İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə41/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   33   34   35   36   37   38   39   40   41

dəfə qalanı yoxlamağa gələrkən onları burda görmüş və təəccüblə soruşmuşdu. 

Sizi niyə buraya gətiriblər? 

Qiyas bəyin oğlunun toyunu biz eləmişik, ona görə. 
Kəsəmənli bir şey anlamasa da, gülümsündü və yarı zarafatla soruşdu: 

Zurna-dəfinizi də gətirmisinizmi? 
İndi də Hümmət çaşıb qaldı. 

Yoldaş naçalnik, heç bura zurna-balaban yeridi? 
59 
Kəsəmənli  elə  o  günü  kəndə  adam  göndərdi,  Hümmətin  dəstəsinin  zurna-dəfini 
gətirtdi  və  qala  rəisinə  tapşırdı  ki,  bundan  sonra  günorta  gəzintisi  vaxtında  icazə 
ver, çalıb oynasınlar. Soruşan olsa, deyərsən ki, Kəsəmənlinin göstərişidir. 

Üzümə təəccüblə baxma. Nə olar dustaq olanda. Onlar da insandır. Qoy bir 
az şadlansınlar. 

Bəs... 

Bilirəm, nə demək istəyirsən. Qələt eləyir. 
O gündən günorta gəzintisi toy-düyünlə keçirdi. 
Dustaqlar  cərgəyə  düzüldülər.  Keşikçilər  onları  saydılar,  sonra  da  gəzməklərinə 
icazə  verdilər.  Yaşlı  və  özlərini  bir  az  nasaz  hiss  edən  dustaqlar  hasarın  dibində 
domuşuqlu  oturdular.  Cavanlar  xeyli  ortada  fırlandılar.  Onlardan  biri  qolunu 
çırmayıb üzünü zurnaçıya tutdu: 

Ay Hümmət qağa, bir dirə-döymə havası çal. 
Cavanlar  dəstələrə  bölündülər,  meydanın  ortasında  dairə  çəkdilər.  Hümmət 
zurnanın  səsini  zilə  qaldırdı  və  cavan  dustaqlar  hay-haraynan  oyuna  başladılar. 
Bayaqkı oğlanın səsi yenidən eşidildi: 
- Ay Hümmət qağa, indi də güləşəngi çal, görüm, qabağıma kim çıxacaq? 
Gəzinti qurtardı. Keşikçilər dustaqları içəri doldurdular. Bir anlığa hər şeyi unudan 
Halay bəy də içəri keçmək istərkən ona bir bağlama verdilər. Halay bəy təəccüblə 
keşikçiyə baxdı. 

Bu nədir? 
downloaded from KitabYurdu.org



Yeməkdi, sizə göndəriblər. 

Kim göndərib? 
- Çoban Kərəməli. Dedi ki, adımı deyin, Halay bəy özü tanıyacaq. 
Ertəsi  günü  gəzintidən  sonra  Halay  bəyi  içəri  buraxmadılar.  Qolundan  tutub 
qapının  ağzında  saxladılar.  İki  milis  nəfəri  onu  qalanın  arxa  tərəfindəki  böyük 
meydana  apardı.  Halay  bəy  qala  divarlarının  dibinə  baxa-baxa  xeyli  sakitcə 
addımladı.  Torpaq  kələ-kötür  idi.  Bə'zi  yerlərdə  aşağı  çökmüş,  bə'zi  yerlərdə  isə 
qabarmışdı. Ona bel verdilər və hasarın dibini qazmağı əmr etdilər. Halay bəy heç 
nə anlamasa da, beli götürdü və torpağı eşməyə başladı. Elə bu vaxt bir əl çiyninə 
toxundu. 
- Müəllim, beli mənə ver, sizə zəhmət olar. 
Əlini  uzadıb  Halay  bəydən  beli  aldı.  Müəllimin  sual  dolu  baxışlarını  gördü  və 
astaca gülümsündü: 

Siz mənə dərs demisiniz. Xeyli vaxtın söhbətidir, yadınızdan çıxmış olaram. 
Çox  zəhmli  idiniz.  Amma  biz,  tələbələr,  sizi  bir-birimizə  görsədib  "Riyaziyyatın 
allahıdır"  deyirdik.  Siz  bizə  Kiselyovun  "Rəhbər  cəbr  kitabını"  dönə-dönə  izah 
edirdiniz.  Kim  Şapoşnikovun  kitabındakı  məsələ  və  misalların  hamısını  həll 
etməyibsə,  onu  imtahana  buraxmırdınız.  Gecələr  də  məşğələyə  gəlir,  ən  çətin 
məsələləri  izah  edir,  bizim  hər  şeyi  başa  düşdüyümüzə  əmin  olduqdan  sonra  evə 
gedirdiniz. Yaxşı günlər idi, müəllim! 
Bu sözləri deyən milislərin başçısı idi. Onun otuz-otuz beş yaşı ancaq olardı. 
Halay  bəyi  gözdən  qoymasalar  da,  bir  az  sərbəst  gəzməsinə  imkan  verdilər.  O, 
balaca  bir  təpənin  üstündə  dayandı,  qəza  mərkəzi  olan  kiçik  şəhərin  yanından 
keçən  çayın  qıjıltısına  qulaq  asdı.  Kəndlərə  uzanan  əyri-üyrü  yollara,  Didvan 
dağının ətəyindən burulub Dilcan dərəsinə gedən xır yoluna, uzaqdan ağ buludlara 
bürünmüş Göyəzən dağının zirvəsinə və Avey tərəflərə baxdı. Hər şey sakit, hər 
şey ona məhsum kimi göründü... 
Gecə yarıdan sonra qalanın qapısı aralandı. 
Keşikçilərin amiranə səsi eşidildi. 
downloaded from KitabYurdu.org



Halay bəy kimdi? 

Mənəm. 
Dustaqlar  yerlərində  tərpəşdilər.  Keşikçilər  isə  ayağa  durub  onlara  yaxınlaşan 
Halay bəyi geri qaytardılar. 

Paltar-palazını da götür. 
Bu,  pis  əlamət  idi.  Buradakı  dustaqlar  bilirdilər  ki,  gecə  yarısı  aparılan 
məhbusların  başında  qaranlıq  var.  Paltar-palazın  götürülməsi  onun  bir  daha  geri 
qayıtmayacağına  işarə  idi.  Gecə  yarısı  paltar-palazla  aparılan  məhbusları  ya 
vaqonlara doldurub etapla uzaq - qarlı, meşəli Sibirə, ya da 
60 
o dünyaya göndərirdilər. 
Halay  bəyi  qala  divarının  dibində  qazılan  və  torpağı  qaralan  çuxurun  yanına 
gətirdilər. 
Hava  sərin  idi.  Ağacların  yarpaqları  astadan  xışıldayırdı.  Gecənin  səhərə  yaxın 
sükutu  ətrafı  bürümüşdü.  Ara-bir  dəmiryol  vağzalından  parovozların  kəsik  fit 
səsləri  eşidilirdi.  Sonra  vaqon  təkərlərinin  yeknəsək,  ahəngdar  taqqıltısı  gəlirdi. 
Halay  bəy  bir  anda  səyyar  xəyalın  ağuşunda  ötən  günlərə  qayıtdı.  Həmin 
vaqonlarda  Tiflisə,  oradan  da  Qoriyə,  seminariyaya  oxumağa  getdiyi  günləri 
xatırladı. Sonra dönüb göyün üzünə baxdı. Ulduzlar sayrışırdı. Amma bir parça ağ 
bulud, ayın ətrafında dolaşırdı. Adama elə gəlirdi ki, ay buludların üstünə yeriyir. 
Halay  bəy  uşaq  vaxtı  yay  günlərində  ayla  buludların  bu  cür  "döyüşlərinə"  çox 
tamaşa  etmişdi.  Anası  həyətə  gəbə  döşəyər,  üstünə  yorğan-döşək  sərər  və 
uşaqlarını  açıq  havada  yatırdardı.  Bax,  o  günlərdə  Halay  bəy  arxası  üstə  uzanıb 
saatlarla  ulduzlara  baxar  və  buludların  üstünə  yeriyən  aya  tamaşa  edərdi.  El 
arasında  "Karvan  yolu"  deyilən  kahkaşan  ulduzları  haçalanmış  yol  kimi  uzanıb 
gedirdi.  Deyirdilər,  uzaq,  müqəddəs  yerlərə  ziyarətə  gedən  zəvvarlar  gecələr 
karvanlarını  çəkib  bu  yolun  işığı  ilə  Qüdsiyyətə  doğru  addımlayırlar.  Halay  bəy 
qazılmış  çuxurun  kənarında  dayanaraq  karvan  yoluna  səpələnmiş  sayrışan 
ulduzlara baxdı və yolun onun ruhunu haraya aparacağını düşündü. 
downloaded from KitabYurdu.org


Elə  bu  vaxt  ağacların  başında  yaşayan  və  indiyəcən  heç  kəsin  görmədiyi  Anadil 
quşlarının  bir-  birini  səsləyən  məhsun  səsi  eşidildi.  Halay  bəyin  bu  dünyadan 
qəflətən gedərkən eşitdiyi sonuncu səs Anadillərin məhsun, kədərli səsi oldu. Şərq 
tərəfdə isə iri şəffaf dan ulduzu parıldayırdı. 
Səhərə az qalırdı. 

3 - 
Yazı  masasının  böyründə  divardan  asılmış  telefon  cingildədi.  Kəsəmənli  dəstəyi 
götürdü. Tanış və mehriban səs eşidib gülümsündü. 

Salam, Abdal qağa, sabahın xeyir. Qulaq asıram. 
Telefonda Qəza firqə özək katibinin şadyana səsi eşidildi. 

Kabı,  Bakıdan  xəbər  gəldi.  Onlar  bizim  xahişimizi  yerinə  yetiriblər.  Xalq 
Maarif Komissarlığı əmr göndərib. Halay bəyi seminariyaya müdir tə'yin ediblər. 
Əmri  sənə  göndərirəm.  Halay  bəyi  də,  Maarif  Şö'bə  müdirini  də  çağır  yanına, 
gedin məktəbə. Müəllimləri yığın, iclas aparın, Halay bəyi təqdim edin, qoyun kişi 
bu gündən işə başlasın. Sonra nəticəsini mənə deyərsən. 
Kəsəmənli  dəstək  əlində  xeyli  dayandı.  Onun  zəhmli  sifətinə  elə  bil  işıq 
çilənmişdi. Qan sağılmış gözləri durulmuşdu. Kişi sevindiyindən bilmirdi nə etsin. 
Masanın üstündəki zınqırovu cingildətdi. Keşikçi milis qapının ağzında göründü. 

Bu saat get Halay bəyi mənim yanıma gətir. 
Ayağa durdu. Üst-başını səhmana saldı ki, kişini şadyana qarşılasın. Bir azdan qapı 
aralandı  və  milis  nəfəri  göründü.  O,  tək  idi.  Kəsəmənli  təşvişlə  milisin  üzünə 
baxdı. 

Bəs Halay bəy hanı? 
Növbətçi milis boynunu aşağa salıb büzüşdü və səsi titrəyə-titrəyə astadan dilləndi: 

Yoxdur. İki gün bundan əvvəl gecə gəlib evindən aparıblar. 
Kəsəmənlini elə bil ilan çaldı. Yerindən dik atıldı. 

Hara?! 

Qalaya. 
Növbətçi  gördü  ki,  Kəsəmənlinin  başı  azacıq  əsdi,  sifətinin  cod  tükləri  daha  da 
downloaded from KitabYurdu.org


codlaşdı. Əvvəlcə çiyinləri, sonra da bütün bədəni titrədi. Dabanı üstündə fırlanıb 
öncə  sağ,  sonra  da  sol  çiyni  tərəfdən  arxaya  boylandı.  Elə  bil  kiminsə  kürəyini 
nişan aldığını gördü. Növbətçi milis son zamanlar Kəsəmənlinin yol gedərkən, ya 
da at belində olarkən, birdən təşvişlə geri boylandığını, elə bil arxadan kiminsə onu 
vuracağını bilmək üçün belə etdiyini çox görmüşdü. 
Kəsəmənli  ayağa  durdu.  Otağın  içində  iki  dəfə  fırlandı,  pəncərələrin,  qapının 
ağzında  dayandı.  Elə  bil  çıxmağa  yer  axtarır,  ancaq  yol  tapmırdı.  Onun  gözləri 
qıpqırmızı  qızarıb  qan  çanağına  dönmüşdü.  Gözlərini  tor  basmışdı.  Heç  nə 
görmürdü. Əlləri də titrəyirdi. Növbətçi milisioner 
61 
"Kişini,  deyəsən,  vurğun  vuracaq"  -  deyə  düşündü,  cəld  masanın  üstündəki  su 
qabına yaxınlaşıb ona bir stəkan su verdi. 

Kabı qağa, özünüzə toxtaxlıq verin. 
Kabı  kişi bu  sözlərdən  ayılan kimi  oldu. Növbətçi kişi onun  boyun  damarlarının 
sakitləşməsindən başa düşdü ki, Kəsəmənli yavaş-yavaş özünə gəldi. 
Kabı azacıq toxtadıqdan sonra güllə kimi bayıra çıxdı və bir göz qırpımında atın 
belinə  sıçradı.  Həmişə  həyətdə  yəhərli-yüyənli  atlarnan  dayanan  milislər  də  atın 
belinə qalxdılar. Onlar Kəsəmənli ilə dabanbasaraq Fətullayevin idarəsinə gəldilər. 
Kəsəmənli  sür'ətlə  qapını  açıb  içəri  girdi.  Fətullayev  fısıltısını  içəri  yığmış  ilan 
kimi  sakitcə  oturmuşdu.  O,  Kəsəmənliyə  fikir  vermədi  və  azacıq  yerində 
qımıldandı.  Fətullayev  nimdaş,  rəngi  bozarmış  qara  dəri  pencəyini  geyinmişdi. 
Ayağındakı  çəkmələr  də,  başındakı  dəri  papaq  da  nimdaş  idi.  Zahirən  sakit 
görünən gözlərində elə bil ilan-çayan qaynaşırdı. 
Kəsəmənliyə  elə  gəldi  ki,  onun  qarşısında,  masanın  üstündə  nəhəng  bir  ilan 
qıvrılıb  yatmışdı.  Ancaq  bu  ilanın  başı  tərpənir,  gözləri  nəyə  isə  zillənirdi.  Bir 
balaca  ləngisən,  ya  da  ehtiyatsızlıq  etsən,  bir  göz  qırpımında  üstünə  atılacaq, 
bədəninə  dolanıb  səni  tas-tas  edəcəkdi.  Kəsəmənli  bunları  düşünsə  də,  səsinə 
sakitlik verdi və qətiyyətlə soruşdu: 

Halay bəy hardadı? 
downloaded from KitabYurdu.org



Yoxdur. 

Necə yəni yoxdur? Sən nə ixtiyarla... 
Elə  bil  masanın  üstündə  yatan  nəhəng  ilan  tərpəndi.  Onun  bədəni  buğum-buğum 
titrədi və başını dik qaldırdı. 
- Mən qanunsuz heç bir iş görmürəm, "Troykanın" qərarı ilə hərəkət edirəm. Al, bu 
da qərar. Özü də xahiş edirəm, hay-haray salmayasınız, hökm yerinə yetirilmişdir. 
Artıq gecikmək olmazdı. Kabı kişinin  əli sezilmədən qobura yaxınlaşdı. Naqanın 
çıxması  ilə  otağı  şaqqıltının  bürüməsi  bir  oldu.  Top  hərləndikcə  gilizlər  ətrafa 
səpələndi.  Fətullayev  masanın  üstə  sərildi.  Kəsəmənli  onun  şoralanan  qara  qan 
içində ölmüş sifətinə baxdı və bir göz qırpımında qapıdan çıxıb atın belinə sıçradı. 
Dilican dərəsi tərəfə çapdı. Bir də o zaman ayıldı ki, Naltökən yaylağına çatmışdı. 
Cilovu  çəkdi,  atın  köpüklənmiş  sinəsinə,  sonra  da  arxasınca  gələnlərə  baxdı. 
Kəsəmənli  bir  səfərə  çıxanda,  qaçaq-quldur  üstünə  gedəndə  onu  tək  buraxmayan 
milislər  indi  də  onun  yanında  idilər.  Kabı  kişi  nəfəsini  dərib  Noylu  bulağın 
üstündəki dəyələrə və Halay bəyin çadırına baxdı. Köks ötürüb üzünü yoldaşlarına 
çevirdi. 

Gəlin, qayıdın evinizə. 

Biz səni tək qoya bilmərik. 

Mən qayıdası olmayacam. Mənə görə arvad-uşağınızı başsız qoymayın. 
Milislər  onun  sözünə  baxmadılar.  Birlikdə  qaçaqların  alaçığına  yaxınlaşdılar. 
Həsən ağa qabağa yeridi. Halay bəyi görməyəndə Kəsəmənlinin gözünə baxdı. Bu 
zabitəli və zəhmli kişinin gözlərində yaş gilələnmişdi. 

Namərdlərdən  qoruya  bilmədim.  -  O,  birdən-birə  kişiyə  yaraşmayan  daxili 
bir  çılğınlıqla  hönkürdü.  Sakitləşdikdən  sonra  hələ  də  bir  şey  anlamayan  Həsən 
ağaya  dedi.  -  Yoldaşlarına  de,  hazırlaşsınlar.  Üstümüzü  almamış  burdan 
getməliyik.  -  O  atın  üstündən  qanrılıb  Noylu  bulağa  baxdı.  Ciyəri  yanırdı.  Bunu 
başa düşən bir gəlin iri qalaylı bir parçı su ilə doldurub ona yaxınlaşdı. Kəsəmənli 
qabı götürüb başına çəkdi. 
Qaçaqlar  atlandılar.  Tərpənməzdən  əvvəl  zirvəsi  qarlı  dağlara,  güllü-çiçəkli  alp 
downloaded from KitabYurdu.org


çəmənliklərinə,  meşədən  qarağat  və  çiyələk  yığan  uşaqlara  baxdılar.  Atları 
tərpətdilər. Qarşıda Arazın lilli və boz-bulanıq suları axırdı. 
EPİLOQ 
Dünyaya  çox  buynuzlu-buynuzsuz  cahangirlər  gəldi.  Biri  özündən  əvvəlkini 
bəyənmədi,  o  biri  sonrakını.  Biri  dünyanı  qana  çalxaladı,  o  biri  əmin-amanlığa 
çağırdı.  Biri  bəşər  övladının  min  illər  boyu  yaratdığı  qayda-qanunları  zor  ilə 
tapdaladı və ortalığa yeni həyat tərzi atdı. Yer kürəsini əlində fırladıb qan çanağına 
çevirən  Hitler  meydana  çıxdı.  Onun  qarşısında  Stalin  dayandı.  Ruzvelt,  Çörçil, 
Mao-Tsze-Dun və De Qol siyasəti dünyada baş alıb yeridi. Biri o birinin əleyhinə, 
biri o birinin tərsinə. Hamısı da ədalətdən, vicdandan dəm vurdu. Bütöv xalqlar 
62 
tayqalara, Sibirə sürgün edildi. Başqa birisi hakimiyyətə gələrkən bu cəza alanları 
günahsız  müqəssirlər  adlandırdı,  salamat  qalanları  yerlərinə-yurdlarına  qaytardı. 
Onlara  kömək  etdilər.  Sibir  meşələrində  qohumlarını  və  nənəsi  Güllü  xanımı 
itirdikdən  sonra  qürbətdə  tək  qalan  Söhrab  sarsılmadı.  Meşəlikdə,  kəndin 
kənarında, balaca bir təpənin döşündə, nəhəng şam ağacının dibində dəfn edilmiş 
Güllü xanımın hər gün qəbri üstünə gedib ağlayar və and içərdi ki, oxumağından 
qalmayacaq.  Gündüzlər  meşəyə,  böyüklərlə  birlikdə  ağac  doğramağa  gedər, 
gecələr isə axşam məktəbində oxuyardı. 
Aradan on illər keçdi... 
Bir gün onlara azadlıq verdilər, günahsız olduqlarını söylədilər və evə buraxdılar. 
Bağlanmış yollar açıldı. Sərhədlərdə gediş-gəliş başladı. Söhrab artıq kişi həddinə 
dolmuşdu.  Onların  kəndi  çoxdan  yox  olmuşdu.  Amma  Söhraba  kömək  etdilər. 
Şenliyin  yuxarı  başında  ona  ev  tikdilər.  Söhrab  institut  qurtardı  və  onu  kənddə 
yenicə tikilmiş böyük üçmərtəbəli məktəbə direktor tə'yin etdilər. 
Alqazaxlılar və Çıraq uşaqlarının yurd yerində üzüm əkilmişdi. Evlər uçurulmuş, 
təkcə bircə daş ev qalmışdı, onu da quşçuluq ferması etmişdilər. Ətrafda inkubator 
toyuqları ağarışırdı. 
Söhrab  yolunu  hər  gün  köhnə  yurd  yerindən  salar,  ürəyini  çulğalayan  yetim 
downloaded from KitabYurdu.org


duyğuların  qoynunda  qovrulardı.  Bu  gün  də  məktəb  uşaqlarını  üzüm  yığmağa 
gətirmişdi. 
Maşınlar asfalt yol ilə aramsız şütüyürdü. Alqazaxlıların yurd yerinin bərabərində 
xarici  markalı  bir  maşın  dayandı.  Bir  xeyli  qapılar  örtülü  qaldı.  Maşından  enən 
olmadı. Görünür, içəridəkilər nəyi isə hafizələrində itirəcəklərindən ehtiyat edirmiş 
kimi  qorxurdular.  Xeyli  keçdi.  Qapı  açıldı  və  içəridən  ucaboylu,  saçı-saqqalı 
ağarmış  bir  kişi  düşdü.  Görünür  vaxtı  ilə  iri  gövdəli  bu  adam  ayağını  üzəngiyə 
qoyub yəhərə qalxarkən atın beli çökərmiş. İndi isə elə bil gözü qaraldı və maşına 
dirsəklənib xeyli sükut içində dayandı. Gözləri ilə nəyi isə axtardı. Kənd evlərinin 
yoxa çıxdığına təəccüb elədi. 
"Bu el-oba necə olmuşdu? Camaat hara getmişdi?" - deyə düşündü və ağlına gələn 
dəhşətlərdən sarsıldı. Birdən üzümlüklərin kənarında göyə ucalan çinar ağacını və 
ilan  kimi  onun  başına  dolanan  tənəyi  gördü.  Qocanın  sifətində,  gözlərində  işartı 
əmələ gəldi. Sevincək, asta addımlarla çinara yaxınlaşdı. Ağacı vaxtı ilə öz əlləri 
ilə  basdırmışdı.  Tənəyi  də  özü  gətirmişdi.  Çinarın  gövdəsinə  sarmaşan  tənəyin 
xırdaca  qoraları  turşməzə  idi.  İsti  havada  ağacın  kölgəsində  oturub  bu  qoranın 
salxımlarından  yeməkdən  doymazdı.  İndi  ağacın  və  tənəyin  salamat  qalmasına 
həddən artıq sevinən qoca ağacın kölgəsinə gəldi və oradakı daşın üstündə oturdu. 
Gözünü Kürə, meşəyə, Ceyran çölün son bahar yaşıllığına bürünmüş dərəli-təpəli 
çöllərinə  zillədi.  Oradakı  qoyun  yataqlarını,  mal-qara  saxladığı  günləri,  camışları 
isti havada haylayıb gölə tökdükləri anları xatırladı. Birdən yadına qürbətdə olan 
bir hadisə düşdü. 
Bir  gün  Arazı  o  üzə  keçənlərin  bir  dəstəsi  bazara  getdi.  Onlar  daxılın  arxasında 
oturan çobanın satdığı qoyun-quzuya baxdılar və kök bir quzunu seçib götürdülər. 
Heç yüz metr aralanmamışdılar ki, qoyun daxılın üstündən atlanıb özünü balasının 
üstünə  saldı  və  onu  kişilərin  əlindən  almağa  çalışdı.  Quzunu  sakitcə  geri 
qaytardılar.  Qaçaqlardan  biri  kədərli-kədərli  dilləndi:  -  Qoyun  qoyundur  ki, 
balasını  əldən  vermədi,  amma  biz  hər  şeyi  atıb  canımızı  götürüb  qaçdıq.  Qoca 
çinarın dibindəki daşın üstündə oturaraq əlləri ilə üzünü örtüb astadan hönkürdü. 
downloaded from KitabYurdu.org


Bayaqdan kənarda dayanıb bu qərib adama  göz qoyan  yaşlı bir kişi  asta-asta ona 
yaxınlaşdı. Yzüm dərən uşaqlardan da irəli gələn oldu. Ancaq heç kəs ondan heç 
nə soruşmadı. Uşaqlar kənardaca oturdular. Birdən Kürün sahilindən dikdirə çıxan 
cığırda  əvvəlcə  bir  cüt  qulaq  və  sonra  canavar  sifəti  göründü.  Uşaqlar  qorxudan 
titrətdi və qaçmaq istədilər. Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara 
diqqətlə baxıb birdən "Alan" deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan 
yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu öldürdükdən və uzun müddət meşədə tək 
yaşadıqdan sonra canavar sürüsünə qoşulmuş və oralara hərlənən bir insan övladı 
gördükdə  üstünə  atılmışdı.  Ona  görə  də  heç  kəs  qorxusundan  o  tərəflərə 
hərlənməz,  "Alan"  törəmələrindən  özünüzü  gözləyin  deyərdilər.  İndi  birdən-birə 
bu  canavarlardan  birinin  bu  sahilə  gəlməsi  və  "Alan"  sözünü  eşidən  kimi 
sakitləşməsi uşaqları və yerli qocanı təşvişə salsa da, qəribi sevindirmişdi. 
Alan  əvvəlcə  çömbəltmə  oturub  qərib  kişiyə  baxdı.  Sonra  biləklərinin  üstündə 
sürünərək ona 
63 
yaxınlaşdı. Sifətini kişinin dizlərinə qoydu. Qərib isə onun başını tumarladı. 
Bayaqdan qorxa-qorxa bu mənzərəni seyr edən qoca birdən qəribdən soruşdu: 

Ayə, sən Həsən ağa deyilsənmi? 
Qərib  qoca  başını  qaldırdı  və  göz  yaşı  içində  "Bəli,  -  dedi.  -  Bə  bizim  el-oba 
hanı?". 
- Oğlun Söhrab buradadı. Bu saat çağırtdıraram. Bə niyə belə bixəbər gəlmisən? 

Qorxurdum ki, heç kəsi tapmayam. 
Uşaqlar güllə kimi qaçıb üzümlükdə dolaşan Söhrabı tapdılar. Bir-birinin sözünü 
kəsə-kəsə: - Müəllim, atanız gəlib, - dedilər. 
Söhrab  heç  nə  anlamadı.  Bir  müddət  key  kimi  dayanıb  uşaqlara  baxdı.  Sonra 
"Hardadı" deyə soruşdu. 

Orda, çinarın dibində oturub. 
Söhrab  quş  kimi  yerindən  götürüldü,  çinara  doğru  getdi  və  birdən  dayanıb  geri 
qayıtdı. İri uşaqlardan ikisini yanına çağırıb evə göndərdi. 
downloaded from KitabYurdu.org


-  Tez  olun  qaçın  evə.  Qapıdakı  qara  qoçu  maşına  qoyub  gətirin.  Əhd  eləmişəm. 
Ayağının altında qurban kəsəcəm. 
Özü yenidən çinara doğru qaçdı. 
...  Həsən  ağa  canavarın  başını  sığallayırdı.  O  isə  insan  kimi  kövrəlmişdi.  Gözləri 
tez-tez yaşarırdı. 
Söhrab  çinara  yaxınlaşanda  uşaqlar  qara  qoçu  da  gətirdilər.  Söhrab  dərhal  qoçu 
yıxıb  boğazladı  və  özünü  atasının  üstünə  salmaq  istədi.  Amma  Həsən  ağanın 
sakitliyi  onu  çaşdırdı.  Kişi  kürəyini  çinar  ağacına  söykəyib  elə  bil  yuxuya 
getmişdi.  Əsən  meh  saqqalını  astadan  tərpədirdi.  Bayaqdan  Alanın  başını 
sığallayan əli tərpənmirdi. 
Söhrabın keyləşdiyini görən qoca Məmməd kişi yönünü yana çevirib göz yaşlarını 
sildi. 

Dəymə, bala, qoy dincəlsin. Onu torpaq çəkib gətirib bura. 
Söhrab birdən diz çökdü. Əllərini göyə qaldırdı. 

Ey yeri-göyü yaradan, Tanrı, niyə bizim qurbanlığımız ilə ehsanlığımızı bir-
birinə qatırsan?! Biz hüzurunda nə pis iş görmüşük?! 
Deyəsən Alan törəməsi də olanları başa düşdü. Başını astaca qaldırıb ağzını göyə 
tutdu. Ulamaq istədi. Amma ulamadı. Başını Həsən ağanın əlləri üstünə qoydu. 
Külək  yarpaqları astadan  xışıldatdı. Həsən  ağanın  uzun saqqalı  ehmalca  tərpəndi. 
Göz  yaşı  içində  atasının  böyrünə  qısılan  Söhrab,  Alan,  bir  də  Həsən  ağa  elə  bil 
sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, 
gah  çiləkənlərin  üstündən  aşır,  gah  da  yarğanlara,  qolpunlara  çırpılırdı.  Elə  bil 
dünyada heç nə olmamışdı. 
1995 
Son 
64 
downloaded from KitabYurdu.org

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə