İsmayil şixli



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix01.07.2018
ölçüsü1,19 Mb.
#52801
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

qımqımısına  düşdü.  O  gündən  kəndin  bir  nəğməsi  də  artdı.  Səhər-  axşam 
zurnaçılar  qoşalaşdılar,  gündüzlər  qız-gəlin  zümzümə  etdi,  qrammofon  da 
məktəbin  eyvanında  oxudu.  Mürsəl  qız-gəlinləri  qrammofonla  suya  yola  salıb 
qarşılayır, dərsə gələn uşaqları isə elə bil bu mahnılarla salamlayırdı. O artıq hər 
şeyə öyrənmiş, kəndin adətlərinə qaynayıb qarışmış və özü də zümzümə edən kənd 
böcəklərinin birinə çevrilmişdi. 
Uçitel  bunlara  göz  qoyurdu.  Mürsəlin  uşaqlarla  mehribanlığından,  gözəl  dərs 
deməyindən xoşu gəlirdi. İnanırdı ki, ondan yaxşı müəllim olacaq. Bir gün Mürsəl 
onun yanına gəldi: 

Gəlsənə  xeyirxah  bir  iş  görək?!  Deyəsən,  bu  kəndin  camaatı  heç 
ömürlərində teatr görməyiblər, onlara bir tamaşa hazırlayaq. 
Uçitel  azacıq  fikrə  getdi.  Sonra  gözlərini  ondan  cavab  gözləyən  Mürsəlin  üzünə 
zillədi. 

Fikrin çox gözəldi, amma iki adamla nə tamaşa göstərmək olar? 
-  Onu  da  fikirləşmişəm.  Qonşu  kəndlərin  müəllimlərini  də  yığarıq.  Cümə  günləri 
bir yerdə məşq edərik. 
24 
Uçitelin ürəyi atlandı. Qori müəllimlər seminariyasını qurtardıqdan sonra ucqar bir 
dağ  kəndinə  göndərildiyini  xatırladı.  Onda  cavan  idi,  lap  cavan.  Hələ 
evlənməmişdi. O da Mürsəl kimi bir yerdə otura bilmir, kənddə indiyə qədər heç 
kəsin  ağlına  gəlməyən  yeni  işlər  görmək  istəyirdi.  Gah  uşaqlara  şərqi  öyrədir, 
divarlarını  his  basmış  ikiotaqlı  məktəb  binasının  küncündə  tələbələrinə  nağıllar 
danışırdı.  Uçitel  o  zaman  kənd  camaatına  tamaşa  göstərməyi  çox  arzulamışdı. 
Amma  tək  əldən  səs  çıxmamışdı.  Bir  də  kəndin  ağsaqqalları  ona  göz  ağartısı 
vermişdilər ki, "Camaatla işin yoxdur. Müəllim babasan, get öz işinlə məşğul ol. 
Allahına da şükür elə ki, uşaqlarını məktəbə göndərən var". Əslində məktəbin bir 
elə məktəbliyi də yox idi. Mart ayı gələn kimi kənd binəyə köçür, ordan da yaylağa 
qalxırdı. Uşaqlar da ata-anaları ilə gedirdi. Aprel ayından məktəb bağlanır, bir də 
soyuqlar  düşəndə  beş-on  uşaq  dərsə  gəlirdi.  İndi  Uçitel  Mürsəlin  timsalında  öz 
downloaded from KitabYurdu.org


gəncliyini gördü, cavanlığını xatırladı və ötən illərə qayıtdı. Qəlbində yatmış olan 
duyğular birdən-birə oyandı, Mürsəli sinəsinə basıb bərk-bərk qucaqladı. 

Günü  sabahdan  işə  başlayaq.  Qonşu  kəndin  müəllimlərini  çağırıb  razı 
salmaq mənim boynuma. Onlardan narahat olma. Sözümü yerə salmazlar. Çoxuna 
dərs demişəm, mənim tələbələrimdir. Hansı əsəri hazırlayaq? 

"Hacı Qənbəri". 
Razılaşdılar. Düz iki ay məşq etdilər. Nəhayət, tamaşanı göstərməyin vaxtı çatdı. 
Məktəbin  böyründəki  Ömər  Koxadan  qalma  samanlığı  tər-təmiz  süpürdülər. 
Mürsəlin  göstərişi  ilə  uşaqlar  evlərindən  kilim  gətirdilər.  Dirəklərə  ip  bağlayıb 
pərdə  kimi  asdılar.  Qoyun  yunundan  özlərinə  saqqal  düzəltdilər.  Teatrda  iştirak 
edəcək cavanlara hisdən bığ çəkdilər. Paltarlarını dəyişdirdilər. Elə etdilər ki, heç 
kəs onları tanımadı. Mürsəl Hacı Qənbəri oynayırdı. Qoyun yunundan düzəldilmiş 
uzun  ağ  saqqalı  var  idi.  Çuxa  arxalıq  geyinmişdi.  Hər  şey  hazır  olduqdan  və 
samanlıq  kənd  camaatı  ilə  dolduqdan  sonra  Mürsəl  "səhnə  arxasına"  keçdi  və 
gözlərinə  inanmadı.  Gördü  ki,  kəndin  hörmətli  adamları:  şura  sədri,  firqə  özək 
katibi  və  bir-iki  ağsaqqal  pərdənin  arxasında  "səhnə"də  stul  qoyub  əyləşiblər. 
Mürsəl təəccüb və maraqla soruşdu: 

Burda niyə oturmusunuz? 

Biz həmişə yuxarı başda otururuq, müəllim. 
Mürsəl  cavab  verməmişdən  əvvəl  azacıq  fikirləşdi  və  çıxış  yolu  tapmış  kimi 
sevindi. 
-  Burda  sizə  rahatlıq  verməyəcəyik.  O  yana-bu  yana  qaçdıqca  toz-torpaq  havaya 
qalxacaq.  Bu  saat  uşaqlara  deyərəm  stullarınızı  kilimin  o  üzünə  keçirər,  yenə 
yuxarı başda qabaqda əyləşərsiniz. 
Azacıq tərəddüddən sonra razılaşdılar. Tamaşa başladı. Hadisələrin o yeri gəldi ki, 
Hacı Qənbərin evində qonaqlıqdı, dəryada baraması batmış və başına hava gəlmiş 
Hacını  sakitləşdirmək  üçün  Əşrəf  məclis  düzəltmişdi.  Bu  məclisdə  aşıq  da  çalıb 
oxumalı  idi.  Tələbələrdən  birinə  güc-bəla  ilə  sazda  bir-iki  hava  çalmağı 
öyrətmişdilər. 
downloaded from KitabYurdu.org


Həmin tələbə səhnədə sazını köynəkdən çıxardıb simləri cingildətdi və nəsə yalan-
yanlış bir hava çaldı. Elə bu vaxt camaatın içindən bir səs gəldi: "Anasının balası, 
elə  çalıb  oxumazlar".  Bu  sözləri  deyən  uca  boylu,  buxara  papaqlı,  bənövşəyi 
şivyotdan köynək və qəlifə şalvar geymiş uzunboğaz çəkməli cavan bir oğlan idi. 
Onun  belində sallamalı gümüş  kəmər  və çiynində saz var idi. Mürsəl  gördü ki, o 
birbaş səhnəyə gəlir. Doğrudan da o, səhnəyə gəldi, dərhal da sazı sinəsinə basdı. 
Yanıqlı-yanıqlı "Yanıq Kərəm" havasını çaldı. Sonra da zil səslə oxumağa başladı. 
İçəridəkilər cınqırlarını çəkmədən lal sükutla kişiyə qulaq asdılar. Bunu hiss edən 
aşıq havanı-havaya calayaraq, ara vermədən sazı da, səsini də zilə çəkdi. Hava isti 
idi. Səhnədəkiləri tər yuyub aparırdı. Mürsəl suyun içində idi. O bir az səbr elədi 
və  gördü  ki,  aşıq  oxuyub  qurtarana  oxşamır.  Camaat  da  heyranlıqla  ona  qulaq 
asırdı; elə bilirdilər ki, tamaşa elə budur. Vaxt isə keçirdi. Birdən Mürsəlin ağlına 
bir fikir gəldi: nökəri Cəbini yanına çağırdı. Onun qulağına nə isə pıçıldayıb ayağa 
durdu. Əlindəki çəliklə Cəbini budarladı. 
-  Mənim  gəmim  dəryada  qərq  olub,  baramalarım  batıb,  siz  isə  burda  kef  məclisi 
düzəldibsiniz, köpək uşağı! 
Cəbi isə qışqırmağa başladı. 

Ay camaat, Hacının yenə dəliliyi tutdu, qaçın!  - Özünü aşığın üstünə salıb 
səhnədən  camaatın  içinə  itələdi.  Hacının  çəliyinin  bir-ikisi  də  ona  dəydi.  Camaat 
gülüb özünə gələnədək tamaşanı 
25 
davam etdirdilər. 
Ertəsi  gün  kənd  zümzümə  içində  axşamkı  tamaşadan  danışır,  məktəbin  yanından 
keçənlər  ayaq  saxlayıb  gözaltı  Mürsəl  müəllimə  baxır  və  bə'ziləri  də  yaxınlaşıb 
soruşurdular: 

A müəllim, bizə yenə teatr göstərəcəksizmi? 

Göstərəcəyik. İndi də sizə "Arşın mal alanı" hazırlayırıq. 

Məni yenə çəliklə döyəcəksənmi? 
Bunu deyən aşıq idi. Mürsəl geri dönüb onu qucaqladı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə