www.muselmanlar.com
29
Qız, yaxud da dul qadın bir qərara gəlmək üçün təbii ki,
onu istəyən kişini görməli, hal-əhvalını nəzərdən keçirməlidir.
Əgər istəsə və bunun üçün münasib şərait olsa, göbəklə
dizlərinin arası istisna olmaqla, bədəninə də baxa bilər.
Bu halda kişidə qadının əleyhinə olan və zifaf gecəsində üzə
çıxan əsas problem cinsi iqtidarsızlıq ola bilər. Belə bir halla
üzləşən qadının kəbini məhkəmə vasitəsilə ləğv etdirməyə
haqqı var.
34
Gəlin, qadın və kişinin bir-birlərini görməli olduqlarına dair
izahlarımızı digər bir vacib məsələyə toxunmaqla tamamlayaq:
Tərəflər bir-birlərinə qarşı yaş və təhsil səviyyələrini
gizlətməməlidirlər.
Zahiri
görünüşlərində
aldadıcı
hərəkətlərdən də uzaq durmalıdırlar. Peyğəmbərimiz (əs)
məhz buna görə: “Bizi aldadanlar bizim yolumuzda deyillər”, -
demiş, beləcə o, misal üçün, saçlarını qara rənglə rənglətdirən
kişilərə bu vəziyyəti evlənmək istədikləri qadınlara bildirməyi
tapşırmışdır.
35
Vəlinin bu məsələdə tutmalı olduğu həssas mövqe
Bəzi İslam alimləri Quranın Bəqərə surəsinin 230 və 232-ci
ayələrinə əsasən ərgən bir qız uşağının, xüsusən də dul
qadının vəlinin (ata, baba, doğma qardaş) razılığını almadan
mehri-misil verən bir nəfərlə ailə qurmağının mümkün, eləcə
də, bu kəbinə qanuni cəhətdən müdaxilə etməyin qeyri-
34
Quran və Sünnəyə zidd bir formada atasının bakirə qızı öz tayına ərə getməyə
məcbur edə biləcəyini irəli sürən və çox kiçik bir azlıq təşkil edən alimlər belə, onu
kişilikdən məhrum olan bir şəxsə ərə getməyə məcbur etməyin qeyri-mümkün
olduğunu bildirirlər. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə qamusu, 2/57.
35
Tirmizi, Büyu, 72; Feyzu-l-qədir, hədis nömrəsi 580.
www.muselmanlar.com
30
mümkün olduğunu bildiriblər. Onların bu əhatəli ictihadı
bizim dövrümüzdə belə, diqqəti cəlb edir.
Bu da var ki, nə dərəcədə hüquqi səlahiyyət olursa olsun,
bir çox qız uşağı öz başına bir qərara gələ bilməz. Buna görə də
belə bir qərarı vəlinin razılığı ilə vermək daha düzgündür.
“Nikah ancaq vəlinin razılığı və 2 şahidin şahidliyi ilə etibarlı olur”
hədisini də bu cür başa düşmək lazımdır.
36
Əlavə olaraq,
Quran da vəlini tərəflərdən biri kimi olmasa da, nəzarətçi kimi
vacib hesab edir.
37
Əgər ərgən qız bu məsələdə öz səlahiyyətini vəliyə həvalə
etsə, vəli qızı istəyənin əqidə, əxlaq, maddi vəziyyət, fiziki
quruluş və yaşına baxmalıdır. Ancaq başda dindarlıq olmaqla,
fiziki quruluş və yaşı ilk planda qiymətləndirməlidir. Çünki
ailə həyatından ötrü intim münasibətlərin gözlənilən nəticəni
verməyi üçün fiziki quruluş və yaşın münasib olmağı lazımdır.
Bu məsələ xüsusilə qadın üçün əhəmiyyət kəsb edir. Çünki
onun üçün yeganə kişi əridir.
Fiziki xüsusiyyətlər və yaşın əhəmiyyətini nəzərə alan
peyğəmbər (əs) belə demişdir:
“Qadınları istəmədikləri kişilərə verməyin.”
“Öz tayınız olanlarla evlənin. Bir-birinin tayı olanları
evləndirin.”
38
36
Kəşfu-l-xəfa, hədis nömrəsi 3092; Əbu Davud, Nikah, 20.
İslamdan əvvəl - Cahiliyyə dövründə öz başına verdiyi qərara əsasən ərə gedən
qadınları zinakar kimi qiymətləndirirdilər. Allahın rəsulu vəlini kəbin işlərinin bir növ
nəzarətçisi edən Qurana əsasən bu faktı da nəzərə almış, beləcə, vəlinin razılığını
məsləhət bilmişdir.
37
Bəqərə, 2/230, 232, 234.
38
Müntəxəbu kənzi-l-ummal, 6/394-395.
www.muselmanlar.com
31
Müsəlmanlara xəlifəlik etdiyi dövrdə həzrəti Ömərin (ra)
yanına ərə verildiyi qoca ərini öldürən cavan bir qadını
gətirdilər. O, baş vermiş əhvalata görə belə dedi:
“Ay camaat! Allahdan qorxun! Kişi qadınlardan özünə tay olanı
alsın. Qadın da kişilərdən öz tayına ərə getsin.”
39
Yuxarıda izah etməyə çalışdığımız fiziki xüsusiyyətlər və
yaşın münasibliyi məsələsi nikahda nəzərə alınmalı olan bir
məsələdir. Bununla belə, bakirə qız və ya dul qadın təzyiq və
təsir altında qalmadan – öz istəyi ilə dindar və eybəcər, yaxud
da dindar və yaşlı bir kişini sevib ona üstünlük versə, onun bu
seçiminə qarışmamaq lazımdır.
Burada Allahın elçisinin (əs) necə yaşadığını bilən insanlar
üçün yada salınmalı olan vacib bir məqam var. Bu, onun
təqribən 54 yaşında olduğu bir vaxtda 18 yaşında olan həzrəti
Aişə (ra) ilə evlənməyidir. Görəsən, həmin nikahdakı yaş fərqi
mənfi bir nümunə kimi qəbul oluna bilərmi?
Əziz peyğəmbərimiz (əs) bir əsrin, bir millət və ya müəyyən
bir ölkənin peyğəmbəri deyil. O, Qiyamət gününədək gələcək
bütün
dövrlərin,
habelə
bütün
millət
və
ölkələrin
peyğəmbəridir. O, təkcə normal şərait üçün deyil, müstəsna
şərtlər və mənfi mühitlər üçün də peyğəmbərdir. Elə bu
səbəbdən də peyğəmbərimiz (əs) öz cavanlığında vaxtilə 2 əri
olan və dul qalan uşaqlı bir qadınla – həzrəti Xədicə ilə evlənib
28 il (Xədicənin ölümünə qədər) onunla ömür-gün sürmüşdür.
Peyğəmbərimiz (əs) bununla təkarvadlı həyat üçün bir
39
Eyni əsər, 6/396.
Xoşbəxt bir ailə həyatı üçün tay-bərabərlik məsələsini fiziki quruluş və yaşın
münasibliyi baxımından qiymətləndirmək lazımdır. Eynilə bunun kimi, ictimai
fəaliyyət və mədəni cəhətdən də qiymətləndirmək lazımdır.
www.muselmanlar.com
32
nümunə olub. Öz ömrünün müdriklik dövründə (54 yaşında)
isə 18 yaşında olan həzrəti Aişə (ra) ilə ailə qurmuş və bununla
cavan bir qadınla evlənməyə nümunə olmuşdur. Bəşəriyyətin
bu kimi nümunələrə ehtiyacı var.
Allahın elçisinin (ra) 54 yaşında cavan bir qızla ailə həyatına
başlamağı belə bir kəbinin mümkünlüyünə sübut təşkil edir.
Bununla belə, bunu hökm qoyan bir qayda kimi mütaliə
etmək, yəni, bu məsələyə bu cür yanaşmaq olduqca xətalıdır.
Çünki Allahın elçisinin (əs) maddi və mənəvi cəhətlərdən
imtiyazları olub:
a) O, kişi gözəli olub. Qapqara saçları, iri gözlü, mirvari dişli və
boy-buxunlu olub. Bədəni sümüklü və münasib olub. Sözün kəsəsi,
kişi gözəli olub.
b) Əshabələrin fikrincə, fərqli və güclü olub.
c) Bünövrəsi qoyulan Mədinə İslam dövlətinin başçısı olub.
d) Bütün bunların xaricində, o cümlədən fövqündə bəşəriyyətin
ehtiyac hiss etdiyi müstəsna misalları da verən Allahın axırıncı
elçisidir. Əbədi həyatın da pik-şəxsiyyətidir. Belə olduğu üçün də özü
istəməmiş, başqaları tərəfindən istənmişdir.
Deməli (Allah ona sadiq olanları çoxaltsın), Onun
xüsusiyyətlərinə malik olan, üstəlik də istənib sevilən cavan
bir oğlan və ya kişinin cavan bir qadın-qızla evlənməyində hər
hansı bir problem yoxdur.
Ərgən olmayan bir qız uşağını ərə vermək olar?
Qurani-Kərimə əsasən belə bir qız uşağını ərə vermək
olmaz.