www.muselmanlar.com
21
Nəticə kimi demək olar ki, evlənməzdən qabaq kişi
tərəfindən görülüb bilinməyən mühüm çatışmazlıqlar kişi
üçün müntəzəm bir cinsi əziyyətə, hətta maddi zərərə belə,
səbəb kimi göstərilə bilməz.
21
bb) Qadının cinsiyyət üzvündə cinsi həyata başlamaq və
yaxud onu davam etdirməyə mane olan bir qüsur və ya
xəstəlik ola bilər. Təbii ki, bu hal kişi üçün də qüvvədədir.
Bu halda kişi qadını boşamaq yolunu seçə bilər. Həmçinin
ona verdiyi mehiri tamamilə, yaxud da qismən qaytarıb ala
bilər. Bunları həyata keçirmək üçün məhkəməyə də müraciət
edə bilər.
Qadın üçün də nikaha xitam vermək yolu açıqdır
Burada qeyd etmək lazımdır ki, meydana gəlmə ehtimalı
olan bu kimi problemlərin qarşısını əvvəlcədən almaq İslami
meyarlar daxilində də mümkündür. Belə ki, İslamdakı ictimai
nizam-intizama əsasən səlahiyyət verilən qadınlar nəzərdən
keçirdikləri qız və qadınların (əgər varsa) nikaha xitam vermə
səbəbi olan cinsi qüsur və xəstəliklərini müəyyən edib bu
barədə məlumat verə bilərlər.
cc) Qadının cinsi cəhətdən soyuq (frigit) olduğunu
düşünmək də mümkündür. Elə isə seksual həyata mənfi təsir
edən bu hal və ya ondan irəli gələn əzab-əziyyət necə aradan
qaldırıla bilər?
Burada əvvəlcə aşağıdakı məsələni izah etmək lazımdır:
21
Bu barədə geniş məlumat üçün “Evliliyə xitam verən seksual qüsur, xəstəlik və
digər səbəblər” fəslinə baxın.
www.muselmanlar.com
22
Heç bir qadının acmayacağını, yaxud da ayaqyoluna
getməyəcəyini güman etmək olmaz. Eynilə bunun kimi, aybaşı
(heyz) olan bir qadının cinsi cəhətdən soyuq olduğunu güman
etmək də olmaz.
Qadın seksual cəhətdən kişi kimidir. Sadəcə olaraq intim
münasibətlərdə passiv, əlavə olaraq, utancaq olduğuna görə
qadının seksual baxımdan həssaslaşmaq üçün müəyyən bir
müddətə ehtiyacı ola bilər. Bu da öz növbəsində təbii bir
haldır.
Əgər kişi sünnətlidirsə, bədən və dişlərinin təmiz olmağına
fikir verirsə, eləcə də, sevişmədən cinsi əlaqəyə başlamır və
arvadını orqazma çatdırmaq məqsədi güdürsə, bunun
müqabilində qadın da qadın olduğunu bilərək ərinə qarşı
qadın paltarı geyinib makiaj çəkməklə qadın kimi hərəkət
edirsə, onun cinsi cəhətdən soyuq olmağı qeyri-mümkün
kimidir.
Əslində bu məsələdə təqsir qadında deyil; izah edilən bu
öhdəliklərin İslami bir zərurət olduğunu dərk edə bilməyən
insanlardadır.
Qadın toxunduğumuz bütün bu hazırlayıcı şərtlərə
baxmayaraq yenə soyuqdursa, deməli, kişi üçün boşama yolu
açıqdır. Əgər kşinin vicdanı belə bir qadını boşamağa yol
vermirsə, bu halda məhdud (sayda) çoxarvadlılığa üz tuta
bilər. Çünki bu, İslama əsasən müraciət edilə bilən hüquqi bir
məsələdir.
Əgər bəzi cəmiyyətlərdə: “Birdən artıq və dördə qəqər
qadınla evlənmək qadağandır”, - deyilsə, buna cavabımız belə
olacaq:
www.muselmanlar.com
23
Biz İslam dinini və onun cəmiyyətində mümkün olanları
danışır, onlardan bəhs edirik.
dd) Qiyamət gününədək gələcək milyardlarla möminin
arasında həyat yoldaşı seçmək məsələsində olduqca diqqətli
kişilər də olacaq. Bunu da təbii qarşılamaq lazımdır.
Belələrinin təkcə üz və əllərini gördükləri qadınlarla evlənmək
qərarına gəlməkləri həqiqətən də, çətindir. Çətindir, ancaq
cahanşümul bir dinin qayda-qanunu azlıq təşkil edən bu kimi
insanlar üçün qoyula bilməzdi. Necə ki qoyulmadı da.
Bununla belə, onların məqbul olan müşkül işlərini aradan
qaldıran “yumşaltmalar” aparıldı.
Məsələni həll edən yumşaldıcı-asanlaşdırıcı prinsiplər
a) Bunlardan biri bir qadının vasitəsilə evlənmək istənən qadının
bədən quruluşu haqqında məlumat almaqdır. Məlumat almaq
məqsədilə belə bir şeyə təşəbbüs etmək İslamda məqbul hesab olunur.
Çünki Allahın rəsulu (əs) görmək üçün göndərdiyi Ümmü Süleymə:
“O qadının bədənini iylə və ayaqlarına nəzər sal”, - deyə, tapşırıq
vermiş, bununla da araya vasitəçi qoymağın mümkünlüyünə
nümunə göstərmişdir.
22
Allahın səlatu-salamı onun üzərinə olsun, o, buna icazə
verən digər bir hədisində belə buyurmuşdur:
22
Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502.
www.muselmanlar.com
24
“Sizin aranızdan bir nəfər bir qadınla evlənmək istədiyi vaxt
onun üzünün gözəlliyi barədə soruşduğu kimi, saçını da soruşsun.
Çünki saçlar iki gözəllikdən biridir.”
23
b) Digər bir yumşaldıcı prinsip isə Allahın elçisinin (əs) bu
hədisindən irəli gəlir:
“Aranızdan bir nəfər bir qadınla evlənmək istədiyi vaxt onunla
evlənməyinə səbəb ola biləcək xüsusiyyətlərinə baxa bilirsə, baxsın.”
24
Bu hədisi əsas götürüb həyat yoldaşı namizədi olan qadının
hər tərəfinə baxmağın mümkünlüyünə dair ictihadı olan
müctehidlər və əshabələrin onların bu fikrini qüvvətləndirən
işləri var. Misal üçün, bu hədisi rəvayət edən Cabir ibn
Abdulla (ra) belə demişdir:
“Mən evlənmək istədiyim qızı gizlincə izlədim. Onunla
evlənməyimə səbəb olacaq xüsusiyyətlərini gördükdən sonra
evləndim.”
25
Lakin
bu
imkandan
qadağan
edilən
ev-eşik
toxunulmazlığını pozmadan, o cümlədən rentgençilik
26
kimi
bəd bir işə qurşanmadan istifadə etmək çox da mümkün deyil.
23
Müsnəd, eyni yerdə; əl-Camiu-s-səğir, 1/24; Feyzu-l-qədir, hədis nömrəsi 579.
24
Əbu Davud, Nikah, 19 (Avnu-l-məbud, 6/96).
25
Bu və digər misallar üçün baxın: Avnu-l-məbud, 6/97; İbn Macə, hədis nömrəsi 1864;
Qurtubi, 14/222.
26
Müəllif bu məfhumu aşağıdakı kimi izah edir:
Başqalarının naməhrəm yerləri, o cümlədən cinsiyyət üzvləri və cinsi əlaqələrinə tamaşa edib
seksual doyuma çatmaq cəhdi.
Bu barədə kitabın 12-ci fəslində ətraflı məlumat verilir -
tərcüməçinin qeydi.