döndərib getdi.

Ayaqlarının altında yer dəniz dalğası kimi qabarıb onu da qaldırırdı, enib onu

da endirirdi, sağa qaçıb onu sola itələyirdi, sola qaçıb onu sağa itələyirdi. Bu cür

gedib  hardasa  uzun,  qapalı  bir  tabut  gördü,  tabutun  qapağının  hər  küncündə bir

mismar işıltısı gördü.

Yönəldi  ki,  qapağı  qaldırsın,  açsın,  baxsın,  qucaqlasın,  hönkürsün.  Yenə

çəkmə cırıldadı, yenə boz kitel bozardı, yenə "açma" deyildi:

- Açma, bircə bala, açma...

Bu dəfəki səs əmisinin səsi idi, boz kitel də əmisinin kiteli idi. Nədənsə əmisi

də Gülənovun sözlərini təkrar etdi:

- Qəsd işi yoxdu, - dedi. Xeyli susub bir də:

- Qəsd işi yoxdu, - dedi.

Əmma Səməd bu səsə tabe oldu, bu kitelə sığındı və eynilə Cəfər əmi - Lüt

Cəfərin  dediyi  kimi  tez-tez  köksünü  ötürən əmisinin  hənirində elə bil  min  il

həsrətində olduğu hənir tapıb, o tapıntıdan yapışdı.




______________Milli Kitabxana_______________

O tapıntı ata həniri idi.

Sədr  Mədəd  Səmədlə bir  süfrədə çörək  yeyəndə,  Səmədlə yanaşı  çarpayıda

yatanda Səməd elə o hənirlə isindiyini bilməmişdi. "Yetdiyinə yetib, yetmədiyinə

bir  daş  atmağının",  "hoppanmağının",  "qaynamağının"  da  elə o  hənirdən

olduğunu  başa  düşməmişdi.  Hər  şeyi  indicə,  o  həniri əmisində tapandan  sonra

başa  düşdü.  Gözlənilməz  itkinin  dərdi  gözlənilməz  tapıntının  sevincinə qarışdı.

Hönkürtünün  içində südəmər  uşaq  gülüşünə oxşayan  gülüş  titrədi.  Gülüş  yox,

Qonaqlıda  buna  "oxranma"  deyirdilər.  Bütün  günü  anadan  ayrı,  mələr  qalıb,

axşamlar  analarının üstünə cuman  körpə quzular,  oğlaqlar  belə oxranırdılar.

Bütün günü "yasli"də göynəyə-göynəyə qalıb, axşamlar analarının məmələrindən

qoşa əllə yapışıb  titrəyən  "yasli"  uşaqları  belə oxranırdılar.  Dərd  içində tapdığı

xoşbəxtliyi  Səmədi  o  dilsiz  körpələr,  o  quzular,  oğlaqlar  kimicə oxrandırdı.

Duzlu  göz  yaşlarına  qarışan  ana  südündən  nə əmələ gələrsə,  Səmədin  dərdinə

qarışan əmi-ata hənirindən də elə bir şey əmələ gəldi. İndiyə qədər ancaq ad-sanı,

şan-şöhrəti ilə fəxr etdiyi əmisini Səməd belə sevdi.

Bu məhəbbət bir saniyədəcə Səmədin qanına-canına hopdu. Başına, beyninə,

gözlərinin  çuxurlarına  dolmuş  qurğuşun  birdən-birə yumşalıb, əriyib  tökülməyə

başladı.

Ətrafda uğultu eşidildi: hamı, hamı hönkürürdü.

Sonra birdən hərəkətə gəldilər.

Qapağının  hər  küncündə bir  mismar  işıldayan  tabutu  qaldırdılar,  axşamın

sazağında  nəfəsləri  buğlana-buğlana  aparıb,  Qonaqlının  günbatanında,  təpə

belində,  Sura Əmirlinin  baş  daşı  aylı-ulduzlu

1

qəbri  ilə yanaşı  qazılmış  qəbirin



yanında yerə endirdilər.

Qəlyanlı qocalardan  biri - Xızr  Abı  quyu  kimi  qaralan  dərin  qəbrin  baş

tərəfində çöməlib hərəkətsiz qaldı, qalan qəlyanlılar - Çürük Aşıq, Təftiş Abbas,

Möhsün kişi, bir də bu ətrafdakı üç para kənddə məşhur olan, xəlvətdə "Erməni

mollası"  ləğəbilə adlandırılan  Gülənoğlu  Molla  tabutun  qapağının  bir  tərəfini

qaldırıb, orda - gizlində nə isə vacib iş başladılar.

Səməd  hər  şeyi  görürdü,  hər  şeyi  eşidirdi. Əmma  buna  nə görmək  demək

olardı, nə də eşitmək. Çünki Səməd üçün indi dünyada Sultan əmidən başqa heç

kəs və heç nə yoxdu. Atası, anası da, o tayda şeyx

Baş daşlarında Türk "ay-ulduzu" qadağan edilsə də, Sovet Azərbaycanının hər yerində bu qadağaya

riayət edilmirdi.



______________Milli Kitabxana_______________

əmilərinin oğul-uşaqları da, "vaxtı çatanda partbiletin arasında gəzdirmək" üçün

pencəyinin  qoltuq  cibinə qoyduğu  şəkillər  də - hamı  və hər  şey  ancaq  Sultan

əmidən ibarət idi.

Qocalar tabutun yanından ayağa qalxıb, qəbrin dövrəsində cərgələnib Sultan

əmiyə baxanda, Səməd yenə əmisinin səsini eşitdi.

Yolboyu Sultan əmi qolunu onun boynundan çəkməmişdi.  "Ağla bircə bala,

ağla", - demişdi.  "Ağlıyammıram  mən,  bircə bala,  yaş  düyünlənib  qalıb,

ağlıyammıram, mənim əvəzimdə də ağla", - demişdi. Qəlyanlı qocalar cərgələnib

bəri  baxanda  Səməd  böyründə yenə hamanca  səsi  eşitdi,  Sultan əminin birdən-

birə rusca  danışmağının səbəbini  isə,  yalnız  onun əlində "pravitelstvennaya

teleqramma"nı görəndən sonra başa düşdü, buna görə də o teleqramdan yadında

cəmi üç kəlmə qaldı: "Prekratite bezobraziye. Stalin".

1

Kimin  üstünə vurulmuşdu  teleqram?  Bakıya,  o "Mirqəzəb'in  özünün,  yoxsa,



"o taydan qəbir şəkli gətirdib bu tayda kommunist Sultan Əmirliynən kommunist

Mədəd Əmirlinin  cək-çevirə salan"ların  üstünə?  Bu  sual  Səmədin  beyninə tük

kimi  toxundu,  fikir  oyatmadan,  iz  salmadan  keçdi.  Beyninə,  ürəyinə və bütün

varlığına o üç kəlmədən bircəsi hakim oldu - "Stalin".

Sultan əmidən  sonra  kimlərsə nə isə danışdılar.  Sovet  sədri  Qılınc  Qurban,

qəlyanlı qocalardan  Təftiş  Abbas  da  nə isə dedilər.  Qəbir  daşlarının  aralarında

nəfəsi  buğlanan,  lal-dinməz  cəmaat  da  dilləndi.  "Pers  adında  bədxah"ın,

"Xudiyev  dəstəsinin",  "doğrudan  da  bezobraziye"nin  barəsində söz  deməyən

bircə adam  qaldı  ki,  o  da  "bezobraziye  qurbanı  olan"  sədrin  oğlu  idi.

Qəbristanda,  qapağının hər  küncündə bir  mismar  işıldayan  tabutun  beş

addımlığında yox,  Səməd  indi  atasının  kabinetində idi,  üzünü  soyuq  şəkillərə

söykəyib  yatmışdı  və yata-yata  fikirləşirdi  ki,  Stalin  adı,  Stalin  teleqramı  olan

yerdə "Mirqəzəb"  kimdir,  Pers-mers,  Xudiyev-mudiyev  kimdir,  "bezobraziye"

nədir?!  Sudüşən  yerdə qaratikan  yığını  ilə saqqız  ağacı  da,  tabutla  Sura

Əmirlinin qəbrinin böyründə qazılmış qəbr də taxtın üstündə yuxuya gedib qalan

Səmədin röyasıdır, keçib gedəcək, qurtaracaq, hamı, hər şey yoxa çıxacaq, təkcə

şəkillər qalacaq, bir də özü; oddan qızarmış dəmir peçin yanında taxtdan qalxıb

yenə "qonaq yeri"ndə - kresloda oturub, atasının yolunu gözləyəcək və bir azdan

motor səsi eşidiləndə yenə pəncərədən baxıb, Çax-çuxun kötüyünü vurub yıxan,

kişmişi dağıdan maşını görəcək.

"Əcaibliyə (biabırçılığa) son qoyun".



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə