İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə28/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   24   25   26   27   28   29   30   31   ...   41

şəhərin  ermənilər  yaşayan  hissəsində  yerləşmişdir.  Rabitə  batalyonu  və  3-cü 
briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan şimal-
qərb səmtində yerləşdirilmişdi. Düşmənin cəmi 2000 döyüşçüsü, 30 pulemyot, bir 
artilleriya divizionu, Zurnabad kəndində 450 nəfərdən ibarət 20-ci atlı briqadası, 8 
pulemyotla  bir  atlı  top  batareyası  və  şəhərin  6  km-də  yerləşən  Helendorf 
qəsəbəsindəki  diviziyanın  öz  iki,  ikitoplu  batareyası  ilə  artilleriya  qərargahından 
ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar zabiti Şirmaxer idi". 
Cavad bəy mə'lumatı oxuduqdan sonra üzünü Cahangir bəyə tutdu: 
40 

Biz  ikitərəfli  plan  hazırlamalıyıq.  Birincisi,  şəhərin  bütün  giriş  yollarım 
istehkama  çevirməliyik.  Şəmkir  yolundakı  topların  sayını  artırmalı,  keşikdə 
dayananların  miqdarını  çoxaltmalıyıq.  Bu  il  Qoşqar  çayı  həddindən  artıq 
daşdığından yolları sel basmışdır. Bu bizim xeyrimizədir. Gəncəyə gələn ikinci yol 
Xaçbulaq  yoludur.  Balçılı  tərəfdən  şəhərin  yeganə  əlaqə  yolunu  çox  ciddi 
qorumalıyıq.  Məni  ən  çox  narahat  edən  Helendorf  tərəfdir.  Əvvəla,  bu  tərəfdə 
erməni  kəndləri  var,  ikinci  də  həmin  yol  şəhərin  ermənilər  yaşayan  hissəsiylə 
birləşir.  Bu  ermənilərin  rus  ordusuyla  birləşəcəyinə  şübhəm  yoxdur.  Bakıda 
olduğu  kimi  burada  da  onlar  xəyanət  edə  bilər;  gah  daşnaka,  gah  bolşevikə 
çevrilərlər. Biz bunları nəzərdən qaçırmamalıyıq. Cavad bəyə diqqətlə qulaq asan 
polkovnik dərhal ona cavab verdi: 
-  Şəhərin  ətraf  yollarını,  ətraf  kəndlərini  qorumağı  və  nəzarət  altında  saxlamağı 
adlı-sanlı  qaçaqlara  tapşırmalıyıq.  Bizim  Sarı  Ələkbər,  Qaçaq  Qəmbər, 
Topalhasanlı  Cabbar,  Topalhasanlı  Xallı  Heydər,  Qabaxtəpəli  dəli  Xəlil,  Tatoğlu 
Həsən,  Sarı  Qafar,  Qaçaq  Məmmədqasım,  Nainsafoğlu  Məmmədəli  kimi 
igidlərimiz  var.  Onları  bolşeviklərin  tə'siri  altına  düşməyə  qoymamalıyıq.  Və 
şəhərin ətrafını qorumağı onlara tapşırmalıyıq. Adlı-sanlı general və zabitlərdən isə 
şəhərin özündə və hücumlarda istifadə etməliyik. 
- Bəs qət'i hücumu ayın neçəsində etməliyik? - deyə Cavad bəy soruşdu. 
-  Mayın  25-dən  26-a  keçən  gecə.  Ancaq  ona  qədər  alınası  yerlər  var.  Mən 
downloaded from KitabYurdu.org


döyüşçülərimi şəhərin erməni hissəsində yerləşən 178 və 180-ci polkların üstünə 
qaldıracam.  Sonra  da  dəmiryol  vağzalını  tutarıq.  İndi  isə  hazırlaş,  gedək 
istehkamları yoxlayaq. 

3 - 
Hava olduqca isti idi. May ayının axırı olmasına baxmayaraq elə bil küçələrə od 
ələnmişdi. Qoşa minarəli Şah Abbas məscidinin önündəki avara meydanında göyə 
ucalan  çinarların  enli  yarpaqları  meh  vurduqca  astadan  xışıldayırdı.  Məscidin 
həyəti  ibadət  edənlərlə  dolmuşdu.  Başlarında  ağ  fəs,  əyinlərində  arxalıq  olan 
kişilər  balaca  arxa  yaxınlaşır,  əllərindəki  aftafanı  su  ilə  doldurub  dəstəmaz 
alırdılar. Hücrələrin kiçik qapıları açılıb-örtülür, buranın daimi sakinləri 
günorta  namazına  hazırlaşırdılar.  Məscidin  kanarı  ayaqqabı  və  başmaqlarla  dolu 
idi. Həyətdəki çinarların kölgəsində dəvələr uzanmışdı. Dəmir yol vağzalına gedən 
yolun  ətrafındakı  kiçik  dükanlar  qaynaşırdı.  Papaqçılar  öz  papağını,  pinəçilər  öz 
ayaqqabılarını, dərzilər öz paltarlarını küçəyə sərib müştəri gözləyirdilər. Özlərinə 
bir  papaq,  ya  çuxa  almaq  istəyən  kəndlilər  isə  dükanların  qabağından  dönə-dönə 
ötür, almaq istədikləri paltar-palazı dönə-dönə yoxlayırdılar. Başı boxçalı arvadlar 
isə  çarşab  içində  günbəzli  hamama  doğru  addımlayırdılar.  Avara  bağının  sol 
tərəfindəki  arxdan  isə  su  aramsız  şırıldayıb  axırdı.  Bu  suyun  şırıltısı  Gəncənin 
küçələrinin hər iki tərəfi boyunca axan arx sularının səsini batırırdı. 
Ağacların  kölgəsində  poqquldayan  iri  samovarların  ətrafı  adamla  dolu  idi.  Sərin 
havada oturub çay içən, hətta özü ilə pendir-çörək gətirib naharlananlar da var idi. 
Arabir  çiyinlərində  səhəng  su  satan  uşaqların  ciyiltili  səsi  eşidilirdi:  "Ay  ürəyi 
yanan,  yaxın  gəlin,  sərin  su  var,  buzlu  su  var".  Bu  səslərə  meydanın  başqa 
tərəfindən  eşidilən  səslər  də  qarışırdı:  "Buzlu  su,  sərin  su,  isgəncəvi".  Küçələrdə, 
meydançada  əsgərlər,  atlı  zabitlər  də  dolaşırdı.  Onlar  dərhal  atlandılar  və  süvari 
zabitlərin  müşayiətilə  səngərləri,  döyüş  vəziyyətini  yoxlamağa  getdilər.  Cavad 
bəyin  dəstəsi  Şəmkir  yoluna  tərəf,  Cahangir  bəy  isə  körpünü  keçərək  erməni 
hissəsinə doğru yollandı. 
Zahirən  şəhər  sakit  görünsə  də,  bir  daxili  narahatlıq  da  sezilirdi.  Bakıda  aprel 
downloaded from KitabYurdu.org


ayının  28-də  Demokratik  Azərbaycan  Respublikası  devrilmişdi.  Bolşeviklər  XI 
Qızıl  Ordunun  köməyi  ilə  hakimiyyəti  ələ  almışdılar.  Parlamentin  yığıncağında 
Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatum vermişdilər. Sonra bu ordu 
Gəncəyə gəlmiş, şəhəri zəbt edərək əsasən Gəncə çayının sağ sahilində, şəhərin 2-
ci hissəsində yerləşmişdi. Əsgərlər yarımçılpaq və ac idilər. Onlar qapılara düşüb 
dilənir,  yeri  gələndə  oğurluq  da  edirdilər.  Hər  addımbaşı  təhqir  və  cəza 
gözlənilirdi.  Ona  görə  də,  şəhər  əhli  uzun  müddətdən  bəri  vərdiş  etdikləri  adəti 
saxlasalar da, narahat  idilər. Günorta namazının  vaxtı  yaxınlaşırdı. Müəzzin  asta-
asta minarəyə qalxdı. Ötgəm və qumral səslə əzan oxudu və dindar müsəlmanları 
ibadətə çağırdı. Məscidlərdə ibadətlərin qurtarmasına qədər gözlədi və axırda onun 
zil səsi yenidən eşidildi: 
41 
-  Ey  müsəlmanlar,  ey  camaat,  ey  əhlidinlər,  bilin  və  agah  olun  şəhərimiz  üsyan 
etmişdir.  2  mindən  çox  gavur  əsgəri  tutulub  qalaya  salınmışdır.  İndi  biz  ayağa 
qalxmış  şəhərimizin  qiyamçılarına  kömək  etməliyik.  Onların  başçıları  general 
Cavad bəy  Şıxlinski və  polkovnik  Cahangşir bəy  Kazımovdu. Allah-Taala  onlara 
kömək olsun. 
Müəzzin  sözünü  qurtaranda  meydan  adamla  dolmuşdu.  Tərpənməyə  yer  yox  idi. 
Birdən izdihamın aşağı hissəsi dalğalandı. Camaat general Cavad bəy Şıxlinski ilə 
polkovnik Cahangir bəy Kazımovu çiyinləri üzərinə alaraq meydan boyu gəzdirdi. 
Sevincdən  gözləri  yaşaran  Pişnamazzadənin  təklifi  ilə  xalq  milli  hökumətin 
bərpası uğrunda son damla qanına qədər vuruşacağına and içdi. 

4 - 
Rus  bolşevikləri  üsyanın  başlanmasından  üç  saat  sonra  xəbər  tutdular  və  dərhal 
qarovulda  dayanan  azərbaycanlı  əsgərləri  dəyişdirməyə  başladılar.  Lakin 
gecikmişdilər.  Şəhər  üsyançıların  əlində  idi.  Bolşeviklər  dərhal  qərargaha 
yığışdılar.  Komendant  zirehli  qatarların,  hərbi  hissələrin  komandirlərini  ətrafına 
topladı. Vəziyyətlə onları tanış etdi. Toplaşanlardan zirehli qatarın komandiri çox 
sakitcə və ağayana cavab verdi: 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə