www.muselmanlar.com
25
Bu səbəbdən dörd böyük fiqh məzhəbinin müctehid alimləri
yuxarıda izah olunduğu kimi bir fikirdədirlər. Düzgün olan da
budur. Hərçənd öz-özünə baş verən və problem yaratmayan
bəzi imkanlardan istifadənin mümkünlüyü də bir faktdır.
Qadının kişini görməyi
Kişi almaq istədiyi qadını görə bildiyi kimi, qadın da ərə
gedəcəyi kişini görə bilər. Eyni zamanda qadının görmə
sərhədləri daha genişdir. Məlumdur ki, kişinin övrəti yad
qadınlara qarşı örtməli olduğu yerlər – göbəklə dizlərinin
arasıdır. Buna görə də qadın onu istəyən kişinin övrət yerləri
istisna olmaqla, bədəninə baxa bilər. Qadın bu haqqından
istifadə etməlidir. Ona görə istifadə etməlidir ki, öz istəyi ilə
bir qərara gələ bilsin. Çünki istər qız, istərsə də dul olsun,
qadını sadəcə olaraq özünün məqbul hesab etdiyi bir kişiyə ərə
vermək olar. Valideynlər ərgən qız uşağını da, dul qızlarını da
istəmədiyi bir kəbinə məcbur edə bilməzlər.
İndi isə gəlin, izah etdiyimiz bu məsələni həzrəti
Muhəmmədin (əs) şifahi və praktikaya əsaslanan sünnəsi ilə
sübuta yetirək.
Qadını özü razılıq vermədən ərə vermək olmaz
Muhəmməd peyğəmbər (Allah onun şanını ucaltsın və ona
sadiq olanları artırsın) belə buyurmuşdur:
“Dul qadını özünün razılığı olmadan ərə vermək olmaz (Çünki
dul qadın özü haqqında valideynindən daha çox səlahiyyətə
malikdir).
www.muselmanlar.com
26
Bakirə qız da özündən razılıq almamış ərə verilə bilməz.”
27
Əshabələr: “Ey Allahın elçisi! Bakirə qızın razılığı necə
olur?”, - deyə, soruşdular.
Peyğəmbərin (əs) cavabı belə oldu:
- (Utandığı üçün açıq-aydın bir fikir bildirməsə) onun
susmağı razılıq vermək mənası daşıyır.
28
Beləliklə, İslama əsasən istər qız, istərsə də dul qadın olsun,
heç bir qadını istəmədiyi bir evliliyə məcbur etmək olmaz.
Peyğəmbərimiz (əs) bu məsələdə şifahi xəbərdarlıqla
kifayətlənmir, təcrübəyə əsaslanan misallar da verirdi. Belə ki,
o, qohum-əqrəba və yaxın dostlarının ailələrindən olan qadınlardan
birini ərə verdiyi vaxt onun yanına gedir və belə deyirdi:
- Qızım! Filan adam səninlə evlənmək istəyir. Əgər onu
istəmirsənsə, “yox” de. Çünki heç kəs “yox” deməyə çəkinməz. Əgər
istəyirsənsə, susmağın (bir söz deməməyin) da (o adamı ər kimi)
istədiyini göstərir.
Həzrəti Muhəmməd (əs) öz qızı həzrəti Fatimənin razılığını
da bu yolla alıb həzrəti Əliyə ərə vermişdi.
29
Burada bir məsələ də var. Belə ki, ərgən qız uşağı və ya dul
qadını istəmədiyi adama ərə verilə bilməmək onların öz
istəklərinin təsdiq olunmağını da lazım bilmir. Çünki valideyn
kürəkən namizədinin iman və əxlaqi xüsusiyyətlərinə fikir
verməli, fiziki seçimi isə tamamilə ərə gedəsi qadına həvalə
etməlidir.
27
Bir yerdən hoppanmaq, tullanmaq və aybaşı səbəblərindən bakirəliyini itirən qadın
bakirə hökmündədir. Baxın: Cövhərətu-n-neyyirə, 2/9.
28
Sünəni Nəsai, 6/85.
29
Ləvamiu-l-uqul, 5/442; Məcməu-z-zəvaid, 4/278; İbn Səd, ət-Təbaqatu-l-kübra, 8/20.
www.muselmanlar.com
27
Qadının istədiyi namizəd qəbul olunmalıdır
İman və əxlaq baxımından eyni səviyyədə olan
namizədlərin arasında kasıb olsa belə, qadının üstünlük verib
seçdiyi tərəf qəbul olunmalıdır. Aşağıdakı hədis də bunu
bildirir:
Cabir ibn Abdulla (ra) nəql edir:
Bir nəfər Allahın rəsulunun yanına gəlib soruşdu:
- Ya rəsulallah! Bizim yetim bir qızımız var. Onu biri varlı-
hallı, digəri kasıb olmaqla 2 nəfər almaq istəyir. Biz imkanlı
olana vermək istəyirik. Özü isə kasıba üstünlük verir. Bu
məsələyə siz necə baxırsınız?
Peyğəmbər bu suala belə cavab verdi:
“Bir-birini sevənlər üçün evlənməkdən daha münasib (bir şey)
olmayıb.”
30
İslam alimlərinin böyük əksəriyyəti belə hesab edir ki,
istəmədiyi halda ərə verilən dul qadın kimi, həddi-büluğa
çatmış bakirə qız da kəbini poza bilər.
31
Çünki bu, Allahın
rəsulunun (əs) əməli ilə aydınlıq və qətiyyət kəsb edən bir
məsələdir.
Təzyiq göstərməklə kəsilən kəbin etibarsızdır
Mühüm olduğu üçün burada olmuş əhvalatları əhatə edən
2 hədisi qeyd etmək istəyirik:
:
30
Müntəxəbu kənzi-l-ummal, 6/391-392; İbn Macə, hədis nömrəsi 1847.
31
Tirmizi, Nikah, 17, hədis nömrəsi 1107.
www.muselmanlar.com
28
Xizam adlı bir şəxs öz dul qızı Xənsa əl-Ənsariyyəni ərə
vermişdi. Qızı bu evliliyi istəmirdi və Allahın elçisinin yanına
gəlib bunu ona bildirdi. Peyğəmbər də qızın atasının kəsdirdiyi
kəbini ləğv etdi.
32
Həzrəti Aişənin (ra) nəql etdiyinə görə cavan bir qız onun
yanına yanına gəlib belə dedi:
- Atam məni qardaşı oğlu ilə evləndirdi ki, mənim
vasitəmlə öz dəyərsiz şəxsiyyətini ucaltsın.
Ayşə qıza: “Allahın elçisi gələnə qədər otur (gəldiyi vaxt
şikayətini birbaşa ona deyərsən)”, - dedi. Peyğəmbər gəldi və
qız vəziyyəti ona bildirdi.
Həzrəti peyğəmbər dərhal xəbər yollayıb qızın atasını öz yanına
çağırtdırdı və bu məsələdə qıza səlahiyyət verdi.
Bunun üstündən qız belə dedi:
- Ey Allahın elçisi, əslində mən atamın gördüyü işə icazə
vermişdim. Lakin bu məsələdə qadınların bir hüququ olub-olmadığını
öyrənmək istəyirdim (Ona görə sizə müraciət etdim ki, bu
məsələdə qəti bir göstəriş verəsiniz. Beləcə, atalar bu səhvi
davam etdirməsinlər).”
33
32
Buxari, Nikah, 42.
33
Sünəni Nəsai, Nikah, 6/86.