İslamda qadin hüquq sistemi Kİtab haqqinda



Yüklə 0,71 Mb.
səhifə20/34
tarix12.10.2018
ölçüsü0,71 Mb.
#73443
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

ON BİRİNCİ HİSSƏ

Qadınların (zövcәlәrin) sayı


Bir qadına sahib olmaq evlilik və izdivacın ən təbii forma və qaydasını təşkil edir. Bir qadına malik olmaqla insan ruhu xüsusi bir şəkildə, yəni xüsusi və fərdi mülkiyyət sahibi bir malik kimi - əlbəttə, xüsusi mülkiyyətdə sərvət də fərqlərə malikdir - hökmranlıq edir. Belə məsələlərdə kişi və qadının hər biri hiss, duyğu və digər cinsi münasibətlərdən əldə edilən mənafeləri sadəcə və sadəcə özünə aid və şəxsən, özlərinin malı hesab edir.

Bir qadına malik olmağın müqabilində bir neçə qadına sahib olmaq və ya qadınların müştərək şəkildə bir kişiyə sahibliyi dayanır. Biz bu məsələni müxtəlif formada təsəvvür edə bilərik.


Cinsi kommunizm


Həmin formalardan biri məxsusluq və aidliyin tərəflərdən heç birinə şamil olmamasıdır, yəni nə qadın müəyyən bir kişiyə məxsusdur, nə də kişi hansısa bir qadına qarşı müəyyən aidiliyə malikdir. Bu təsəvvür və forma cinsi kommunizm adlandırılır. Cinsi kommunizm ailə həyatının inkar və ziddinə bərabər olan bir məsələdir.

Tarix və hətta, eradan əvvələ aid olan fərziyyələr də bəşər cəmiyyətinin ailə həyatına malik olmadan həyat sürdüyü və cinsi kommunizmin ona hakim olduğu bir dövrün olmasını nişan verərək göstərmişdir. Bəzi kəslər belə halların fəqət vəhşi və

səh:276

yarımailəvi həyat tərzi sürən qəbilələr arasında mövcud olduğunu da iddia etmişlər. Yəni, onun yarımailəvi həyat tərzi və cinsi kommunizm arasında ortaq bir mövqe tutduğunu demişlər.



Qədimdə bir neçə qardaşın müştərək olaraq bir neçə bacı ilə və ya bir tayfadan olan müəyyən saydakı kişilərin digər tayfadan olan müəyyən qadınlarla şərikli (müştərək) şəkildə evləndikləri də söylənilmişdir.

Vil Dorant məşhur əsəri olan “Sivilizasiya tarixi” adlı əsərinin altmışıncı səhifəsində belə yazır:

“Bəzi məntəqələrdə evlilik toplu və cəm halında həyata keçirilirdi. Yəni, hansısa bir tayfadan olan kişilər müştərək şəkildə digər tayfadan olan qadınlarla evlənirdilər. Tibet ərazisində belə bir adət var idi ki, bir neçə qardaş, digər tayfadan olan bir neçə bacı ilə evlənirdi və bacılardan hansının hansı qardaşla evləndiyi məlum deyildi və bu, bir növ, cinsi kommunizm idi, eyni zamanda, qardaşlardan hər hansı biri istədiyi bacı ilə cinsi münasibətə girə bilirdi. Yuli Sezar da qədimdə İngiltərədə mövcud olan belə oxşar bir adətə işarə etmişdir. Həmin hadisələrin - qardaş öldükdən sonra onun qadını ilə evlənməyin - qalıqlarını yəhudi və digər qədim qəbilələr arasında yayıldığını diqqətə çatdırmaq lazımdır.”

Platon nәzәriyyәsi


Platonun “Cumhuiyyət” adlı əsərindən başa düşüldüyü və əksər tarixçilərin də təsdiqlədiyi kimi, Platon özünün “Hakim filosoflar və filosof hakimlər” nəzəriyyəsinə əsasən, bu təbəqədən olanlara ailə müştərəkliyi təklifini irəli sürür. On doqquzuncu əsrdə bəzi kommunizm rəhbərlərinin də həmin təklifi qəbul edərək irəli sürdükləri məlumdur. Amma “Freyd və məhrəmlərlə (ana, bacı və s. kimi) evliliyin qadağan olunması” əsərinin kommunist ölkələrdə ticarəti və geniş şəkildə yayılması sayəsində 1938-ci ildə bir sıra güclü kommunist ölkələr “bir qadınla evlənmək”lə bağlı qanunu rəsmi olaraq tanıdılar.

səh:277

Bir neçә әrә malik olmaq


Evliliyin digər bir forması bir neçə ərə sahib olmaqdır. Yəni, qadın eyni zamanda birdən artıq ərə malikdir. Vil Dorant belə deyir: “Belə məsələlər Tibetdə məskunlaşan bəzi qəbilələr arasında müşahidə edilmişdir. “

“Səhih-Buxari” kitabında Ayişədən belə nəql edilir: “Cahiliyyət dövründə ərəblər arasında dörd növ evlilik forması mövcud olmuşdur. Onlardan biri bizim dövrümüzdə məşhur olan qızın atasına elçi gedərək qızı istəmək və mehriyyə təyin edildikdən sonra kişinin onunla evlənməsi idi və belə hallarda uşaq dünyaya gələrdisə, onun atası bilinir və müəyyən edilirdi. Digər növdən olan evlilik bir kişinin özünə yaxşı övlad əldə etmək üçün öz arvadını müəyyən müddət cinsi yaxınlıq etməsinə görə, başqa bir kişinin ixtiyarında qoyması şəklində idi. Həmin şəxs öz qadınından müəyyən müddət uzaq gəzir və qadını digər bir şəxsdən hamilə qalana qədər ona yaxın getmirdi. Öz qadınının hamilə olduğunu bildikdən sonra, onunla cinsi münasibətə girirdi. Bu məsələ kişilərin nəsil artımı baxımından, digər şəxslərin onlardan üstün olduğunu düşündükləri zamanlar həyata keçirilirdi. Həqiqətdə, belə işlər nəsilin sağlamlaşdırılması və irqin təmizlənməsi üçün yerinə yetirilirdi.

Bu evliliyi onlar “istibza nikahı” adlandırırdılar. Həmin zamanlarda mövcud olan evliliyin başqa bir növü belə idi: “Sayı on nəfərdən az olmayan bir qrup hansısa bir qadınla müştərək şəkildə evlənir və onunla yaxınlıq edirdilər. Qadın uşağa qaldıqdan və övladını dünyaya gətirdikdən sonra, həmin dövrün adətinə uyğun olaraq qadın o on nəfəri hüzuruna çağırır və onlar da gəlirdilər. Sonra qadın öz istək və meylinə əsasən, kişilərdən birini öz övladının atası ünvanında digərlərinə tanıtdırır və həmin şəxs uşağın atası kimi tanınırdı. Onu da qeyd edək ki, həmin kişi uşağın məsuliyyətini boynuna götürməkdən imtina edə bilməzdi. Bu minvalla, qadın tərəfindən müəyyən edilən kişi uşağın rəsmi və qanuni atası hesab edilirdi.”

Dördüncü növdən olan evlilikdə qadın “ bayraqdar” idi və heç bir istisna olamdan o, istənilən kişi ilə cinsi rabitə və

səh:278

münasibətə girə bilərdi. Bir qayda olaraq, belə qadınlar evlərinin damına bayraq sancır və bu yolla digər qadınlardan seçilirdilər. Həmin qadın cinsi rabitədə olduğu kişiləri uşağı dünyaya gəldiyi zaman bir araya toplayır və kahin, həmçinin, bizim zamanımıza uyğun bir ifadə və terminlə desək, antropoloq (insanın fizionomiyasına əsasən, onun kimliyini müəyyən edə bilən mütəxəssis) çağıraraq uşağın kimə mənsub olduğunun müəyyən edilməsinə çalışırdı. O şəxs də uşağın görünüş və qiyafəsindən hansısa kişiyə məxsus olduğunu bildirsəydi, həmin şəxs məcburən bununla razılaşaraq uşağın rəsmi və qanuni şəkildə valideyni olduğunu təsdiqləyirdi.



Cahiliyyət dövründə sadalanan bütün bu evlilik növləri var idi və Allah-taala Məhəmmədi (s) peyğəmbərliyə seçərək həmin evlilikdən yalnız zəmanəmizdə yayılmış olanını (bir qadına sahib olmaq) saxlamış və digər evlilik növlərini aradan qaldırmışdı.”

Dediklərimizdən cahiliyyət dövründə bir neçə kişiyə sahib olan qadınların (evliliyin) var olduğu məlum oldu.

Montesko “Qanunların ruhu” adlı əsərində yazır: “Ərəb səyyahı olan Əbu Züheyr Əl-Həsən doqquzuncu əsrdə Hindistan və Çinə səyahət edərək bu adətin (bir neçə ərə sahib olmaq) olduğunu orada da müşahidə etmişdir. Əbu Züheyr həmin məsələni fahişəliyə dəlil gətirmişdir.” Montesko bunun ardınca belə yazır: “Malabar sahillərində Nair adlı bir qəbilə yaşayır. Bu qəbilənin kişiləri qadınları özlərinə bir neçə kişi seçə bildikləri halda, birdən artıq qadınla evlənə bilməzlər. Mənim nəzərimcə, belə bir qanunun həmin qəbilə arasında mövcud olmasına səbəb, bu qəbilənin döyüşkən olmasıdır və evlilik və qadına bağlılıq onların müharibə və döyüşçülük ruhunu aradan aparmasın deyə, belə bir qanun yaradılmışdır. Eyni zamanda, Avropada da biz əsgərlərin döyüş ruhunun məhv olmaması və döyüşə meyillərini azalmaması üçün evlənməsinə mane olduğumuz kimi, Nair qəbiləsi də həmin məsələ səbəbi ilə kişilərin ailəyə bağlılığına imkan daxilində mane olmağa çalışmışlar. Ab-havanın təsiri ilə onlar evliliyin qarşısını tamamilə ala bilmədiklərindən, bir neçə kişinin bir qadına sahib olmasına icazə vermişlər ki, bu yolla onlarda döyüş ruhiyyəsi ölməsin.”

səh:279


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə