www.muselmanlar.com
17
Bəli, evlənmək istəyən tərəflərin bir-birlərini görməyi
xoşbəxt bir ailə həyatına səbəb olur. Odur ki, baxmaq və arada
münasiblik olub olmadığını əvvəlcədən müəyyən etmək
lazımdır.
Kişi almaq istədiyi qadının hansı yerlərinə baxa bilər?
Həddi-büluğ dövrünə çatmış bir qız və ya dul qadın
məhrəmi olmayan kişilərə qarşı üz, əl və ayaqlarının xaricində
qalan yerlərini örtməlidir. Bunu əsas tutan İslam alimləri belə
hesab edirlər ki, kişi alacağı qadının üz, əl və ayaqlarına baxa
bilər. Bu möhtərəm alimlərimiz üz və əlləri görməyin bütün
bədən barədə məlumat almaq üçün kifayət edəcəyini belə
ifadə edirlər:
Üzü görmək qadının gözəllik və eybəcərliyi haqqında, əlləri
görmək də bədəninin yumşaqlıq və sərtliyi barədə kifayət
qədər məlumat verə bilər.
Bu izah əsas etibarilə düzgündür. Həqiqətən də, üzü
görməklə gözəllik və çirkinliyi müəyyən etmək mümkün olur.
Bunun kimi, üz və əllərin dərisindən də bədən haqqında bir
nəticəyə gəlmək olur.
Lakin burada qadının əleyhinə bir səhv də baş verə bilər.
Çünki işləyən, isti və soyuqda əllərini işlədən qadının əlləri
onun bədəninin əsl xüsusiyyətlərini əks etdirə bilməz; hətta
bəzi hallarda cinsiyyətini belə! Necə ki Allahın elçisi (əs) kişi
əlinə oxşayan bir qadın əli gördüyü vaxt tapşırıb ki, əlinə xına
qoy, qadın əli olduğu bilinsin.
19
19
ət-Tac, 3/175.
Qadın əlinin kişi əlinə oxşamağını yolverilməz hesab edən peyğəmbərimizin (əs) bu
hədisindən çıxan nəticəni bu cür xülasə edə bilərik: İslami qaydalara tamamilə sadiq
www.muselmanlar.com
18
Allah həqiqətləri dilə gətirmək məsələsində utanmağı
buyurmayıb. Ona görə də biz burada başqa bir məsələyə
toxunmaq istəyir və bunu faydalı hesab edirik.
İnsanın cinsiyyət üzvləri, eləcə də, erogen bölgələri
müəyyən bir quruluşa malikdir. Bununla belə, genişlik, boy
(uzunluq), dərinlik və xarici görünüş baxımından fərqli
olurlar.
Bu sahənin mütəxəssislərinin fikrincə, insanın üzündə olan
bədən üzvləri, həmçinin əl və ayaqların quruluşundan
cinsiyyət
üzvləri
və
erotik
bölgələrin
qeyd
edilən
xüsusiyyətləri barədə demək olar ki, düzgünə yaxın bir nəticə
çıxartmaq olar. Onlar bu məsələdə həmfikirdirlər.
Qeyd etmək lazımdır ki, görülən (baxılan) üzvlərdən
məhrəm yerlərə keçid metodunun əsrlərlə tarixi var. Qadın
cinsiyyət
üzvünün
elastikliyi
ucbatından
seksual
münasibətlərə mənfi təsir edən uyuşmazlıq məsələsi nadir
hallarda üzə çıxan bir məsələdir. Ona görə də qadının üz və
əllərini görmək ümumi mənada kifayətdir.
Biz buna inanırıq. Amma “İlahi vəhy nizam-intizamı”na
inanmayan insanlar evlənmək istəyənlərin bir-birlərini çox
yüksək səviyyədə tanımalı olduqlarını bildirirlər. Onlar bu
fikrin üzərində təkidlə dururlar. Çünki onların narahat
olduqları bəzi məqamlar var. Əslində bu məsələdə öz məntiq
və mühakimələri baxımından haqlıdırlar. Ancaq İslam nizam-
intizamında bu cür şeylərə yer yoxdur.
olmasalar da, müsəlman kişi və qadınlar saç düzümü və geyim-kecimlərinə fikir
verməlidirlər. Elə etməlidirlər ki, ilk baxışda cinsiyyətlərini ayırd etmək mümkün
olsun. Əks təqdirdə, haram növündən bir oxşarlıq ola bilər.
www.muselmanlar.com
19
Məhdudiyyətli görməkdən irəli gələn narahatlıqlar
Gəlin, əvvəlcə bu narahatlıqların nə olduğunu müəyyən
edək. Sonra da İslam nizam-intizamı çərçivəsində bu
narahatlıqları aradan qaldıran tədbirlərin necə görüldüyünü
izah edək.
a) Təkcə üz və əlləri görülən qadının bədəninin
görünməyən yerlərində böyük bir yanıq izi, alaca xəstəliyi və
yaxud insanı diksindirən hansısa bir xəstəliyi ola bilər.
b) Qadının cinsiyyət üzvündə cinsi əlaqəyə maneə təşkil
edən bir qüsur ola bilər. Onun qoşa (cüt) cinsiyyət üzvlü
olmağı da mümkündür.
c) Qadın cinsi cəhətdən soyuq (frigit) ola bilər.
d) Tündxasiyyət insanlar üçün təkcə üz və əlləri görmək bir
qərara gəlməkdə kifayət etməyə bilər.
Bu qəbildən olan narahatlıqların yaranmağını da təbii
qarşılamaq lazımdır.
Narahatlıqlar nə cür aradan qaldırılır?
Görəsən, İslama əsasən bu kimi narahatlıqları necə aradan
qaldırmaq olar?
aa) Evləniləsi qadının bədəninin hansısa bir yerində qeyd
edilən növdən bir əlamət, qüsur və ya xəstəlik ola bilər. Amma
qadın, yaxud da valideynləri bunu deməlidirlər. Əgər
deməsələr, bundan əziyyət çəkən qadın olar. Çünki həmin
çatışmazlığı öyrənib bilən kişi zifafdan əvvəl də, sonra da
qadını həm boşaya bilər, həm də məhkəmə yolu ilə nikah
əqdini ləğv etdirə bilər. Əgər kişi (ər) qadınla cinsi əlaqədə
www.muselmanlar.com
20
olmazdan qabaq məhkəməyə müraciət etsə, qadına verdiyi
mehiri və ya onun yarısını qadının valideynindən ala da bilər.
Cinsi həyata mənfi təsir edib xoşbəxt olmağa mane olan bu
kimi çatışmazlıqlar üzə çıxdığı vaxt qadını ailəsinin yanına
qaytarmaq mümkündür. Bu məsələ həzrəti peyğəmbər (əs)
tərəfindən həyata keçirildiyi üçün hüquqilik qazanıb.
Əshabələrdən biri olan Kəb ibn Zeyd (ra) bununla əlaqədar
olaraq belə bir əhvalat nəql etmişdir:
Allahın rəsulu Qifar (Ğifar) oğulları ailəsindən bir qadınla
evləndi. Qadınla zifafa daxil olduğu vaxt paltarını çıxardıb yatağa
girdikdə gördü ki, qadının böyründə alaca xəstəliyi var. Görən kimi
yataqdan çəkildi və qadına: “Geyin!”, - dedi (və onu ailəsinin
yanına qaytardı). Allahın rəsulu həmin qadına verdiyi mehirin bir
hissəsini belə, almadı. Ancaq qadının valideyninə: “Məsələni
məndən gizlətdiniz”, - deyə, giley-güzar etdi.
20
Allahın səlatu-salamı ona olsun, onun bu feli sünnəsindən
öyrənirik ki, dində seksual cəhətdən xoşbəxt olmağa maneçilik
törədən mühüm bir qüsuru qəbul etmək məcburiyyəti yoxdur.
Allahın elçisi (əs) İslama əsaslanan iman və həyat tərzlərinə
görə əziyyət çəkən və ya himayəyə möhtac olan, bununla belə,
heç bir qadınlıq xüsusiyyəti qalmamış bir neçə dul qadınla
evlənmək kimi mənalı bir iş görüb. Elə isə həmin qadını öz
istəyi ilə meydana gəlməyən bir eyibinin ucbatından ailəsinin
yanına göndərməyi (Allah bilər) Qiyamət gününə qədər
gələcək
bəşəriyyətə
zahiri
görünüş
və
seksuallığın
əhəmiyyətini izah edir.
20
ət-Tac, 2/327; Məcməu-z-zəvaid, 4/300.