İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

Nəyisə  ayaqlamaq  istəyirdim.  Bunu  da  qəsdən  edirdim  ki,  yolumuzu  kəsən  olsa, 
çaşıb qalsın. İndi gərək hər şeyi öyrənəsən, ehtiyatlı olasan. Bir yatdığın yerdə bir 
də  yatmayasan,  yerini  tez-tez  dəyişdirəsən.  Pis  niyyətlə  evinə  gələn  olsa,  axşamı 
harda  yatacağını  bilməsin.  Xörəyini  ye,  soyutma.  İndi  gəl,  belə  məsləhətləşək: 
onsuz  da  bu  gün-sabah  qış  gəlir,  havalar  soyuyur,  sən  mənim  sözümə  qulaq  as, 
qrammofonu  yığışdır,  saxla,  yaz  gələnə  qədər.  Ona  qədər  söz-söhbət  kəsilər, 
kəndin qız-gəlini ayrı şeylərə zümzümə qoşarlar. Sonrasına baxarıq. 
Uçitelin sözləri Mürsəlin ağlına batdı və qrammofonu götürüb saxladı. 
Ancaq Novruz bayramından sonra Mürsəl yenidən qrammofonu oxutmağa başladı. 
Yenə mahnılar zümzüməyə qarışdı. 

5 - 
Bu  il  havalar  tez  istiləşmişdi.  Təpələrdəki  qar  örtükləri  götürülmüş,  yer-göy 
birdən-birə  yaşıllaşmışdı.  Çəpərlərin  diblərində  balaca  mavi  çiçəklər  pıtrax  kimi 
qalxmışdı.  Vaxtından  tez  oyanan  qara  xallı  qırmızı  böcəklər  onların  arasında 
gəzişirdi.  Təbiətin  belə  tez  ayılmasından  Mürsəl  sevinirdi.  O  bu  il  məktəbdə 
əməlli-başlı  may  bayramı  keçirməyi  qərara  almışdı.  Qırmızı,  yaşıl,  sarı  və  göy 
rəngli  kağızlar  tapmışdı.  Uşaqları  başına  yığıb  həmin  kağızları  bərabər  ölçüdə 
kəsərək yapışqanla birləşdirir və sonra zəncirvari həlqələri bir-birinə calayırdı. Bu 
bəzəkli,  naxışlı  və  müxtəlif  rəngli  kağız  zəncirlər  sinif  otaqlarından  birinin 
küncünə  yığılırdı.  Mürsəl  müəllim  bayrama  bir  neçə  gün  qalmış  dükandan 
cürbəcür  şəkillər  aldı  və  məktəbin  divarlarına  yapışdırdı.  Həyətdə  iki  uzun  dirək 
basdırıb  keçid  düzəltdilər.  Keçidin  yuxarısına  qırmızı  parça  örtdülər  və  cürbəcür 
şüarlar yazdılar. Lap ortada isə Leninin ipək parçadan toxunmuş şəklini vurdular. 
Şəklin  ətrafı  dairəvi  idi.  Bu  dairənin  içində  inqilab  edən,  yeni  traktor  sürən, 
zindanların  üstündə  dəmir  döyən  adamların  əksi  var  idi.  Fabrik-zavodların 
bacalarından tüstü qalxırdı. Bir sözlə, dünya əməkçiləri rəhbəri əhatəyə almışdılar. 
Lap  yuxarı  başda  isə  "Cümlə-cahan  füqareyi-  kasibəsi  birləşiniz"  sözləri 
yazılmışdı. Bayrama iki gün qalmış uşaqlar sərçə kimi civildəşə- civildəşə həyət-
bacanı,  sinif  otaqlarını,  eyvanları  süpürüb  təmizlədilər,  pəncərə  şüşələrini  yuyub 
downloaded from KitabYurdu.org


parıldatdılar.  Oğlanlar  kəndin  kənarındakı  dərəyə,  İncə  çayının  sahilinə  gedərək, 
saçaqlı  söyüdlərin  budaqlarından  qırıb  məktəbə  gətirdilər.  Eyvanların,  otaqların 
dirəklərini  yaşıllığa  bürüdülər.  Sonra  rəngli  kağızlardan  düzəltdikləri  zəncirləri 
saçaq-saçaq  burub  divarlardan,  həyətdən  keçidə  qədər  düzdülər.  Məktəb  hisi 
silinmiş  çıraq  kimi  par-par  parıldayırdı.  Mürsəl  sevincdən  hər  şeyi  unutmuşdu. 
Başı  bəzək-düzəyə  o  qədər  qarışmışdı  ki,  kənd  camaatından  maraqlanıb  onlara 
tamaşa  etməyə  gələnlərə  fikir  vermirdi.  Fikir  vermirdi  ki,  onların  bə'ziləri 
pilləkənin  qurtaracağında  dayanıb  Mürsəl  müəllimin  otağına  baxır,  onun  yatdığı 
yeri gözdən keçirir və divara nə isə işarə qoyurdular. 
Mayın  1-i  gəldi.  Göyün  üzü  tər-təmiz,  hava  ilıq  idi.  Bu  gün  kənd  lap  tezdən 
oyanmışdı.  Zümzümələr  baharın  ilıq  havasına  qovuşmuşdu.  Mürsəl  də  tezdən 
oyanıb, qrammofonunu işə salmışdı. Gün xeyli qalxdı. Alabəzək parçalardan paltar 
geymiş  qızlar-oğlanlar  axışıb  gəldilər.  Mürsəl  müəllim  zurna  səsi  eşidəndə 
qulaqlarına  inanmadı.  Tez  həyətə  düşdü.  Gördü  ki,  Hümmət  də,  Dursun  da 
burdadır. Onlar zurnalarını kökləyir, dəfi günə tutub qurudurdular. 
- A müəllim, bizsiz bu bayramın nə ləzzəti, - deyə Hümmət dilləndi. - İstəyirəm bir 
"Səhər havası" çalım, camaat bilsin ki, toy-bayramdır, yığışıb gəlsinlər. 
Bir  azdan  məktəbin  həyətində  iynə  atsan,  yerə  düşməzdi.  Atlı  cavanlar,  qız-
gəlinlər,  ağsaqqallar  axışıb  gəldilər.  İki  yerdə  toy  dəstgahı  düzəlmişdi.  Hümmət 
cıdırhəngi  çalır,  kəndin  dəliqanlıları  atlarını  zurnaçının  qabağında  oynadıb  cıdıra 
hazırlaşırdılar.  Atlar  yüyəni  gəmirir,  dəfin  ahənginə  uyğun  olaraq  titrəyir,  şaxə 
qalxıb yəhərin altında çırpınırdılar. Sonra da cilovun boşaldığını görüb güllə kimi 
keçidin  altından  keçib,  kənd  yoluna  düşürdülər.  O  biri  dəstədə  isə  Dursun  oyun 
havaları çalıb qız-gəlini oynadırdı. 
Bütün kənd zümzümə içində idi. Qaranlıq qarışana qədər çalıb oynadılar. Camaat 
gedəndən sonra Mürsəl xeyli otağa keçə bilmədi. Səs-küy kəsdiyindən qüssələndi, 
uşaq kimi qəribsədi. 
29 
Göyün  üzünə  səpələnmiş  ulduzlara,  ağ  buludları  yarıb  keçən  aya  doyunca  baxdı. 
downloaded from KitabYurdu.org


Hardasa  bülbül  oxuyurdu.  Arabir  kəndin  kənarındakı  dərədən  anadil  səsi  gəlirdi. 
Hərdənbir həzin-həzin axan İncə çayının şırıltısı da eşidilirdi. Mürsəl gecə yarısına 
qədər eyvanda dayanaraq bu zümzüməli gecəyə tamaşa etdi. Heç yatmağa həvəsi 
yox  idi.  Otağa  girib  yorğan-döşəyə  uzanandan  sonra  da  gözünə  yuxu  getmədi. 
Yerin  içində  o  üz-bu  üzə  çevrildi.  Ancaq  səhərə  yaxın  gözünə  yuxu  getdi.  Ertəsi 
günü zurnaçılar yenə gəldilər. "Səhər havası" çaldılar. Camaat məktəbin həyətinə 
toplaşdı.  Ancaq  nə  Mürsəl  müəllim  göründü,  nə  də  onun  qrammofonu  oxudu. 
Uçitel təşviş içində pilləkənlə yuxarı qalxdı. Pəncərədən Mürsəl müəllimin otağına 
baxdı.  Pəncərənin  şüşəsi  çilik-  çilik  olmuşdu.  Stolun  üstündəki  çıraq  öləziyib 
sönmüşdü. Mürsəl isə qızıl al qana boyanmışdı. 
- 6 - 
Uçitel  birdən-birə  titrətməli  adam  kimi  büzüşdü.  Pencəyinin  yaxasını  dartıb 
düymələdi.  Elə  bil  bir  anın  içində  kişinin  beli  əyildi.  Astaca  addımlarla  məscidə 
doğru  getdi.  Səhər  tezdən  olmasına  baxmayaraq  baş  molla  məscidin  yuxarı 
tərəfində  əyləşmişdi.  Onun  qaşları  da,  saqqalı  da  əmmaməsi  kimi  dümağ  idi. 
Qabağında kitabə üstündə də Qur'ani-Kərim var idi. O, Uçitelin gəldiyini hiss etsə 
də,  qımıldanmadı,  əvvəlki  ciddiyyətilə,  sakitcə  qur'anı  oxumaqda  davam  etdi. 
Uçitel  astanada  ayaqqabısını  soyunaraq  onun  mütaliəsinin  qurtarmasını  gözlədi. 
Hərçənd, bilirdi ki, molla Qur'ani-Kərimi oxumaqdan daha çox vərəqlərə baxır və 
özünü  məşğul  kimi  göstərir.  Ancaq  gözləməli  idi.  Qur'an  və  Namaz  üstə  olan 
adamı yarımçıq dindirməzdilər. 
Aradan  xeyli  keçdikdən  sonra  molla  Qur'anı  örtdü,  əbasını  düzəltdi,  ağarmış 
qaşlarının  altından  boylanan  və  hələ  diriliyini  itirməyən  gözlərini  astaca  qaldırıb 
Uçitelin üzünə zillədi. 

Səhər-səhər xeyirdimi? 

Yox, molla, bu gecə bizim müəllimi öldürüblər. 
Mollanın qaşları çatıldı, sir-sifəti turşaldı. 

İndi məndən diləyin nədir? 

Ölünü yerdən qaldırmaq lazımdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə