www.muselmanlar.com
1
İSLAMA ƏSASƏN SEKSUAL HƏYAT
Müəllif:
Əli Rza Dəmircan
(ilahiyyatçı alim)
Azərbaycan dilinə çevirib uyğunlaşdıran Fəqani Bəylərov
(fəlsəfə doktoru:
fəlsəfə və ilahiyyat elmləri)
VI FƏSİL
(I-VII hissələr)
SEKSUAL CƏHƏTDƏN
XOŞBƏXTLİK ÜÇÜN YERİNƏ
YETİRİLMƏLİ OLAN
ÖHDƏLİKLƏR
www.muselmanlar.com
2
Seksdənkənar əsas öhdəliklərimiz
Məlumdur ki, ailə həyatında seksual münasibətlər də olur;
ki, bu, vacib bir amildir. Bununla belə, evlilik-ailə həyatı təkcə
seksdən ibarət deyil. Deməli, evlilik həyatında digər qarşılıqlı
öhdəliklər də yerinə yetirilməlidir. Çünki insanın seksual
münasibətlər
baxımından
xoşbəxtliyi
həmin
qarşılıqlı
öhdəliklərə əsasən formalaşır və inkişaf edir. Bu öhdəlikləri
aşağıdakı kimi xülasə etmək olar:
Kişinin əsas öhdəlikləri
Rəbbimizin Nisa surəsinin 19-cu
ayəsindəki: “Onlarla İslam dininin və müştərək ağlın
qaydalarını əsas tutaraq yaşayın” - əmrinə əsasən belədir:
a) Qadınlara qarşı yaxşı rəftar etmək: qadınların mənfi
cəhətlərinə qarşı səbirli olmaq, onlarla sevgi-məhəbbət və
hörmətlə danışmaq, ailə işlərinin idarəsi məsələsində onların
da fikrini nəzərə almaq və başda seksuallıqları olmaqla onlarla
maraqlanmaq.
b) Kişilər olaraq öz yeyib içdiklərimizi nəzərə alıb onların
dolanışıq xərclərini ödəmək, eləcə də, müstəqil bir mənzildə
yaşamaqlarını təmin etmək.
c) Fiziki gücümüzdən sui-istifadə etməmək: Yəni, onlara
qarşı zor tətbiq etməmək. Qadınları və gördükləri işləri pis
adlandırmamaq.
Qadının əsas öhdəlikləri
Rəbbimizin Nisa surəsinin 34 və
Bəqərə surəsinin 233-cü ayələrindəki buyuruqlarına əsasən
aşağıdakı kimidir:
a) Nikah müqaviləsi və cəmiyyətdəki adət-ənənələrin vacib
bildiyi qadınlıq borcunu yerinə yetirmək, övlad dünyaya
gətirmək, ona baxmaq və evdəki işləri görmək.
www.muselmanlar.com
3
b) Nikah müqaviləsinə əsasən ərə - onun məhdud əmr və
tapşırıqlarına hörmət etmək, onu xoşbəxt etməyə çalışmaq.
c) Zina və lezbiyanlıq kimi münasibətlərdən uzaq durmaq
və ərin mal-mülkünü, yəni, qazancını qorumaq.
Qeyd edək ki, bir tərəfin öhdəlikləri o biri tərəfin haqq-
hüququ deməkdir. Buna görə də haqq-hüquq məsələsini
burada əlavə olaraq şərh etməyə ehtiyac görmürük.
Allahın elçisi Muhəmməd peyğəmbərin (əs) kişi və qadının
öhdəlikləri ilə əlaqədar hədisləri barədə məlumat almaq üçün
baxın: Buxari, Heyz, 6; Müslim, İman, 132; Mişkatu-l-məsabih,
hədis nömrəsi 3272.
Cinsi həyat qane edici (doyurucu) olmalıdır
Allahın
elçisinin
(əs)
müsəlmanları
evlənməyə
istiqamətləndirən hədislərindən də açıq-aydın başa düşülür ki,
evlənməyin – ailə həyatının əsas məqsədlərindən və onu canlı
saxlayan amillərdən biri, həm də başlıcası cinsi həyatdır.
1
Elə
isə cinsi həyat mümkün olduqca qane edici və doyurucu
olmalıdır. Qadında seksual həzz və ləzzətin ən çox hiss
edildiyi erogen bölgə olan və əsas funksiyası orqazmı təmin
etmək olan klitorun yaradılması da bunu vurğulayır.
İnsan heyvanlarda olduğu kimi, romantizmdən məhrum bir
cinsi akt və boşalmaqla (eyakulyasiya) doyuma çata bilməz.
Bu, açıq-aydın bir məsələdir.
Buna görə də bir həyat dini olan İslam insanları evlənib ailə
qurmağa həvəsləndirdikdə bildirir ki, ailə daxilindəki cinsi
həyatın qane edici olmağına xüsusi fikir vermək lazımdır.
1
Biz burada öz mövzumuza müvafiq olaraq cinsi həyat məsələsini təhlil edəcəyik.
www.muselmanlar.com
4
İslam elə bir dindir ki, insanları buna həvəsləndirməklə
kifayətlənmir;
eyni
zamanda
ər-arvadın
qarşısında
evlənməzdən qabaq və sonra yerinə yetirilməli olan xüsusi
öhdəliklər də qoyur. Biz həmin öhdəlikləri burada ayrı-ayrı
izah edəcəyik.
Ər üçün ancaq arvadı, arvad üçün də təkcə əri var
Mömin bir qadının ərindən başqa seksuallığından istifadə
edə biləcəyi 2-ci bir kişi yoxdur. Qadın birinci ərindən ölüm və
ya boşanma nəticəsində dul qalmadıqca sekslə əlaqədar olaraq
2-ci bir kişini tanımağı mümkün deyil. Daha doğrusu, İslama
əsasən bundan heç söhbət də gedə bilməz. Bu, nəzəri cəhətdən
belə olduğu kimi, Quran və Sünnə hökmlərini mənimsəyən
cəmiyyətin təcrübəsində də belədir.
Mömin qadın üçün olduğu kimi, imanlı bir kişi üçün də
arvadından savayı seksuallığından istifadə edə biləcəyi bir
qadın yoxdur. Hərçənd ki, mömin kişi üçün nəzəri olaraq 1-
dən artıq və 4-ə qədər çoxarvadlılıq imkanı var. Amma bu
imkanın praktiki olaraq mövcudluğu bu faktorlardan asılıdır:
Azad edilib azadlığının əvəzi mehir kimi qəbul olunan və
kəbini bu cür kəsilən müharibə əsiri qadınların (cariyə, kəniz)
olmağı, çoxarvadlılıq üçün maddi imkan, 2-ci və ya 3-cü arvad
olmağa razılıq verən azad qadınların mövcudluğu.
Bu səbəblərə əsasən məhdud çoxarvadlılıq müstəsna bir
haldır. Deməli, bizim işlətdiyimiz: “İmanlı bir kişi üçün də
arvadından savayı seksuallığından istifadə edə biləcəyi bir qadın
yoxdur”, - cümləsini ümumi vəziyyətə şamil edilən bir qayda
kimi qəbul etmək olar.