İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   31   32   33   34   35   36   37   38   ...   41


Niyə şikayət eləmirsən, a qoca? 
Ömər Koxa hirslə stəkan nəlbəkini geri itələdi və qonağın üstünə sərtləndi: 
-  Əvvəla  ədəbli  ol.  Qoca  sənin  atandı.  Mənim  adım  var.  Sonrası  da  odur  ki, 
məndən nə şikayət istəyirsən? 
Fətullayev dirçələn kimi oldu. 
-  Nəvəni  öldürəndən.  Gül  kimi  oğlanı  qanına  qəltan  eləyiblər,  siz  də  susub 
baxırsınız. Bəs onun qanı yerdə qalacaq? Hayıf almayacaqsınız? 
- Bala, sən buraya ayran içməyə gəlibsən, yoxsa ara qarışdırmağa? Get özünə peşə 
tap. Ölən də mənim uşağımdı, öldürən də. Burnunuzu hər yerə soxmayın. 
-  A  kişi,  onlar  sinfi  düşməndilər,  müzür  ünsürdülər.  Onların  kökünü  kəsmək 
lazımdı. 
Ömər  Koxa  yavaşca  ayağa  durdu.  Taxtdan  düşdü.  Fətullayev  də  yerindən  durdu. 
Ömər  Koxanın  nə  deyəcəyini  gözlədi.  Aqsaqqal  daxildən  püskürüb  gələn  hirsini 
boğdu. 
-  Bizim  tərəflərdə  düşmən  də  olsa,  qapıya  gələn  qonağa  ağır  söz  deməzlər.  Ona 
görə  xətrinə  dəymirəm.  Yoxsa  səni  itlərin  qabağına  atıb  didik-didik  elətdirərdim. 
Necə gəlmisən, elə də çıx get bu evdən. Yoxsa axırı pis olar. 
Fətullayev bunları yadına saldı və azacıq sakitləşəndən sonra, keçib yenidən sədrin 
yerində əyləşdi. 
Qaybalı  kişi  Fətullayevin  sakitləşdiyini  gördükdən  sonra  öz  həyəcanını  güclə 
boğdu və kobud səslə soruşdu: 

Belə beyqəfildən gəlməyin xeyirdimi? 
Fətullayev cavab əvəzinə bir azca ciddiləşib Qaybalı kişiyə göstəriş verdi: 
-  Kəndin  firqəçilərini,  cavan  komsomolçuları  bura  çağır.  Firqə  özək  katibi 
hardadır? Onu da tapdır. 
Qaybalı  kişi  başa  düşdü  ki,  Fətullayev  buraya  boş-boşuna  gəlməmişdir.  Nəsə 
mühüm  bir  məsələ  var.  Onun  ürəyinə  dammışdı  ki,  kəndin  başı  üstündə  qara 
buludlar dolaşır. 
"Allah  özü  axırını  xeyirə  döndərsin",  -  deyə  ürəyindən  keçirdi  və  bayırdakı 
downloaded from KitabYurdu.org


milislərdən birini firqə özək katibinin dalınca göndərdi. 
Fətullayev yenidən üzünü Qaybalı kişiyə tutdu: 

Silahlı dəstən hazırdırmı? Neçə nəfərdirlər? 

İyirmidən çoxdurlar. 

Onlara da de hazır dayansınlar. Bəlkə lazım oldular. 
Qaybalı kişi bu dəfə lap ehtiyatlandı. 

Qaçaq-quldur üstünə gedəcəyik, yoldaş Fətullayev? 
Bu  dəfə  Fətullayev  dinmədi.  Böyründən  asılmış  çantasını  çıxarıb  stolun  üstünə 
qoydu, oradakı möhürlü kağızlardan birini götürüb vərəqlədi. 
İdarənin  qapısı  açıldı.  Əvvəlcə  kənd  firqə  özək  katibi,  sonra  isə  komsomolçular 
əllərində silah içəri girdilər. Bir azca da keçdi. Şura sədrinin otağı adamla doldu. 
İçərini tüstü-duman bürüdü. Yoldaş Fətullayev hamının yığışdığını yəqin etdikdən 
sonra yerini rahatladı və gizli bir sirr açırmış kimi söhbətə başladı. 

Bu saat adamlarınızı göndərin kəndə gəlib-gedən yolları kəssinlər. Heç kəsi 
şenliyə buraxmasınlar. Bizim burdakı danışığımızdan heç kəs xəbər tutmamalıdır. 
-  O,  şinelinin  yaxasını  aralayıb  nəfəsini  dərdi.  -  Artıq  rəhbərin  dediklərinin  vaxtı 
çatmışdır. Qolçomaqları bir sinif kimi ləğv etmək lazımdır. 
İçəridəki  yaşlı  kişilərdən  biri qəzetdən bükdüyü  maxorka  papirosunu bir-iki dəfə 
sümürüb kötüyü yerə atdı və astaca soruşdu: 

Bunu nə təhər eləyəcəyik, yoldaş Fətullayev? 
51 
- Çox sadəcə. Onları arabalara doldurub lazım olan yerə göndərəcəyik. Torpağımız 
müzür ünsürlərdən təmizlənəcək. 
Qaybalı kişi söhbətin bu yerə gələcəyini gözləmədiyindən qəfil xəbərdən diksindi. 
Gözünün qabağına Çıraq uşaqlarını və Alqazaxlıları gətirdi. Hiss elədi ki, onların 
başında qaranlıq var. Amma özünü bilməməzliyə qoydu. 
- Bizim kənddə də sinfi düşmən varmı, yoldaş Fətullayev? 
-  Var,  özü  də  lap  əməllisindən.  İndi  biz  bu  gün  o  düşmənləri  kənddən  rədd 
etməliyik.  -  Üzünü  Qaybalı  kişiyə  tutdu.  -  Sən  öz  adamlarını  kəndin  Ağalıq 
downloaded from KitabYurdu.org


hissəsinə  göndər,  qoy  oranı  əhatə  eləsinlər.  Girmələrin,  gəmi  yollarının  ağzını 
kəssinlər. Gəlib eləyən olsa, heç nə soruşmadan bir baş gülləyə tutsunlar. 
Qaybalı kişi acı-acı gülmüsündü: 
- Kim gələcək? Kənddə başıpapaqlı, vurub-tutan kişi qalıb ki, meydana çıxsın? 
Söhbətin bu yerində Keçəl Xondulu qapını açıb içəri girdi. 
Keçəl  Xondulu  şax  addımlarla  yeriyib  Fətullayevin  yanında  əyləşdi.  Fətullayev 
arxadan kömək gəlmiş adam kimi Xondulunun üzünə baxdı və qətiyyətlə dilləndi: 

Bu işlərə özün başçılıq elə, uşaqları da götür Ağalıq tərəfə get. 
Xondulu  hər  şeyi  bilirmiş  kimi  heç  nə  soruşmadan  ayağa  durdu  və  həyətdə 
dayanmış  silahlı  komsomolçulara  işarə  etdi  və  özü  də  atın  belinə  sıçradı. 
İçəridəkilər  xeyli  susdular.  Fətullayevin sonrakı göstərişini gözlədilər.  Fətullayev 
çantasından çıxardığı möhürlü kağıza xeyli baxdı və birdən ayağa durub şinelinin 
yaxasını düymələdi. 

Vaxtdır, gedək. 
Bir  azdan  idarədən  uzaqlaşan  atlı  silahlı  dəstə  kəndin  Ağalıq  şenliyinə  tərəf  üz 
tutdu. 

2 - 
Güllü  xanımın  qulağı  almışdı  ki,  qonşu  kəndlərdən  adamları  evli-eşikli,  arvadlı-
uşaqlı  arabalara  doldurub  harasa  göndərirlər.  Onlara  yorğan-döşək,  paltar-palaz 
götürməyə də icazə vermirlər. Adambaşına cəmisi ikicə pud yük götürmək olardı. 
Güllü xanım gecələr səhərə qədər yerinin içində qıvrılır, hər şıqqıltıya diksinir, bir 
şey  olan  kimi  ayağa  durub  otaqda  gəzinirdi.  Gəlinl  ərdən  xəlvət  yaxtanları  açır, 
boxçaları  yır-yığış  edirdi.  Vəzndən  yüngül,  qiymətdən  ağır  şeylərini  ayrıca  bir 
ehtiyatla paltarlarının ağıla gəlməz  yerlərində gizlədirdi. Onun ürəyinə dammışdı 
ki, evlərinin başı üstdə qaranlıq var. 
İki gün bundan əvvəl isə Qaybalı kişi onların yanına gizlincə adam göndərmişdi. 
Özü ortaya çıxa bilmirdi. Kənddə min göz, min çuğul var idi. Camaatın yarısının 
bir ayağı Qepoda, bir ayağı da kənddə idi. Şenlikdə biri asqıran kimi şəhər xəbər 
tuturdu.  O,  göndərdiyi  adamdan  Güllü  xanıma  ismarlamışdı  ki,  hazırlıq  görsün, 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə