İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

YI fəsil 

1 - 
Kəndin aşağı tərəfində, dərədən qalxan yolda bir dəstə atlı göründü. Heç nəyə fikir 
vermədən 
34 
birbaş  məktəbin  həyətinə  gəldilər.  Onlar  əyinlərinə  qoyun  dərisindən  tikilmiş 
yarımkürk  geymişdilər.  Bellərinə  çiyni  qayışlı  enli  kəmər  bağlamışdılar.  Bir 
yanlarından  onaçılan  asmışdılar,  o  biri  yanlarında  isə  uzun  qılıncları  sallanırdı. 
Ayaqlarında  dərisi  bir  qədər  qalın,  dabanları  məhmizli  çəkmə  var  idi.  Başlarına 
kənd adamlarının indiyə qədər görmədikləri qəribə papaq qoymuşdular. Papaqların 
ortasından elə bil beyinlərini yarıb çıxan buynuz qalxmışdı. Hamısının papağı eyni 
cür  idi:  alın  yerinə  qırmızı  parçadan  iri  ulduz  tikilmiş  züllə  papaq!  Məktəbin 
həyətinə gələn kimi atdan endilər. Uzaq yol gəldiklərindən sinələri azacıq tərləyən 
və  nəfəsləri  buxar  kimi  burunlarından  çıxan  atların  cilovlarından  tutub  azca 
gəzdirdilər. 
Hava bozarmışdı. Axşamdan başlayan şaxta bir az da şiddətlənmişdi. Görünür qar 
yağacaqdı. Məktəb bomboş idi. İki gün idi qış tə'tili başlamışdı. 
Atlılardan  üç  nəfəri  pilləkəni  qalxıb  sinif  otaqlarına,  sonra  da  birinci  mərtəbəyə 
baxdılar.  Nəsə  danışdılar,  nəyisə  ölçüb-biçdilər.  Bir  azdan  kənd  yolunun 
aşağısından  yeni  qaraltılar  göründü.  Onlar  piyada  idilər.  Bölüklərə,  dəstələrə 
ayrılaraq cərgə ilə dörd qatar düzülmüşdülər. Gələnlərin əvvəli məktəbin həyətinə 
çatmışdı. Amma qonşu kəndə qədər uzanan yoldakı əsgərlərin sonu görünmürdü; 
elə  bir  əldən  daşlanıb  gəlirdilər.  Onların  da  əynində  uzun  boz  şinel,  başlarında 
züllə  papaq  var  idi.  Çoxunun  üzünə  ülgüc  dəyməmişdi.  Sarı  murdar  tükləri 
soyuqdan  biz-biz  olmuşdu.  Məktəbin  həyətində  dayandılar;  cərgə-cərgə,  bölük-
bölük. Bir azdan yolda dörd at qoşulmuş toplar da göründü və onlar da məktəbin 
həyətinə  buruldular.  Hamıdan  sonra  isə  turbasından  tüstü  qalxan  səyyar  mətbəx 
gəldi  və  aşbaz  mətbəxi  eyvanın  altına,  xəlvət  bir  yerə  çəkdi.  Əsgərlərin  cərgəsi 
pozuldu.  Qazançalar  danqıldadı,  qaşıqlar  cingildədi,  hərə  bir  tərəfə  səpələnib 
downloaded from KitabYurdu.org


aşbazdan aldıqları xörəyi yeməyə başladılar. 
Qılıncları yernən sürünən komandirlər onları yenidən cərgəyə düzdülər, nə isə izah 
elədilər. Əsgərlər qarışqa kimi sinif otaqlarına doluşdular. 
Partaları  sürüyüb  həyətə  tökdülər.  Sonradan  məktəbin  həndəvərindəki  həyətlərə 
doluşdular. Heç kimdən heç nə soruşmadan ot tayalarına yaxınlaşdılar, qucaqlayıb 
məktəbə  doğru  gətirdilər.  Sinif  otaqlarının  döşəməsinə  tökdülər.  Özləri  üçün 
yatmağa  rahat  yer  düzəltdilər.  İri,  buz  kimi  qar  dənələri  səpələməyə  başladı.  Bir 
azdan isə bu qar dənələri lopa-lopa oldu, yer ağardı. 
Yoldaş  Fətullayev  kənd  şura  sədri  Mustafa  kişi  ilə  birlikdə  başının  dəstəsi  ilə  at 
belində  gəldilər.  Yoldaş  Fətullayev  komandirləri  də  götürüb  sinif  otaqlarını, 
əsgərlərin  yatacağı  yerləri,  ot  döşənmiş  döşəmələri  şəxsən  özü  yoxladı  və  razı 
qaldı. Sonra üzünü Mustafa kişiyə çevirdi. 

Yoldaş sədr, bu otaqlar azlıq edəcək. Kənddə boş otaqlar varmı? 

Yoxdur, yoldaş Fətullayev. 
Fətullayev tərs-tərs onun üzünə baxdı. 

Yoxdur - tap, evləri boşaltdır. 
Mustafa kişi onun zəhmli baxışlarından və sərtliyindən titrəsə də, dilləndi. 

Bu qışın soyuğunda evləri necə boşaldım, arvad-uşağı necə çölə atım? 

Deyəsən, başın bədəninə ağırlıq edir?! 
Mustafa  kişi  həyətdə  qaynaşan  əsgərlərə,  yoldaş  Fətullayevin  sərt  üzünə  baxıb, 
gödəkcəsinin içində büzüşdü. Fətullayev isə sözünə davam etdi. 

Rusiyadan ölkələr basa-basa gələn bu adamları çöldə qoyacayıq? 
Mustafa kişi harasa getdi və bir azdan kəndin evlərindən ağlaşan arvad-uşaq səsi 
gəldi. 

2 - 
Çapıq Əmrah ilin çox vaxtını binələrdə, yaylaqlarda, qonşu obalarda qohumlarının, 
özünə  yaxın  saydığı  tanış-bilişlərin  evində  qalardı.  O,  qaçaq  deyildi.  Amma 
qaçaqvari  bir  həyat  keçirirdi.  Həmişə  səksəkədə  idi.  Gözə  çox  görünməz, 
mərəkəyə çox çıxmazdı. Öz evinə havalar soyuqlaşanda, qış girəndə xəlvəti gələr, 
downloaded from KitabYurdu.org


bir neçə gün qalardı. İndi də elə etmişdi. İki gün bundan əvvəl evinə gəlmişdi. 
Evinə gələn kimi buxarını, dəmir sobanı möhkəm qalatmış, pəncərənin taxtalarını 
qapatmış, otaq boyu baş-başa uzanmış üstü gəbəli taxta döşəkçə, mütəkkə, yasdıq 
saldıraraq  çəkmələrini  soyunub  rahatca  uzanmışdı.  O,  istəyirdi  ki,  soyuq  qış 
havasında sümükləri isinsin, bədəni 
35 
qızışsın, heç olmazsa, bir-iki gün rahat yatıb dincini alsın. Amma səksəkəli həyat 
tərzinin  tə'siri  ilə  bir-iki  saat  mürgülədikdən  sonra,  qarmaqarışıq  fikirlər,  ötən 
günlərin olub keçənləri ona rahatlıq vermirdi. Tez-tez o üz-bu üzə çevrilir, gözünü 
tavana  zilləyir,  saatlarla  tavana  tamaşa  edirdi.  Onun  fikri,  xəyalı  çözələndikcə 
çözələnir, ötən günlərə - Gəncəyə gedib çıxırdı... 
... Xudadat bəy adəti üzrə işə başlamazdan əvvəl arxa otağa keçib paltarını dəyişdi, 
asılqandan asılmış ağ xalatını əyninə geyindi, fenandoskopunu əlinə alıb diqqətlə 
baxdı,  istilik  ölçəni, cərrahiyyə  bıçaqlarını  nəzərdən  keçirdi  və  sonradan  hər  şeyi 
səliqə-səhmanla yerinə düzdü. Camaat ona Gəncə general qubernatorluğunu təklif 
edəndə  uzun  müddət  razı  olmamış:  "Mən  həkiməm",  -  demişdi.  Lakin  atası 
Ələkbər  bəy  işə  qarışandan  sonra  razılıq  verməli  olmuşdu.  Xudadat  bəy  hər  gün 
xəstəxanaya  baş  çəkər,  sonra  idarəyə  gələrdi.  Bu  gün  də  elə  etmişdi.  Yst-başını 
səhmana  salıb  iş  otağına  keçdi.  Yazı  masasının  arxasında  oturdu.  Qapı  açıldı, 
növbətçi  zabit  içəri  keçib  səhər  poçtunu  Xudadat  bəyə  verdi.  Qubernator 
məktubları  vərəqlədi  və  əlinə  keçən  ilk  teleqramı  oxudu:  "Rusiyaya  qayıdan 
soldatlar  özləri  ilə  bərabər  silahlarını  da  aparırlar.  Əgər  sülh  üzrə  onlardan  silahı 
almaq olmazsa, o zaman Zaqafqaziya milli ordusu cəbhədə silahsız qalacaqdır. Bu 
cəhətdən  soldat,  fəhlə  mərkəzi  şurası  qət  etdi  ki,  milli  və  qeyri  şuralara  mə'lum 
etsinlər  ki,  evlərinə  qayıdan  soldatlardan  silahları  almaqdan  ötrü  lazımi  tədbir 
görülsün. Bu xüsusda hər dəfə məzkur Şuraya mə'lumat versinlər. 
Sədr: "Jordaniya". 
Xudadat  bəyin  alnı  qırışdı,  teleqramı  o  üz-bu  üzə  çevirib  xeyli  baxdı.  Kəşfiyyat 
ona mə'lumat vermişdi ki, Türkiyə cəbhəsindən: Kars və Ərdəhandan vətənə yola 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə