www.muselmanlar.com
33
Məlum olduğu kimi, buradakı əsas mövzumuz cinsi
həyatdır. Elə isə seksual münaibətlər baxımından maraqlı olan
bu məsələ də izah edilməlidir.
Qeyd edək ki, Qurani-Kərimdə evlənib cinsi əlaqədə olunan
qadınlar haqqında ərgən qadınlar mənasında “ən-Nisa” sözü
işlədilir. Ərdə olan qadın mənasında da “ən-Nisa” sözünün tək
forması olan “imraətun” kəlməsindən istifadə olunur. Nikaha
daxil edilə bilən azad və ya əsir, müsəlman və ya qeyri-
müsəlman qadınlarla əlaqədar olaraq sırf iradəli ərgənlər
barəsində düşünülə bilən “Allaha şərik qoşmamaq və
namuslu olmaq” şərti irəli sürülür. Ərə veriləsi qadınlar
haqda isə ərsiz qadın mənası da verən “əyama” sözü işlənir.
Əlavə olaraq, məhz Quran evlənmək üçün ərgənlik dövrü olan
ən-Nikaha işarə vurur. Bütün bu və buna oxşar sübutlar
göstərir ki, ərgən olmayan qız uşaqlarını ərə vermək olmaz.
Quran ərgənliklə yanaşı, nikah əqdinin şərtlərini yerinə yetirməyə
qabil olmaq mənasında rüşdü də vacib hesab edir.
40
Xatırlatma: Bu əsərin “Evləniləsi qadın və kişini görmək”
fəslində qeyd olunan meyarlara təkcə indiki dövrün kişi-qadın
münasibətlərində heç bir qayda-qanun və sərhəd tanımayan dünyəvi
həyat prizmasından baxmamaq lazımdır. Bu prinsip və meyarlara
təbii meyllər və onları əks etdirən müxtəlif mədəniyyətlər baxımından
yanaşmaq lazımdır.
40
Bəqərə, 2/221; Nisa, 4/4-5, 24-25; Maidə, 5/5; Nur, 24/32; Təhrim, 66/10-11.
www.muselmanlar.com
34
Seksual cəhətdən xoşbəxtlik üçün yerinə
yetirilməli olan öhdəliklər - 3
Sünnət olmaq
“Əvvəlki peyğəmbərlərin yolu ilə get” (Ənam, 6/90)
Ər-arvadın
arasında
seksual
münasibətləri
doyma
nöqtəsinə çatdıran əsas vasitələrdən biri də sünnət olmaqdır.
Sünnətin seks nöqteyi-nəzərindən vacibliyini izah etmək üçün
onu kişi və qız sünnəti olmaqla, 2 yerə ayırıb təhlil etməyi
münasib hesab edirik.
A) Kişi sünnəti (xitan)
a) Sünnətin dini cəhətdən əhəmiyyəti
Əziz peyğəmbərimizə (əs) Quranın aralarında həzrəti
İbrahimin də olduğu “Əvvəlki peyğəmbərlərin yolu ilə get”
formasındakı buyuruğu verilmişdi.
41
Ona həzrəti İbrahimin
çox yaşlı bir vaxtda sünnət olduğuna dair məlumat da
verilmişdi.
42
O, bu məsələ ilə əlaqədar bir şərh də verib. Biz
belə hesab edirik ki, həmin şərh o ilahi buyuruq və
məlumatlara əsasən verilib:
“5 şey fitrətdəndir;
yəni, xilqəti korlamaq kimi bir xüsusiyyəti
olmadığına görə bütün peyğəmbərlərin şəriətlərində mövcud
və yerinə yetirilməsi mümkün olan, eləcə də, məsləhət görülən
işlərdəndir.
41
Ənam, 6/90. Həzrəti İbrahimin yolu ilə getməklə əlaqədar Quran əmrləri üçün baxın:
Ali-İmran, 3/95; Nəhl, 16/123.
42
Buxari, Ənbiya, 11.
www.muselmanlar.com
35
Həmin şeylər sünnət olmaq, qasıqları qırxıb təmizləmək, bığı
qısaltmaq, dırnaqları tutmaq və qoltuğun altındakı tükləri
yolmaqdır.”
43
O (Allahın ona səlatu-salamı olsun), bütün peyğəmbərlərin
şəriətlərində olduğunu bildirdiyi sünnəti müsəlmanlığı qəbul
edən kişilər üçün bir növ öhdəlik halına gətirib belə əmr
etmişdir:
“Kafirlik vaxtı bədənində çıxan tükləri aradan qaldır, sonra da
sünnət ol.”
44
b) Sünnət olmağın dini cəhətdən hökmü
Kişi tənasül üzvünün (penis) baş hissəsini örtən dərinin kəsilməsi
demək olan sünnətlə (xitan) əlaqədar peyğəmbər hədislərini
səhhət (həqiqi və mötəbər olub olmamaq cəhətindən) və məna
baxımından tədqiq edən bəzi İslam alimləri belə fikirdədirlər
ki, sünnət lazımlıdır; digər bir qismi isə bunun yerinə
yetirilməsi məsləhət görülən bir iş olduğunu düşünür. Misal
üçün, Şafei məzhəbinin alimlərinin fikrincə xitan (sünnət)
43
Müslim, Kitabu-t-təharət, “babu xisali-l-fitrəti”, hədis nömrəsi 49; İbn Macə, hədis
nömrəsi 292.
44
Əl-Camiu-s-səğir, “Əlqi” bəndi; Feyzu-l-qədir, 2/161; Müsnəd, 3/415; Əbu Davud,
Təharət,
129.
Deməli, sünnət olmaq yer üzündəki bütün mədəniyyətlərdə var. Bu da öz növbəsində
onun peyğəmbərlərin təbliğlərində mövcud olduğuna dəlalət edir. Çünki Quranın
izahına əsasən bütün cəmiyyətlərə peyğəmbər, yəni, insanları bir növ həqiqətlərdən
agah edən şəxs göndərilib. Baxın: Türkiyə diyanət vəqfinin nəşr etdiyi İslam
ensiklopediyası, 38-ci cild, s. 155.
www.muselmanlar.com
36
vacib, Maliki və Hənəfilərin fikrincə isə dini hökm və öhdəlik
baxımından sünnə - müstəhəb bir əməldir.
45
c) Sünnət olmağın vaxtı
Bəzi İslam alimləri gözünü dünyaya açan bir uşağı 7-ci
gündə sünnət etdirməyi peyğəmbər sünnəsinin ruhuna
müvafiq hesab ediblər. Onlar bu fikirlərində peyğəmbərimizin
(əs) öz nəvələri Həsən və Hüseyni 7 günlük olduqları vaxt
sünnət etdirdiyinə dair rəvayətə əsaslanırlar.
46
Lakin sünnətin uşaq həddi-büluğa çatana qədər təxirə
salınmağında dini cəhətdən bir eyib yoxdur. Amma onu
həddi-büluğ dövrünə çatdığı vaxt sünnət etdirmək vacibdir;
yəni, yerinə yetirilməli olan bir işdir. Həddi-büluğ dövrünü
keçən təxirəsalma ata-ananı günahkar edir. Bununla belə,
sünnət toyu vurdurmaq öhdəliyi yoxdur.
45
Əl-Camiu-s-səğir, 1/62; Avnu-l-məbud, 14/185.
a. Məsələyə düzgün olmayan münasibət: Dırnaq tutmaq, bədəni təmizləmək, saqqal
və bığı səliqəyə salmaq və dini cəhətdən müvafiq olan cinsi əlaqə nəticəsində
bəkarətin aradan qaldırılması kimi xilqətə edilən müdaxilələrin müstəsna
nümunələrindən birini təşkil edən və onlar kimi, dini cavabdehlik baxımından sünnə
(müstəhəb) qəbul edə biləcəyimiz xitan əməliyyatına bəzi şəxslər tərəfindən başqa cür
baxılır. Belə ki, onlar bunu Quranın Nisa surəsinin 119-cu ayəsinə əsasən xilqəti
dəyişdirmək xarakteri daşıyan şeytanı bir iş hesab edirlər. Biz isə ümumiyyətlə ömrü
boyu minlərlə dəfə üz qırxmağı təbii qarşılayan şəxslərin bu münasibətini qeyri-
düzgün bir yanaşma kimi qiymətləndiririk.
b. Qocaların vəziyyəti: Bizim mənbələrimizdə qeyd olunur ki, peyğəmbərimiz (əs)
yaşlı vaxtında müsəlmanlığı qəbul edən və müxtəlif xalqların nümayəndəsi olan
insanları sünnət (xitan) məsələsinə görə cavabdeh hesab etməyib. Həmçinin deyilir ki,
bu səbəbə görə sünnət olunmaqları səhhətlə əlaqədar problemlər yaradan yaşlı kişilər
xitana görə cavabdeh deyillər. Baxın: Türkiyə diyanət vəqfinin nəşr etdiyi İslam
ensiklopediyası, 38-ci cild, s. 158.
46
Beyhəqi, əs-Sünənu-l-kübra, 8/324.