www.muselmanlar.com
37
d) Sünnətin sağlamlıq və seks nöqteyi-nəzərindən
əhəmiyyəti
Kişi cinsiyyət üzvünü örtən və sünnət vasitəsilə götürülməli
olan dəridən ətrafa yayılan yağ çox pis bir iy verə bilir. Eyni
zamanda o, mikrob yuvası olduğuna görə penisdə xəstəlik baş
verməsinə gətirib çıxardır. Habelə, mikrobların qadın cinsiyyət
üzvünə keçməyinə səbəb olur.
Qulfə
47
deyilən bu dəri əlavə olaraq, cinsiyyət üzvünün uc
hissəsində sürtünmələrə səbəb olur. Bu da insanı masturbasiya
ilə məşğul olmağa aparır. Evlənməmişdən qabaq masturbasiya
ilə məşğul olmaq vərdişi ailə həyatında seksual münasibətlərə
mənfi təsir göstərir. Qeyd edilən sürtünmə cinsi əlaqə zamanı
tez-tələsik boşalmağa da səbəb olur. Bu isə qadının seksual
cəhətdən doymamağının əsas səbəbidir. Beləliklə, qulfə kişidə
tələsik boşalmağa səbəb olduğu kimi, qadının seksual həzz
almağına da mane olur. Çünki birləşən cinsiyyət üzvlərinin
bir-birinə təsir etməyinə maneə təşkil edir. Buna görə də
qulfəyə təbii həssaslığı aradan qaldıran çox qalın bir prezervativ
kimi də tərif vermək olar. Buna bir də bəzi qadınlarda klitorun
üstünü örtən dərininin yaratdığı maneəni əlavə etsək, həmin
mənfi halın hansı səviyyədə olduğunu başa düşə bilərik.
Sünnət olmaq bütün bu problemləri aradan qaldırdığına
görə kişinin sünnətli olduğu cütlər bir-biri üçün seksual
cəhətdən daha münasib olur və doyuma çata bilirlər.
47
Qulfə (ğulfə:
) Ərəb sözüdür. Azərbaycan dilinə Ərəb dilindən keçən qılaf sözü ilə
eyni mənşəlidir. Burada sünnət dərisi, qapaq və örtük mənalarında işlədilib -
tərcüməçinin qeydi.
www.muselmanlar.com
38
B) Qız-qadın sünnəti
Qız sünnəti ilə əlaqədar bir Quran hökmü yoxdur.
Həmçinin bu məsələdə müsəlmanlara öhdəlik yükləyən
mötəbər bir hədis də yoxdur. Bununla belə, peyğəmbərimizə
(əs) aid olunan və bunu müəyyən şərtlər daxilində təsdiq edən
hədislər var. Tarix boyu bəzi müsəlman ölkələrində də belə bir
iş görülüb. Biz bu səbəblərə görə qız sünnəti məsələsinə necə
deyərlər, Qərb dünyasından gələn mədəniyyət terrorunun
təsiri ilə radikal formada yanaşmağı, o cümlədən, onu rədd
etməyi münasib bilmirik. Ancaq məsləhət görülmədən təsdiq
olunmağındakı qadın seksuallığına hörmət tərəfini müsbət
qarşılayırıq.
a) Qız-qadın sünnətinin tarixi keçmişi
Tarixi məlumatlara əsasən çox qədim dövrlərdən etibarən
müxtəlif mədəniyyətlərdə müşahidə olunan və hazırkı dövrdə
də davam etdirilən qız sünnəti ənənəsi həzrəti peyğəmbərin
(əs) dövründə Məkkədə, xüsusilə də Mədinədə həyata
keçirilirdi. Belə ki, Məkkə şəhərində Ümmü Həbibə,
48
Mədinədə isə Ümmü Ətiyyə adlı qadınlar qız sünnətçisi kimi
tanınırdılar.
Peyğəmbərimizin (əs) “Qadın və kişidə sünnət olunan hissələr
bir-birinə toxunduğu vaxt qüsl vermək vacibdir” hədisindəki kişi
48
Beyhəqi Şuabu-l-iman adlı əsərində belə rəvayət edir:
Ümmü Həbibə Mədinəyə hicrət edən Məkkəli mühacir qadınlardan biri idi. Qızları
sünnət etməklə məşğul olurdu. Həzrəti peyğəmbər hicrətdən sonra ona baş çəkdikdə
belə bir sual soruşdu:
- Sən qız sünnəti işinə davam etmək istəyirsən?
Ümmü Həbibə bu suala sualla cavab verdi:
- Ya rəsulallah! Məgər bu iş haram olundu? Sən bunu bizə qadağan edirsən?
Həzrəti peyğəmbər ona: “Xeyr, xeyr! Sünnət işi halaldır”, - dedi.
www.muselmanlar.com
39
və qadın cinsiyyət üzvləri haqqında sünnət olunan üzvlər
mənası verən əl-xitan sözü işlədilib. Bu da göstərir ki,
müsəlmanlıq dövründə də qız sünnəti məlum idi, həyata
keçirilirdi.
49
Bu, ümumi bir məsələ idi, yoxsa bəzi ailələr tərəfindən
tətbiq olunurdu? Bunu dəqiq bilmirik. Bununla belə,
müsəlman kişilərə əmr olunduğu halda qadınlara əmr
olunmaması, habelə, həzrəti peyğəmbərin (əs) və məşhur
əshabələrin uşaqlarının sünnət olunduğuna dair mötəbər
rəvayətlərin olmamağı onun o dövrdə arabir tətbiq
olunduğunu göstərir. Bəzi alimlər hesab edirlər ki, sünnət
əməliyyatını lazım bilən artıqlıq şərqli qadınlarda müşahidə
olunur; deməli, bu, onlarla əlaqədar bir məsələdir.
Qız-qadın sünnətinin məqsədi
Bəzi Ərəb qəbilələri cinsiyyətləri və təcavüzə məruz qalan
seksuallıqları səbəblərindən qız uşaqlarını diri-diri torpağa
basdırıblar. Bunu nəzərə alaraq demək olar ki, qız sünnəti
onların seksuallıqlarını inkişaf etdirmək məqsədilə tətbiq
olunduğu kimi, bunun səviyyəsini azaltmaq məqsədilə də
həyata keçirilib.
50
Peyğəmbərimizə (əs) aid olunan hədislər də
hər iki məqsədin mümkün olduğuna işarə vurur.
b) Qız sünnətinin mahiyyəti
Qız sünnəti qadının seksual həzz mərkəzi olan və qadında
kişi cinsiyyət üzvünün müqabili kimi qəbul edilən klitor
üzərində aparılan kişi sünnətinə oxşar bir əməliyyatdır. Başqa
sözlə, “klitoru halqa kimi əhatə edən, qaplayan, bəzən bir
49
Buxari, Qüsl, 28.
50
İbn Kəsir, Təkvir surəsinin təfsiri, 8-9-cu ayələr.
www.muselmanlar.com
40
qalpaq-kisə
kimi
örtən
dərinin
aradan
qaldırılması
əməliyyatıdır.”
51
Bizim dövrümüzdə olduğu kimi, elmi cəhətdən qeyd edilən
formada izah edilə bilməsə də, belə bir şey var idi və seksual
ləzzət mərkəzi olmağı məlum idi. Qız sünnəti məhz buna görə
klitora tətbiq olunurdu. Məlum idi ki, birbaşa klitora müdaxilə
etmək və ya onu kəsib atmaq cinsi şikəstliyə gətirib çıxardır.
Bu da bilinirdi: Sünnət əməliyyatını onu əhatə edən dəriyə
tətbiq etmək isə qadını seksual cəhətdən doyuma çatmağına
xidmət edir. Bu səbəbdən də lazımi qədər həssas hərəkət
olunurdu.
c) Məsələnin dini cəhətdən əhəmiyyət və hökmü
Qız sünnəti ilə əlaqədar olaraq Muhəmməd peyğəmbərə
(əs) aid edilən hədislərdə bu əməliyyatın seksuallığı inkişaf
etdirən cəhətinə işarə vurulur:
“Kişilər üçün sünnət olmaq peyğəmbərlərin yolundan getmək
deməkdir. Qadınlar üçün də bir dəyərdir.”
52
Peyğəmbərimizə (əs) aid olduğunu inkar edən fikirlərin
əksinə, onun tərəfindən deyildiyini qəbul edə biləcəyimiz bu
51
Klitor
“Klitorun həcmi qadından qadına fərqli olur. Baş və gövdəsinin ümumi uzunluğu orta
hesabla 3 santimetr olmaqla yanaşı, 7 santimetrə qədər çata bilir. Klitorun baş
hissəsinin həcmi də xeyli dərəcədə qeyri-sabitdir və 3-8 millimetr arasında olur.
Təqribən 8000 sinir lifi olan bir quruluşa malikdir.”
Qeyd: Klitor və aşağıda qeyd olunan klitoropeksi (ing. Clitoropexy; bir növ cinsiyyət
dodaqlarının korreksiyası) ilə əlaqədar məlumatlar doktorsitesi.com saytından
götürülmüşdür. Əlavə olaraq baxın: Fritz Kahn, Tənasül həyatımız, İstanbul, 1971-ci il,
s. 29.
52
Əbu Davud, Ədəb, 167; əs-Sünənu-l-kübra, 8/325.
Qız sünnəti ilə əlaqədar hədis rəvayətləri bizim təsbitlərimizə əsasən Kütubi-sittədə
təkcə bu mənbədə qeyd olunub.