www.muselmanlar.com
53
Televizor və mətbuat
İndiki dövrdə insana canlı mühitlər qədər təsir edən, hətta
ondan da çox təsir göstərən 2 mühit var: Bunlardan biri
televizor, digəri isə mətbuatdır.
Əgər evdə televizor varsa və işlədilirsə, verilişləri diqqətlə
seçmək lazımdır. Fizki quruluşları (boy-buxun və sairə)
insanın zehin və ürəyində özünə yer tutan aktyor və
aktrisaların oynadığı, o cümlədən içində erotik məqam və
səhnələr olan verilişlərdən mütləq surətdə uzaq durmaq
lazımdır.
Televiziya veriliş və yayımları kimi oxunan qəzet və
jurnallar da diqqətlə seçilməlidir. Beləliklə, içərisində İslami
dəyərlərlə, habelə iman və əxlaq dəyərləri ilə ziddiyyət təşkil
edən yazı və şəkillər olan nəşrlər evə buraxılmamalıdır.
Televizor və mətbuat məsələsində lazımi etina və həssaslıq
olmadıqca ailənin ümumi mənada İslami, xüsusi mənada isə
cinsi əxlaqını qorumaq çox çətin olur. Çünki böyük sənətkar
kimi təqdim olunan neçə-neçə məşhur fahişələr, homoseksual
və lezbiyanlar, abır-həyası qalmamış qoşa şəxsiyyətli kişi və
qadınlar televizor və mətbuat vasitəsilə evlərimizə, hətta yataq
otağımıza qədər gələ bilirlər!
Ekranın cəzbetmə gücünə, eləcə də, göz oxşayan nəşr və
yayım texnologiyasına, sistematik və mütəmadi təbliğatların
effektiv gücünə də malik olan həmin səviyyəsiz insanlar
bizimlə dolaylı formada danışır, öz haram yaşayışları və
xoşagəlməz macəralarını bizə “nümunəvi” və “qibtə ediləsi”
bir həyat tərzi kimi təqdim edirlər! Təbii ki, bu cür insanları
istər həqiqi mənada, istərsə də ekran vasitəsilə evə buraxmaq
olmaz!
www.muselmanlar.com
54
Yuxarıda qısa formada izah etdiyimiz məsələlərdə ehtiyatlı
olmaq lazımdır. Çünki haram məsələsində olduğu kimi,
harama aparan əməl və münasibətlərdən uzaq durmaq da
Quranın bizə buyurduğu əsas öhdəliklərdəndir. Üstəlik Quran
yaradılış nizam-intizamını qoruyub saxlaya bilən insan
təbiətinin də pis qarşıladığı iş və kənar münasibətləri fəvahiş
kimi
səciyyələndirir.
Bu
kimi
şeyləri:
“Fəvahişə
yaxınlaşmayın”, - deməklə haram hesab edir; qadağan
olduğunu bildirir.
67
Allahın elçisi (əs) də Qurana əsasən “Pis dostdan uzaq ol”, -
buyurub. O, qadınlaşan kişiləri və kişiləşən qadınları lənətləyib.
Onları evlərə buraxmamağı tapşırmış, hətta onları şəhərdən
kənara çıxartmışdır.
68
O, həyat yoldaşı ilə sevişmə və cinsi
əlaqələrini başqalarına danışanları da erkək və dişi şeytanlara
oxşadıb.
69
İslam dininin əxlaq və cinsi həyatla bağlı ümumi
prinsiplərini əsas tutan müsəlman alimlərinin də namuslu
qadınları
əxlaq
baxımından
səviyyəsiz
qadınlarla
görüşdürməyin haram olduğuna dair ictihadları var.
70
İslama müvafiq yaşamaq və seksual cəhətdən xoşbəxtliyini
qoruyub saxlamaq istəyən şəxs qeyd edilən yad seksual
təsirlərdən qorunmaq öhdəliyini diqqətlə yerinə yetirməlidir.
Elə indidən qeyd edək ki, bu, kitabın ayrı bir fəslində təqdiq
edəcəyimiz seksual qısqanma ilə əlaqədardır.
67
Baxın: Ənam, 6/108, 151.
68
Baxın: Kəşfu-l-xəfa, hədis nömrəsi 854; Feyzu-l-qədir, 5/271; ət-Tac, 3/33.
69
Əbu Davud, Nikah, 49.
70
Baxın: İbn Abidin, 6/371; İslamda halallar və haramlar, 2/245.
www.muselmanlar.com
55
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər – 6
Cinsi həyatın məhrəmiyyət və sirlərini qoruyub saxlamaq
Cinsi həyatı doyğunluğa çatdıran amillərdən biri də onun
məhrəmiyyət və sirlərini qoruyub saxlamaqdır.
Məhrəmiyyəti qorumaq
a) Cinsi həyatın məhrəmliyini mühafizə etmək üçün hər
şeydən əvvəl şəri məskənə malik olmaq lazımdır. Başqaları –
bütün digər insanlar da öz növbələrində bu yerin
məhrəmliyinə Allahın Qurandakı əmrinə (Nur, 24/27) əsasən
hörmət göstərməli, toxunulmazlığına xələl gətirməməlidirlər:
“Ey möminlər! Öz evlərinizdən savayı evlərə yiyələrindən
icazə almadan və onlara salam vermədən daxil olmayın. Əgər
fikirləşsəniz, belə bir ədəb-ərkan qaydasına rəayət etməyin
sizin üçün xeyirli olduğunu dərk edərsiniz.”
Şəri məskən nə deməkdir?
Bu, ər tərəfindən arvadı üçün hazırlanmağı vacib olan
mənzil deməkdir. Varlı-hallı ər üçün şəri məskən müstəqil bir
evdir. Ortabab ər üçün isə heç olmasa, təkotaqlı, mətbəx və
ayaqyolu-hamamı ayrı olan bir mənzil deməkdir.
71
Xilqət və təbiətindəki həya hissini mühafizə edib
korlanmayan, xüsusilə də İslam tərbiyəsi alan kişi və qadın
həyalı, yəni, utanma hissinə malik olur. Ata-ana kimi yaxın
qohumlarla olsa da, müstəqil olmayan - “ev içində ev”
qəbilindən yerlərdə birlikdə yaşandığı vaxt lazım olduqda və
71
Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/450.
www.muselmanlar.com
56
istənildiyi kimi hərəkət edə bilməmək, eyni zamanda intim
münasibətlərinin üzə çıxacağından ehtiyat etmək həm kişini,
həm də qadını sarsıda bilər.
Özünü yuyunmaq və örtünmək kimi dini öhdəliklərə xələl
gətirən bu mühitdən qorumaq və şəri məskənə malik olmaq
vacibdir. Buna görə də bütün imkanlardan istifadə etməli, ayrı
bir ev, mənzil və ya müstəqil bir yerdə yaşamaq lazımdır ki,
cinsi həyat – seksual münasibətlər üçün şərait olsun.
Deməli, seksi də əhatə edən xoşbəxtlik mühiti şəri
məskəndə formalaşa bilər. Odur ki, qadını ancaq şəri məskəni
hazırladıqdan sonra qadınlıq borcuna görə cavahdeh hesab
etmək olar.
72
Sirləri saxlamaq
b) Seksual həyatla əlaqədar sirlər də saxlanmalıdır. Başqa
sözlə desək, ər-arvad öz seksual motivli hərəkətlərini ifşa
etməmək məsələsində bir-birlərini arxayın etməlidirlər. Əziz
peyğəmbərimiz (əs): “Cinsi əlaqə vaxtı baş verənlər ər-arvada
verilən bir əmanətdir. Onu açıb danışmaq ən böyük xəyanətdir”
, -
demişdir.
73
Beləliklə, bu xəyanəti edən ər-arvad əvvəl də qeyd
etdiyimiz kimi, peyğəmbərimiz (əs) tərəfindən erkək və dişi
şeytanlara oxşadılıb.
Ər-arvadın hər biri seksual həyatın sirlərini saxlamalıdır.
Bununla yanaşı, kişi bu məsələdə daha ehtiyatlı olmalı, beləcə,
həyat yoldaşını arxayın etməlidir. Çünki seksual məqamların
üzə çıxardılmağından ehtiyat edib qorxmaq qadınların seksual
hərəkətlərini məhdudlaşdırır; doyuma çatmamaq bir tərəfə,
72
Hüquqi-ailə qərarnaməsi, 71-ci maddə.
73
Müslim, Nikah, 2, hədis nömrəsi 1436.