İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 0,71 Mb.
səhifə17/34
tarix12.10.2018
ölçüsü0,71 Mb.
#73443
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

Әsassız şayiәlәr


Biz bu bəhsimizdə cinayətkar Abbasi xəlifələrinin meydana gətirdikləri və ümumi camaat arasında şöhrət taparaq məşhurlaşan xüsusi və əsassız bir şayiə haqda söhbət açmaq istəyirik. Bir sıra mənbələrdə qeydə alınaraq yazılan və camaata bildirilən məsələlərdən biri Əmirəl-mömininin (ə) övladı imam Həsən Müctəbanın (ə) həddən çox qadınla evlənməsi və onun

səh:233


çoxlu sayda talaq verməsi məsələsidir. Bu şayiələr o həzrətin vəfatından bir əsr sonra yayıldığı üçün, imam Həsənin dostları və ona məhəbbət göstərən kəslər həmin məsələyə heç bir tədqiqat və araşdırma aparmadan iman gətirmişlər. Halbuki, bu cür məsələlərin həyata keçirilməsi İslamın nəzərində nifrət və ikrah yaradandır, eyni zamanda, bu cür işləri görmək piyada halda həcc ziyarətinə gedən, iyirmi dəfədən artıq bütün malını iki hissəyə ayıraraq yarısını özünə götürüb digər qismini fəqirlər arasında paylayan və pak və tahir olaraq imamət məqamına layiq imam Həsən (ə) kimi insanlara mənsub deyil, əksinə əyyaş və qəflətə düçar olan şəxslərə şamil və yaraşandır.

Bildiyimiz kimi, xilafət Əməvilərin əlindən Abbasilərin əlinə keçdiyi zamanlarda imam Həsənin (ə) övladları və nəvələri onlarla iş birliyinə girmişlər, amma imam Hüseynin (ə) övladlarından heç biri - onların başında həmin vaxtlarda imam Sadiq (ə) dururdu - həmin sülalələrlə saziş və razılığa gəlməmişdir. Abbasilər əvvəlcə imam Həsənin (ə) nəslindən olanlar müqabilində təslim və onlara tabe olslar da, işin sonunda xəyanətə əl ataraq onların bir qismini qətl, bir qismini də həbs etməklə aradan apara bilmişlər.

Abbasilər öz siyasətlərini həyata keçirmək və irəlilətmək üçün imam Həsənin (ə) övladları əleyhinə təbliğatlar aparmağa başladılar. Bu cəhətdən, onlar peyğəmbərin (s) əmisi olan Əbu Talibin müsəlman deyil, kafir olduğunu və bu şəkildə də dünyadan getdiyini, amma Abbasın isə müsəlman olduğunu və müsəlman olaraq da vəfat etdiyini deyirdilər. Belə olduğu halda, onlar “biz peyğəmbərin (s) müsəlman olan əmisinin övladları olduğumuz üçün, kafir olan əmisinin övladlarından xilafətə daha layiqik “- deyirdiər. Onlar həmin zamanlarda həddən artıq çox pullar xərcləyərək yalançı hədislər uydurmağa başladılar və təəssüflər olsun ki, indinin özündə belə, əhli-sünnənin bəzi alimləri həmin hadisələrin və təbliğatların təsiri altında qalaraq Əbu Talibin kafir olması barədə fətva verməkdədir. Son zamanlarda bu məsələ ətrafında əhli-sünnə alimləri tərəfindən tədqiqat və araşdırmalar həyata keçirilməkdədir və biz

səh:234


ümidvarıq ki, həmin məsələ tarixin dəlillərinə əsasən aydınlaşacaqdır.

Onların bu sahədə apardıqları ikinci əks-təbliğat Bənil-Həsənin (imam Həsənin (ə) övladları) onlara çatan xilafəti əyyaşlıq, arvad alıb arvad boşamaqla məşğul olduqları səbəbindən idarə edə bilmədiklərini və onların ciddi rəqibi olan Müaviyyədən külli miqdarda pul alaraq öz əyyaşlıqlarına davam etməsini və xilafəti Müaviyyəyə təhvil verdiklərini demələri idi.

Xoşbəxtlikdən, son zamanlarda bizim əsrimizdəki tədqiqatçılar bu yalanın kökünü meydana çıxarmışlar. İlk dəfə olaraq bu sözləri xəlifə Mənsurun göstərişi ilə söyləyən şəxs qazı İntisabi Mənsur Dəvanəqi olmuş və həmin şayələri yaymaqla vəzifələndirilmişdir. Məşhur tarixçilərdən birinin dediyi kimi, əgər imam Həsən (ə) evlənib-boşanmaq işləri ilə məşğul idisə, onda, o həzrətin övladları hanı? Axı, nə üçün imamın övladlarının sayı bu qədər azlıq təşkil etməkdədir? Eyni zamanda, həmin dövrlərdə də abort və uşağın siqt edilməsi məsələsi də yox idi ki, dəlil gətirilsin.

Mən şiə məzhəbli hədis söyləyən şəxslərin bir tərəfdən peyğəmbərdən (s) həddən artıq çox talaq verən şəxsləri Allahın sevmədiyini və özünə düşmən tutduğunu, həmçinin, ona lənət göndərdiyini söyləmələrinə və digər tərəfdən də imam Həsənin (ə) çoxlu qadınla evlənib sonra onları boşadığını deyərək sadəlövhlük etmələrinə çox təəccüblənirəm. Bu şəxslər üç yoldan birini seçməli olduqlarını heç düşünməmişlər:

Ya deməlidirlər ki, çoxlu talaq verməyin heç bir eybi yoxdur və Allah da belə kəsləri düşmən hesab etmir, ya da imam Həsənin (ə) həddən artıq talaq vermədiyini söyləməlidirlər, yaxud da nəuzu billah imam Həsənin (ə) İslam qanunlarına riayət etmədiyini bildirməlidirlər. Bu cür şəxslər həm talaqın bəyənilməz və Allahın qəzəbinə səbəb olduğunu nəql edir, həm imam Həsənə (ə) ehtiram və hörmətlə yanaşır, həm də heç bir irad tutmadan onun çoxlu qadını boşadığını deyirlər.

Bəzən də iş o yerə gəlib çıxmışdı ki, onlar Əmirəl-

səh:235

mömininin (ə) oğlu imam Həsənin (ə) bu əməllərindən narahat olaraq minbərdə camaata ona boşayacağı üçün qız verməməsini nəql edirdilər. Guya, camaat isə imama onlar qızlarının peyğəmbər (s) nəvəsi ilə evlənməsindən iftixar duyduğunu və imam Həsənin (ə) onları istəsə, saxlayacağı və istəməsə də, boşayacağına razı olduğunu deyirdi.



Bəlkə də, bəzi qızlar və onların ailələrinin talaq verilməsi ilə razılaşmaları boşanmanın mənfiliyinin və ikrah doğuracaq məsələlərin aradan qalxmasında onu (boşanmanı) kifayət hesab etmələri olmuşdur. Onlar elə düşünürdülər ki, talaq tərəflər razı olmadığı müddətdə ikrah hissi yaradan və pisdir, amma hansısa bir qadının onun iftixarına səbəb olacağı bir kişi ilə evlənib onunla müəyyən müddət yaşaması və sonradan boşanmasında heç bir maneə yoxdur.

Həqiqətdə isə belə deyil. Qızların atası və şəxsən onların özlərinin talaqa razı olması talaqdan hansısa bir mənfi xüsusiyyəti azaltmır. İslamın nəzərdə tutduğu əsas məsələ ailə münasibətləri və onun təməllərinin möhkəm və sabit qala bilməsidir. Bu baxımdan, tərəflərin ayrılmaq qərarına gəlməsi o qədər də təsirli deyil. Talaq və boşanmanı xoşagəlməz və mənfi olaraq nəzərdə tutan İslamın məqsədi qadınların razılq və rizayəti deyil və qadın və onun ailəsinin razı olması ilə talaqın mənfi cəhətləri heç də aradan qalxmır.

Mənim imam Həsənlə (ə) bağlı bu tarixi mövzunu bəyan etməyimin səbəbi ilk növbədə tarixi şəxsiyyətə vurulan bu töhməti aradan qaldırmaq və bəzi Allahdan qafil olan şəxslərin həmin işləri həyata keçirərək məsum imamı özlərinə dəlil və örnək gətirməsi ehtimalının olması idi. Hər halda, bizim demək istədiyimiz məsələ İslamın nəzərindı ayrılıq və boşanmanın zatı baxımdan bəyənilməz olması məsələsidir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə