www.muselmanlar.com
57
onların seksual cəhətdən daha da soyuqlaşmağına səbəb olur.
Yaradılışlarındakı həya hissini itirməmiş qadınlarda mövcud
olan bu həssaslığı nəzərə alan peyğəmbərimiz (əs) belə
demişdir:
“Qiyamət günü Allah dərgahında ən pis insanlardan biri də öz
arvadı ilə, arvadı da onunla sevişib cinsi əlaqədə olduqdan sonra
arvadının sirrini (seksə dair hərəkət və xüsusiyyətlərini) açıb
danışan kişidir.”
74
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə yetirilməli olan
öhdəliklər – 7
Bədən və dişləri təmiz saxlamaq
“Allah təmizlik məsələsinə fikir verənləri sevər.” (Tövbə,
9/108)
Ərlə arvadın arasında baş verən əlaqələrin onları cinsi
rahatlıq və doyuma çatdırmağı üçün ürəkdən və şəhəvi istəklə
olmağı lazımdır.
Cinsi əlaqələrin üstündən keçən müddət həmin istəyi
yaratsa da, kifayət deyil. Ər-arvad seksual cazibə yaratmalı və
bunu inkişaf etdirməlidirlər. Bunun əsasını isə bədən və diş
təmizliyi təşkil edir. Çünki təmizlik olmadan seksual cazibəyə
malik olmaq mümkün deyil.
74
Müslim, hədis nömrəsi 1437.
www.muselmanlar.com
58
İslam dini təmizliyə böyük əhəmiyyət verir və bizim üçün
bu mənada ideal bir şərait hazırlayır. Təmizliyin bizim
dinimizdəki əhəmiyyətini Allahın rəsulunun aşağıdakı hədisi
ilə də ifadə edə bilərik:
“İmkan daxilində - gücünüz çatdığı qədər təmiz olmağa çalışın.
Allah İslam dinini təmizliyin üzərində qurub. Cənnətə ancaq pak
olanlar daxil olacaqlar.”
75
İslam dininin məsləhət gördüyü təmizlik ev, iş yeri, yol və
qida məhsullarını təmiz saxlamağı əhatə edir. Eynilə bunun
kimi, pal-paltar və bədənin təmizliyini də nəzərdə tutur.
Biz bu fəsildə sekslə birbaşa əlaqədar olduğuna görə bədəni
təmiz saxlamaq məsələsinə xüsusi nəzər yetirəcəyik.
Ümumi mənada bədən təmizliyi və onun sekslə əlaqəsi
Şübhəsiz ki, bədənin qabaq və arxa hissələrindəki üzvlər,
habelə, pis iy yayan bədənlər şəhvani istəklə birləşə bilməzlər;
birləşsələr belə, sonradan diksinmə hiss edərlər.
Bəzi İslam hüququ mütəxəssisləri belə hesab edirlər ki,
qadının cinsiyyət üzvündən həmişə xoşagəlməz iy gəlməsi ailə
həyatına xitam vermək üçün hüquqi bir səbəb kimi qəbul
oluna bilər. Bu da öz növbəsində cinsiyyət üzvünün sağlamlıq
və təmizliyinin əhəmiyyət kəsb etdiyini sübuta yetirir.
76
75
əl-Camiu-s-səğir, 1/33.
76
Kitabın “Evliliyi axıra çatdıran seksual qüsurlar, xəstəlik və digərləri” fəslinə baxın.
www.muselmanlar.com
59
Buna görə də öz seksual həyatlarında doyum və ahəngi
təmin etmək məqsədi güdən ər-arvad bədənlərinin qeyd
olunan yerlərini tərtəmiz saxlamalıdırlar.
Qeyd edək ki, təmizlik üçün seksual məqsədlə xüsusi bir
səy göstərməyə ehtiyac yoxdur. Təkcə İslam dininin bir vəzifə
halına gətirdiyi və məsləhət gördüyü təmizlik öhdəliklərini
yerinə yeetirmək kifayətdir.
Burada həmin öhdəlikləri aşağıdakı kimi xülasə etmək olar:
a) Kiçik və böyük təbii ehtiyacı ödədikdən sonra təmizlik
üçün mütləq sudan istifadə etmək
Həzrəti peyğəmbər (əs) su ilə təharət edir (təmizlənir) və
başqalarına da belə etməyi məsləhət görürdü. Həzrəti Aişə
anamızın qadınlara bu cür məsləhət verməyinin səbəbi də
budur:
- Utandığıma görə xəbərdarlıq edə bilmədiyim ərlərinizə də deyin
ki, su ilə təmizlənsinlər.
Deməli, bizim dinimizdə su ilə təmizlənməyin həzrəti
peyğəmbər (əs) tərəfindən də qeyd edildiyi kimi, xüsusi bir
yeri var. Aşağıdakı hədis də bunu sübuta yetirir:
Həzrəti Ənəs (ra) nəql edir:
Mədinəli möminlər olan Ənsarı öymək üçün Tövbə
surəsinin 108-ci ayəsi nazil edildiyi vaxt həzrəti peyğəmbər
(əs) onların özlərinin bunu necə qarşıladıqlarını soruşdu:
- Ey Ənsar camaatı! Allah: “Orada tərtəmiz olmağı sevən
möminlər var. Allah təmizlik məsələsinə fikir verənləri
sevər”, - deməklə, sizi təmizkarlığınıza görə öydü. Siz necə
təmizlənirsiniz ki?
www.muselmanlar.com
60
Onlar bu suala belə cavab verdilər:
- Ya rəsulallah! Biz su ilə təmizlənirik. Cənabətə (cünub olmaq)
görə yuyunur, namaz qılmaq üçün də dəstəmaz alırıq.
Allahın elçisi bu nun üstündən belə dedi:
- Təmizlik işi belə görülməlidir. Bu minvalla təmizlənməyə davam
edin.
77
Bədən su ilə təmizlənmədikcə qabaqlayıcı tədbir görülsə
belə, şübhəsiz ki, bakteriya yuvası və müəyyən qədər də pis iy
mənbəyi olur. Buna görə də bədənlər su ilə təmizlənmədikcə
mükəmməl bir cinsi əlaqə üçün hazır ola bilməz. Bu, aydın bir
məsələdir.
b) Əgər cinsi əlaqə səbəbindən daha tez-tez yuyunmaq
mümkün deyilsə, peyğəmbərimiz həzrəti Muhəmmədin (əs)
buyuruğuna əsasən həftədə mütləq bir dəfə başdan ayağa
yuyunmaq
c) Peyğəmbərimiz (əs) tərəfindən qadağan olunduğuna
görə (40 günü keçən təxirəsalma haram olur) bu müddəti
keçməmək şərti ilə vaxtaşırı olaraq dırnaq tutmaq, qoltuq və
qasıqlardakı tükləri təmizləmək
78
77
İbn Macə, Təharət, 28, hədis nömrəsi 354; Mişkatu-l-məsabih, hədis nömrəsi 369.
Oxşar bir hədislə tanış olmaq üçün baxın: Tirmizi, Təfsiru-l-Quran, hədis nömrəsi 3099.
78
İbn Macə, Təharət, 8, hədis nömrəsi 295.
Biz peyğəmbərimizin (əs) buyuruqlarına zidd olduğu üçün, eləcə də, müsəlman
olmayan qadınlara oxşamaq demək olduğuna görə xüsusilə qadınlarımızda müşahidə
olunan dırnaq uzatmaq qadağasından qorunmağa çalışmalıyıq.
www.muselmanlar.com
61
d) Allahın elçisi: “Saçı olan şəxs (yuyub təmizləmək və
daramaqla) ona qulluq etsin (baxsın)”, - dediyi üçün saçları
təmiz və baxımlı saxlamaq
79
Yeri gəlmişkən, diş təmizliyi məsələsi mühüm olduğuna
görə onu xüsusi bir fəsildə tədqiq edəcəyik. Bununla yanaşı,
qeyd edək ki, bədəni təmiz saxlamaq seks baxımından böyük
əhəmiyyət kəsb edir. Allahın elçisi (əs) elə buna görə hərbi
səfərlərdən qayıtdıqda hələ Mədinəyə gəlib çatmadan
əshabələrinə belə bir tapşırıq verirdi:
Evlərinizə getmək məsələsində sanki gecə basqını imiş kimi
tələsməyin. Belə edin (onlara bir vaxt verin) ki, saçları pırtlaşıq qadın
daransın, əri səfərdə oduğuna görə təmizliyini yerinə yetirməyən
qadın da (qoltuq və) qasığını təmizləsin.
80
Dişləri təmiz saxlamaq və onun sekslə əlaqəsi
İslam dinində dişləri təmiz saxlamağa xüsui əhəmiyyət
verilir. Peyğəmbərin (əs) bu məsələ ilə bağlı hədisləri
həqiqətən də, çoxdur. Belə ki, o, dişləri təmizləməyin insanı
Allahın razılığına çatdırdığını bildirib. Yeməkdən sonra
dişlərini təmizləyənləri gözəl bəndələr kimi səciyyələndirmiş, öz
hüzuruna saralmış dişləri ilə gələn əshabələrini də məzəmmət
etmişdir.
İlk
müsəlmanları
bu
işə
həmişə
belə
həvəsləndirmişdir:
“Əgər mənim ümmətimə (mənə iman gətirənlərə) ağır
gələcəyindən çəkinməsəydim, məsləhət görməklə kifayətlənməz, hər
79
Əbu Davud, Tərəccül, babun fi islahi-ş-şəri.
80
Buxari, Nikah, 121 (6/161); Mişkatu-l-məsabih, hədis nömrəsi 3088.
www.muselmanlar.com
62
namaz üçün (dəstəmaz aldıqda) mütləq (misvakdan istifadə
edib) dişlərini təmizləməyi əmr edərdim.”
81
Dişləri təmizləməyin seks baxımından əhəmiyyəti
Dişləri təmizləmək bədənin ümumi sağlamlığı baxımından
böyük əhəmiyyətə malikdir. Eynilə bunun kimi, seksual
doyum nöqteyi-nəzərindən də vacib bir məsələdir.
82
Sevişməyə necə deyərlər, start verən və bundan irəli gələn
həzzi artıran ən mühüm bədən üzvü ağız – dil və dodaqlardır.
Dişlərin təmizlik və sağlamlığına fikir verilmədiyinə görə pis
qoxu
verən
bir
ağız,
yaxud
da
misvaklanmadığı-
fırçalanmadığı üçün dişlərinin arasında xörək qırıntıları qalan
bir ağız sevişməyə mənfi təsir göstərir. Məlumdur ki, bu hal
cinsi əlaqənin romantikliyini aradan qaldırır, üstəlik də
nifrətamiz hislər yaradır. Ona görə də şübhə etmirik ki, diş
81
Buxari, Cümə, 8; Məcməu-z-zəvaid, 1/220.
82
Şübhə yoxdur ki, əsas olan dişlərin təmizliyidir.
Peyğəmbərin (əs) dövründə insanlar dişlərini misvakla təmizləyirdilər. Bu səbəbdən
bu məsələ ilə əlaqədar hədislərdən həmişə misvak sözü işlədilir.
“Misvak bir növ fırçadır. Ağac kökündən düzəldilir. Diş ətinə tətbiq olunan masaj
sahəsində ideal bir vasitədir. Bu xüsusiyyətlərinə görə fırçadan fəqlənir: Fırçanın
telləri ya tükdən, ya da neylondan olur. Qopub udulduğu vaxt qismən olsa da,
təhlükəli olur (appendisitə səbəb ola bilər). Misvakdakı tellər isə bitki mənşəli –
nəbatidir. Onu udmaqda fırçada olduğu qədər təhlükə yoxdur. Əlavə olaraq, onun
lifləri də çoxdur və həmişə ucundan azaldıqca təzəsini çıxartmaq olur. Hətta onda az
olsa da, antiseptik xassəyə malik olan özək mayesi var. Bu da öz növbəsində ağızdakı
mikrobların xəstəlik törətməyinə mane ola bilər. Ən yaxşı misvak Ərəbistanın Hicaz
bölgəsində bitən Ərak adlı ağacın kökündən olur. Əgər həmin ağacdan düzəldilmiş
misvak olmasa, tut və zeytun ağacından istifadə olunur.”
Doktor Bəşir Akınalın qələmindən nəql etdiyimiz xüsusiyyətlərinə görə, eyni zamanda
iqtisadi bir sərmayə və satışı tələb etmədiyinə görə biz də ona (misvak) üstünlük
veririk. Üstəlik onu daşımaq da asandır. Bahalı da deyil. Avropada 18-ci əsrdə diş
fırçasından istifadə etməyə başlanılıb. Buna baxmayaraq müsəlman dünyasında 1400
ildən artıqdır ki, işlədilir. Görünür ki, bunun səbəbi dini bir məsləhət/öhdəlik olmaqla
yanaşı, onu daşımaq və işlətməyin asanlığıdır.
www.muselmanlar.com
63
sağlamlıq və təmizliyinə laqeyd yanaşan ər-arvad bir-birinə
müvafiq olmayan bir cütlük formalaşdırırlar.
83
Allahın elçisi (əs) dişlərin sağlamlıq və təmizliyinə ona görə
böyük əhəmiyyət verib ki, bu məsələnin ictimai münasibətlər
və seks arasındakı əlaqəsini yaxşı bilib.
Allahın səlatu-salamı onun üzərinə olsun, onun dəstəmazla
yanaşı, harada və nə vaxt misvak işlətdiyinə dair elementar bir
tədqiqat bizi qeyd etdiyimiz həqiqətə aparıb çıxarır.
Yadınıza salaq ki, Allahın elçisi (əs) hər bir xanımın yanına
daxil olduğu vaxt onunla cinsi əlaqədə olmadan da
maraqlanırdı. Aşağıdakı hədis də bunu göstərir:
“Allahın elçisi gecə oyandığı vaxt misvakla ağız və dişlərini
ovxalayıb təmizləyirdi.”
84
Onun hörmətli xanımı, əziz anamız həzrəti Aişə soruşulan
bir suala belə cavab vermişdir:
- Allahın elçisi evinə gəldiyi vaxt hər şeydən əvvəl
misvakdan istifadə edirdi.
85
83
İslam hüquqü mütəxəssislərinin bir qismini təşkil edən Hənbəli məzhəbi alimlərinin
fikrinə əsasən ağızdan gələn pis iy evliliyə xitam vermək iddiası ilə çıxış etməyə haqq
qazandıran səbəblərdən biridir. Baxın: Hüquqi-islamiyyə və istilahati-fiqhiyyə
qamusu, 2/358.
Qeyd: Zina etdiyinə görə depressiya keçirən xanım bir oxuyucum mənə belə bir
məktub yazmışdı:
“Mənim xəbərdarlıqlarıma baxmayaraq dişlərinin təmizliyinə fikir verməyən ərimdən
nifrət etdiyim üçün bizim tərəflərdəki təmiz və geyim-kecimli bir kişi ilə hələ də
davam etdirdiyim bir zina münasibətinə başladım...”
84
Buxari, Təhəccüd, 9; Nəsai, Təharət, 1.
www.muselmanlar.com
64
Yenə həzrəti Aişə (ra) nəql edir:
Allahın elçisi dişlərini misvaklayır, sonra da onu
yudurtmaq üçün mənə verirdi. Mən də misvaklanır, sonra da
yuyub ona verirdim.
86
Bu hədislərdəki sekslə əlaqədar məqamları dərk edə
bilməyənlərə peyğəmbərin (əs) elçi-görücü sifətilə göndərdiyi
Ümmü Süleymə belə bir söz dediyini xatırlatmaq yaxşı olardı:
“Ey Ümmü Süleym! O qadının bədənini iylə. Ayaqlarına nəzər
sal.”
87
İndi isə mirvari kimi ağappaq dişləri olan və ağız iylərini
qətiyyən xoşlamayan peyğəmbərimizdən (əs) bu mövzu ilə
əlaqədar bir təhlil də nəql etmək istəyirik.
Belə ki, həzrəti peyğəmbərin (əs) xanımlarından biri olan
həzrəti Həfsa peyğəmbər ona baş çəkdiyi vaxt (özünə
göndərilən) baldan şərbət hazırlayıb və ona içirdib. Bu hal
həzrəti Aişənin qısqanclığına səbəb olub. Onun qısqanclığı və
lətifəvari təşkilatçılığı ilə digər xanımları olan həzrəti Səvdə və
həzrəti Safiyyə də deyiblər ki, bal şərbəti içdiyin üçün ağzın iy
verir. Allahın elçisi isə bu əhvalatın üstündən bal
yeməyəcəyinə dair and içib.
88
Quranın Təhrim surəsinin ilk ayəsinin nazil olma
səbəblərindən biri kimi izah edilən bu hadisədə bizim əsl
mövzumuz baxımından mühüm bir məqam var: O da budur
ki, Allahın elçisi (əs) xanımlarının o sözündən sonra həssas
85
Müslim, Təharət, 43; İbn Macə, Təharət, hədis nömrəsi 290.
86
Mişkatu-l-məsabih, hədis nömrəsi 384.
87
Müsnəd, hədis nömrəsi 13170; Beyhəqi, əs-Sünənu-l-kübra, hədis nömrəsi 12502.
88
Haqq dini, Quran dili, 7/5085; Əlavə olaraq baxın: əl-Lu-lu-u və-l-mərcan, hədis
nömrəsi 940.
www.muselmanlar.com
65
hərəkət edərək o cür bir bal yeməməyə and içib. Təbii ki, sonra
bu andından daşınmış, kəffarəsini də vermişdir.
Bu cür həssas bir ruha malik olan həzrəti Muhəmmədin (əs)
misvaklanmaqla əlaqədar tapşırıq və əməllərindəki seksual
xarakterli məqamları görə bilməməyi, eləcə də, özünü
görməməzliyə vurmağı hər halda üzrlü hesab etmək olmaz.
Siqaret
Qeyd edək ki, “Bədən və dişləri təmiz saxlamaq” fəslini
başa vurmazdan əvvəl bədən və dişlərin təmizliyinə mənfi
təsir göstərən siqaretə də toxunmaq lazımdır.
Siqaret təbii mühiti korlayan və sağlamlıq baxımından
zərərli bir aludəçilik və israf olduğuna görə insanın ruhi
cəhətdən inkişafına da mane olur. Siqaret belə bir maddədir.
Siqaret çəkmək indiki dövrün müsəlman alimlərinin
əksəriyyətinin bizim də bölüşdüyümüz fikirlərinə əsasən
ictihadi bir haramdır.
Siqaretdən uzaq durmağı lazım bilən digər bir təhlükə də
seksual münasibətlərə pis təsir etməyidir. Çünki aydın
məsələdir ki, pis iyi bütün bədən və ağıza yayılan və dişləri
saraldan siqaret siqaret çəkməyən həyat yoldaşının sağlamlıq
və seksual xoşbəxtliyinə mənfi təsir göstərir. Buna görə də
zülm xüsusiyyəti olan siqareti tərk etmək dini-islami bir
öhdəlikdir.
Dostları ilə paylaş: |