İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə32/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

Bu dəfə qapının ağzında dayanan silahlı komsomolçu dilləndi: 

Şura idarəsinin zirzəmisində. 
Fətullayev şinelini götürdü, onaçılanını belinə bağladı və qapıya yaxınlaşdı. 

Mən onu görməliyəm. 
Mustafa kişi onun yolunu kəsdi: 
- Bu saat zirzəmi buz kimidir, iti bağlasan, it durmaz. Qoy onu gətirdək buraya. İsti 
otaqda otur, nə qədər istəyirsən, danışdır. 
Az keçməmiş Çapıq Əmrahı gətirdilər. Keşikçilərin ikisi içəridə, qapının ağzında, 
qalanları isə pəncərələrin önündə dayandılar. 
Çapıq  Əmrah  içəri  girəndə  Fətullayev  diksinən  kimi  oldu.  O  elə  zənn  edirdi  ki, 
gətirilən  dustaq  qorxusundan  özünü  itirəcək  və  Fətullayevin  qarşısında  ayaq  üstə 
gücnən  dayanacaqdı. Amma  Çapıq  Əmrahın  şaxanə  duruşu, uca  boy-buxunu  onu 
çaşdırdı.  Başa  düşdü  ki,  qarşısındakı  dustaqla  ehtiyatlı  olmaq  lazımdır.  Ona 
oturmağa  yer  təklif  etdi.  Əmrah  stul  çəkdi  və  ayağını-  ayağının  üstünə  aşırıb 
əyləşdi.  Bir  xeyli  dinmədilər.  Otağın  istisindən  azca  təntiyən  Əmrahın  papağını 
başının  üstündən  geri  itələməsi  Fətullayevin  gözündən  yayınmadı.  Diqqətlə 
Əmrahın alnında görünən çapığa baxdı. 

Sənə niyə Çapıq Əmrah deyirlər? 
Əmrah gülümsündü və alnına işarə etdi: 
46 

Buna görə. 

Bu nə çapıqdı belə? 

Qılınc çapığıdır. Rus qılıncının çapığı. 

Harda vurublar səni qılıncla? 

Gəncədə. 

Sənin Gəncədə nə işin var idi? 

Mən  zabitəm.  Müsavat  ordusunun  zabiti.  Öz  hökumətimi  qorumaq  üçün 
vuruşmalı idim. Bilirsənmi, kişi yorğan-döşəkdə ölməz. Kişi ya gərək güllədən, ya 
da xəncər yarasından ölsün. Bir də azadlıq uğrunda vuruşmamaq, bir qaşıq qandan 
downloaded from KitabYurdu.org


qorxub  geri  çəkilmək  namərdlikdi.  Fətullayev  gözaltı  onu  süzdü  və  hirslə  ayağa 
qalxdı: 

Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız? 
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı: 
-  Mərdlik!  Cəsarət.  Bəs,  siz  nə  qazandınız?  Camaatı  qorxaqlığa,  xəyanətə 
öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq.  - O, sözünə ara verdi. 
Papiros  çəkməyə  icazə  istədi  və  tüstü-duman  içində  söhbətinə  davam  etdi.  -  İndi 
buraya nəyə gəlmisiniz? Rus əsgərlərini nəyə gətirmisiniz? 
Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi. 

Qaçaq-quldurların kökünü kəsməyə. 
-  Yox.  Siz  kişilərin  kişiliyini  əlindən  almağa  gəlmisiniz.  Onları  qorxutmaq, 
gözlərinin  odunu  almaq  istəyirsiniz.  Arvad-uşaq  yanında  kişiləri  hörmətdən 
salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz qürur nə deməkdi? 
Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalışırsınız. Sizə 
kişi yox, madyan lazımdır. 
Fətullayev bu sözlərə cavab verməkdə çətinlik çəkdi və səsini ucaltdı: 

Paruçik!  Çox  baş  aparırsan!  Biz  xalqı  nadanlıqdan,  oğruluqdan, 
mədəniyyətsizlikdən  qurtarıb  kamil  insanlara  çevirmək  istəyirik.  Bizim 
yaratdığımız  cəmiyyət  kamil  insan  cəmiyyəti  olacaq.  Bəşəriyyətin  arzuladığı, 
böyük mütəfəkkirlərin təsvir etdikləri kamil insan cəmiyyəti, aydındırmı? 
Çapıq  Əmrah  hiss  etdi  ki,  söhbəti  davam  etdirmək  mə'nasızdır.  Odur  ki,  son 
sözünü deməyi qərara aldı: 
- Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış 
cəmiyyətdən də kamil cəmiyyət ola bilməz! 
Fətullayevin qışqırmaqdan başqa çarəsi qalmadı: 

Aparın! 
Çapıq  Əmrah  otaqdan  çıxmazdan  əvvəl  ətrafa  boylandı,  döşəməyə  salınmış 
gəbələrə, küncdəki nikelli çarpayıya, çata-çatnan yanan sobaya və bir də hirsindən 
çənəsini çənəsinə sıxan Fətullayevə baxıb acı-acı gülümsündü. 
downloaded from KitabYurdu.org


Onu keşikçilər qabaqlarına salıb apardılar. 
Fətullayev  xeyli  özünə  gələ  bilmədi.  Otaqda  fırlandı.  Mustafa  kişi  gördü  ki,  o, 
hirsindən  azacıq  titrəyir.  Qət'i  bir  qərara  gələ  bilmir.  Tez  ayağa  durdu.  Qonşu 
otaqdan yemək, çay gətirdilər. 
- Gəlin, əyləşin, ağzımıza bir tikə çörək alaq. Səhərdən acıq. 
Fətullayev  stul  çəkib  oturdu.  Yeməyə  əl  vurmazdan  əvvəl  çantasını  açdı,  oradakı 
möhürlü kağızlardan birini götürdü. Bu kağız "üçlüyün" hökm kağızı idi. Camaat 
arasında bu üçlüyə "Troyka" deyirdilər. İnsanların çoxunun taleyini bu üç adamın 
imzası  həll  edirdi.  Onlar  müqəssirləri  məhkəməsiz,  qanunsuz  mühakimə  edir, 
hökm  çıxardır  və  hökmü  də  dərhal  yerinə  yetirirdilər.  Fətullayev  qarşısındakı  ağ 
kağıza xeyli baxdı və birdən qətiyyətlə yazdı: "4 yanvar 1932-ci il. Qaymaqlı kənd 
sakini,  keçmiş  müsavatçı  Çapıq  Əmrah  güllələnsin!"  Kağızın  aşağısında  imzalar 
var idi. Üçlük üzvlərindən ikisi əvvəlcədən ağ kağıza qol çəkmişdilər. Fətullayev 
imzalara baxdı və özü də əsəbi halda imza atdı. Sonra "Troyka"nın hazır qərarını 
çantasına qoyub stəkanı qabağına çəkdi. 

4 - 
47 
Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. Dünəndən 
kişilərinə  çörək  gətirən  arvadlar  evlərinə  getməmişdilər.  Onlar  qonşu  həyətlərdə, 
damların  böyründə,  çəpərlərin  dibində  büzüşüb  oturmuşdular.  Ümid 
edirdilər  ki,  böyüklərin  ürəyinə  insaf  gələcək  və  kişilərə  yemək  üçün  evlərdən 
gətirilən şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, evlər 
qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, həyət-
bacaları  qardan  təmizləyər,  mal-qaranı  həyətə  çıxardar,  sonra  da  kürəyi  götürüb 
yollarda  cığır  açardılar.  Bacalarından  tüstü  qalxan  evlərin  belindəki  qarı 
təmizləməyin  ayrı  ləzzəti  var  idi.  Uşaqlar  da,  elə  böyüklər  də  bundan  ayrı  zövq 
alardılar. Amma indi həyətlərdə nə mal-qara görünür, nə də qar təmizləyirdilər. 
Məsciddəki camaat soyuqdan titrəşirdi. Bir  yandan qar-şaxta, bir yandan da aclıq 
onları  əldən  salmışdı.  Soyuqdan  donmamaq  üçün  ayaqlarını  yerə  döyür,  kürək-
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə