İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə6/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   180

______________Milli Kitabxana_______________

qiqət  deməkdi.  Yadında  qaldımı?  Bir də deyirəm:  "Səməd"in əsli - Od-Ərcəsi

SimOddu.  Elmimizə görə,  "Səməd" - SimOd  adı  daşıyan  adam  Uca  həqiqətə,

SafAğ  Elminə qulluq  eləməlidi.  Elmə qulluq  eləmək  üçün  isə,  SimOdun  işi

cəmaatnan  olmalıdı,  çünki  "cəmaat"  kəlməsinin əsli - OdƏrcəsi  də SimOddu.

Ərəblər  Simo,  uca  olana - Kainata  "cəm"  deyiblər,  həm  elə "com  olan"  mənası

veriblər,  həm  ağ,  yəni  "gümüş",  yəni  təmiz  mənası  veriblər,  "at"  kəlməsini  isə

qonşuları  qreklərdən  alıblar.  Qrekcə həm  "at",  həm  də "ki"  "od"  mənasındadı,

Yerdəki  od-alov  mənasında,  bizim  həm  Yer  odu,  həm  də Kainat  Odu - həqiqət

mənasını  Qreklər  kimi, Ərəblər  də unudublar.  Bunlar  heç.  Sonralar  dərs

keçəcəksən,  biləcəksən  hamısını.  Hələlik  bircə bunu  yadda  saxla  ki,  "Səməd" -

SimOd - Uca  həqiqət  mənasında  olduğuna  görə,  SimOdnan  cəmaat əlbir

işləməli, əlbir yaşamalıdı... Əmilərin dedilər böyüyəndə də kimlər qoyublar onun

adını, mənanı anlat, bilsin...

Sədr  Mədəd  ömründə birinci  və axırıncı  dəfə oğluna  bu  qədər  sirr  açdı,

"hoppanan"  oğlunun  necə tərpənməz  qaldığını,  qızıl-qırmızı  ikən    necə ağbəniz

olduğunu  görsə də susmadı,  yəqin  ki,  doğrudan  da  "ürəyinə damdığına"  görə

vəsiyyət eləyib, kabinetindən və idarədən çıxdı, o vaxt rayonlarda məsul işçilərə

paylanan, biri də gəlib buraya - Qonaqlıya düşən "Villis"ə minib, qəzəbini, kinini

motorun  gurultusu,  nəriltisi  ilə bütün  kəndə yaya-yaya,  Ortayolla  üzü  aşağı

Xalıqın  həyətinə sürdü,  vurub  kötüyü  aşırdı,  daşı-tərəzini,  kişmişi  dağıtdı,

evlərin,  töylələrin,  ot  tayalarının  ara-bərəsində maşının  yanınca  yüyürə-yüyürə

nə isə deyən  "dəllal  köpoyoğlunu"  söyə-söyə yenə Ortayola  çıxıb,  rayon

mərkəzinə tərəf getdi.

Və Səməd bir daha atasını görmədi.

* * *


Kənddən  aralanıb  meşə yoluna  burulanda,  dümdüz  yerdəcə maşın  aşmışdı.

Cəmaat uzun, arası kəsilməyən siqnal eşidib hadisə yerinə töküləndə kişinin hələ

nəfəsi  üstündə imiş,  siqnalı  basan  da  özü  imiş.  Cəmaatı  görüb əlini  siqnaldan

çəkəndə nə isə demək  istəyib. Əmma  "dili  yoxuymuş"  daha.  Sultan əmi  xəbər

tutub gələndə isə "meyid soyuyubmuş".

Sultan əmi sarğını açıb, qardaşının gicgahında partlamış yerə baxıb ağlamaq

evəzinə elə hey köksünü ötürürmüş. "Yaran nə dərindi, da-



______________Milli Kitabxana_______________

daş" - deyirmiş və hərdən ondan-bundan soruşurmuş ki, niyə danışmırsınız, belə

dümdüz  yerdə maşın  niyə aşıb,  necə olub  ki,  bədənin  heç  yeri  zədələnməyib,

təkcə gicgahı bu cür partlayıb-dağılıb?!

Sultan əmiyə heç  kim  heç  nə deyə bilməyib.  Ancaq  NKVD  Gülənovun

"zaklyuçeniyasi

1

"ndon  sonra  aydın  olub  ki,  "Sudüşən  yerlə meşənin  arasındakı



nəmişlikdə Mədəd Əmirli rulu kəskin şəkildə sola burduğuna görə maşın aşıb və

aşarkən  sağ  qapının  yuxarı küncü  Mədəd Əmirlinin  sağ  gicgahına  batıb,  çoxlu

qan axmasına və qanaxma nəticəsində ölüm hadisəsinə səbəb olub".

Bütün  bunları Səməd  hamıdan  sonra  bildi.  Atasının köhnə yoldaşı,

Qonaqlının  partkomu  Cəfər əmi - Lüt  Cəfər  onu  elə orda - kabinetdə,  oddan

qızarmış  dəmir  peçin  yanındakı  nazik  taxtda  üzünü  qəbirlərin  başdaşlarının

şəkillərinə söykəyib yatan yerdə tapıb oyatdı.

- Qalx, oğlum... Bədbəxtlik olub... Atan avariyaya düşüb, - dedi.

Sonra  qoluna  girib,  "uzun,  arası  kəsilməyən  siqnal"dan  "zaklyuçeniye"yə

qədər,  hər  şeyi  yerli-yataqlı danışa-danışa  və nədənsə,  tez-tez  "qəsd  işi  yoxdu",

"qəsd  işi  yoxdu", - deyə-deyə onu  hadisə yerinə apardı.  Bu  vaxt  nə maşın  orda

idi,  nə meyid,  nə cəmaat.  Qan  tökülən  yeri  torpaqlayıb,  dövrəsinə qaratikan

yığmışdılar ki, "qanı tapdalayan olmasın". Qaratikan yığınının yanında bir saqqız

ağacının  döşünü  balta  ilə çapıb  hamarlayıb,  qızmar  dəmirlə iri-iri  qara  hərflər

basmışdılar: "Mədəd Əmirli burda həlak oldu. 23 dekabr 1946-cı il".

Nə qədər ki, yaxınlaşıb yazını oxumamışdı, Səməd elə bil hələ də yuxulu idi,

ayaqlarını yerə basdığını da hiss eləmirdi və hətta Cəfər əmi - Lüt Cəfərin qəribə

pıçıltı  ilə danışdığı  təfsilata  da  bir  növ  laqeyd  idi.  Saqqız  ağacının  üç

addımlığında dayanıb o yazını oxuyanda isə birdən-birə boğulmağa başladı.

İçərisi  sökülüb  gəlib  boğazına  tıxanmışdı, boğazından  qaynar  qurğuşun

qalxıb  dəhşətli  ağrı ilə başına-beyninə,  gözlərinin  çuxurlarına  dolurdu,  bir  şey

görməyə qoymurdu.  Bu  vəziyyətdə hardansa,  lap  yaxından  ayaq  səsləri  eşitdi.

Atasının  çəkmələri  idi,  saqqız  ağacının  altındakı  tapdanmış  yerdən  o  yanda

xəzəli, çör-çöpü əzə-əzə, ağır-ağır cırıldayırdı. Səmədin canından alov qalxdı. O

an da alov buza döndü... Bu nə deməkdi?! Sağ idi atası?!. Səməd titrəyə-titrəyə,

güc-bəla  ilə gözlərini  açdı.  Ağacların  qaraltıları arasında,  kimsəsizlikdə heç  nə

görmədi. Sonra lap yaxında Sultan əminin boz kitelini gördü.

Zaklyuçeniye - hadisə haqqında rəsmi nəticə - rey.




______________Milli Kitabxana_______________

Kitelin  sağ-solunda  Qonaqlının  qəlyanlı  qocalarından  Çürük  Aşıqla  Xızr

Abının qaraltılarını gördü. Sonra qaranlıq çökdü.

Müharibə illərində,  gecəli-gündüzlü,  aramsız  işlərdə yorulub  taqətdən

düşəndə, hərdən Sultan əmi belə zülmət içində, qardaşının qapısında səslənərdi:

"A kolxoz sədri, yenəmi nöyüdün yoxdu? Neyniyək indi? Gözədürtmə oynuyaq,

yoxsa  bir-birimizin  üzünü  görmək  üçün  bir  işartı  tapaq?"  Sədr  Mədəd  katib

qardaşından  yaşca böyük - ağsaqqal sayılsa da, dərhal əl-ayağa düşərdi,  ya neft

tapıb  lampanı  yandırardı,  ya  da  ocaq  qalayardı  ki,  "doğrudan  da  heç  olmasa

gecələr  bir-birimizin  üzünü  görək".  Neft  tapılana  və ya  ocaq  qalanana  qədər

Sultan əmi  onu -Səmədi  çağırıb  "dizinin  dibində"  oturdardı,  nə qədər  üzgün

düşsə də,  gümrah  danışardı:  "Hə,  de  görək,  qardaşoğlu,  harda  oxuyacaqsan,  nə

olacaqsan?"  Bu  onun  hər  dəfə təkrar  elədiyi  daimi  sual  idi.  Səmədin  cavabı  da

daimi  idi:  "Partiya  məktəbində

1

oxuyacam,  Sultan Əmirli  olacam".  Əmisi



ləzzətlə şaqqanaq  çəkərdi:  "Partiya  məktəbinə ağzı  qatıqlıları  götürmürlər  axı,

qardaşoğlu.  De  görüm  ağzıyın  qatığını  necə siləcəksən?"  Bu  sualın  da  cavabı

çoxdan  hazırdı:  "Əmimin  nəzarəti  altında,  ikiillik  ali-orta  institutun  tarix

fakültəsini  qurtaracam.  Sonra  yenə əmimin  nəzarəti  altında, əmimin  Öz

yanındaca  təlimatçı  olacam.  Azı  üç-dörd  il  işləyib,  bişib-bərkiyəcəm.  Sonra  elə

əmimin  özündəncə xasiyyətnamə alacam,  o  xasiyyətnaməynən  ağzımın  qatığını

silib, girəcəm partiya məktəbinə..." Sultan əmi də, Səməd özü də, atası da yaxşı

bilirdilər ki, müharibə illərinin qaranlıq gecələrində dönə-dönə təkrar olunan bu

söhbət nə qədər zarafatyana idisə, bir o qədər də ciddi idi, elə ciddiliyinə görə də

axırda  Sultan əmi  mütləq  kövrələrdi:  "İki  qardaşın bircə balasısan  sən,

qardaşoğlu.  Varlığımı  sənin  yolunda  qoyacam,  bircə bala!.."  "Dədənnən

məsləhətləşmişik. Vaxtı çatanda bir sirr açacam sənə. Hələlik bircə bunu bil ki, o

Çax-çux Xalıqın-filanın dilində bir kəlmə var: "xəzinə". Bizdədi o xəzinə, bircə

bala, Süleyman peyğəmbərinkidi. Yalan demirəm. Vaxtı çatanda yerini deyəcəm.

Ağzıyın  qatığını  siləndən  sonra  dünyanın ən  varlı  bir  kişisi  olacaqsan,  bircə

balam. Əmma  bir şərtimiz  var:  dilini  dişinnən  tut.  Xəzinəsi  olan  adam  ağzına

qıfıl vurmalıdı ha, bircə balam" - və sairə. O qaranlıq gecələrdə Sultan əmi nələr,

nələr  danışmışdı!  Axırda  da  hökmən  təkrar  edərdi:  "Varlığımı  sənin  yolunda

qoyacam, bircə balam!"

Marksizm-Leninizm əsaslarını, dialektik, tarixi, fəlsəfi materializmi mənimsəyən "xüsusi hazırlıqlı"

partiya kadrları hazırlayan ikillik məktəb.



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə